Məhkəmə qərarları › İş №2-1(102)-421/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-421/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-421/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-421/19) Bakı şəhəri 16 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 01.09.1968-ci ildən - 28.06.1972-ci ilədək V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəl iyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)570/2018 saylı iş üzrə 30.10.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1950-ci il tarixdə Şəki rayonunun Kiçik-Dəhnə kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji institutuna daxil olmuş, 1972-ci ildə həmin İnstitutu bitirərək 3 seriyalı 213764 nömrəli diplom almış və Dövlət İmtahan Komissiyasın ın 28 iyun 1972-ci il tarixli qərarı ilə ona riyaziyyat müəllimi ixtisası verilmişdir. O, həmin müddətin sosial sığorta müddəti kimi nəzərə alınmasını cavabdehdən xahiş etmiş, lakin sonuncu özünün 06.08.2018-ci il tarixli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanununda sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.09.1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 28.06.1972-ci ildə riyaziyyat müəllimi ixtisası üzrə tam kursu bitirmiş və ona 3 seriyalı 213764 nömrəli diplom verilmişdir. O, əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu 06.08.2 018-ci il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Halbuki, həmin dövrün qanunvericiliyinə əsasən təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 01.09.1968-ci ildən - 28.06.1972-ci ilədək V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli iş № 2-1(84)-1523/2018, (sədrlik edən hakim Vidadi Qasım ov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 30.10.2018-ci il tarixli iş № 2-1(107)-570/2018 (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Gündüz Abbasov) qərarı ilə birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kas asiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 04.10.2013-cü il tarixli 143 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 2013-cü ildə yaranmışdır və 2013-cü ildə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya 30 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə ic lasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Re spublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, cavabdeh 04.10.2013-cü il tarixli 143 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 2013-cü ildə yaranmışdır və 2013-cü ildə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Ali Məhkə mənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş3 seriyalı 213764 nömrəli diploma əsasən İddiaçı 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1972-ci ildə həmin İnstitutu bitirərək 3 seriyalı 213764 nömrəli diplom almış və Dövlət imtahan Komissiyasının 28 iyun 1972-ci il tarixli qərarı ilə ona riyaziyyat müəllimi ixtisası verilmişdir. Cavabdehin 06.08.2018-ci il tarixli məktubuna əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmir. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 109-cu maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçı həmin qanunun qüvvəyə mindiyi vaxtdan ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanuna iş stajın a aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 30.10.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Ap elyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.10.2018-ci il tarixli 21(107)-570/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-421/19) Bakı şəhəri 16 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 01.09.1968-ci ildən - 28.06.1972-ci ilədək V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)570/2018 saylı iş üzrə 30.10.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1950-ci il tarixdə Şəki rayonunun Kiçik-Dəhnə kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji institutuna daxil ol muş, 1972-ci ildə həmin İnstitutu bitirərək 3 seriyalı 213764 nömrəli diplom almış və Dövlət İmtahan Komissiyasının 28 iyun 1972-ci il tarixli qərarı ilə ona riyaziyyat müəllimi ixtisası verilmişdir. O, həmin müddətin sosial sığorta müddəti kimi nəzərə alınmasını cavabdehdən xahiş etmiş, lakin sonuncu özünün 06.08.2018-ci il tarixli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanununda sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.09.1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 28.06.1972-ci ildə riyaziyyat müəllimi ixtisası üzrə tam kursu bitirmiş və ona 3 seriyalı 213764 nömrəli diplom verilmişdir. O, əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu 06.08.2018-ci il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Halbuki, həmin dövrün qanunvericiliyinə əsasən təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 01.09.1968-ci ildən - 28.06.1972-ci ilədək V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli iş № 2-1(84)-1523/2018, (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 30.10.2018-ci il tarixli iş № 2-1(107)-570/2018 (hakimlər Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Gündüz Abbasov) qərarı ilə birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlan ılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 04.10.2013-cü il tarixli 143 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 2013-cü ildə yaranmışdır və 2013-cü ildə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya 30 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbə rdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, cavabdeh 04.10.2013-cü il tarixli 143 nömrəli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 2013-cü ildə yaranmışdır və 2013-cü ildə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş3 seriyalı 213764 nömrəli diploma əsasən İddiaçı 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1972-ci ildə həmin İnstitutu bitirərək 3 seriyalı 213764 nömrəli diplom almış və Dövlət imtahan Komissiyasının 28 iyun 1972-ci il tarixli qərarı ilə ona riyaziyyat müəllimi ixtisası verilmişdir. Cavabdehin 06.08.2018-ci il tarixli məktubuna əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikas ı Qanununa əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmir. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 109-cu maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçı həmin qanunun qüvvəyə mindiyi vaxtdan ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşd ıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanuna iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 30.10.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.10.2018-ci il tarixli 21(107)-570/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar