Məhkəmə qərarları › İş №2-1(102)-421/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-421/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-421/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (şəhid adının bərpa olunması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı “şəhid adının bərpa olunması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N05)450/202N nömrəli iş üzrə 4 noyabr 202N-ci il tarixli qər arından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının oğlu X3 2.8.N994-cü il tarixində Şəmkir rayonunda N nömrəli hərbi hissədə həlak olmuş, Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilmiş, ona şəhid statusu verilmiş, ailəsi isə şəhid ailələrinə verilən güzəştlərdən istifadə etmişdir. İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N9 dekabr 2006-cı il tarixli fərmanına əsasən 2007-ci ilin yanvar ayının 0N-dən ayda N00 manat olmaqla 7 ay ərzində təqaüd almışdır. Lakin avqust ayından həmin təqaüdün verilməsi dayandırılmışdır. İddiaçı, X2 verilən şəhid statusunun bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 23.8.20N7-ci il tarixli məktubla N nömrəli hərbi hissə komandirinin teleqramına və 34 nömrəli, N avqust N994-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən XN N avqust N994-cü ildə hərbi xidmət zamanı “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən vəfat etdiyini əsas gətirərək müraciətin təmin olunmasından imtina edildiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı şəhid adının bərpa edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X3 N972-ci ildə anadan olmuşdur. Fərəcov Ceyhun 05 iyun N99N-ci ildə Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, həmin tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif ərazilərdə yerləşən hərbi hissələrində qulluq etmiş, sonuncu dəfə Şəmkir rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissədə xidmət apararkən N avqust N994-cü ildə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, ölümündən sonra ona şəhid statusu verilmiş və Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn olunmuşdur. İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N9 dekabr 2006-cı il tarixli fərmanına əsasən 2007-ci ilin yanvar ayının 0Ndən ayda N00 manat olmaqla 7 ay ərzində təqaüd almışdır. Lakin sonradan həmin təqaüdün verilməsi dayandırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Səf ərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ona yazılı surətdə cavab olaraq bildirilmişdir ki, “N nömrəli hərbi hissə komandirinin N avqust N994cü il tarixli 238 nömrəli əmrindən çıxarışa əsasən X3 hərbi xidmət borcunu yerinə yetirərkən həlak olmadığı üçün hərbi hissənin bütün təminat siyahılarından çıxarılmışdır”. XN ölümü haqqında şəhadətnamədə də göstərilmişdir ki, N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Həlak olmamışdan qabaq Fərəcov Ceyhun döyüşlərdə yaralanmış, Gəncə şəhərinin hərbi hospitalında müalicə almış, yenidən orduya qayıtmış və göstərilən vaxtda həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03.09.N993-cü il ta rixli Azərbaycan Respublikası Qanununun N-ci maddəsində müəyyən edilmişdir ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

4. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, N972-ci il təvəllüdlü əsgər Ceyhun Fərəcov N nömrəli hərbi hissə komandirinin teleqramına və 34 nömrəli N avqust N994-cü il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən 02.08.N994-cü ildə hərbi xidməti zamanı “ürəyi kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən vəfat etmişdir. “Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli, N0 nömrəli qərarına dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin N5.07.2009-cu il tarixli, N07 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmə qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim İsmayıl Quliyev) 28 fevral 20N9-cu il tarixli, 2-N(085)-75/20N9 nömrəli qərarı ilə iddia təmin edilmiş, X2 verilmiş şəhid adının bərpa olunması öhdəliyi cavabdehə həvalə edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ürəyin kəskin işemik xəstəliyi nəticəsində ölüm öz-özlüyündə şəhid adının verilməsi və ya geri alınması üçün əsas ola bilməz. Burada müəyyən olunmalı əsas məqam ölümün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş verməsidir. Lakin cavabdeh ürəyin kəskin işemik xəstəliyi nəticəsində ölümün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı baş vermədiyini sübut edə bilməmişdir. Bundan başqa, ölüm hadisəsi 02.08.N994-cü il tarixdə baş vermiş, iddiaçıya müvafiq hüquqlar tanınandan uzun müddət keçəndən sonra hüququ müdafiə vasitələri göstərilmədən onun hüquqları əlindən alınmış, iddiaçının sübutlar əldə etmək imkanları məhdud laşmışdır. Əlavə olaraq, konkret hüquq normaları ilə tənzimlənməsə də, şəhid və şəhid ailəsi adının verilməsi hüquqi nəticələr baxımından maddi təminatlardan əlavə həm də mənəvi bir dəyər, cəmiyyət tərəfindən qəbul edilən ehtiram əsası yaradır. Şəhid ailəsi adının geri alınması isə qazanılmış hüquqların ciddi şəkildə zədələnməsi kimi qiymətləndirilməlidir. Baş vermiş hadisələrdə iddiaçının heç bir rolu olmamış, bütün proseslər inzibati orqanın hərəkətləri nəticəsində baş vermişdir, bunun tam məsuliyyəti inzibati orqanın üzərinə düşür. Konkret olaraq hazırkı işdə iddiaçının oğlunun şəhidlər xiyabanında dəfn edilməsi, qeyd olunan statusların cəmiyyət tərəfindən qəbul edilməsi, iddiaçının uzun müddət şəhid ailəsi statusundan istifadə etməsindən sonra bu hüququn qeyri-müəyyən formada geri alın ması onun Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

7. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində birinci icraat

8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 20N9-cu il tarixli, 2-N(N05)-403/20N9 nömrəli qərarı ilə (hakimlər Nazim Nəsibovsədrlik edən və məruzəçi, Zaur Məmmədov və Aqil Abbasov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 28 fevral 20N9-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya i nstansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N4 yanvar 2020-ci il tarixli, 2-N(N02)-49/2020 nömrəli qərarı ilə (hakimlər Rahib Nəbizadəsədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və Xəqani Məmmədov) kassasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 30 iyul 20N9-cu il tarixli, 2-N(N05)-403/20N9 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, N avqust N994-cü il tarixində tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə və həmin tarixli teleqramda C.Ə.Fərəcovun ölümünün səbəbi kimi ürəyin kəskin işemik xəstəliyi, hərbi hissədə qəflətən ölməsi qeyd edilməsinə baxmayaraq, bəhs edilən sübutlarla bağlı apelyasiya məhkəməsi hər hansı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Adı çəkilən sənədlərdən sonra cavabdehin hansı səbəblə 24 avqust N994-cü il tarixində iddiaçının oğlunun şəhid olması barədə qeydiyyat orqanına arayış verməsi də araşdırılmamışdır. İşdə olan sənədlərə görə, iddiaçı əvvəllər şəhid ailəsi sayılmış, ona Prezident təqaüdü verilmiş, sonradan müvəqqəti olaraq dayandırılmış, dayandırmanın səbəbləri, onun sonrakı nəticələri məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının oğlunun 02.08.N994-cü il tarixində həlak olan zaman xidmət etdiyi hərbi hissənin həmi n vaxt döyüş şəraitində olması, yaxud döyüş şəraitində olan hərbi hissədə ezamiyyətdə olması, ölümün səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqəsinin olması apelyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. apelyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N7 fevral 202N-ci il tarixli, 2-N(N05)-20/202N nömrəli qərarı ilə (hakimlər Hökümə Babayeva-sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Məhəmmədəli Rzayev) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 28 fevral 20N9-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkə məsinin İnzibati Kollegiyasının N7 fevral 202N-ci il tarixli, 2-N(N05)-20/202N nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 202N-ci il tarixli, 2-N(N02)-969/202N nömrəli qərarı ilə (hakimlər Nigar Rəsulbəyovasədrlik edən və məruzəçi, İlqar Hüseynov və İspəndiyar Şəfiyev) kassasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin N7 fevral 202N-ci il tarixli, 2-N(N05)-20/202N nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının həlak olduğu hərbi hissənin döyüş şəraitində olan hərbi hissələrə aid olub-olmaması mübahisənin həllində mühüm əhəmiyyət kəsb etdiyindən ətraflı araşdırılmalı idi. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, göstərilən ziddiyyəti aradan qaldırmamışdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində işə ilk dəfə baxılarkən məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərə görə iddiaçı əvvəllər şəhid ailəsi sayılmış, ona Prezident təqaüdü verilmiş, sonradan müvəqqəti olaraq dayandırılmış, dayandırmanın səbəbləri, onun sonrakı nəticələri məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi bu hallarla bağlı da heç bir araşdırma aparmamış, nəticədə iddiaçının əvvəllər hansı əsasla şəhid ailəsi sayı ldığı, ona verilən Prezident təqaüdünün hansı səbəbdən dayandırıldığı qeyri-müəyyən olaraq qalmışdır. apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

18. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 202N-ci il tarixli, 2-N(N05)-450/202N nömrəli qərarına əsasən (İlqar Dəmirov- sədrlik edən və məruzəçi, Rəşadət Ağayev və Gülnarə Tağızadə) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 28 fevral 20N9-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının şəhid adının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiasının təmin olunmaması qərara alınmışdır.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, N avqust N994-cü il tarixdə tərtib edilmiş 34 saylı ölüm haqqında tibbi şəhadətnam ədə iddiaçının oğlu XN N avqust N994-cü il tarixdə “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən hərbi hissədə qəflətən ölməsi və həmin gün hərbi hissə tərəfindən Sumqayıt Şəhər Hərbi Komissarlığına göndərilən teleqramda infarktdan ölməsi qeyd edilmişdir. Lakin sonradan Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən Sumqayıt şəhər VVAQ şöbəsinə göndərilmiş 22 avqust N994-cü il tarixli məlumatda XN N avqust N994-cü il tarixdə N63 saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilmişdir. Bu məlumat komissar tərəfindən imzalanmış və komissarlığın möhürü ilə təsdiq edilmişdir. Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən 22 avqust N994-cü ildə, sonradan N2 mart 200Nci ildə təkrar verilən ölüm ha qqında şəhadətnamədə iddiaçının oğlunun N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə tətbiq etdiyi maddi və prossesual hüquq normalarının tələblərini pozmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.0N.N994-cü il tarixli, N0 nömrəli qərarının 4.N-ci maddəsinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Na zirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. N7.07.N972-ci il təvəllüdlü əsgər X3 05.06.N99N-ci il tarixdə SHXÇDX-nin Sumqayıt şəhər İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N63 saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçərkən “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən vəfat etmişdir. Onun ölüm səbəbi N nömrəli hərbi hissə komandirinin teleqramı və 34 saylı 02.08.N994-cü il tarixli ölüm haqqında t ibbi şəhadətnamə ilə təsdiq olunur. Belə ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.N.994-cü il tarixli, N0 saylı qərarına dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5.07.2009-cu il tarixli qərarına əsasən “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmə qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər”.

21. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, Müdafiə Nazirliyinin rəsmi məktubundan göründüyü kimi, N nömrəli hərbi hissə cəmi 2N gün döyüş əməliyyatlarında iştirak etmiş və C. Fərəcov vəfat etdiyi dövrdə (02.08.N994-cü il tarixdə) hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. 02.08.N994-cü ildə xidmətdə olarkən döyüşdə deyil, “Ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən ölmüşdür. Şəmkir rayon məhkəmə tibbi ekspertizası şöbəsinin 02.08.N994-cü il tarixli, 34 nömrəli həkim rəyinə əsasən C.Ə. Fərəcov hərbi hissədə "ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu" səbəbindən qəflətən ölmüşdür. Etirazda Müdafiə Nazirliyinin məhkəməyə təqdim etdiyi məktuba əsasən, N nömrəli hərbi hissənin həmin dövrdə döyüş əməliyyatlarında iştirak etmədiyi və C. Fərəcovun 02.08.N994- cü il tarixdə xəstəlikdən vəfat (ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu) etdiyi nəzərə alınaraq iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə N. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müə yyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə

2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun N-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: Maddə N.N. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə N.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə mü əyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” 30.N2.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun Nci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəs ində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. 25. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin N6 saylı əlavəsi: N.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.

26. İnzibati Prosessual Məcəllə: Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab e tdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkün hesab edilmişdir. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayə tinin dəlillərini araşdıraraq və işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu baxımdan iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

31. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

32. İddiaçının mərhum oğlu Ceyhun Fərəcovun hərbi xidmətdə olarkən “ürəyin k əskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən həlak olduğu yer və şərait bu qərarın 2N-23-cü bəndlərində nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmir. Nəzərə almaq lazımdır ki, həmin normalara əsasən şəxsin şəhid hesab olunması üçün, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması (itkin düşməsi ya məhkəmə qaydasında ölmüş elan edilməsi), yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması müəyyən edilmiş olmalıdır.

33. Məhkəmələr tərəfindən şəhid və şəhid ailəsi statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar yuxarıda istinad olunan müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin yerinə yetirildiyi yoxlanılmalıdır. Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə həlak olmuş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı həlak olmuş olsalar belə, şəhid statusunun verilməsind ən imtina qanunsuz sayıla bilməz. Belə ki, şəhid ailəsi statusu barədə arayışın verilməsi yalnız yuxarıda istinad olunan müvafiq hüquq normalarında təsbit edilmiş müvafiq şərtlərin ödənildiyi təqdirdə mümkündür.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” 30.N2.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Qanunun N-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

35. Hazırkı mübahisəyə dair Ali Məhkəmənin əvvəlki qərarlarında nəzərdə tutulmuş göstərişlərə uyğun olaraq işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, “Seyfəli” təlim mərkəzindən gəlmiş N972-ci il təvəllüdlü sıravi X3 N63 saylı hərbi hissə komandirinin N5.N0.N993-cü il tarixli, 2 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək operator vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin NN.03.N994-cü il t arixli, 9N saylı əmrinə əsasən sıravi X5 şəhərinə hospitala müalicəyə göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. N63 saylı hərbi hissə komandirinin 20.04.N994-cü il tarixli, N33 saylı əmrinə görə Ceyhun Fərəcova silah təhkim olunmuş və şəxsi heyətin siyahısına daxil edilmişdir. N63 saylı hərbi hissə komandirinin N7.05.N994-cü il tarixli, N60 saylı əmrilə sıravi X3 BMP-də operator vəzifəsindən azad edilərək mühafizə tağımında atıcı vəzifəsinə təyin edilmişdir. 05.06.N994-cü il tarixində Sumqayıt ŞHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N972-ci il təvəllüdlü, mühafizə tağımının atıcısı, sıravi X3 02.08.N994-cü il tarixində xəstəlikdən (əsas: Məhkəmə-Tibbi ekspertizasının Şəmkir rayon bölməsi tərəfindən keçirilmiş 02.8.N994-cü il tarixli, 34 nömrəli ölüm haqqında tibbi şəhadətləndirm əyə əsasən) vəfat etdiyinə görə N63 saylı hərbi hissə komandirinin N avqust N994-cü il tarixli, 238 saylı əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır (Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 23 iyul 202N-ci il tarixli məktubu).

36. Həmçinin iş üzrə materiallarda olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının N4 oktyabr 202N-ci il tarixli məktubuna əlavə edilmiş 22.03.N994-cü il tarixli xəstəlik tarixçəsində (epikrizdən çıxarışda) qeyd edilmişdir ki, X3 təsadüfən öz əlində açılan güllədən sağ ayağının 3-4-cü barmaqlarının yumşaq toxumalarını dəlib keçən yaraları ilə bağlı N0.03.N994- 22.03.N994-cü il tarixlərdə hərbi hospitalda müalicə almışdır. Yaralanması hərbi xidmətdə olduğu müddətdə baş vermişdi r. N5 günlük hərbi təlimdən azad edilmişdir.

37. İş üzrə materiallara əlavə edilmiş N avqust N994-cü il tarixli, 34 saylı ölüm haqqında tibbi şəhadətnamədə iddiaçının oğlu Ceyhun Fərəcovun “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən hərbi hissədə qəflətən ölməsi qeyd edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə mərhum Ceyhun Fərəcova münasibətdə bu qərarın 2N-23-cü bəndlərində nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələblərin ödənildiyi, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar xidməti vəzifəsinin icrası zamanı həlak olduğu, o cümlədən onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığın ın, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu iş üzrə toplanmış sübutlarla müəyyən olunmur.

39. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən mərhum Ceyhun Fərəcovun hərbi xidmət dövründə həlak olması ona şəhid adının verilməsi və ya həmin adın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas kimi qiymətləndirilə bilməz.

40. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən ləğv oluna bilər. Lakin bu zaman həmin qanunun 67-ci maddəsinin etimad hüquqi ilə bağlı, eləcə də müddətlə bağlı müddəaları nəzərə alınmalıdır. Bu baxı mdan konkret mübahisəyə münasibətdə cavabdeh qanunsuz inzibati aktı ləğv etməkdə haqlı sayılmalıdır.

41. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 202N-ci il tarixli, 2-N(N05)-450/202N nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar