Məhkəmə qərarları › İş №2-1(102)-4203/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4203/2025

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4203/2025 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin göndərişdə olmayan xəstəlik üzrə təyin edilməsinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ## ### 2024-cü il tarixli, *******0007 saylı qərarının ləğv edilməsi və ona 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı 1991-ci il tarixdən 2000-ci ilədək Azərbaycan Ordusu sıralarında xidmət keçmişdir. O, ## #### 1993-cü ildən ## ### 1994-cü ilədək Dağlıq Qarabağ döyüş bölgəsində iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən ## ###### 1994-cü il tarixdə xəsarət almışdır.

2. Ona ## ### 2008- ## ### 2011-ci il tarixləri arasında III qrup əlillik təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini taparaq, ona ## ### 2011-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. ##.##.2011-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində qəbul etdiyi qərara əsasən ## ### 2011-ci il tarixdən ## ### 2016-cı il tarixədək əlillik müddəti müəyyən olunmuşdur.

4. Təkrar ## ### 2016-ci il tarixdən əlillik müddəti ## ### 2021-ci il tarixinədək müəyyən olunmuşdur. ## ######## 2022-ci il tarixdə keçirilən qiymətləndirmə zamanı isə cavabdeh inzibati orqanın Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçıya təkrar əlilliyin təyin edilməsindən imtina edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının ## ### 2024-cü il tarixli, *******0007 saylı qərarından görünür ki, iddiaçıya əlliliyin verilməsindən imtina edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ## ### 2024-cü il tarixli, *******0007 saylı qərarının ləğv edilməsi və ona 65- 80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, döyüş zonasında hərbi xidmət keçərkən ## ###### 1994-cü il tarixdə xəsarət almışdır. Ona ## ### 2008-## ### 2011-ci il tarixləri arasında III qrup əlillik təyin edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən İddiaçı aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. 2011-ci ildə əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı II qrup (Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Postravmatik ensefalopatiya. Asteno-nevrotik hal) diaqnozu qoyulmuş və ## ### 2011-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. ## #### 2011-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində” Qapalı kəllə-beyin travması Baş beyin silkələnməsi” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması müəyyən edilmişdir. Bundan sonra ## ### 2011-ci il tarixdən ## ### 2016-cı il tarixədək əlillik müddəti müəyyən olunmuşdur. Təkrar ## ### 2016-ci il tarixdən əlillik müddəti ## ### 2021-ci il tarixinədək müəyyən olunmuşdur. ## ######## 2022-ci il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona təkrar əlilliyin təyin edilməsindən imtina edilmişdir. Lakin iddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir.

8. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2011-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması, Bas beyin silkələnməsi diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş əsməsi, başda uğultu, yaddaş zəifliyi, əsəbilikdən, qıcolma tutmalarından, aşağı ətrafların hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı nevroloji defisit izlənilməmiş, yuxarı və aşağı ətraflarda reflekslər canlı alınmış, nevroloji sınaqları uğurla yerinə yetirmiş, Romberq vəziyyətində dayanıqlı, hərəkətlər tam həcmdə olmuş, atrofiya, parez, iflic izlənilməmişdir. Anamnestik məlumatlarda təsvir olunmuş qıcolma tutmaları, epitutmanı təsdiqləməmişdir. Psixiatriya xəstəxanasından müalicə sənədləri və reseptlər təqdim etsə də, hal-hazırda dərman qəbul etmədiyini, heç vaxt psixiatrik xəstəxanada müalicə almadığını bildirmiş, 2016-2017-ci ilə qədər aktiv əmək müqaviləsi olduğu aşkarlanmışdır. Psixi Sağlamlıq Mərkəzinin ##.##.2022-ci il tarixli ***** nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində) şəxsiyyət pozuntusu, yaddaşın zəifliyi ilə” kimi qeyd edilmişdir. X2 ##.##.2023-ci il tarixli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş zəifliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. * saylı Klinik Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi "Diffuz rezidual-organik tipli dəyişiklikər fonunda orta sturukturların disfunksiyası, aktivləşdirici strukturların üstünlüyü qeyd olunur” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X3 ##.##.2022-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Subaraxnoidal şırımların genişlənməsi və kortikal qırışların atrofiyası aşkarlanır. Burun sümüklərinin və sol ziqomatiko-maksillyar kompleksin köhnə sınıqları qeyd olunur. Soldan orbitanın, haymor boşluğunun, etmoidal labirintin tamlığı pozulub kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü ii tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3.5 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60%). AortaI və MitraI qapaqlar fibrotikdir. Min MR. Perikard təmizdik kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli X4 müayinəsinin nəticəsi “Hepatosteatoz. Grade 2” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli Oftolmoloq müayinəsinin nəticəsi “OD- Pterigium II mərhələ. OU-Yetişməmiş katarakta” kimi müəyyənləşdirilmişdir. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

9. Şirvan Inzibati Məhkəməsinin 19 sentyabr 2023-cü il tаriхli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

10. Şirvan Inzibati Məhkəməsinin ## #### 2024-cü il tаriхli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının əlilliyin müəyyən edilməsi üçün müraciətinə 01 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim Şahəli Musayev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ## ### 2024-cü il tarixli, *******0007 saylı qərarının ləğv edilməsi, iddiaçıya sağlamlıq imkanları 35-60 faiz məhdud olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi və əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının ## ### 2024-cü il tarixli, *******0007 saylı iddiaçıya əlilliyin təyinatından imtina qərarını qanunsuz hesab edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən imtinanın verildiyi bu müddət ərzində xəstəliyin aradan qaldırılması, hazırda iddiaçının göstərilən xəstəliklərdən əziyyət çəkməməsi və heç bir müsbət dəyişiklik olmadan məzmunca həmin diaqnoz üzrə təkrar-təkrar ona əlillik təyinatından əsaslandırılmamış, formal olaraq “Diaqnoz əlilik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Halbuki iddiaçının xəstəliyi ilə bağlı təyin olunmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin F06 və F07.0 bəndinə uyğunluğu təsdiq olunur.

13. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqliyini təkzib edən, habelə iddiaçının xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Həmçinin cavabdeh inzibati orqanın iddiaya qarşı etirazında, həmçinin iddiaçıya əlilik təyinatından bütün imtinalarında qeyd olunan səbəblər (ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var) heç bir dəlil-sübutla əsaslandırılmadan, izahı və açıqlamaları tibbi sənədlərlə təsdiq olunmadan əlillik təyinatından imtina edilməsi də onun xəstəliyinin hazırkı vaxtadək heç bir dəyişiklik olmadan davam etməsini təsdiq edir. Beləliklə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə iddiaçının ona 35-60 faiz olmaqla əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşaiyət olunması tam təsdiq olunur.

14. Bütün bunlar sonuncu göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2 bəndində nəzərdə tutulan xəstəliklərlə bağlı orqanizmin funksiyalarının pozulması 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətinə təyin olunmalı olduğu göstərilmişdir. İddiaçı “Kəllə beyin travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağır eşitmə diaqnozu iş materialları ilə öz təsdiqini tapdığından və həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin 7-ci “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2.1 bəndinə əsasən 35-60 faiz əlillik meyarlarına uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

apellyasiya instansiyası məhkəməsində icraat

17. Şirvan Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tаriхli, *-*(***)-***/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, T***/**** nömrəli rəydə göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: S06- Kəllədaxili travma, keçirilmiş QKBT-nın davamlı fəsadı. Ağırlaşmalar: G93.2- Xoşxassəli kəllədaxili hipertenziya, hipertenzion sindrom. G93.4- Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik serbrasteniya, ensefalopatiya. Yanaşı xəstəliklər: B18.2-Virus mənşəli xroniki C hepatiti, virus hepatiti “C”, H35.8-Digər dəqiqləşdirilməmiş retinal pozğunluqlar, OU-Retinal angiopatiya; Ill-Ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya II mərhələ, K72.9- Dəqiqləşdirilməmiş qaraciyər çatmamamazlığı; M19-Digər artrozlar, sol dirsək oynağının içəri epikondilusun soltərəfli neyral kapral sindromu, dirsək bilək oynağında artroz” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2024cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı emosional stabil olmuş, patoloji affekt halı izlənilməmiş, müayinə və analiz qabiliyyəti təhrif olunmamış, təfəkkür ardıcıl və məntiqi izlənmiş, bütün klinik əlamətlər və instrumental müayinə nəticələri nəzərə alınaraq vətəndaşın kənar şəxsin nəzarətinə və ya qulluğuna səbəb olan psixi vəziyyəti aşkarlanmamış, təqdim olunan MRT müayinəsində travma nəticəsində (Hərbi qərarda yaralanma yerinə uyğun) ensefalomalazik sahələr təsdiqlənməmiş, 2023-cü ildən başlamış psixiatrik ağırlaşmaların 30 il öncəki travma ilə əlaqələndirilməsi istər sənədləşmə, istərsə də instrumental olaraq hərbi travma ilə əlaqələndirilməmişdir. ##.##.2025-ci il tarixdə özünün əyani müayinəsində sinir oyanıqlığı müşahidə edilməmiş, ünsiyyət zamanı fikirlərini sərbəst ifadə etmiş, aqressiya göstərməmişdir. İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Respublika Psixiatriya Xəstəxanası” phş-nə göndərilmiş və ##.##.2025-ci il tarixdə Həkim Məsləhət Komissiyası tərəfindən müayinə zamanı ona “F07.O-Üzvi (İ Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, dekompensasiya dövrü” diaqnozu qoyulmuş və həmin diaqnozla 04 ##.##.2025-ci il tarixlərdə stasionar müayinə, müalicədə olmuşdur.

18. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Samir Həsənov və Aytən Novruzova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyi ilə iddiaçıda “F07.Oüzvi (İ Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, dekompensasiya dövrü” diaqnozu olması öz təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarları”nın “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2-ci bəndi ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir.

20. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri 21.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə lazımi araşdırma aparmadan və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə edərək, ciddi qanun pozuntusuna yol vermiş və nəticədə yuxarıda sadalanan maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının sözügedən qərarı qanunsuz və əsassız olmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanunvericiliyə deyil, mülahizələrə əsaslanmışdır. Məhkəmə araşdırması zamanı lazımi sübutlar toplanılmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə yetərincə araşdırmadan, iş üzrə mövcud sənədlərə düzgün qiymət verilmədən düzgün olmayan yekun qərar qəbul edilmişdir.

b) kassasiya şikayətinə etirazın dəlilləri

24. Iddiaçı kassasiya şikayətinə etiraz edərək, cavabdehin verdiyi kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”: Bənd 1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. ... 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır... 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. ... 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Informasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. ... 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. ... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X9na uyğun olaraqəsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə

6. Sinir sistemi xəstəlikləri 6.1 Başın travmaları S02-S09

7. Psixi və davranış pozuntuları 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0

28. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. … Maddə 58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

31. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

33. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

34. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə bağlı mübahisəyə münasibətdə məhkəmə mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərardad qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

35. Hazırkı iş üzrə iddiaçının tələbi Tibbi-Sosial Ekspert Komissiyasının ## ### 2024cü il tarixli, *******0007 saylı qərarının ləğv edilməsi və ona 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi, əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

36. Əvvəla məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, iddiaçının mübahisələndirdiyi Tibbi-Sosial Ekspert Komissiyasının ## ### 2024-cü il tarixli, *******0007 saylı qərarının məhz hansı göndəriş əsasında verildiyi məlum deyil. Belə ki, işdə yalnız iddiaçı barəsində tərtib edilmiş ##.##.2022-ci il tarixli, L********EQK nömrəli göndəriş mövcuddur, hansı ki, Tibbi-Sosial Ekspert Komissiyasının ## ### 2024-cü il tarixli, *******0007 saylı qərarının məhz həmin göndəriş əsasında verilmədiyi müəyyən olunur. Nəzərə alınmalıdır ki, müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndərişlər əsasında 10 gün müddətində qiymətləndirmə aparılmalı olduğu halda, hazırkı işdə olan yeganə ##.##.2022-ci il tarixli, L********EQK nömrəli göndəriş əsasında ## ### 2024-cü il tarixli, *******0007 saylı qərarın qəbul edilməsi ağlabatan deyil. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, Tibbi-Sosial Ekspert Komissiyasının ## ### 2024-cü il tarixli, *******0007 saylı qərarının müvafiq tibb müəssisəsinin tərtib etdiyi məhz hansı göndəriş əsasında qəbul edildiyi iş materiallarından müəyyən olunmur. Buna baxmayaraq işə baxan məhkəmələr bu halı araşdırmadan iddiaçının ## ### 2024-cü il tarixli, *******0007 saylı qərarın ləğv edilməsi ilə bağlı tələbini təmin etmişlər.

37. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işin təkrar apelyasiya baxışı zamanı iddiaçı barəsində tərtib edilmiş ##.##.2022-ci il tarixli, L********EQK nömrəli göndərişdən sonra başqa göndərişlərin iddiaçı barəsində tərtib edilib-edilmədiyi, edildiyi halda buna müvafiq cavabdeh qurumun qiymətləndirməsinin (imtina qərarlarının) olubolmadığı məsələsi araşdırılmalıdır.

38. Digər tərəfdən, iddiaçının ona 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi barədə tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən təqdim edilmiş ## #### 2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyi ilə iddiaçıda “F07.0 üzvi (İ Qarabağ müharibəsi zamanı keçirilmiş qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, dekompensasiya dövrü” diaqnozu olması öz təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən ediləsi meyarları”nın “Psixi və Davranış pozuntuları” bölməsinin 7.6.2-ci bəndi ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir.

39. Halbuki iş materiallarında olan iddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, L********EQK nömrəli göndərişdə (Forma- 088) onun əsas diaqnozu S06, ağırlaşmaları G93.2, 93.4, yanaşı xəstəliklər B18.2, H35.8, I11, K72.9, M19 göstərilmişdir.

40. F07 kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarlarına əlavə”nin 7-ci bəndində nəzərdə tutulmuş Psixi və davranış pozuntuları bölməsinin “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozlu xəstəlikdir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəmələrə göndərilən icmal məktubda Göndərişdə mövcud olmayan xəstəlik əsasında əlilliyin müəyyən edilməsinə dair qeyd edilmişdir ki, “Məhkəmə təcrübəsində bəzi hallarda göndərişdə (Forma 88) göstərilməyən diaqnoz əsasında əlilliyin təyin edilməsi hallarına rast gəlinir. Halbuki göndərişdə əksini tapmayan pozuntu, çatışmazlıq və xəstəlik, hətta məhkəmə tərəfindən təyin olunmuş ekspertiza zamanı aşkar edilsə belə, qanunvericiliyin tələblərinə əsasən həmin diaqnoz əsasında əlilliyin müəyyən edilməsi yolverilməzdir.

42. Belə hallarda məhkəmə iddia tələblərini yalnız göndərişdə göstərilən xəstəlik çərçivəsində göndərişin məzmununa bağlı qalmaqla qiymətləndirməli, eyni zamanda, iddiaçıya aşkar olunmuş digər xəstəliklə bağlı, əgər bu hal şəxsə əlillik təyinatı üçün əsas yaradırsa, müvafiq qaydada yeni göndəriş alınması üçün aidiyyəti tibb müəssisəsinə müraciət etməsinin mümkünlüyünü izah etməlidir.....)

43. Apellyasiya məhkəməsi iddiaçıya F07.0 kodlu xəstəliklə bağlı əlillik təyin edərkən iddiaçı barəsində tərtib edilmiş ##.##.2022-ci il tarixli, L********EQK nömrəli göndərişdə (Forma-088) F07.0 kodlu xəstəliyin ümumiyyətlə qeyd edilmədiyini nəzərə almamışdır.

44. Bu barədə məhkəmə kollegiyası bildirir ki, “X9 XBT-10”- dan göründüyü kimi, S06 və F07.0 kodlu xəstəliklər tamamilə ayrı-ayrı xəstəliklərdir. Belə ki, S06 kodlu xəstəlik F07.0 kodlu xəstəlikdən fərqli olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əlavə”nin 6-cı bəndində nəzərdə tutulmuş sinir sistemi xəstəlikləri bölməsində “başın travmaları” diaqnozlu xəstəlik olaraq əks olunmuşdur.

45. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının yuxarıda sadalanan normalarının tələblərindən müəyyən edilir ki, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri olaraq aşkar edilən əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilir.

46. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

47. Yəni, şəxsin əlilliyi göndərişdə qeyd edilən xəstəliklər əsasında qiymətləndirilir, məhz həmin xəstəliklər qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas verdiyi halda, əlillik təyinatı aparılır.

48. Apellyasiya məhkəməsi isə bu qaydanın tələblərinə zidd olaraq, işdə olan yeganə ##.##.2022-ci il tarixli, L********EQK nömrəli göndərişdə olmayan xəstəlik əsasında iddiaçıya əlilliyin təyin edilməsi qənaətinə gəlmişdir.

49. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən iddiaçının əlillik vəziyyəti müvafiq tibb müəssisəsinin verdiyi göndərişdə (məhkəmədə iddia qaldırılan ana tərtib edilmiş sonuncu göndərişdə) qeyd edilən diaqnozlar əsasında qiymətləndirilməlidir.

50. Beləliklə, yuxarıda qeyd olunan halların natamam araşdırılması nəticədə düzgün olmayan qərarın qəbuluna gətirib çıxarmışdır. Bu isə kassasiya instansiyasında qərarın ləğv edilməsi üçün əsas təşkil edir.

51. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar