Məhkəmə qərarları › İş №2-1(102)-422/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-422/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-422/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak (torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli 2-1(105)-850/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə Xırdalan qəsəbəsinin, H.Aslanov küçəsi ilə Qaqarin küçəsinin kəsi şdiyi ərazidə 1,2 nömrəli binaların qabağında mövcud köşkün sırasında İddiaçı kiçik müəssisəsinə komisyon mağaza tikintisinə 6,0 x 4,0 m ölçüdə torpaq sahəsi ayrılması qərara alınmışdır.

2. Həmin tikiliyə dair texniki pasport tərtib edilmişdir.

3. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2011-ci il tarixli 1781-A rəyində Nümayəndə1 Xırdalan şəhəri ərazisində istifadəsində olan mövcud ticarət obyektinin rekonstruksiyasına və ikinci mərtəbəsinin tikintisinə etiraz edilməməsi qeyd edilmişdir.

4. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamı ilə Nümayəndə1 Xırdalan şəhəri ərazisində istifadəsində olan mövcud ticarət obyektinin rekonstruksiyasına və ikinci mərtəbəsinin tikintisinə icazə verilmişdir.

5. İddiaçı cavabdehə müraciət edərək Ab şeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina bildirişi ilə qeyd etmişdir ki, “aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Bundan başqa, kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin dövlət əmlakı olduğu müəyyən edilmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbəsinə müraciət ediməsi məqsədəuyğun hesab olunur.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonr adan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 06 dekabr 1993-cü il tarixli, 803 nömrəli Sərəncamına əsasən İddiaçı kiçik müəssisəsinə Xırdalan qəsəbəsində ərzaq mallarının satışını təşkil etmək məqsədilə torpaq sahəsi ayrılması üçün komissiya təşkil edilməsi qərara alınmış, komissiyaya tələb olunan sənə dlərin müvafiq qaydada tərtib edib İcra hakimiyyəti başçısının təsdiqinə verilməsini təmin etmək tapşırılmışdır. Onun nümayəndəsi ilə birlikdə 11 nəfərdən ibarət komissiya üzvləri tərəfindən Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin sədrliyi ilə tərtib edilmiş İddiaçı kiçik müəssisəsinə mağaza tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında" aktda göstərilmişdir ki, İddiaçı kiçik müəssisəsinin xx.xx.1993-cü il tarixli, 1 nömrəli məktubu ilə əlaqədar mağaza tikintisi üçün torpaq sahəsi ayrılması məqsədilə, Xırdalan qəsəbəsində baxış keçirilmişdir. Məlum olmuşdur ki, H.Aslanov küçəsi ilə Q.Qaqarin küçəsinin kəsişdiyi ərazidə 1,2 nömrəli binaların qabağında mövcud köşkün sırasında “Orxan-T“ kiçik müəssisəsi üçün mağaza tikilməsinə 6.0 x 4.0 ölçüdə torpaq sahəsi aşağıdakı şərtl ərlə ayrıla bilər. (Sahənin mövcud küçələrdən və binalardan məsafələr baş plandan çıxarışda göstərilir). Sifarişçi təşkilat seçilmiş torpaq sahəsinin yeraltı və yerüstü kommunikasiyalarının öyrənilməsinə müsbət rəy alınmasına nail olsun. Tikintiquraşdırma işlərinə başlanmazdan əvvəl obyektin layihə-smeta sənədləri RİH-nin memarlıq və tikinti şöbəsi ilə razılaşdırılsın. Obyektin xarici görünüşündə milli-memarlıq üslublarından istifadə olunsun. Tələb olunan torpaq sahəsi ümumi torpaq qanunverilciliyinə uyğun sənədləşdirilsin. Başçının birinci müavini və RİH-nin baş memarı tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin başçısına ünvanlandırılmış 24 dekabr 1993cü il tarixli məktubda göstərilmişdir ki, təşkil edilmiş komissiya tərəfindən komission mağaza tikintisinə torpaq sahəsi ayrılması məqsəd ilə Xırdalan qəsəbəsinin ərazisində baxış keçirilmişdir. Məlum olmuşdur ki, H.Aslanov küçəsi ilə Qaqarin küçəsinin kəsişdiri ərazidə 1,2 nömrəli binaların qabağında mövcud köşkün sırasında İddiaçı kiçik müəssisəsinə mağaza tikintisinə 6.0 x 4.0 ölçüdə torpaq sahəsi ayrıla bilər. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli Sərəncamınca göstərilmişdir ki, İddiaçı kiçik müəssisəsinin 1 dekabr 1993-cü il tarixli, 01 nömrəli və RİH-nin 6 dekabr 1993-cü il tarixli, 803 nömrəli sərəncamına əsasən təqdim olunan arayış və torpaq sahəsinin ayrılması haqqında komissiyanın aktı nəzərə alınsın. Xırdalan qəsəbəsi, H.Aslanov küçəsi ilə Qaqarin küçəsinin kəsişdiyi ərazidə 1,2 nömrəli binaların qabağında mövcud köşkün sırasında İddiaçı kiçik müəssisəsinə komission mağaza tikintis inə 6.0 x 4.0 metr ölçüdə torpaq sahəsi ayrılsın. RİH-nin memarlıq və tikinti şöbəsinə tapşırılsın ki, obyektin baş plandan çıxarış üzrə yerləşdirilməsini təmin etsin. Sifarişçi təşkilat seçilmiş torpaq sahəsini yeraltı və yerüstü mühəndis qurğuların öyrənilməsində müsbət rəy alınmasına nail olsun. Tikinti-quraşdırma ilşərinə başlanmazdan əvvəl obyektin layihəeskiz sənədləri İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi ilə razılaşdırılsın, tikintiquraşdırma işlərinin aparılmasında milli-memarlıq üslublarından istifadə edilsin. Tələb olunan torpaq sahəsi ümumi torpaq qanunvericiliyinə uyğun sənədləşdirilsin. Beləliklə, iddiaçının nümayəndəsi rəhbəri və təsisçisi olduğu müəssisəyə ayrılmış torpaq sahəsində verilmiş sərəncama uyğun mağaza inşa etmiş, ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan 2011-ci ildə rayon İcra Hakimiyyətinə müraciət edərək mövcud ticarət obyektinin rekonstruksiyasına və ikinci mərtəbəsinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 21 noyabr 2011-ci il tarixli sərəncamına əsasən ona bu icazə verilmişdir.

9. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan səhərində yerləşən 0,0024 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.

10. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğu məktubu ilə cavabdeh inzibati orqandan mütəxəssis rəyinin verilməsi və aşağıda qeyd olunan suallara cavab verilməsi xahiş edilmişdir: 1) İddiaçı firmasına Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə ayrılmış 0.0024 ha torpaq sahəsinin - kateqoriyası ( dövlət, bələdiyyə və s.) müəyyən edilsin; 2) İddiaçıya ayrılmış torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğundurmu? 3) koordinatlar arasında uyğunsuzluq müəyyən edilərsə nədən ibarət olması müəyyən edilsin.

11. Cavabdeh tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı "Orxan-T" firmasına Abşeron rayon icra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən torpaq sahəsinin mülkiyyətini (dövlət,bələdiyyə və.s) müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaç ının faktiki istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS-də) torpaq sahəsi texniki səhv olaraq bələdiyyə mülkiyyəti kimi göstərilmişdir.Düzəliş edilməsi ilə əlaqədar tədbirlər görülməkdədir. İddiaçı firmasına Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə (sxemə əsasən) ayrılmış 0,0024 ha torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq mövcuddur. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi vahid qeyri-yaşayış binasının bir hissəsində yerləşir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 6 may 2024-cü il tarixli, 2-1(118)-150/2024 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993- cü il tarixli, 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölşü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədə olduğundan və qanunvericiliklə qaydada etibarsız hesab edilməməsi və ya ləğv edilməməsi səbəbindən iddia tələbi əsaslıdır. Cavabdehin həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi ayrılan vaxt, yəni 1993-cü ildə bələdiyyələr hələ yaradılmamışdır və dövlət mülkiyyətində olan torpaqların yerli icra hakimiyyəti orqanları tərəfindən ayrılma sı qanunvericilikdə nəzərdə tutulmuşdur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarən qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli 2-1(105)-850/2024 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova – sədrlik edən və məruzəçi, İ.Quliyev və H.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanlılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərtib edilmiş sxemdə əks olunmuş 0,0024 ha torpaq sahəsi torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir. İndiki halda torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə uyğunsuzluğun yaranması səbəbi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,0058 ha olması ilə bağlı olmuşdur. Məhz müvafiq sərəncam əsasında iddiaçının adına ayrılmış və sxem əsasında yerləşmə vəziyyəti müəyyən edilmiş torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının istifadəsində olduğundan, iddiaçının tələbi də məhz həmin torpaq sahəsi ilə bağlı olduğundan, cavabdeh tərəfindən qeyd edilən uyğunsuzluqla bağlı hala istinad etməkdə haqlı olmamışdır. Belə ki, həmin uyğunsuzluq halı iddiaçının mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş imtina əsası qismində çıxış etməmişdir. Sözügedən torpaq sahəsi məhz müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə iddiaçının adına ayrılmışdır. Torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən dövlət mülkiyyətinə olan torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılması mümkün idi. İndiki halda da sözügedən torpaq sahəsi məhz dövlət mülkiyyətində olan torpaq sahəsi kimi müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında iddiaçının adına ayrılmışdır. Qeyd edilən Sərəncam hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir.

17. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 139-1.1, 139-1.1.1, 139-1.1.8ci, Torpaq Məcəlləsinin 67-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 11.1, 15.1-ci maddələrinə istinad etmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki: -Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamış və məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0024 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Belə olan halda isə Ərazi İdarəsi haqlı olaraq imtina vermişdir. -Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 dekabr 1993-cü il tarixli 803 saylı Sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə Xırdalan qəsəbəsi, H.Aslanov küçəsi ilə Qaqarin küçəsinin kəsişdiyi ərazidə komission mağazasının tikintisi üçün 6.0 x 4.0 metr ölçüdə torpaq sahəsi ayrılmışdır, yəni torpaq sahəsinin özgəninkiləşdirilməsi nəzərdə tutulmamışdır. İddiaçının sözügedən torpaq sahəsinə ancaq icarə və ya mülkiyyət hüququ əmələ gələ bilər, bunun üçün də iddiaçı aiddiyyəti üzrə məhz Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli idi. -Torpaq Məcəlləsinin 46-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün cavab dehə deyil, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli idi. - Torpaq Məcəlləsinin 49.2-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair sadalanan sənədlərin heç birini təqdim etməmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının sərəncamı isə iddiaçıya torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas vermir. - Mülki Məcəllənin 155.4-cü və 203.4-cü maddələrinin pozuntusuna yol verərək nəzərə almamışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edilməsindən əvvəl iddiaçı (torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğundan) onun özəlləşdirilməsi və ya icarəyə götürülməsi üçün qanunla müəyyən edilmiş qaydada Əmlak Məsələləri Dövlət X idmətinə müraciət etməli idi. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestr ində həyata keçirilir Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatla r dövlət mülkiyyətidir. 155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ...

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhad ətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabças ı və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə ya şayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - to rpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyy əti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul ed ilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdi m edilməsi... 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün n otariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə m übahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə çıxarışın verilməsinə yönəlmişdir.

29. Cavabdehin imtinasının eləcə də apellyasiya və kassasiya şikayətklərinin əsas dəlili – müb ahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olmasıdır.

30. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, sözügedən torpaq sahəsi məhz müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə iddiaçının adına ayrılmışdır. Torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən dövlət mülkiyyətinə olan torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılması mümkün idi. İndiki halda da sözügedən torpaq sahəsi məhz dövlət mülkiyyətində olan torpaq sahəsi kimi müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında iddiaçının adına ayrılmışdır.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu qənaətini və iş üzrə gəldiyi nəticəni əsaslı h esab etmir.

32. Belə ki, ilk öncə qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır.

33. Bu xüsusat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin müxtəlif bəndlərində “daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar”, “daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri”kimi qeyd edilmişdir.

34. Lakin iddiaçının istinad etdiyi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli 845 nömrəli sərəncamında qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi müəyyən olunmur. Həmin sərəncamda torpaq sahəsinin mağaza tikintisi ü çün ayrılması göstərilmişdir.

35. Bundan əlavə işdə olan mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olması öz əksini tapmışdır.

36. Hazırkı qərarın 21-23-cü bəndlərində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması yalnız mülkiyyət hüquqlarının qanuni əsaslarla əldə edilməsi şərti ilə mümkündür.

37. Lakin hazırkı halda, dövlət mülkiyyətində olan torpağın xüsusi mülkiyyətə verilməsi, yəni özəlləşdirilməsi ilə bağlı, iddiaçı tərəfindən heç bir sənəd, sübut təqdim edilmədiyi üçün iddiaçının mülkiyyət hüquqlarının tanınması mümkün deyil.

38. Bundan əlavə, mübahisəli torpaq sahəsi üzərində yerləşən tikilinin də xüsusi mülkiyyətdə olması barədə iş materiallarınd a heç bir sənəd, sübut yoxdur.

39. Beləliklə, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas verən hər hansı hal aşkar olunmamışdır.

40. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar olmadığından iddia tələbi əsassızdır.

41. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia rədd edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli 2-1(105)-850/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar