Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4220/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti xxxx * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun mərhum şəxsə məxsus olmasına dair arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti xxxx * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı "mülkiyyət hüququnun mərhum X13 məxsus olmasına dair arayış verilməsi" tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, 2-1(105) ***/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Sumqayıt XDS-nin ## #### 1966-cı il tarixli 7 №li protokolunun ** saylı qərarında 0,25 torpaq sahəsinin X4 (iddiaçının anasının) adına ayrılması qeyd edilmişdir.
2. Novxanı bağ massivi ərazisində yerləşən 0,25 ha olan **** saylı bağ torpaq sahəsinin X4 ayrılmasına dair Sumqayıt Şəhər Bağlar Idarəsi ilə ##.##.1966-cı il, ##.##.1975-ci il və ##.##.1985-ci il tarixli bağ icarə müqavilələri bağlanmışdır.
3. Daha sonra X4 ona məxsus olan 0,25 ha bağın 0,12 ha hissəsinin iddiaçıya verməsi barədə Sumqayıt Şəhər Bağlar Idarəsi tərəfindən 1992-ci il tarixli akt tərtib edilmiş, həmin Idarə tərəfindən iddiaçıya 0,12 ha ****B saylı bağ torpaq sahəsinin ayrılması barədə ##.##.1992-ci il tarixli, **** saylı bağ icarə müqaviləsi bağlanmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ iddiaçının adına dövlət qeydiyyatına alınmış, daha sonra isə alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmişdir və hazırda başqa şəxsin mülkiyyətindədir.
4. Həmçinin X4 ona məxsus olan qalan bağ torpaq sahəsinin (0,13 ha) 0,12 ha hissəsini oğlu X1 Əli Övsəd oğluna verməsi barədə Bağlar Idarəsi tərəfindən 1995-ci il tarixli akt tərtib edilmiş, həmin Idarə tərəfindən X1 Əli Övsəd oğlunun adına 0,12 ha **** saylı bağ torpaq sahəsinin ayrılması barədə ##.##.1995-ci il tarixli, **** saylı bağ icarə müqaviləsi bağlanmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ X1 Əli Övsəd oğlunun adına dövlət qeydiyyatına alınmış, daha sonra isə alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmişdir və hazırda başqa şəxsin mülkiyyətindədir.
5. X13 ## ###### 1997-ci il tarixdə vəfat etmişdir.
6. Iddiaçı xxxx * saylı Sumqayıt Ərazi Idarəsinə müraciət edərək, Novxanı bağ massivi ərazisində yerləşən **** saylı torpaq sahəsi üzərində mərhum anası X13 mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. * saylı Sumqayıt Ərazi Idarəsi qeydiyyat aparmaqdan imtina etmiş, iddiaçıya ##.##.2024-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, ərazi idarəsinin arxivində saxlanan məlumatların araşdırılması zamanı müəyyən olunmuşdur ki, X13 ayrılmış Novxanı bağ massivi ərazisində yerləşən **** saylı torpaq sahəsi Sumqayıt Şəhər Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatı idarəsi tərəfindən 2 hissəyə bölunərək İddiaçı Əli Ovsəd qızı və X1 Əli Övsən oğlu ilə yeni icarə müqavilələri bağlanmışdır. Sözügedən torpaq sahəsi həmin icarə müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, sonradan başqa şəxslərin adına özgəninkiləşdirilmişdir
7. Sumqayıt XDS-nin ## #### 1966-cı il tarixli 7 №li protokolunun ** saylı qərarında 0,25 torpaq sahəsinin verildiyi şəxs “”X2” yazıldığına görə Mehdiyev Arif- Ala Əli-Ovsət oğlunun ərizəsi əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə ## #### 1966-cı il tarixli, ** saylı protokolun X13 məxsus olması faktı müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun mərhum X13 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, X13 övladı olaraq xxxx publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinə ərizə ilə müraciət edib, ## ###### 1997-ci il tarixdə vəfat etmiş anası Tovraxanım Qədirovaya məxsus Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən **** saylı bağ sahəsi üzrə çəkilmiş divarları çərçivəsində yerləşən 0.25 ha torpaq sahəsinə və üzərində yerləşən tikiliyə dair müvafiq hüquq müəyyənedici sənədin (çıxarış), hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın (** nömrəli forma üzrə arayış) və ya digər hüquq müəyyənedici sənədin verilməsini xahiş etmişdir. Lakin * saylı Sumqayıt Ərazi Idarəsi onun xahişini yerinə yetməkdən imtina etmişdir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
11. Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2024-cü il tarixli məktubunda bildirmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində mərhum X12 0.25 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir.
12. * saylı Sumqayıt Ərazi Idarəsi ##.##.2024-cü il tarixli məktubunda bildirmişdir ki, DWJ və DBF fayllarında mübahisə predmeti olan torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir.
13. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun mərhum X13 məxsus olmasına dair arayış verilməsi öhdəliyi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Sumqayıt Ərazi Idarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur (Hakim Leyla Mirzəyeva).
14. Məhkəmə Sumqayıt şəhər ZDS IK-nın ** saylı, ## #### 1966-cı il tarixli protokoluna, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə istinad etməklə hesab etmişdir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Həmçinin qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsinə əsasən ## #### 1966-cı il tarixli, ** saylı protokolun X13 məxsus olması faktı müəyyən edilmişdir. Beləliklə də, iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilmişdir (sədrlik edən: Gülnar Cabbarova, hakimlər: Ismayıl Quliyev, Vəfa Əzizova).
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, müayinə aktının məzmununda torpaq sahəsinin faktiki ölçüsünün 0,25 ha olduğu, üç tərəf mişar daşı ilə əhatə olunduğu, mübahisəli halın olmadığı, iki mərtəbəli fərdi yaşayış evinin, hövuz və həyət tikilisinin olduğu, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmədiyi qeyd edilmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş ortofoto görüntünün məzmunundan görünür ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi mərhum şəxsin adına bağ icarə müqaviləsi əsasında ayrılmış, sonradan oğlu və qızına ərizəsi əsasında verilmiş və onun əsasında yeni bağ icarə müqavilələri bağlanılaraq, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahələri ilə qonşuluğunda yerləşir. Indiki halda iddiaçı hazırda iddia etdiyi torpaq sahəsinin Sumqayıt XDS-nin ## #### 1966-cı il tarixli * №-li protokolunun ** saylı qərarı ilə mərhum anasının adına ayrılması, bağ icarə müqaviləsi ilə ayrılan və özgənikiləşdirilmiş 0,25 ha torpaq sahəsi ilə eyni torpaq sahəsi olmadığını əsas gətirərək, hazırki iddia tələbini irəli sürmüşdür.
18. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçının anası mərhum şəxsin adına 025 ha bağ torpaq sahəsinin ayrıldığı, həmin bağ torpaq sahəsinin isə iki yerə bölünməklə, iddiaçı və mərhum şəxsin oğlunun adına yeni icarə müqaviləsi bağlanılaraq, mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, mərhum şəxsin adına bağ icarə müqaviləsi ilk dəfə ##.##.1966-cı ildə bağlanmış, iddiaçının istinad etdiyi Sumqayıt XDS-nin qərarı ## #### 1966cı il tarixdə qəbul edilmiş, həmin qərarda torpaq sahəsinin 0,25 ha olduğu qeyd edilmişdir.
19. Indiki halda iddiaçı həmin qərarın başqa bağ torpaq sahəsinə aid olduğunu qeyd etsə də, ona dair icarə müqaviləsinin mövcudluğu ilə bağlı hər hansı sənəd və ya mötəbər sübut məhkəməyə təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı da mərhum şəxsin adına bağlanmış başqa icarə müqaviləsinin mövcudluğu müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası bundan əlavə qeyd edib ki, bağ torpaq sahəsi yalnız müvafiq qərarın qəbul edilməsi əsasında deyil, habelə Bağlar Idarəsi ilə bağlanmış icarə müqaviləsi əsasında istifadəyə verilirdi. Indiki halda isə iddiaçının mərhum anasının adına 0,25 ha bağ torpaq sahəsinin ayrılması barədə qərar, habelə bağ icarə müqaviləsi mövcud olmuş, həmin sənədlər əsasında ayrılmış torpaq sahəsinə dair yeni bağ icarə müqavilələri bağlanaraq, onun əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddiaçının müvafiq qərara istinad etməklə, başqa bağ torpaq sahəsinin mərhum anasının adına ayrılması ilə bağlı dəlilini təkzib etməklə, iddianının əsaslılığını müəyyən etməyə imkan vermir. Iddiaçı tərəfindən həmin halları təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının mərhum anasının adına başqa bağ torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin (bağ icarə müqaviləsi və s.) mövcudluğu müəyyən edilməmiş, iddiaçı tərəfindən də həmin hala dair heç bir sübut təqdim edilməmişdir.
21. Məhkəmə kollegiyası mövqeyini əsaslandırmaqda davam edərək bildirib ki, kolegiya iddiaçının istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, iddaçı həmin sahənin uzun müddət onların faktiki istifadəsində olduğunu, hazırda da onların istifadəsində olduğunu bildirir. Iddiaçı və ya onun mərhum anası tərəfindən sözügedən bağ torpaq sahəsinin qanuni sahibi olması və ya hər hansı hüquqi bağlılığının olması halı müəyyən edilmədiyindən, həmin əmlaka qanuni əsas olmadan istifadə edilmişdir. Qanuni əsas olmadan uzun müddət istifadə edilməsi halı, mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməməklə, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin mövcudluğunu əvəz etmir.
22. Işin hallarına əsasında iddiaçının mərhum anasının adına ayrılmış 0,25 ha bağ torpaq sahəsinin üzərində mülkiyyət hüququnun artıq dövlət qeydiyyatına alınması halı müəyyən edildiyindən, habelə onun adına başqa bağ torpaq sahəsinin ayrılması halı müəyyən edilmədiyindən, iddianının əsaslılığı müəyyən edilməmişdir. Nəticə etibarilə iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur.
23. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Sumqayıt XDS-nin ## #### 1966-cı il tarixli * nömrəli protokolunun ** saylı qərarı ilə 0,25 torpaq sahəsi qeyd olunan və 1995-ci il tarixli aktla bölünmüş torpaq sahəsi ilə eyni torpaq sahəsi deyil. X4 ##.##.1966-cı il tarixdə müqavilə imzalanmaqla 0.25 ha torpaq sahəsi verilmişdir. Ikinci 0.25 ha torpaq sahəsi isə Sumqayıt XDS-nin ## #### 1966-cı il tarixli * nömrəli protokolunun ** saylı qərarı ilə verilmişdir. Birinci 0.25 ha ##.##.1966-cı il tarixdə verilmiş və həmin müqavilənin müddəti ancaq 10 ildən bir təzələnməsinin ehtiyac var. Lakin göründüyü kimi Sumqayıt XDS-nin ## #### 1966-cı il tarixli * nömrəli protokolunun ** saylı qərarı birinci torpaq ayrılmasından cəmi 3 ay sonra verilmiş və bununla ikinci 0.25 ha torpaq sahəsi Tora Qədirovaya ayrılmışdır. Birinci ##.##.1966-cı il müqaviləsinin davamı isə ##.##.1975-ci il tarixli müqavilə olmuşdur.
25. Bundan başqa, həmin ikinci 0.25 ha torpaq sahəsi ilə digər 0.25 ha torpaq sahəsi qonşudur və bu günə qədər həmin torpaq sahəsinə dair heç bir kəsin müdaxiləsi olmamış, sərbəst şəkildə istifadə edilmiş, yəni həmin 0.25 ha torpaq sahəsi başqa şəxsin icarəsinə və ya istifadəsinə verilməmiş, həmin torpaq sahəsinə dair hər hansı bir şəxsin iddiası olmamışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
26. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
27. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir
29. Inzibati Prosessual Məcəllə
Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca iddia ərizəsiylə eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mülkiyyət hüququnun mərhum şəxsə məxsus olmasına dair arayış verilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.
36. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Əlavə olaraq məhkəmə kollegiyası iddiaçının kasassiya şikayəti dəlillərinə münasibətdə qeyd edir ki, sözügedən torpaq sahəsinə dair heç bir kəsin müdaxiləsi olmaması və sərbəst şəkildə istifadə edilməsi torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin mövcudluğunu əvəz etmir və mülkiyyət hüququnun yaranamasının əsası qismində çıxış etmir.
38. Həmçinin iddiaçı Sumqayıt XDS-nin ## #### 1966-cı il tarixli * nömrəli protokolunun ** saylı qərarının başqa bağ torpaq sahəsinə aid olduğunu qeyd etsə də, ona dair icarə müqaviləsinin mövcudluğu ilə bağlı hər hansı sənəd və ya mötəbər sübut məhkəməyə təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı da mərhum şəxsin adına bağlanmış başqa icarə müqaviləsinin mövcudluğu müəyyən edilməmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.