Məhkəmə qərarları › İş №2-1(102)-422/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-422/2019

06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-422/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycn Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-422/19 Bakı şəhəri 06 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, tərəflərin iştirakı olmdan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin müdiri X2 tərəfindən Şək i Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2-1(107)-576/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda 1971-1977-ci illərdə əyani təhsil aldığı müddətin sığorta stajı kimi hesablanması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda 1971-1977-ci illərdə əyani təhsil almışdır. Lakin təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməmişdir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən bildirilmişdir ki, “Əmək pesiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilməli olan olan müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmamışdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri nəzərdə tutulmuşdur. Həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Şəki İnziba ti-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2-1(84)1385/2018 saylı qərarı (hakim Vidadi Qasımov) ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 01 sentyabr 1971-ci il tarixdən 29 iyun 1977-ci il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun 109cu maddəsinin təsiri altına düşür. Buna görə də onun həmin Qanunun qüvvəyə mindiyi vaxtdan ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hü ququna malikdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2-1(107)-576/2018 saylı qərarı ilə (sədrlik edən hakim Elçin Hüseynov, hakimlər Rövşən Rəfiyev və Gündüz Abbasov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki,01 yanvar 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəala r ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 01 oktyabr 1956-ci il tarixdən 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanunun 109-cu maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunm asını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, cavabdehin 14 dekabr 2016-cı il tarixli 943 saylı saylı qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 2016-cı il tarixdə yaranmışdır və həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Dəlilin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Respublikası Qanunun 1.0.2, 21-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barə də məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya məxsus Г-İ seriyalı, 021909 nömrəli diplomdan görünür ki, o, 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1975-ci ildə həmin İnstitutu bitirərək Г-İ seriyalı 021909 nömrəli nömrəli diplom almış və Dövlət İmtahan Komissiyasının 29 iyun 1977-ci il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir. Cavabdehin 13 iyun 2018-ci il tarixli məktubundan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanu nuna əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, əyani təhsil aldığı müddət həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə sığorta stajına daxil edilməlidir. Cavabdehin mövqeyinə görə, iddiaçıya yaşa görə əmək pensiyası 14 dekabr 2016-cı il tarixdən təyin olunduğundan, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir və apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə yanaşı aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta staj ı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş (1) və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) (2) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin (3) məcmusudur. Maddənin tələblərindən göründüyü kimi, sosial sığorta stajına aşağıdakılar daxil edilmişdir: (1) iş dövrü; (2) digər fəaliyyət dövrü; (3) müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər. İş dövrü və digər fəliyyət dövrlərinə hansı müddətlərin daxil edilməsi həmin Qanunun 21-ci maddəsində əks olunmuşdur. Maddə “Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri” kimi adlandırılmış və onun 21.1-ci maddəsində hansı iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərinin sığorta stajına daxil edilməsi göstərilmişdir. Həmin maddənin 21.2.1 – 21.2.11-ci hissələrində isə iş və digər fəaliyyət dövründən başqa hansı müddətlərin də sığorta stajına daxil edilməsi sadalanmışdır. Beləliklə, Qanunda sosial sığorta stajının müəyyən edilməsi üçün iş dövrünə və digər fəaliyyət dövrlərinə hansı halların aid edilməsi Qanunun 21.1-ci maddəsində göstərilmiş, “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər” anlayışına daxil edilən müddətlər 21.2-ci maddədə sadalanmışdır. Misal üçün, 21.2.5-ci maddədə müəyyən edilmişdir ki, işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət sığortaolunanın sığorta stajına daxil edilir. Lakin aşağıdakılara əsasən məhkəmə kol legiyası hesab edir ki, həmin maddədə sadalanmış hallar “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin” siyahısını tam müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolu nanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosia l sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Bu halda apellyasiya məhkəməsi düzgün olaraq qanunveriliyin zamana görə qüvvəsi ilə bağlı qaydalara əsasən, hüquq münasibətlərin yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinin tətbiq edilməsi nəticəsinə gəlmişdir. Belə ki, iddiaçının təhsil aldığı müddət 1971-1977-ci illəri əhatə etdiyi üçün, həmin dövrdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” 14 iyul 1956-cı il tarixli SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tut ulmuşdur. Bu qanun qüvvəli normativ akt əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta ixtisas (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına daxil edilir. Habelə, Azərbaycan Respublikasının qəbul etdiyi 23 sentyabr 1992-ci il tarixli“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən edilmişdir: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsas ında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Qanunvericiliyin zamana görə qüvvədə olmuş müddəalarının tələblərindən göründüyü kimi, ümumi iş stajı anlayışına həmçinin ali, orta ixtisas məktəblərində təhsil alınmış müddət daxil edilir. Sadalanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, bu halda ümumi iş stajınının müəyyən edilməsi 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən aparılmalı olduğundan, aşağı i nstansiya məhkəmələri düzgün olaraq iddiaçının həmin müddətdən əvvəl təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil edilməsi barədə tələbini təmin etmişdirlər. Məsələyə hüquqi qiymət verərkən məhkəmə kollegiyası apellyaisya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşaraq həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını həmin dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı müb ahisəyə tətbiq oluna bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin müdiri X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2-1(107)-576/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar