Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4207/2025 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair ərizənin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyev ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə qarşı “faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0742.66 ha torpaq sahəsi üzərində torpağın faktiki istifadə vəziyyətinə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin (inventar nömrəsi 279, qeyd nömrəsi **** olan 1998-ci ilin may ayında tərtib edilmiş texniki pasporta əsasən) yerləşdiyi 0,0742.66 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 3.Qərar qanuni qüvvəyə mindiyindən icra edilməsi üçün məhkəmə tərəfindən cavabdehə ## #### 2025-ci il tarixli məktub ünvanlanmışdır. 4.Bundan sonra cavabdeh orqan məhkəməyə ünvanladığı ## ###### 2025-ci il tarixli məktubu ilə məhkəmə qərarının tərəflərindən icraya yönəldiyini bildirmiş, eyni zamanda yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təqdim edərək, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2025-ci il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 5.Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı və ona əlavə edilmiş sənədlərdə göstərilən halların araşdırılması zamanı Sumqayıt Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli işi üzrə mübahisə predmeti olan torpaq sahəsinin üzərində yerləşən tikilinin çoxmənzilli yaşayış binası tipli olduğu və bir hissəsinin mübahisə predmeti olan torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. 6.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qərardadı ilə (hakim A.Axundova) ərizə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ilkin icraat zamanı ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməyən və sonradan aşkar olunan yeni sübut və hallar müəyyən olunmadığından, ərizəçinin yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəsi təmin edilməməlidir. 8.Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat 9.Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ilə (hakimlər: H.Babayeva /sədrlik edən və məruzəçi/, T.Axundov və V.Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 10.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 11.Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri: 12.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası maddi hüquq normalarının pozulmasına yol verərək nəzərə almamışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin üzərində yerləşən tikilinin **** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsinə əsasən tərtib edilmiş texniki pasportdan fərqli olaraq fərdi yaşayış evi deyil, çoxmənzilli yaşayış binasıdır, həmin çoxmənzilli yaşayış binasının böyük bir hissəsi mübahisə predmeti olan torpaq sahəsindən kənarda yerləşir.
TƏTBIQ EDILƏN HÜQUQ
13.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 102. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. Icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. Icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
14.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 15.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
16.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 17.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 18.Bununla belə kollegiya qeyd edir ki, yeni açılmış hallar yalnız işə baxılarkən mövcud olan, lakin ərizəçiyə məlum olmayan və sonradan ortaya çıxan, işin nəticəsinə həlledici təsir göstərə biləcək faktlar olduqda qəbul edilir. Bundan əlavə, bəzi hallar (məsələn, yalan ifadə, saxta sübut və s.) yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməlidir. 19.Kollegiya bildirir ki, cavabdeh tərəfindən göstərilən hallar tikilinin fərdi yaşayış evi deyil, çoxmənzilli yaşayış binası tipli olması və onun bir hissəsinin torpaq sahəsindən kənarda yerləşməsi nə yeni, nə də sonradan aşkar edilmiş hallar kimi qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, bu xüsusatlar hələ 2023-cü ildə aparılmış inzibati icraat zamanı müayinə aktında öz əksini tapmış və sonradan verilmiş imtina məktubunda da qeyd olunmuşdur. 20.Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan fərdi yaşayış evinin texniki pasportunda mübahisə predmeti olan tikilinin birmərtəbəli birmənzilli fərdi yaşayış evi olması aydın görünür. 21.Odur ki, yeni açılmış hallar institutu məhkəmə səhvlərinin aradan qaldırılması və ya işə yenidən qiymət verilməsi məqsədi daşımır. Bu mərhələdə məhkəmə əvvəlki qərarın düzgünlüyünü ümumi şəkildə yoxlamır, yalnız həqiqətən yeni və əvvəllər məlum olmayan, işin nəticəsinə təsir edə biləcək halların mövcudluğunu araşdırır. 22.Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yeni açılmış hallarla bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 23.Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 24.Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 25.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.