Məhkəmə qərarları › İş №2-1(102)-421/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-421/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-421/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2532/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı 14 aprel 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 0678 nömrəli, xx.xx.2014-cü il tarixli iddiaçının ehtiyata buraxılması barədə əmrinin ləğv edilməsi, N saylı hərbi hissədə rabitə bölüyünün avtomatik idarəetmə sistemləri taqımının komandiri vəzifəsinə bərpa edilməsi və xx.xx.2014-cü il tarixdən qərar qəbul edilən tarixədək orta aylıq vəzifə maaşının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7874/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qəra rdadı ilə (hakim M.C.Qarayeva) iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2532/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və H.Ü.Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7874/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək həmin qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçı kassasiya şikayətini prosessual müddətin buraxılması ilə təqdim etmiş və bu barədə prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Müddətin bərpasına dair ərizədə qeyd edilmişdir ki, iddiaçıya dövlət hesabına vəkil təyin olunması müəyyən müddət çəkdiyindən kassasiya şikayəti 30 noyabr 2022-ci il tarixdə göndərilmişdir. İPM-nin 24.1-ci maddəsinə istinad olunaraq kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin iddiaçıya münasibətdə ötürülməmiş hesab edilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə n əzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə ve rilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

9. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

10. İş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2532/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərardadı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və bu barədə qəbz işə əlavə edilmişdir. (səh. 78)

11. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş kassasiya şikayəti (səh. 79) prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan tərtib edildiyi üçün məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə izah verilərək bildirilmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2532/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərardadından verdiyiniz kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və vəkil orderi kassasiya şikayətinə əlavə edilməmişdir.” (səhifə 85)

12. Bundan sonra, xx.xx.2022-ci il tarixdə kassasiya şikayətində olan mövcud çatışmazlıq aradan qaldır ılaraq iddiaçı tərəfindən təqdim edilmişdir. Göründüyü kimi, müddət üzrlü səbəb olmadan buraxılmışdır.

13. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayətinin verilməsi müddəti (qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində) barədə qeyd edilməsinə baxmayaraq, iddiaçılar tərəfindən hətta ilk dəfə kassasiya şikayəti təqdim edilərkən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Bu səbəbdən, hazırda təqdim olunmuş prosessual müddətin bərpası barədə ərizə əsassızdır və formal xarakter daşıyır.

14. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qa rşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısın ın təqsiri olmasın.

16. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı üzürsüz səbəbdən müddəti buraxmış, müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir mötəbər sübut təqdim etməmiş və bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və kassasiya şikayəti mümkün sayılmamalıdır.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2532/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə rədd edilsin. Kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar