Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-421/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı Apelyasiya Məhkəməsinin İKnın xx xxxx 2020-ci il tarixli, 2-1(103)-648/2020 nömrəli qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi üzrə işə xx xxxxxx 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Qaçqın ların və X1 üzrə Dövlət Komitəsinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594 yerləşən 32 №-li evin 62 №-li mənzillərinin 1993-cü ildən məcburi köçkünlər tərəfindən zəbt edildiyinə görə, 1993-cü ildən 2019-cu ilin avqust ayına kimi hər ayı 250 manat hesablanmaqla 78 000 AZN manat kirayə haqqı və 20 000 AZN manat mənəvi zərərin əvəzinin, ümumilikdə 98 000 AZN manatın onlara ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üzərinə öhdəlik qoyulması barədə iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-1(81)-3582/2019, (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdirlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-648/2020 nömrəli (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçılar ərizə ilə müraciət edərək, kasasiya şikayəti v ermək üçün dövlət hesabına vəkillə təmin edilməsinə dair qərardadın qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-648/2020 nömrəli (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Xəyalə Cəmilova) qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-648/2020 nömrəli qərarından iddiaçılar tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdir. İddiaçılar tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilmiş kasasiya şikayəti imzalanmamışdır. Həmçinin iddiaçılar kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermişlər və prosessual müddətin bərpasına dai r ərizə vermişdirlər. İPM-nin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Buna görə də iddiaçılara xx xxxxxx 2021-ci il tarixə qədər yazılı etiraz, mülahizələr, ərizələr, müraciətlər və sair təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kolegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçılar Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)648/2020 qərardadının surətini xx xxxx 2020-ci il tarixdə almışdırlar. İddiaçılar isə 28.09. 2020-ci il tarixdə kasasiya şikayəti vermişdirlər. Göründüyü kimi, iddiaçılar prosessual qanunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi müddətini 1 aydan çox ötürmüşdürlər. İddiaçılar müddətin bərp ası barədə ərizə ilə müraciət edərək, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-648/2020 nömrəli qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürüldüyü üçün, həmin müddətin bərpasına köməklik göstərilməsini xahiş etmişdirlər. Qeyd olunlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair təqdim etdikləri ərizə əsassızdır və ərizəyə heç bir sübüt əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanu nla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu səbəbdən Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçıların üzürsüz səbəbdən 1 aydan çox müddəti buraxmışlar və bu səbəbdən kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və kasasiya şikayəti mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(103)-648/2020 nömrəli qərarından kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsin. Kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-421/2021
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-421/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver