Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4202/2025 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ## ### 2016-cı il tarixli, *******000* nömrəli çıxarışdan görünür ki, “Sağ saidin aşağı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı yumşaq toxumaların yad cismi metal qəlpə sağ əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı V daraq sümüyün distal metafizinin köhnə kafi bitişmiş sınığı yumşaq toxumaların yad cismi metal qəlpə. Hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması” diaqnoz ilə İddiaçı ## ### 2021-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə üçüncü dərəcəli əlillik müəyyən edilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ######## 2022-ci il tarixli, *** nömrəli qərarından görünür ki, Şamaxı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və ## #### 1994-cü il tarixdən ## ##### 1994-cü il tarixə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ saidin orta 1/3-nin, sol daban nahiyəsinin dəlib keçən kor güllə yaralanması, yaraların birincili cərrahi işlənməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin ## ###### 2022-ci il tarixli, *** nömrəli göndərişi, ## ###### 2022-ci il tarixli, *** nömrəli arayışı, MN Baş Klinik Hospitalından verilmiş ## ##### 1994-cü il tarixli çıxarış epikrizi, ## ######## 2022-ci il tarixli, **** nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ### 2023-cü il tarixli, 3-17- */*-Q-*****/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, əlillik vəziyyəti dövlət tibb müəssisəsinin V********HEE nömrəli göndərişi əsasında ## ###### 2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, göndərişdə qeyd olunan diaqnoz və ağırlaşmaları əlillik təyininə əsas verməmişdir. Nəzərə çatdırılmışdır ki, müraciəti əsasında ## #### 2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən, barəsində qəbul edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsi barədə ## ###### 2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11 Sosial Ekspert Komissiyasının ## ###### 2023-cü il tarixli, *******0003 nömrəli qərarından görünür ki, İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X11 Sosial Ekspert Komissiyasının ## ##### 2023-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarından görünür ki, İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsin ## ##### 2024-cü il tarixli, **-*-**/*-***/**** nömrəli məktubundan görünür ki, X4 ilk olaraq ## ######## 2022-ci il tarixdə “xxxx” publik hüquqi şəxsinə müraciət etmiş və vətəndaşa ixtisaslı xəstəxanaya ETTOİ-na göndəriş verilmişdir. Vətəndaş X4 ## ####### 2022-ci il tarixdə ETTOİdan aldığı *G-** nömrəli arayışı “xxxx” publik hüquqi şəxsinə təqdim etmiş və “xxxx” publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyası vətəndaşın sənədlərini qəbul edərək ## ####### 2022-ci il tarixdə imzalayaraq, F********NJL nömrəli və ## ###### 2022-ci il tarixli, V********HEE nömrəli forma 88 tərtib edilmiş və TSEK-in reyestr sisteminə işlənmişdir. Vətəndaş ## ####### 2023-cü il tarixdə “xxxx” publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyasına müraciət edərkən onun sağlamlıq vəziyyətinin əyani müayinə olunmuş və vətəndaşa ixtisaslı xəstəxanaya ETTOİ-na göndəriş verilmişdir. Daha sonra vətəndaş X4 “xxxx” publik hüquqi şəxsinə ETTOİ-dan aldığı ********** nömrəli, ## ####### 2023-cü il tarixli (Hərbi əməliyyat zamanı partlayışdan sonrakı vəziyyət, sağ saidin daban nahiyyəsində yad cisimlər qəlpələr sağ daban sümüyünün tez-tez residinləşən xroniki osteoneiliti) diaqnozu ilə arayışı təqdim etmişdir. ## ###### 2023-cü il taridə “xxxx” publik hüquqi şəxsinin Həkim Məsləhət Komisiyasının qərarı ilə vətəndaşın sənədi qəbul edilmiş ## ###### 2023-cü il tarixdə imzalanaraq B********CRZ nömrəli forma 88 tərtib edilmiş və TSEK-in reyestr sisteminə işlənmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “## ### 2023-cü il tarixli imtina qərarının ləğv edilməsi və iddiaçıya əlillik dərəcəsinin yenidən müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi biletində yazılanlardan görünür ki, o, *** saylı batalyonun əsgəri kimi birinci Qarabağ Müharibəsinin iştirakçısı olmuş və həmin vaxt döyüş zamanı yaralanmışdır. **** saylı Epikrizdə yazılanlardan görünür ki, N saylı hərbi hissədə xidmət edərkən ## #### 1994-cü il tarixdə “sol daban nahiyyəsini dəlib keçən sağ saidin orta 1/3-nin kor güllə yarası” diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına stasionar müalicəyə qəbul edilmişdir. ## #### 1994-cü il tarixdən ## ##### 1994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına stasionar müalicədə olmuşdur. Azərbaycan İcbari Tibbi Sığorta üzrə X3 Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilmiş ## ##### 2021-ci il tarixli, *G-**/**** saylı arayışın əslindən görünür ki, o, “odlu silah yaralanması, partlayış travması, sağ saidin distal 1/3nin sümük arası yumşaq toxumalarında tək sayda qəlpə, saidin əzələ atrofiyası. sol daban və aşağı baldır oynağı nahiyəsində metal qəlpələr” tibbi diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Azərbaycan İcbari Tibbi Sığorta üzrə X3 Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilmiş digər ## ####### 2022- ci tarixli, İG ** saylı arayış və ona əlavə edilmiş tibbi kartanın əsillərindən görünür ki, “odlu silah yaralanması, partlayış travması, sağ saidin distal 1/3-nin tək sayda metal qəlpəsi, sol daban və aşağı baldır oynağı nahiyəsində metal qəlpələr, aşağı baldır oynağın kontrakturası və sayr W 32, W 33 Y 36.4, M 24.5, M 19.0, M 25.7, M 79.5, M 62.5, L 91.0, R 52.0, R 26.8, M 77.3” tibbi diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Lakin ## ### 2016-cı il tarixdə təyin edilmiş əlilliyin müddəti başa çatan kimi, iddiaçının pensiyası kəsilmişdir. Bundan sonra yenidən tibbi komissiyadan keçsə də, onun əlillik qrupunun müddəti uzadılmamışdır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və X8 ərizə ilə müraciət etmişdir. Oradan göndərilmiş ## ### 2023-cü il tarixli, *-*-*/*-Q-*****/**** saylı imtina aktından yazılmışdır ki, tibbi göndərişdə yazılmış diaqnoz və onun ağırlaşmaları iddiaçının əlilliyinin təyininə əsas vermir. Halbuki o, ## ### 2021-ci il tarixədək üçüncü qrup əlil hesab olunmuşdur. Bu imtina aktını iddiaçı ## #### 2023-cü il tarixdə çox çətinliklə ala bilmişdir. Qeyd edilir ki, iddiaçının əlillik müddəti uzadılmalı və o, əlillik pensiyasını almalıdır ki, daimi müalicəsi üçün imkanı olsun. Səhhətinin vəziyyəti və bunu əyani göstərən tibbi sənədlər, arayışlar və aktlar mövcuddur. Ona görə də cavabdehin iddiaçıya verdiyi ## ### 2023-cü il tarixli imtina qərarından məhkəməyə şikayət edilmişdir.
9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə xxxxnın ## ### 2016-cı il tarixli göndərişi əsasında baxılmış və səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X13: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri T08-T14 - Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması T1...; Diaqnozun mətni: Sağ saidin aşağı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı yumşaq toxumaların yad cismi metal qəlpə sağ əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı V daraq sümüyün distal metafizinin köhnə kafi bitişmiş sınığı yumşaq toxumaların yad cismi metal qəlpə. Hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması.; Meyar 2.3 Üçüncü dərəcə əlillik - 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2)" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. xxxxnın ## ### 2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “X13 XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri - Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar - Y36 - Hərbi əməliyyatlar - Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Odlu silah yaralanması, partlayış travması, sağ saidin distal 1/3-nin yumşaq toxumalarda tək sayda qəlpə, sol daban və aşıq baldır oynağı nahiyəsində metal qəlpələr, posttravmatik çapıqtoxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. xxxxnın ## ###### 2022-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması partlayış travmasından sonrakı vəziyyət. Hipertrofik çapıq, postoperasion kobud çapıqları, sağ saidin distal 1/3-də tək sayda, sol daban və aşıq baldır oynağı nahiyədə metal qəlpələr Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə, iddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən ## ##### 2023-cü il tarixli, 3-17- */*-*-****/**** nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı ## #### 2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir (ESDAS 22420399120). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ## ######## 2022-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ saidin orta 1/3-nin, sol daban nahiyəsinin dəlib keçən kor güllə yaralanması, yaraların birincili cərrahi işlənməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş ## ###### 2022-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda daban nahiyəsində və sağ yuxarı ətrafda saidin orta 1/3-də çapıqlar izlənilmiş, əzələlər atrofiyasız, ətraflarda iflic, parez, əlillik təyinatına əsəs verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında ayağında, qolunda qəlpələr olduğunu, bu səbəbdən ətraflarının şişdiyini bildirmişdir. Müayinə zamanı sağ saidin orta 1/3-də, sağ əlin V-ci barmağında və sol daban nahiyəsində çapıq toxumalar izlənilmiş, ödem, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş, dayaq-hərəkət funksiyası pozulmamışdır. Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun ## ######## 2022-ci il tarixli *G** nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması. Partlayış travması. Sağ saidin distal 1/3-nin sümükarası yumşaq toxumalarınında tək sayda qəlpə, saidin əzələ atrofiyası, mil-bilək oynağının kontrakturası. Sol daban və asıq-baldır oynağı nahiyəsində metal qəlpələr. Açıq-baldır oynağının kontrakturası. Posttravmatik kobud-kelloid çapıqlar, əzələ atrofiyası. Daimi ağrı sindromu, axsama və yerişin pozulması” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə iddiaçının əlillik dərəcəsinin yenidən müəyyən olunması ilə bağlı müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Tibbi-sosial ekspert komissiyasının ## ###### 2024-cü il tarixli, *-**-*/*-*- ***/**** nömrəli qərarında qeyd edilmişdir ki, növbəti dəfə vətəndaş ## ######## 2023cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında ayağında, qolunda qəlpələr olduğunu, bu səbəbdən ətraflarının şişdiyini bildirmişdir. Müayinə zamanı sağ saidin orta 1/3-də, sağ əlin V barmağında və sol daban nahiyəsində çapıq toxumalar izlənilmiş, ödem, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş, dayaq-hərəkət funksiyası pozulmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ##.##.2023-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Hərbi əməliyyat zamanı partlayış travmasından sonrakı vəziyyət. Sağ saidin daban nahiyyələrinin yad cisimləri (qəlpələr). Sağ daban sümüyünün tez-tez residivləşən xroniki osteomieliti” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
12. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə tapşırılmışdır.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, T***/**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Səhiyyə Nazirliyinin “xxxx” Phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar xxxxnın ##.##.2022-ci il tarixli göndərişi əsasında müəyyən edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması partlayış travmasından sonrakı vəziyyət, hipertrofık çapıq, postoperasion kobud çapıqları, sağ saidin distal 1/3-də tək sayda, sol daban və aşağı baldır oynağı nahiyədə metal qəlpələr” diaqnoz onun real sağlamlıq vəziyyətidir. Belə ki, şəxsin əyani müayinəsində xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafında daban nahiyəsində və sağ yuxarı ətrafda saidin orta 1/3-də çapıqlar izlənilmiş, əzələlər atrofıyasız, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir. Vətəndaş İddiaçı tibbi sənədlərində onun hazırkı real xəstəlik vəziyyətindən başqa əlavə xəstəlik müəyyən edilmədi. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyinatına əsas vermədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi.
14. Sumqayıt İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi cavabdeh orqanın mütəxəssisləri ekspert qismində cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə tapşırılmışdır.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, T**/**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin göndərişi əsasında müəyyən edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması partlayış travmasından sonrakı vəziyyət, hipertrofık çapıq, postoperasion kobud çapıqları, sağ saidin distal A-də tək sayda, sol daban və aşağı baldır oynağı nahiyədə metal qəlpələr” diaqnozundan əziyyət çəksə də, cavabdeh orqan tərəfindən əyani müayinəsi zamanı sol aşağı ətrafında daban nahiyəsində və sağ yuxarı ətrafda saidin orta 1/3-də çapıqlar izlənilmiş, ödem, hipotrofıya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş, dayaq-hərəkət funksiyasının pozulması aşkar edilməmişdir. İddiaçı ## ###### 2025-ci il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə müayinə olunarkən ona “Odlu silah yaralanması, sol pəncənin çoxsaylı yad cisimləri, sağ saidin yad cismi, daimi ağrı sindromu, sol tərəfli daban mahmızı (Plantar fossit). XBT: M72.2; W33; R52.2; M79.5” diaqnozu qoyulmuşdur, yəni suallarda qeyd edilən ağırlaşmaların (M19.0, M24.5) hər hansı birinə rast gəlinməmişdir. Qərardadın 2-ci bəndinin yarımbəndlərində göstərilən hallardan hər hansı birinə Elmi Tədqiqat Travmotologiya İnstitutunda mütəxəssis travmotoloqların müayinəsi zamanı rast gəlinməmişdir.
16. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Könül Həbibova) iddia təmin edilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyindən müəyyən edilir ki, iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntu müəyyən edilməmişdir. .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən iddiaçıda əlilliyə gətirib çıxara biləcək xəstəliklər aşkar olunmadığı üçün əlilliyin təyin edilməsinə əsas yoxdur.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər Quliyev İsmayıl Rza oğluməruzəçi, X2 və Cabbarova Gülnar İnqilab qızı) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq göstərmişdir ki, “.... göndərişdə qeyd olunan xəstəliklərin bəziləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər sırasına daxil olmamış, digər diaqnozlar isə yuxarıda istinad olunan ekspert rəyinə əsasən xəstəliklərin ağırlaşması dərəcəsində olmamaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələbinə əsasən iddiaçıya əlillik təyin olunmasına əsas olmamışdır. Əlavə olaraq iddiaçı apellyasiya şikayətində cavabdehin nəzarətində olmayan yeni tibbi ekspertizasının keçirilməsinə zərurət yarandığını qeyd edərək onun yenidən tibbi ekspertizadan keçirilməsinin təmin olunmasını xahiş etmişdir. Kollegiya iddiaçının vəsatətini əsassız hesab etməklə qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilərkən ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mütəxəssisləri ekspert qismində cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə həvalə olunmuşdur”.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayəti dəlilinə görə iddiaçının birinci Qarabağ Müharibəsində aldığı travmalar sağalmaz xəstəlik olmaqla nəinki sonradan sağalmış, əksinə yaşa dolduqca bu travmaların yaratdığı fəsadları daha da artmışdır. Məhkəmə iddiaçını yenidən cavabdeh orqana əyani müayinəyə göndərir, cavabdehin nümayəndəsinin iştirakı ilə ekspertiza təyin edir, sonra da hər iki məhkəmə instansiyası qanunsuz əldə edilmiş bu sübutlara mötəbər sübut kimi istinad edirlər.
23. Halbuki məhkəmə ekspert qarşısında sual qoymalı idi ki, 2016-cı ildə iddiaçıya əlillik təyinatına əsas olmuş diaqnoz hal-hazırda da mövcuddurmu? 2016-cı ildən sonra həmin xəstəliklə bağlı nə kimi ağırlaşmalar yaranmışdır?
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, T**/**** nömrəli ekspert rəyinin nəticə hissəsindən də göründüyü kimi iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin göndərişi əsasında müəyyən edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması partlayış travmasından sonrakı vəziyyət, hipertrofik çapıq, postoperasion kobud çapıqları, sağ saidin distal A-də tək sayda, sol daban və aşağı baldır oynağı nahiyədə metal qəlpələr” diaqnozundan əziyyət çəkməyim qeyd olunmuş və daha sonra bu ekspertiza birliyi cavabdeh orqan-DTSERA tərəfindən əyani müayinədə olan zamanı sol aşağı ətrafında daban nahiyəsində və sağ yuxarı ətrafda saidin orta 1/3-də çapıqların izlənildiyini, ödem, hipotrofiya, atrofiya, parez, iflic izlənilmədiyini,hərəkətlərin tam həcmdə olduğunu, dayaq-hərəkət funksiyasının pozulmasının aşkar edilmədiyini qeyd etmişdir, yəni bu məlumat cavabdeh orqanın əyani müayinə zamanı gəldiyi nəticəyə əsasən yazılmışdır. Daha sonra qeyd olunur ki, iddiaçı ## ###### 2025-ci il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə müayinə olunarkən ona “Odlu silah yaralanması, sol pəncənin çoxsaylı yad cisimləri, sağ saidin yad cismi, daimi ağrı sindromu, sol tərəfli daban mahmızı (Plantar fossit). XBT: M72.2; W33; R52.2; M79.5” diaqnozu qoyulmuşdur, bu məlumat da həmin rəyə qeyd olunan müalicə müəssisəsinin verdiyi arayış əsasında daxil edilmişdir.
25. Göründüyü kimi ekspert rəyi əslində işdə olan məlumatları sadalamış və ekspertin konkret olaraq qarşısında qoyulmuş suallara cavabı əks olunmamışdır. Məhkəmə bu halı öz subyektiv mülahizəsinə əsasən belə qiymətləndirmişdir ki, guya suallarda qeyd edilən ağırlaşmaların (M19.0, M24.5) hər hansı birinə rast gəlinməmişdir. Qərardadın 2-ci bəndinin yarımbəndlərində göstərilən hallardan hər hansı birinə Elmi Tədqiqat Travmotologiya İnstitutunda mütəxəssis travmotoloqların müayinəsi zamanı rast gəlinməmişdir. Sual yaranır, ekspertiza müayinəsi zamanı iddiaçıda hansı ağırlaşmalar müəyyən edilmişdir? Əslində verilmiş bu rəy «ekspert rəyi» kimi qəbul edilə bilməz və bu rəydə ekspertin özünün gəldiyi nəticə öz əksini tapmamışdır, lakin məhkəmə bu rəyi əsas sənəd kimi qəbul etməklə hazırki qərarı qəbul etmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2 Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5 TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6 Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası ... 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. ...
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin müəyyən edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.
38. Bununla belə, iddiaçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
39. İşin hallarından görünür ki, ## ### 2016-cı il tarixdə “Sağ saidin aşağı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı yumşaq toxumaların yad cismi metal qəlpə sağ əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı V daraq sümüyün distal metafizinin köhnə kafi bitişmiş sınığı yumşaq toxumaların yad cismi metal qəlpə. Hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması” diaqnozu ilə İddiaçı ## ### 2021-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə üçüncü dərəcəli əlilliyi müəyyən edilmişdir.
40. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ######## 2022-ci il tarixli, *** nömrəli qərarı ilə iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən aldığı və ## #### 1994-cü il tarixdən # ##### 1994-cü iltarixə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sağ saidin orta 1/3-nin, sol daban nahiyəsinin dəlib keçən kor güllə yaralanması, yaraların birincili cərrahi işlənməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin # ###### 2022-ci il tarixli, *** nömrəli göndərişi, # ###### 2022-ci il tarixli, *** nömrəli arayışı, MN Baş Klinik Hospitalından verilmiş # ##### 1994-cü il tarixli çıxarış epikrizi, # ######## 2022-ci il tarixli, **** nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
41. İddiaçının əlillik müddəti bitdikdən sonra barəsində sonuncu dəfə xxxx tərəfindən ##.##.2022-ci il tarixdə tərtib edilmiş göndərişə əsasən iddiaçının əsas diaqnozu – Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması partlayış travmasından sonrakı vəziyyət”, ağırlaşmaları: M19.0 “Digər oynaqların birincili artrozu, sağ dirsək oynağının ikincili dərəcəli, sol aşıq baldır oynağının ikinci dərəcəli artrozu, sağ mil bilək oynağının ikinci dərəcəli artrozu”, M24.5 “Oynaqların kontrakturası, sağ dirsək və mil-bilək oynaqların kontrakturası, sol aşıq-baldır oynağın kontrakturası (ayaqaltı bükmə 105 dər, dorron bükmə 90 dər)”, L91.0 “Hipertrofik çapıq, postoperasion kobud çapıqları, sağ saidin distal 1/3-də tək sayda sol daban və aşıq baldır oynağı nahiyədə metal qəlpələr”, M77.5 “Pəncənin digər entezopatiyaları, Daban mahmızı”, R52.0 “Kəskin ağrı, daimi ağrı sindromu”, R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama yerişin pozulması” olaraq qeyd edilmişdir.
42. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd olunan xəstəliklərin bəziləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlilliyin müəyyən edilməsinə əsas verən xəstəliklər sırasına daxil olmamış, digər diaqnozlar isə alınan məhkəmə tibbi ekspert rəyinə əsasən xəstəliklərin ağırlaşması dərəcəsində olmamaqla “Əlilliyin müəyyən olunması Meyarları”nın tələbinə əsasən iddiaçıya əlillik müəyyən olunmasına əsas olmamışdır. Ekspert rəyləri cavabdehin nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir.
43. İddiaçıda aşkar edilmiş xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
44. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır.
45. Belə olan halda kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.