Məhkəmə qərarları › İş №2-1(102)-420/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-420/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-420/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və İddiaçı2 ca vabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X8) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi (dövlət qeydiyyatına xitam verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli 2-1(105)-591/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində üçüncü şəxsin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmin çıxarışın verilməsinə əsas Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarından çıxarış olmuşdur. Həmin qərara əsasən üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan başqa, tərəflər arasında “Torpaqların alqı-satqısı”na dair 22 yanvar 2013-cü il tarixli akt da tərtib edilmişdir.

3. İddiaçılar İddiaçı2 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı “Abşeron rayonu, Məmmədli bələdiyyəsinin X5 Abşeron rayonu, Məm mədli kəndində 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunması” tələbinə dair iddiası, Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 saylı qərarı ilə təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-311/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı ilə üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs X5 mübahisəli torpaq sahəsinin ayrılması barədə Məmmədli bələdiyyəsi tərəfindən qəbul ed ilmiş qərar mövcud olmadığı, yəni hüquqmüəyyənedici sənəd olmadığı üçün iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyatının mübahisələndirmək hüququ olması izah olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-311/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır.

4. İddiaçılar cavabdehə müraciət edərək üçüncü şəxsin adına verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsini (dövlət qeydiyyatına xitam verilməsi) xahiş etmişlər.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların döv lət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı çıxarışa əsasən X4 xüsusi mülkiyyətinə verilmiş **********20 reyestr nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi (dövlət qeydiyyatına xitam verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.

7. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarix li 13/126 nömrəli qərarı ilə X5 Məmmədli kəndi ərazisində 0.02 ha torpaq sahəsi ayrılmışdır. Həmin ilkin torpaqayırma sənədi əsasında xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX1258293 seriyalı Çıxarışa əsasən sözügedən **********20 reyestr nömrəli torpaq sahəsi A.Babayevin xüsusi mülkiyyətinə verilmişdir. Qeyd olunan hal İddiaçı2 və SOCAR-ın maraqlarına toxunmuşdur. Belə ki, sözügedən qərarla ayrılmış torpaq sahəsində gələcəkdə aparılacaq tikinti işləri yolu bağlayacağı üçün İddiaçı2, 1976cı ildən SOCAR-ın “Neft kəmərləri" İdarəsinin istismarında olan Dübəndi-Böyük-Şor Dş700 magistral neft kəmərinin 47 86-ci km-də mühafizə zonası daxilində (torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 36.60 metr təşkil edir) ayrıldığı üçün (ekspert rəyi ilə təsdiq olunmuşdur, surəti əlavə olunur) SOCAR-ın maraqlarına toxunmuşdur. Qərar qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyi üçün, İddiaçı2 həmin qərarın etibarsız hesab olunması tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmə SOCAR-ı ilkin olaraq İİİ şəxs qismində, daha sonra iddiaçı kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir. Sözügedən iddia tələbi Məhkəmənin 21 dekabr 2021-ci il tarixli 21(118)-33/2021 nömrəli Qərarı ilə təmin olunmuşdur. Həmin Qərar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli 2-1(105)-311/2022 nömrəl i Qərarı ilə qüvvədə saxlanılmışdır. İş üzrə üçüncü şəxs A.Babayev Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Qərarından kassasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 2-1 (102)-1735/2022 nömrəli Qərarı ilə şikayət qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-311/2022 saylı 21 iyun 2021-ci il tarixli Qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək, iddia mümkün sayılmamışdır. Ali Məhkəmənin iddianın mümkün sayılmaması barədə qeyd olunan Qərarı ilə iddia mümkün sayılmasa da, həmin Qərarın 34-40-cı bəndlərindən göründüyü kimi əslində iddiaçıların xeyrinə olan Qərardır. Belə ki, Qərarın 34-40 bəndlərinin ümumi məğzi budur ki, işin araşdırılması nəticəsində A.Babayevə torpaq sahəsinin ayrı lması barədə Məmmədli Bələdiyyəsinin qərarının, yəni hüquqmüəyyənedici sənədin mövcud olmadığı sübuta yetirilmiş, bununla da ortada hər hansı bir mübahisənin mövcud olmadığı və qərardan iddiaçıların məhkəmə qaydasında müdafiə olunmasına ehtiyac olmadığı müəyyən olunmuşdur. Ali Məhkəmənin sözügedən qərarının 41-ci bəndində həmçinin qeyd olunmuşdur ki, həmin torpaq sahəsi üzərində A.Babayevin hüququnun reyestrdə qeydiyyatını mübahisələndirmək hüququnun olduğu iddiaçılara izah olunmalıdır.

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş **********20 reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçıların 4 saylı Abşeron Ərazi İdarəsinə 20 fevral 2023-cü i l tarixli müraciəti olmuşdur. Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X4 adına Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinə dair verilmiş **********20 reyestr nömrəli çıxarış Abşeron rayon Məmmədli Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 nömrəli qərarı əsasında verilmişdir. Sözügedən daşınmaz əmlak halhazırda X4 mülkiyyətindədir və daşınmaz əmlak üzərində X4 mülkiyyət hüququnun dövlət qeydiyyatı qanuni əsaslarla aparılmış və qeydə alma zamanı hər hansı yanlışlığa yol verilməmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2-1(118)-465/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, xx.xx.2018-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi üzərində X4 adına daşınmaz əmlakı n dövlət reyestrində aparılmış mülkiyyət hüquqlarına dair qeydin ləğv edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, sözügedən torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun qeydiyyatın, yəni RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın tərtib edilməsinə əsas olmuş Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarı təşkil etmişdir ki, həmin qərarın mövcud olmaması öz təsdiqini tapmışdır. İnzibati işin araşdırılması ilə bağlı aidiyyəti üzrə yenidən Abşeron rayon Dövlət Arxivinə sorğu vermiş və sorğu əsasında Abşeron rayon Dövlət Arxivindən daxil olmuş Abşeron rayonu Məmmədli kənd bələd iyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarından çıxarışdan görünür ki, X6 fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Göründüyü kimi, X4 adına tərtib edilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın əsasını təşkil edən bələdiyyə qərarı mövcud olmadığından, qeyd edilən hallar həm inzibati məhkəmə icraatı zamanı, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə öz əksini tapdığından və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından həmin q eydiyyatın hər hansı bir hüquqi qüvvəsi qalmamışdır. Beləliklə sözügedən Alim Malik oğlunun adına tərtib edilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”, Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarına münasibətdə formal qeydiyyat xarakteri daşımışdır. Çıxarışın verilməsinə əsas olan Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarı mövcud olmadığından, onun əsasında verilmiş çıxarışda ləğv edilməlidir.

11. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birin ci icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli 2-1(105)-591/2024 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova – sədrlik edən və məruzəçi, Z.Məmmədov və L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin adına torpaq sahəsi üzərində hüququn yaranması üçün heç bir əsas olmadığı (torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər olmadığı) halda, həmin əmlaka dair mövcud olmayan hüququn dövlət qeydiyyatını aparmışdır. Bu hal isə daşınmaz əmlakın dövlət reyestri haqqında və mülki qanunve riciliyin norma və tələblərinə uyğun olmamışdır. Nəticə etibarilə cavabdeh tərəfindən əmlaka dair üçüncü şəxsin adına aparılmış qeyd düzgün olmamışdır. Bu hal isə həmin qeydin ləğv edilməsi üçün əsas hesab edilir.

14. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 140, 141.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 23.1-ci maddələrinə istinad etmişdir.

15. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassator qeyd etmişdir ki, o, “Daşınmaz əmlakın dövlət reyesteri haqında” Qanunun 8-ci maddəsində sadalanan bütün sənədləri o cümlədən bələdiyyə aktından çıxarışın əslini, cizgi planını və kadastr sənədlərin i cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr təqdim etmişdir. Azərbaycan Respublikası qanunvericiliyində əsli təqdim edilmiş sənədin hər hansı bir arxivinin olub olmaması X8 və cavabdeh üçün əhəmiyyətli olmamışdır.

17. Həmçinin qeyd edilmişdir ki, Ali Məhkəmənin qərarından görünür ki, həmin vaxt fəaliyyətdə olmuş və Bələdiyyə aktını imzalamış bələdiyyə sədri X1 məhkəmədə iştirak etmiş, imza və möhürün ona məxsusluğunu təsdiq etmişdir. Məhkəmə həmin imzanın bələdiyyə sədrinə və ya digər şəxsə aid olmasının imzanın bələdiyyə sədrinə və ya digər şəxsə aid olmasının müəyyən olunmasını zəruri hesab etmədiyi üçün, müvafiq xətşünaslıq ekspertizası təyin etməmişdir. Əslində isə bələdiyyənin qərarı fiziki mövcüddür lakin arxivdə olmalı olan surəti movcud deyil. Çünki üçüncü şəxs Çıxarış alarkən fizik i olaraq qərarı DƏDRX-ya təqdim etmişdir.

18. Bundan əlavə kassator hesab edir ki, iddiaçılardan İddiaçı2 iddia qaldırmaq üçün sübyektiv hüququ yoxdur. Belə ki, o sonradan X2 bölünərək aldığı torpaq sahəsinə giriş əldə etmək məqsədindədir ki, bu məsələ də digər məhkəmə aidiyyətinə aiddir. X5 məxsus torpaq sahəsi ilə İddiaçı2 aid torpaq sahəsinə aid zolaq vardır və ona görə də İddiaçı2 heç bir qonşuluq təması yoxdur ona görə də o, belə bir iddia qaldıra bilməz.

19. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının 29-cu, X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddələrinin tələbləri pozulmuşdur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli 2-1(105)-591/2024 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. H üquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;... Maddə

23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınm az əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qər ar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kol legiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı üçüncü şəxsin xüsusi mülkiyyətinə verilmiş **********20 reyestr nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsinə yönəlmişdir.

30. Mübahisələndirilən qeydin aparılmasının əsas - Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dek abr 2004-cü il tarixli, 13/126 saylı qərarından çıxarış olmuşdur.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırkı iddiaçılar Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı iddia qaldıraraq yuxarıda qeyd olunan bələdiyyənin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarının etibarsız hesab edilməsini xahiş etmişlər. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iddia təmin edilsə də, lakin Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən üçüncü şəxs X5 mübahisəli torpaq sahəsinin ayrılması barədə Məmmədli bələdiyyəsi tərəfindən qəbul edilmiş qərar mövcud olmadığı, yəni hüquqmüəyyənedici sənəd olmadığı üçün iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyatının mübahisələndirmək hüququ olması izah olunaraq iddia mümkün sayılmamışdır.

32. Beləliklə, işin araşdırılmış hallarından görünür ki, üçüncü şəxsə mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə çıxarışın əsasını təşkil edən bələdiyyə qərarı mövcud deyil, daha doğrusu həmin tarixli və nömrəli qərar başqa şəxsin adına torpaq sahəsinin ayrılması barədədir.

33. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin adına torpaq sahəsi üzərində hüququn yaranması üçün heç bir əsas olmadığı (torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər olmadığı) halda, həmin əmlaka dair mövcud olmayan hüququn dövlət qeydiyyatını aparmışdır. Nəticə etibarilə cavabdeh tərəfindən əmlaka dair üçüncü şəxsin adına aparılmış qeyd düzgün olmamışdır. Bu hal isə həmin qeydin ləğv edilməsi üçün əsas hesab edilir.

34. Belə olan halda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hü quqi mövqeyi ilə razılaşır ki, torpaq sahəsinin ayrılması halı etiraf formasında deyil, məhz qanunla müəyyən edilmiş qayda və prosedurlara əsasən tərtib edilmiş inzibati akt əsasında müəyyən edilməlidir.

35. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin araşdırmadan üçüncü şəxsin adına çıxarışın verilməsi cavabdeh inzibati orqanın məsuliyyətindən yaranmış hal olduğundan və mübahisənin həlli cavabdehin səlahiyyət sferasına aid olduğundan iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdurlar.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdi rilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli 2-1(105)-591/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar