Məhkəmə qərarları › İş №2-1(102)-422/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-422/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-422/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi; əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli, 2-1(105)-405/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 15.9.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında onun 28 oktyabr 1997-ci ildən 20 dekabr 2005-ci ilədək Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər işlədiyi əksin tapmışdır. 2. 04 avqust 2009-cu il tarixdə iddiaçıya 6 nömrəli zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ikinci qrup əlillik dərəcəsi müəyyən edilmişdir və həmin t arixdən ona sosial müavinət ödənilir.

3. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə 05 mart 2018-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. İmtina haqqında 30 yanvar 2019-cu il tarixli məktubda cavabdeh bildirmişdir ki, pensiya təyin olunması üçün onun tələb olunan 7 il 4 ay sosial sığorta stajı və 7674 manat pensiya kapitalı yoxdur. Əlavə olaraq qeyd olunmuşdur ki, 28 oktyabr 1997-ci ildən 20 dekabr 2005-ci ilədək müddətdə Qubadlı rayon Qaz İstismar İdarəsində işlədiyi barədə əmək kitabçasında olan məlumatlar yoxlanılması üçün sorğu edilmiş, lakin Qubadlı rayon Qaz İstismar İdarəsində işləmə faktı təsdiq edilmədiyi səbəbindən həmin illərin yoxlanılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 28 oktyabr 1997-ci ildən 20 dekabr 2005-ci ilə kimi Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28 oktyabr 1997-ci ildən 20 dekabr 2005-ci ilədək Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 04 avqust 2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pe nsiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-2005-ci illərdə işləməsi əmək kitabçasında qeyd olunduğuna görə cavabdehin ona pensiya təyin etməkdən imtinası əsassızdır.

7. Cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı xx xxxxxxxx 1981-ci il təvəllüdlü olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 07 il 04 ay sığorta stajı və 7674 manat pensiya kapitalının olması zəruridir. İddiaçının 1997-2005-ci illərdə işlədiyi müddətin yoxlanılması zərurəti yarandığından, həmin dövrlərin yoxlanılması üçün müvafiq qaydada sorğu edilmişdir. Lakin iddiaçının Qubadlı rayon X5 işləməsi faktı təsdiq edilmədiyindən, həmin dövrlərin yoxlanılması mümkün olmamış və bu səbəbdən həmin müddət onun sığorta stajına daxil edilməmişdir.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən hakim Vəfa Əzizova) 26 aprel 2019-cu il tarixli, 2-1(085)-738/2019 nömrəli qəra rı ilə iddia təmin edilmiş, iddiaçıya 28 oktyabr 1997-ci ildən 20 dekabr 2005-ci ilədək Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 04 avqust 2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçıya ilkin əlillik 04 avqust 2008-ci il tarixdə təyin edilmiş, həmin vaxt cavabdeh onun işlədiyi müddəti sosial sığorta stajı kimi tanımadığından ona əlilliyə görə əmək pensiyası deyil, sosial müavinət təyin etmişdir. İddiaçının sosial sığorta stajı ona əlilliyə görə sosial müavinət təyin ed ildikdən sonra yaranmamış, əksinə sosial müavinət təyin edildikdən əvvəl işlədiyi müddətlər onun sosial sığorta stajına daxil edilməlidir. Bu hal hüququn sonradan yaranması kimi qiymətləndirilə bilməz. Qanunvericilik əmək pensiyasının təyin edilməsini onu almaq hüququnun yaranması ilə şərtləndirir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-477/2019 nömrəli, 21 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Hökümə Babayeva-sədrlik edən və məruzəçi, Ruhiyyə Əsgərova və Zaur Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya mə hkəməsinin 26 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1997-ci ildən 2005-ci ilədək "xxxx" Dövlət Şirkəti Maye Qazın İstehsalı və Təchizi üzrə X2 rayon X5 işləməsi barədə əmək kitabçasında aparılmış qeydlər həqiqəti əks etdirməmiş, iddiaçı həmin illərdə Qubadlı rayon X5 ümumiyyətlə işləməmiş, "xxxx" Səhmdar Cəmiyyətinin Maye Qaz üzrə İstehsalat Birliyi, o cümlədən onun tabeliyində olan Qubadlı rayon X8 01.12.1997-ci ildən etibarən ləğv edilmişdir.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardan qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2 -1(102)-959/2020 saylı, 17 mart 2020-cu il tarixli qərarı ilə (hakimlər Zakir Quliyev-sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) kassasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üçün həlledici əhəmiyyət kəsb edən məsələnin, yəni iddiaçının Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər vəzifəsində işləyib-işləmədiyi, işlədiyi təqdirdə hansı müddətdə işləməsi barədə məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinə birbaşa sorğu göndərilməli və müfəssəl cavab alınmalıdır. apellya siya instansiyası məhkəməsində ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2-1(105)-325/2020 nömrəli qərarı ilə (hakimlər Fuad Məmmədov-sədrlik edən və məruzəçi, Telman Məmmədov və Səyyad Qafari) apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1(085)-738/2019 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin edilməməsi qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər vəzifəsində işləyib-işləməməsi, işləyibsə hansı müddətdə işləməsi barədə məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası "xx xx" İstehsalat Birliyinə sorğu verilmiş və 27 avqust 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Qubadlı rayon Qaz İstismar İdarəsinin sənədləri Birliyin arxivinə təhvil verilmədiyindən İddiaçı əmək fəaliyyəti barədə məlumat vermək imkan xaricindədir. "xxxx" Səhmdar Cəmiyyətinin Maye Qaz üzrə İstehsalat Birliyi və onun tabeliyində olan Qubadlı rayon X8 01.12.1997-ci ildən etibarən ləğv edildiyindən, İddiaçı 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək "xxxx" Dövlət Şirkəti Maye Qazın İstehsalı və Təchizi üzrə X2 rayon X5 işləməsi barədə əmək kitabçasında aparılmış qeydlər öz təsdiqini tapmır.

18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

19. Azərbaycan Respublikası A li Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2-1(102)-368/2021 nömrəli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev-sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İlqar Hüseynov) kassasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 sentyabr 2021ci il tarixli, 2-1(105)-405/2021 nömrəli qərarına əsasən (İlqar Dəmirov- sədrlik edən və məruzəçi, Rəşadət Ağayev və Rzayev Məhəmmədəli) apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 26 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 04 avqust 2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

21. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən hesab etmişdir ki, İddiaçı 28 oktyabr 1997-ci ildən 20 dekabr 2005-ci ilədək "xxxx" Dövlət Şirkəti Maye Qazın İstehsalı və Təchizi üzrə X2 rayon X5 işləməsi barədə əmək kitabçasında aparılmış qeydlər həqiqəti əks etdirməmiş, iddiaçı həmin illərdə Qubadlı rayon X5 ümumiyyətlə işləməmişdir.

22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qə rarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

23. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı 28.10.1997-ci il tarixdən 20.12.2005-ci il tarixədək “Azəriqaz" Dövlət Şirkəti Maye qazın İstehsalı və Təchizi üzrə X2 rayon X5 işləməsi müəssisə tərəfindən verilmiş əmək kitabçasında öz əksini tapmış və bu qeydlər müəssisənin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə iddia tələbi üzrə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X1 Rüstəm Əzim oğlunun 1997-ci ildə Qubadl ı rayon X5 4-cü dərəcəli çilingər peşəsinə qəbul edildiyini və İddiaçı ştat cədvəlində 47-ci işçi kimi qeyd edildiyini bildirmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar. 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edili r. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə

12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada). 26. “İnzibati icraat haqqında” Qanun: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və az adlıqlarına müdaxilə edə bilərlər. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sən ədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qəti dir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Hazırkı mübahisə iddiaçının 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək Qubadlı rayon qaz İstismar İdarəsində çilingər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.

34. İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, 28.10.1997-ci il tarixdən 20.12.2005-ci il tarixədək “Azəriqaz" Dövlət Şirkəti Maye qazın İstehsalı və Təchizi üzrə X2 rayon X5 işləməsi müəssisə tərəfindən verilmiş əmək kitabçasında öz əksini tapmış və bu qeydlər müəssisənin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə iddia tələbi üzrə keçirilən məhkəmə icl asında şahid qismində dindirilən Şahid iddiaçının 1997-ci ildə Qubadlı rayon X5 4-cü dərəcəli çilingər peşəsinə qəbul edildiyini və İddiaçı ştat cədvəlində 47-ci işçi kimi qeyd olunduğunu bildirilmişdir.

35. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasından Qubadlı rayon Qaz İstismar İdarəsinin 28.10.1997-ci il tarixli, 53 nömrəli əmri ilə onun həmin tarixdə idarəyə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edildiyi, 20.12.2005-ci il tarixli, 65 nömrəli əmri ilə həmin tarixdə işdən azad edildiyi görünür. Əmək kitabçasında bundan başqa iddiaçının əmək fəaliyyətinə dair hər hansı bir qeydiyyat aparılmamışdır.

36. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, apellyasiya məhkəməsi tərəfindən müvafiq qurumlara, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu verilmişdir. Sorğuya verilmiş 25 iyun 2021-ci il tarixli cavab məktubunda hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Qubadlı rayon X8 adlı hüquqi şəxsin aşkar edilmədiyi bildirilmişdir.

37. Bundan əlavə, Azərbaycan Respublikası «X10» Qapalı Səhmdar Cəmiyyətinə müvafiq sorğu verilmiş və sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş 15 iyul 2021-ci il tarixli, RS-01/229 saylı məktubda bildirilmişdir ki, Qubadlı Rayon X6 rəisi Q.Quliyev tərəfindən vətəndaş İddiaçı adına verilmiş iş arayışı bizdə ciddi şübhələr yaradır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 01.12.1997-ci il tarixli, 700 nömrəli Fərmanına əsasən Dövlət Əmlak Komitəsinin 1618 nömrəli, 29.12.1998-ci il tarixli sərəncamı ilə Maye Qaz üzrə İstehsalat Birliyi «X10» X9 Cəmiyyəti «X10» Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Bundan əlavə "xxxx" Dövlət Şirkəti 1996-cı ildə yenidən təşkil olunaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, 2009-cu ilin iyul ayının 1-də isə Azərbaycan Respublikası Prezidentinin 366 nömrəli Sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil olunaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə verilmiş və hal-hazırda SOCAR-ın tərkibində "xxxx" İstehsalat Birliyi kimi öz fəaliyyətini davam etdirir.

38. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qubadlı rayon Vergilər Şöbəsinin 23 iyul 2021-ci il tarixli, **********947800 saylı “Məlumatın təqdim edilməsi barədə” məktubunda qeyd olunmuşdur ki, “Sumqayıt Apely asiya Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2-1(105)-405/2021 nömrəli məktubu ilə vergi orqanına Qubadlı Rayon X6 təsis sənədləri və fəaliyyəti haqqında məlumat verilməsi barədə sorğu təqdim edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən təqdim olunmuş sorğuya əsasən Qubadlı Rayon X6 fəaliyyəti barədə məlumat əldə etmək üçün Qubadlı rayon İcra Hakimiyyətinə 22.07.2021-ci il tarixli, **********877200 nömrəli məktub göndərilmişdir. Qubadlı Rayon İcra Hakimiyyətinin 22.07.2021-ci il tarixli, 3-3/352 nömrəli məktubuna əsasən bildirilir ki, 31 avqust 1993-cü ildə Qubadlı rayonu işğal edildikdən sonra Qubadlı Rayon X6 fəaliyyəti dayandırılmışdır. Hal-Hazırda Qubadlı Rayon X8 fəaliyyət göstərmir, vergi orqanında qeydiyyata alınmamışdır”.

39. Bundan başqa, Ali Məhkəmənin İnzibati Kollegiyas ının 31.03.2021-ci il tarixli, 2-1(105)-368/2021 nömrəli qərarında nəzərdə tutulmuş göstərişlərə müvafiq olaraq apelyasiya məhkəməsi tərəfindən dindirilmiş Şahid izahat verərək bildirmişdir ki, 1993-cü ildə "xxxx" Dövlət Şirkətinin prezidenti T.Hüseynovun 60/K nömrəli əmri ilə Qubadlı rayon qaz istismarı idarəsinin rəisi vəzifəsinə təyin olunmuş və qeyd olunan dövrdə həmin idarənin rəisi işləmişdir. Uzun illər tanıdığı iddiaçını onun müraciəti əsasında 1997-ci ildə Qubadlı rayon X5 4-cü dərəcəli çilingər vəzifəsinə işə götürmüşdür. İşə götürməyinə baxmayaraq, İddiaçı 1997-2005-ci illər ərzində konkret əmək funksiyası olmamışdır. Qubadlı rayon X6 fəaliyyəti dövründə əmək haqqı almamışdır. 1997-2005-ci illər ərzində Qubadlı rayon X5 işləyən heç kimə konkret aylıq əmək haqqı verilməmişdir.

40. Qeyd olunanlar baxımından, konkret mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 28.10.1997-ci ildən 20.12.2005-ci il tarixədək "xxxx" Dövlət Şirkəti Maye Qazın İstehsalı və Təchizi üzrə X2 rayon X5 işləməsi barədə əmək kitabçasında aparılmış qeydlər, eləcə də iş yeri adından verilmiş arayışın künc ştampında "xxxx" Dövlət Şirkətinin Maye Qazın İstehsalı və Təchizi üzrə X2 rayon X6 adının əks olunması, bundan başqa tarix olaraq 03.07.2019-cu ilin qeyd olunması, onun dairəvi möhürlə təsdiq olunması həm əmək kitabçasında aparılmış qeydlər və həm də arayış iddiaçının iş stajının müəyyən olunması üçün mötəbər sənəd qismində qiymətləndirilə və istifadə oluna bilməz.

41. Beləliklə, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından əlilliyə görə əmək pensi yasının təyin olunması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin hazırkı mübahisə üzrə iddiaçıya münasibətdə mövcud olmadığı görünür. Odur ki, iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz.

42. İddiaçının kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu baxımdan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli 2-1(105)-405/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar