Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-420/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasportun və torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi; vahid sənəd prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələl əri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X30) “fərdi yaşayış evinə dair texniki pasportun və torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(105)-202/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı ilə 0,034 ha torpaq sahəsi R.Qasımovun mülkiyyətinə verilmiş və torpaq sahəsinə dair JN-012A kodlu, 41001004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş, eyni zamanda Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1990-cı ilin noyabr ayında 4106 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin (Qədirli küçəsi 69) texniki pasportu tərtib edilmişdir.
2. Digər tərəfdən, Şamaxı rayon XDS İK-nin 11 noyabr 1990-cı il tarixli, 22 saylı iclasının protokol qərarı ilə X12 yaşadığı Qədirli küçəsindəki 69 saylı kommunal evin 1 nömrəli mənzili əvəzsiz olaraq ona verilmiş, eyni zamanda həmin qərarla kommunal mənzilin 0.0316 ha həyətyanı torpaq sahəsi G.Smirnova təhkim edilmişdir.
3. Daha sonra X8 məxsus həmin mənzili Qobustan rayon DNK-da təsdiq olunmuş xx.xx.1996-cı il tarixli, 4-e-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır.
4. Şamaxı rayonlararası X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 39.1 kv.m, yaşayış sahəsi 14.5 kv.metrdən ibarət olan 69 saylı yaşayış evi alqısatqı müqaviləsinə əsasən, xx.xx.1997-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır.
5. Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda G.Smirnovun adı əvəzinə, iddiaçının adı qeyd edilmişdir.
6. X2 Rövşən Əli oğluna qarşı iddia qaldıraraq, Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarının, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması, Şamaxı rayon XDS İK-nin 11 noyabr 1990-cı il tarixli, 22 saylı protokol qərarı ilə X15 təhkim edilmiş 0.0316 ha həyətyanı t orpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasına və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
7. Şamaxı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)66/2012 saylı, 10 aprel 2012-ci il tarixli qətnaməsi ilə Şamaxı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi “Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarının, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin və digər hüquqmüəyyənedici sənədlərin ləğv olunması, habelə R.Qasımovun torpaq sahəsindən çıxarılması” hissəsində ləğv olunmuş, həmin hissədə iddia təmin edilmiş, Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı R.Qasımova torpaq sahəsi ayrılmasına dair hissədə, torpağa mülkiyyət hüququna dair R.Qasımovun adına verilmiş JN-012A kodlu, 41001004 saylı şəhadətnamə, habelə cavabdehlə Şamaxı şəhər mənzil təsərrüfatı təmir istismar müəssisəsi arasında bağlanmış xx.xx.1990-cı il tarixli müqavilə ləğv olunmuş, R.Qasımovun mübahisə predmeti olan torpaq sahəsindən çıxarılması qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)66/2012 saylı, 10 aprel 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Bundan sonra, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.
10. X30 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı məhkəmədə xx.xx.2017-ci il tarixli çıxarışın ləğvinə dair iddia qaldırmış, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(85)-3444/2017 saylı qərarı ilə iddia rədd edilmişdir.
11. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət edərək həmin torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsini xahiş etmişdir.
12. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi mübahisəlidir. Mübahisə üzrə Sumqayıt İnzibati-İq tisadi Məhkəməsinin 2017-ci il 24 noyabr tarixli, 2-1(85)-3444/2017 saylı qərarı qüvvəyə minməmiş, X30 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə tərəfindən yekun qərar verildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
13. İddiaçı 16 fevral 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə müraciət edərək, mülkiyyətində olan Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun və həmin evə aid torpaq sahəsinin plan və ölçü sənədinin Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli (qeydiyyat nömrəsi 82.03/783 saylı) fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq iddiaçıya həyətyanı torpaq sahəsinə plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanında yerləşən 0,316 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə ki, həmin ünvanda yerləşən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 2017-ci il 16 fevral tarixdə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan əsassız olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünü verməkdən imtina etmişdir.
15. Cavabdeh iddia tələbinə qarşı yaz ılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya verilmiş 2018-ci il 15 yanvar tarixli, **********52 qeydiyyat nömrəli cavab məktubunda torpaq sahəsinin plan və ölçü sənədinin verilməsindən imtina olunması barədə heç bir qeyd olmamışdır. Cavab məktubunda göstərilmişdir ki, torpaq sahəsi üzərində məhkəmə mübahisəsi vardır və onun müraciətinə məhkəmə tərəfindən iş üzrə yekun qərar verildikdən sonra qanunamüvafiq qaydada baxılacaqdır.
16. Məhkəmə icraatının gedişində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(105)143/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 noyabr tarixli, 2-1(85)3444/2017 saylı qərarından R.Qasımov tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərar ləğv edilməklə iddia inzibati məhkəmə icraatında baxılmalı olmaması əsası ilə mümkün sayılmamışdır. Bundan sonra, R.Qasımov DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və X9 qarşı ünvan 2 ünvanda yerləşən 0.0313 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair iddia tələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir.
17. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 21(085)-1022/2018 nömrəli qərardadı ilə iş üzrə icraat Şamaxı rayon Məhkəməsinin icraatında olan iddiaçı X18 cavabdehlər DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və X9 qarşı ünvan 2 ünvanda yerləşən 0.0313 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qe ydiyyat nömrəsi olan, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
18. Məhkəmə icraatının dayandırıldığl müddətdə Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
19. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 21(085)-57/2019 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
20. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 1 noyabr 2019-cu il tarixli, 2-1(085)57/2019 nömrəli qərarı ilə (hakim X22) iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinin plan və ölçüsünün və fərdi yaşayış evinin texniki pasportun un Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə üçüncü şəxs X18 mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması təkzib edilmiş və onun həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın məhkəmə mübahisələrinin davam etməsi əsası ilə iddiaçıya imtina cavabı verməsi qanunsuz olmuşdur. Cavabdeh iddiaçıya verdiyi cavabda “Daşınmaz əmlakın dövlət reyestri haqqı nda” Qanunun 14.5-ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddə plan və ölçü sənədinin verilməsi ilə bağlı deyil, hüquqların dövlət qeydiyyatının dayandırılması hallarını nəzərdə tutmuşdur.
22. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir.
23. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-1(105)-14/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 noyabr tarixli qərarı qismən – iddiaçının mülkiyyətində olan Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçı müvafiq tələblə cavabdehə ilkin müraciət etmədiyindən, iddia mümkün sayılmamalıdır.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 may tarixli, 2-1(105)-14/2021 nömrəli qərarı ilə (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X27 və X33) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 noyabr tarixli qərarı qismən - Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunun Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, torpaq sahəsinin planı və ölçüsü sənədinin Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarını n Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanması hissəsində iddia rədd edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışa əsasən, Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən aparılmış qeydiyyatın qanuniliyi müəyyən edildiyindən, həmin torpaq sahəsinə dair çıxarışda qeyd edilmiş ölçü (316 kv. m.) nəzə rə alınmaqla torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir. Bundan əlavə, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş həmin texniki pasportun arxivdə saxlanılan nüsxəsindən görünür ki, texniki pasportda yalnız tikilinin planı təsvir edilmiş, torpaq sahəsinin şərhi qrafasında heç nə yazılmamış, torpaq sahəsinin planı bölməsində heç bir qeydiyyat aparılmamışdır. Həmçinin, iddiaçının tələbində istinad etdiyi və məhkəməyə təqdim etdiyi texniki pasportun sadə kserosurət olduğu nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin plan və ölçü sənədinin Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 sayl ı inventar nömrəli qeydiyyat nömrəsi, səh. 82.03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi hissəsində iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz.
28. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
29. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
30. Üçüncü şəxs kassasiya şikayəti verərək həmin qərarın qismən-apellyasiya şikayətinin təmin edilməyən və iddianın təmin edilən hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat 3
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1652/2021 nömrəli qərarı (hakimlər: X23 (sədrlik edən və məruzəçi), X10 və X3) ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 may tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
32. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, - fərdi yaşayış evinin texniki pasportunun iddia olunan məzmunda hazırlanaraq verilməsi tələbi qərardadla mümkünsüz hesab edildiyindən, həmin tələbin yenidən qərarla mahiyyəti üzrə həll olunması qanunsuz olmuşdur; - mübahisələndirilən qərarla təmin edilən (“torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) və rədd edilən (“torpaq sahəsinin planı və ölçüsü” sənədinin Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 saylı inventar nömrəli qeydiyyat nömrəsi, səh 82, 03/783 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun” texniki göstəricilərinə uyğun hazırlanması) hissələr apellyasiya instansiyası məhkəməsinin ləğv etdiyi hissənin (“yaşayış evinin texniki pasportunun 1991-ci ildə tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) tərkibində deyillər. Başqa sözlə, birinci instansiya məhkəməsinin qərarı “torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması və verilməsi” tələbinə aid hissədə ləğv edilməmişdir; - apellyasiya instansiyası məhkəməsi iddiaçının vah id (bölünməz) tələbini iki hissəyə bölərək bir hissədə təmin, digər hissədə rədd etməklə iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı, sadəcə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini iddia etməmişdir. O, həmin sənədin məhz 1991-ci ildə tərtib olunmuş texniki pasportun göstəricilərinə uyğun hazırlanaraq verilməsini tələb etmişdir. Məhkəmə də həmin məzmunda tələbi vahid (bölünməz) tələb kimi həll etməli idi. İddiaçı da haqlı olaraq şikayətinin dəlili kimi işin həmin halına istinad etmişdir; - apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının vəsatəti əsasında iddiaçının mülkiyyətində olan 0,0316 ha torpaq sahəsinin naturada sərhədlərinin, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi barədə mütəxəssis rəyinin alınması məqsədilə Əmlak Məsələləri Dövlət Xid mətinə müraciət edilmiş, məhkəmənin həmin məktubu əsasında ünvana yerində baxış keçirilmiş və məhkəməyə 2021-ci il 4 may tarixli mütəxəssis rəyi verilmişdir. Lakin həmin rəy məhkəməyə daxil olmadan yuxarıda qeyd olunan qərar qəbul olunaraq, iddiaçıya məxsus olan ünvan 2 ünvanda yerləşən 0.0316 ha torpaq sahəsinin plan və ölçü sənədinin işlənilib verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmçinin apellyasiya instansiyası məhkəməsində icraat zamanı üçüncü şəxs ərizə ilə müraciət edərək mütəxəssis rəyi alınanadək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, həmin vəsatət İPM-in 58.3-cü maddəsinin tələbinə zidd olaraq, hər hansı əsas göstərilmədən rədd edilmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
33. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 3 sentyabr 2022-ci il tarixli, 2-1(105)-202/2022 nömrəli qərarı (hakimlər: X24 (sədrlik edən və məruzəçi), X11 və X25) ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 noyabr tarixli qərarı iddianın təmin edilən - iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,0316 ha torpaq sahəsinin plan və ölçüsünün Şamaxı rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1991-ci ilin oktyabr ayında tərtib edilmiş 4231 inventar nömrəli qeydiyyat nömrəsi, səh.82, 03/783 saylı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun texniki göstəricilərinə uyğun hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsində dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, - Torpaq Məcəlləsinin normalarına və “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı Fərmana əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinə dair plan-ölçünün verilməsi cavabdehin vəzifəsidir. Hazırda qüvvədən düşmüş, lakin iddiaçının müraciəti zamanı qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11, 3.0.23, 3.0.24, 3.0.29 və 3.0.31-ci bəndlərinə əsasən, hüquqların dövlət qeydi yyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifad əçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Cavabdeh inzibati orqanın statusunu və vəzifələrini müəyyən edən hazırda qüvvədə olan normalarda da torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək onun vəzifələrinə aid edilmişdir; - bundan əlavə, iş materiallarında olan Şamaxı rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında iddiaçının təqdim etdiyi texniki pasportun X19 tərəfindən 2018-ci ildə saxta yolla tərtib edilməsi barədə üçüncü şəxsin dəlilləri, habelə həmin texniki pasportun arxivdə saxlanılan nüsxəsində torpaq sahəsinin pla nının göstərilməməsi cavabdeh tərəfindən plan-ölçünün həmin texniki pasport əsasında tərtib edilməsindən imtinaya əsas ola bilməz. Belə ki, İPM-nin 78-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsə də, (həmin maddədə yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburilyi nəzərdə tutulur), iddiaçı tərəfindən əsli təqdim edilmiş həmin sənədin mötəbərliyinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə sənədlərinin texniki və məhkəmə xətşünaslıq ekspertizaları təyin edilərək ekspertiza qarşısında müvafiq suallar, o cümlədən həmin sənəddəki imzaların eynilyi, eyni şəxs tərəfindən, yoxsa müxtəlif şəxslər tərəfindən icra olunması ilə bağlı suallar qoyulmuşdur. xx.xx.20 22-ci il tarixli 4/641-5/504 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 4231 saylı inventar nömrəsi olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundakı 1-ci və 4-cü vərəqlərin kağızları xassələrinə görə eyni kağıza aiddirlər, həmin sənədin 2-ci və 3-cü vərəqlərinin kağızlarından fərqlənirlər. Texniki pasportdakı 2-ci və 3-cü vərəqlərin kağızları xassələrinə görə eyni növ kağıza aiddirlər. Rəydə daha sonra göstərilir ki, ekspertizaya təqdim olunmuş 4231 saylı inventar nömrəsi olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun üz qabığında TİB-in rəisi qrafasında “İsmayılov S.M” yazılarından əvvəlki imza, üz qabığının arxa tərəfində əlyazmaların sonunda “S.M.İsmayılov” yazılarından əvvəlki imza, üçüncü səhifədə olan planın a şağı sağ küncdəki cədvəldə “rəis” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imza, həmin sənədin son səhifəsində “TİB-in rəisi” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imza – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 4231 saylı inventar nömrəsi olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun üz qabığında TİB-in rəisi qrafasında “İsmayılov S.M” yazılarından əvvəlki imza, üz qabığının arxa tərəfində əlyazmaların sonunda “S.M.İsmayılov” yazılarından əvvəlki imza, üçüncü səhifədə planın aşağı sağ küncdəki cədvəldə “rəis” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imza, həmin sənədin son səhifəsində “TİB-in rəisi” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imza ilə texniki pasportun ikinci səhifəsində olan planın aşağı sağ küncdəki cədvəldə “rəis” qrafasında “İsmayılov S” yazılarından əvvəlki imzanın eyni şəxs və ya müxtəlif şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Rəydə həmçinin göstərilmişdir ki, elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığına görə tədqiqata təqdim olunmuş texniki pasportun kağızlarının istehsal olunduğu və onun üzərində olan əlyazılarının icra vaxtının, o cümlədən həmin sənədin tərtib olunma vaxtının müəyyən edilməsi üzrə tədqiqat aparılmamışdır. - X6 iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində S.M.İsmayılov aprel 1991-ci il tarixindən 2006-cı il tarixədək Şamaxı rayonlararası X5 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin rəisi vəzifəsində işlədiyini, ünvan 5 ünvan a aid, E.A.Qafarov tərəfindən tərtib olunmuş, 03/783 qeydiyyat nömrəli (səh.82) Mailova (Nuriyeva) Ella Maşalla qızına məxsus evə aid olan oktyabr 1991-ci il tarixli “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun titul vərəqindəki və texniki pasportun digər səhifələrində olan “TİB-in rəisi” sözündən sonra İsmayılov S.M. soyadının əvvəlindəki imzaların hamısının şəxsən onun tərəfindən icra olunmaqla həmin imzaların da ona məxsus olduğunu göstərmişdir. Cavabdehin nümayəndəsi S.X1 həqiqətən əvvəllər Şamaxı Rayonlararası X5 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin rəisi vəzifəsində işlədiyini bildirmiş, iddiaçının vəsatəti əsasında S.İsmayılov şahid qismində dindirilməsi üçün növbəti məhkəmə iclasına dəvət olunmuş, lakin o xx.xx.2022-ci il tarixli teleqram ünvanla yaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək notarial qaydada təsdiq edilmiş ərizəsində göstərdiklərini bir daha təkrarlamışdır. Bundan əlavə, texniki pasportu tərtib etmiş X19 hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində texniki pasportun onun tərəfindən tərtib edildiyini bildirmişdir. Beləliklə, təkrar apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlarla iddiaçının təqdim etdiyi texniki pasportun mötəbərliliyi ilə bağlı üçüncü şəxsin dəlilləri öz təsdiqini tapmamışdır. Cavabdehin müvafiq dəlili – yəni həmin texniki pasportun arxiv nüsxəsində torpaq sahəsinin planının göstərilməməsi də iddiaçının təqdim etdiyi həmi sənədin əslinin şübhə altına alınması üçün kifayət deyildir. Belə ki, həmin texniki pasportda göstərilə n ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 39.1 kv m, yaşayış sahəsi 14.5 kv m olan 69 saylı yaşayış evi alqı-satqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə Şamaxı rayonlararası X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına qeydə alınmışdır. Daha sonra isə məhz cavabdehin özü tərəfindən həmin texniki pasportda göstərilən ölçüdə torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, müvafiq çıxarış verilmişdir. Həmin qeydiyyat və çıxarış üçüncü şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, lakin ləğv edilməmişdir.
35. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
36. Üçüncü şəxs kassasiya şikayə ti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Cavabdehin kassasiya şikayətinin dəlilləri
37. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazı və apellyasiya şikayətinin məzmununa və dəlillərinə əsaslanır. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri
38. Üçüncü şəxsin kassasiya şikayəti mahiyyətcə apellyasiya şikayətinin məzmununa və dəlillərinə əsaslanır. Kassasiya şikayətinə etirazın dəlilləri
39. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsü nün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
42. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadi yyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi
43. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi
44. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Ma ddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasi ya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
46. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdiril məsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
49. Bununla bağlı, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
50. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya mülkiyyətində olan torpaq sahəsi ilə bağlı plan və ölçü sənədinin verilməsinə dair məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin m əsələləri təkrarlamağa lüzum qalmır.
51. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
52. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
53. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qanuni mülkiyyətində olan torpaq sahəsinə dair cavabdeh tərəfindən müvafiq plan və ölçü sən ədinin tərtib edilərək ona verilməsinə nail olmaqdan ibarətdir.
54. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şamaxı şəhəri, Qədirli küçəsi 69 ünvanında yerləşən 0.0316 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.
55. Cavabdeh iddiaçının müraciətinə imtinasında və iddia tələbinə etirazında qeyd etmişdir ki, X30 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı iddiaçının adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğvinə dair məhkəmədə iddi a qaldırmış, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(85)-3444/2017 saylı qərarı ilə iddia rədd olunmuş lakin həmin qərardan R.Qasımov apellyasiya şikayəti vermiş və məhkəmə mübahisəsi davam etdiyindən müraciətin icrası mümkün olmamışdır. Bu hal imtina kimi qiymətləndirilməməlidir. Məhkəmə tərəfindən yekun qərar qəbul edildikdən sonra müraciətə qanuna müvafiq qaydada baxılacaqdır.
56. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə icraatının gedişində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)143/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 24 noyabr tarixli, 2-1(85)-3444/2017 saylı qərarından R.Qasımov tərəfindən verilmiş şikayət təmin edilməmiş, mübahisələndirilən məhkəmə qə rarı ləğv edilmiş və iddia məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ödənilmədiyi üçün mümkün sayılmamışdır. Bundan sonra, R.Qasımov DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə və X9 qarşı ünvan 2 ünvanda yerləşən 0.0313 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair iddia tələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmiş, Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
57. Göründüyü kimi, xx.xx.2018-ci il tarixindən etibarən məhkəmə mübahisəsinin mövcudluğu ilə bağlı cavabdehin istinad etdiyi hal aradan qalxmışdır. Lakin buna baxmayaraq cavabdeh iddiaçının müraciətinin icrasını təmin etmə miş (məktubda iddiaçıya verdiyi vədə əməl etməmiş), müxtəlif əsaslarla apellyasiya və kassasiya şikayəti verməklə iddiaçının tələbinin təmin olunmasına etiraz etmişdir.
58. Halbuki, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur.
59. Beləliklə, torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu və digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi, eləcə də torpaq sahəsi ilə bağlı hər hansı məhkəmə mübahisəsinin də artıq mövcud olmadığı mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur.
60. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələr i ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
61. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etmə kdə cavabdeh haqlı sayıla bilməz.
62. Məhkəmə kollegiyası Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur.
63. B u da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir.
64. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınma z əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir.
66. Beləliklə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə ko llegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2-1(105)-202/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.