Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-422/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı QƏRARDAD (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə və cavabdehin vəkili Vəkil Vəzir oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı «01.07.2009-cu il tarixli, **********0847 nömrəli qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1579/2020 saylı 04 noyabr 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 31 mart 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin **********0847 nömrəli 01.07.2009-cu il tarixli kameral hesablama qərarı ilə İddiaçı MMC-nə 19.067.796,54 manat əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2006-cı ilin avqust ayı üçün hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi və iddia müddətinin bərpası barədə ərizələri məhkəməyə təqdim edərək, iddia müddətinin bərpa edilməsi, **********0847 nömrəli 01.07.2009-cu il tarixli kameral hesablama qərarının ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsində bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-130/2020 saylı 16 iyun 2020-ci il tarixli qərardadı ilə (hakim M.Qarayeva) iddia müddətinin bərpa edilməsi barədə ər izə təmin edilməmiş və iddia mümkün sayılmamışdır.
5. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 2-1(103)-1579/2020 nömrəli qərardadı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), V.Məmmədov və E.Nağıyeva ) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-130/2020 saylı 16 iyun 2020-ci il tarixli qərardadının ləğv edilərək, işin sonrakı hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayilmamasını xa hiş etmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Cavabdeh kassasiya şikayətinin təmin edilməsini xahiş etdi.
9. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcə llədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. 90.2. Apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
95. Ka ssasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri Maddə 95.1. kassasiya şikayəti daxil olduqdan sonra, apelyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apelyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; dövlət rüsumunun ödənilməsini; şikayətin verildiyi apelyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını yoxlayır. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkə mə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Maddə 96.3. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərə görə kassasiya mümkün hesab edilməməli və kassasiya şkayətinin qəbulundan imtina edilməlidir.
12. Belə ki, İPM-nin 96.2-ci maddəsi məhkəmədən kassasiyanın mümkünlüyü əsaslar ını yoxlamağı tələb edir. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-nin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-nin 94-cü maddəsində müəyyən olunmuş müddətlərdə verilməsi və həmin normada müəyyən olunmuş tələblərə riayət olunması, İPM-nin 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun olması başa düşülür.
13. Həmçinin kassasiya şikayətinin forma və məzmununa aid Azərbaycan Respublikası MPM-nin 67.1 və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlərə cavab verməsi də kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
14. Çünki İPM-nin 90.3-cü maddəsi göndərici norma olmaqla, göstərir ki, bu fəsildə başqa qayda müəyyən edilmədiyi hallarda, Azərbaycan Respublikası MPM-nin kassasiy a instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir.
15. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-ci maddəsi müəyyən edir ki, kassasiya şikayətləri yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
16. Bu normalarda müəyyən olunmuş kasasiyanın mümkünlüyü şərtləri baxımından işin halları araşdırıldıqda görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərarı, prosessual məsələ olan iddianın mümkünlüyünün həllinə aiddir və iddianın mümkünlük məsələlərini tənzimləyən İPM-nin 35-ci maddəsində iddianın mümkün sayılması barədə qərardaddan deyil, iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət vermək hüququ müəyyən edilmişdir.
17. İPM-nin 90.2-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin aktından məhkəmə icraatının iştirakçılarının yalnız o nların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ müəyyən edilmişdir və həmin normanın hazırki prosessual vəziyyətə tətbiqi, kassasiyanın mümkünsüzlüyünü şərtləndirir. Çünki apelyasiya instansiyası məhkəməsinin qərarı, cavabdehin tələbinin təmin olunmaması barədə deyildir.
18. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə İPM-nin 96.3-cü maddəsinə əsasən şikayəti qəbul etməkdən imtina etməli və bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
19. Şikayətin qəbulundan imtina edildiyi halda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
20. Yəni cavabdehin kassasiya şiayətinin qəbulundan imtina olunması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1579/2020 saylı 04 fevral 2020-ci il tarixli qərardadının qanuni qüvvəyə mi nməsi kimi hüquqi nəticə törədir.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1579/2020 saylı iş üzrə 04 noyabr 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.