Məhkəmə qərarları › İş №2-1(102)-4218/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4218/2025

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4218/2025 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pul vəsaitinin tutulmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş 776.38 manat dövlət vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2020-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 ##.##.2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında ## ###### 2020-ci il tarixdə 48 № ilə qeydiyyat aparılmışdır.

2. Elektron sistemdən çıxarışdan görünür ki, 01.03.02020-ci il tarixdən ## ##### 2020ci il tarixədək X4 aid pensiya kartına mart-aprel ayları üzrə 688.24 manat olmaqla 1376.48 manat ödənilmişdir.

3. Cavabdeh tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış ##.##.2022-ci il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı X4 ##.##.2020-ci il tarixdə vəfat etdiyini bildirərək, onun dəfn xərcinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

4. Iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2022-ci il tarixli *********** nömrəli məktubda göstərilmişdir ki, “..“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.1-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçının vəfat etdiyi gündən sonrakı ayın 1-dən dayanır. X9 # ###### 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına # #### 2020-ci il tarixindən ## ##### 2020-ci il tarixinədək əmək pensiyası köçürülmüşdür. Bu səbəbdən də mərhum Mirzə Nuriyevə məxsus kart hesabına 1376.38 manat artıq pul vəsaiti köçürülmüşdür. Mirzə Nuriyevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq Sizə 2021-ci il ölkə üzrə minimum əmək pensiyasının (200.00 manat) üç misli məbləğində 600.00 manat dəfn müavinəti hesablanmışdır. X5 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1376.38 manat vəsaitdən 600.00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 776.38 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir.”

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “artıq ödənilmiş 776.38 manat dövlət vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Mərkəzi Filial) ##.##.2022-ci il tarixdə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X9 ##.##.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Mirzə Nuriyev ##.##.2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına ##.##.2020-ci il tarixdən ## ##### 2020-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum Mirzə Nuriyevə məxsus kart hesabına 1376.38 manat artıq pul vəsaiti köçürülmüşdür. Mirzə Nuriyevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona 2021-ci il ölkə üzrə minimum əmək pensiyasının (200.00 manat) üç misli məbləğində 600.00 manat dəfn müavinəti hesablanmışdır. X5 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1376.38 manat vəsaitdən 600.00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 776.38 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması bildirilmişdir. Qanunun 38ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. X5 həyat yoldaşı Cavabdeh yaranmış 776.38 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə ##.##.2022-ci il tarixində *********** nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin qeyd edilən məbləğ könüllü şəkildə ödənilməmişdir.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisə iddiaçının kobud səhvi nəticəsində baş vermişdir. Belə ki, ölüm haqqında şəhadətnamə vaxtında alınmışdır. Iddiaçının imkanlarından istifadə edərək elektron sistemdə şəhadətnaməni görə bilərdi. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür.

8. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli ****/***/***** nömrəli məktubuna əlavə edilmiş ödəniş kartı üzrə ##.##.2025-ci il tarixli çıxarışdan görünür ki, X4 aid pensiya kartına 2020-ci il mart-aprel ayları üzrə hər dəfə 688.24 manat olmaqla 1376.48 manat ödənilmiş, ödənilmiş pensiya məbləğindən 273.38 manat kredit borcu üzrə silinmələr (##.##.2020-ci il tarixdə 0.24 manat, ##.##.2020-ci il tarixdə 136.75 manat və ##.##.2020-ci ildə 136.39 manat = 273.38 manat) həyata keçirilmiş, 0.10 manat iddiaçının hesabına qaytarılmış və qalan məbləğ nağdlaşdırılmışdır.

9. Şirvan Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı (hakim Hilal Nəcəfov) ilə iddia qismən təmin edilərək X2 kart hesabına artıq ödənilmiş 224,99 manat pul vəsaitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Mirzə Nuriyev ##.##.2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına ##.##.2020-ci il tarixindən ## ##### 2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum Mirzə Nuriyevə məxsus kart hesabına 1376,48 manat artıq pul vəsaiti köçürülmüşdür. Məhkəmənin “##.##.2020-ci il tarixdə vəfat etmiş X2 pensiya kartına 2020-ci il tarixində fevral, mart və aprel ayları üzrə pul köçürmələri, həmin tarixli köçürmələrin hesab kartından çıxarılıb-çıxarılması və ya geri qaytarılması barədə məlumat və sistem çıxarışların təqdim olunması barədə” ##.##.2024- cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı icra olunmasından ötrü “xxxx” ASC-yə göndərilmiş və sonuncunun ##.##.2024-cü il tarixli, ****/***/***** nömrəli məktubuna əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, X4 (təqaüd) ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək müxtəlif məbləğlərdə pul ödənişləri kart hesabına ödənilmiş və çıxarılmışdır. Belə ki, Ödəniş kartı üzrə çıxarışa nəzər yetirilən zaman aşağıdakılar müəyyən edilir:

1. Kart hesabına inzibati orqan tərəfindən mədaxil: - ##.##.2020-ci il tarixdə 688,24 manat - ##.##.2020-ci il tarixdə 688,24 manat Cəmi: 1376,48 manat

2. Kart hesabından məxaric: - ##.##.2020-ci il tarixdə 688 manat (ATM Terminal vasitəsilə). - ##.##.2020-ci il tarixdə 0,24 manat (kredit borcu üzrə silinmə) - ##.##.2020-ci il tarixdə 136,75 manat (kredit borcu üzrə silinmə) Cəmi: 824,99 manat

3. Kart hesabında qalıq pul məbləği – 551,49 manat. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, ümumi kart hesabına inzibati orqan tərəfindən 1376,48 manat daxil olsa da, qeyd edilən pulun 551,49 manatının kart hesabında qaldığı müəyyən edilir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğin X2 həyat yoldaşı Cavabdeh tutulması hissəsində inzibati orqan düzgün qənaətə gəlməmişdir. Qeyd edilən məbləğin geri qaytarılması barədə “xxxx” ASC-yə müraciət etmək hüququ vardır ki, həmin hüququn cavabdehin hesabına aradan qaldırılması Cavabdeh hüquqlarının pozulması halı ilə nəticələnə bilər. Digər hissədə inzibati orqan həm iddia ərizəsində, həm də inzibati icraat materiallarında Mirzə Nuriyevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona 2021-ci il ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablandığı qeyd edilmişdir. Bu hal mübahisəsiz haldır və qeyd edilən borc məbləğindən çıxılmalıdır. Belə olan halda X2 həyat yoldaşı Cavabdeh 224,99 manat borc öhdəliyi yaranmış olur. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, cavabdeh tərəfindən 224,99 manat məbləğində pul vəsaitinin əsassız olaraq əldə etdiyi müəyyən edilir ki, bu hal inzibati orqanın səhvi nəticəsində olmamışdır. Belə ki, vəfat edənin ailə üzvləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borclu idilər. Hazırkı halda iddiaçı tərəfindən cavabdehin səhvi nəticəsində 224,99 manat artıq vəsaitin ödənilməsi sübut olunur.

b) apellyasiya instansiya məhkəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər X1-məruzəçi, X3 və X6) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 2-1(106)- ***/**** nömrəli qərarının iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi ilə bağlı yeni qərar qəbul xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilinə görə apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

15. Mirzə Nuriyevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona 2021-ci il ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır.

16. Nəzərə almaq lazımdır ki, Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının həmin maddədə göstərilən ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bu ondan irəli gəlir ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ailə başçısının ölümü ilə əlaqədar itirdikləri gəlirlərin kompensasiyası məqsədilə hər ay pul ödənişi (pensiya) ala bilsin. Yəni, əmək pensiyaçısı vəfat etdikdən sonra onun qanunla dairəsi müəyyən edilmiş ailə üzvləri vəfat etmiş əmək pensiyaçısına ödənilən (kart hesabına köçürülən) pensiya vəsaitini deyil, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi halda həmin pensiya vəsaitini özlərinə məxsus kart hesabından götürə bilərlər.

17. “xxxx” ASC-yə əmək pensiyası ödənilmiş X4 banka olan pul öhdəliklərinin icrasını təmin etmək üçün vəfat tarixindən sonra bankın xeyrinə silinmiş vəsaitlərin “xxxx” ASC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun arasında bağlanmış **/** nömrəli müqavilənin 5.2.9-cu bəndinə əsasən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xəzinə hesabına köçürülməsi və bu barədə məlumat verilməsi barədə sorğu ilə müraciət edilmişdir.

18. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həmdə hüquqdan suiistifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir.

19. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra-Ali Məhkəmə) ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında Mərkəzi Filialın “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilmişdir. Adıçəkilən məhkəmə qərarında Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməlidir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 38. Əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi şərtlərinə uyğun olmayan halların yaranması barədə əmək pensiyaçısının və işəgötürənin məlumat vermək vəzifəsi 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Maddə 42. Əmək pensiyaçısı vəfat etdikdə, alınmamış əmək pensiyasının ödənilməsi və dəfn üçün müavinətin verilməsi 42.1. Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. 42.2. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. 42.3. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir.

23. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.

29. Bununla belə, iddiaçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Iddiaçının hüquqi marağı (kassasiya şikayəti üzrə) X4 ölümündən sonra ödənilmiş əmək pensiyası məbləğinin 551,49 manatının qaytarılması ilə bağlıdır.

31. Cavabdeh Cavabdeh əri X4 əmək pensiyaçısı olmuş və ##.##.2020-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında ## ###### 2020-ci il tarixdə qeydiyyat aparılmışdır.

32. M.Nuriyev ##.##.2020-ci ildə vəfat etməsinə baxmayaraq iddiaçı tərəfindən ##.##.2020-ci il tarixdən ## ##### 2020-ci il tarixədək cavabdeh Cavabdeh əri M.Nuriyevə aid pensiya kartına mart-aprel ayları üzrə hər dəfə 688.24 manat olmaqla 1376.48 manat ödənilmişdir. Ödənilmiş pensiya məbləğindən 273.38 manat kredit borcu üzrə “xxxx” ASC-nin hesabına silinmələr həyata keçirilmiş, 0.10 manat iddiaçının hesabına qaytarılmış və qalan məbləğ nağdlaşdırılmışdır. ##.##.2020-ci il tarixdə balans 0.00 manat olmuşdur. Cavabdeh iddiaçıya müraciət edərək həyat yoldaşı X4 ##.##.2020-ci il tarixdə vəfat etdiyini bildirərək, onun dəfn xərcinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Iddiaçı tərəfindən 600 manat dəfn müavinəti hesablanmış və həmin məbləğ M.Nuriyevin ölümündən sonra ödənilmiş pensiya məbləği ilə əvəzləşdirilmişdir.

33. Kassasiya şikayətinin predmeti olan 551,49 manatla bağlı iddia o halda əsaslı sayıla bilər ki, mərhum ərinin kart hesabından həmin pul vəsaiti cavabdeh tərəfindən götürülmüş olsun. Mərhum nümayəndə2 pensiya kartından pul vəsaitinin onun arvadıcavabdeh tərəfindən götürülməsinə dair iddiaçı məhkəmələrə mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır.

34. Odur ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar