Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4225/2025 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluğu stajının nəzərə alınması, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluğu stajının nəzərə alınması və dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2-1(106)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı ##.##.1958-ci il ildə Astara rayon, Kijəbə kəndində doğulmuş İddiaçı Astara rayonu, Tüləgüvan kəndində qeydiyyatdadır.
2. İddiaçıya məxsus ##.##.2012-ci il tarixdə açılmış ******* №-li əmək kitabçasından (dublikatından) müəyyən olunur ki, iddiaçı 1979-cu ildən 2023-cü ilə qədər müxtəlif müəssisələrdə (dövlət orqanlarında) fərqli vəzifələrdə: ##.##.1979-cu ildə Azərbaycan SSR Maarif Nazirliyinin təyinatı ilə rayona gələrək Koroba məktəbində ixtisası üzrə müəllim (Əmr № ***, ##.##.1979); ##.##.2000-ci ildə Astara rayonu Tüləgüvan Bələdiyyəsinin sədri (* №-li İclas protokolu, ##.##.2000); ##.##.2001-ci ildə başqa işə keçirildiyinə görə ##.##.2001-ci il tarixdən Koroba kənd orta məktəbinin təlim-tərbiyə üzrə direktor müavini vəzifəsindən azad edilmişdir (Əmr № **, ##.##.2001); ##.##.2004-cü il tarixdə Astara rayonu Tüləgüvan Bələdiyyəsinin sədri (Protokol №**, ##.##.2004); ##.##.2010-cu il tarixdə Tüləgüvan bələdiyyəsinin sədri (Protokol №**, ##.##.2010); ##.##.2012-ci il tarixdə başqa işə keçdiyinə görə Tüləgüvan bələdiyyəsinin sədri vəzifəsindən azad edilmişdir (Əmr №**, ##.##.2012); ##.##.2012-ci ildə Astara Rayon İcra Hakimiyyəti Başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini (Əmr № **, ##.##.2012); ##.##.2019-cu il tarixdə Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini; ##.##.2019-cü il tarixdə Kijəbə qəsəbə İƏD üzrə nümayəndəsi (Əmr №**, ##.##.2019) işləmiş, ##.##.2023-cü il tarixdə pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir (Sərəncam № *, ##.##.2023). Bununla yanaşı, ##.##.2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin ##.##.2003- cü il tarixli *** saylı Fərmanına əsasən ona kiçik dövlət qulluqçu dərəcəsi (Əmr 9, ##.##.2014); ##.##.2016-cı ildə III dərəcə dövlət qulluqçusu dərəcəsi (Əmr №**, ##.##.2016); ##.##.2019-ci tarixli İ dərəcəli dövlət qulluqçusu dərəcəsi (Əmr №**, ##.##.2019) verilmişdir.
3. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” haqqında ****-*/*-Q-******/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən İddiaçı yaşa görə ##.##.2023-cü il tarixdə müddətsiz əmək pensiyası təyin edilmişdir.
4. İddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş *-**-*/*-Q- ******/**** saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 10 il 6 ay 24 gün (##.##.2012-##.##.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən də onun dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Dövlət İmtahan Mərkəzinin *-*/*-***/**** saylı, ##.##.2025-ci il tarixli və *-*/*-****/**** saylı, ##.##.2025-ci il tarixli cavab məktublarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının ( və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda da bələdiyyə orqanları nəzərdə tutulmamışdır. Dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin adları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il # ###### *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu” ilə müəyyən edilmişdir və bələdiyyə sədri vəzifəsi həmin Topluda nəzərdə tutulmamışdır. Beləliklə, qeyd edilən müddəalardan göründüyü kimi, bələdiyyə orqanları dövlət orqanı statusuna, eləcə də bələdiyyə orqanlarında vəzifə tutan şəxslər dövlət qulluqçusu statusuna malik olmadığından qeyd edilən staj müddəti dövlət qulluğunda qulluq stajı kimi nəzərə alına bilməz.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdeh qismində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial göstərilməklə ona, yəni İddiaçı ##.##.2004-cü il tarixdən ##.##.2012-ci il tarixədək Astara rayonu Tüləgüvan Bələdiyyəsinin sərdi vəzifəsində işlədiyi illərin dövlət qulluğu hesab olunaraq ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, uzun illər müxtəlif dövlət orqanlarında işləmişdir və hazırda əmək pensiyası alır. Ona yaşa görə əmək pensiyası təyin olunsa da, pensiya təyin olunarkən dövlət qulluğu stajı nəzərə alınmamışdır. Əmək fəaliyyəti ##.##.1979cu ildən ##.##.2023-cü il tarixədək olan dövrü əhatə edir.##.##.1979-cu ildə Azərbaycan SSR Maarif Nazirliyinin təyinatı ilə rayona gəlmiş və Koroba məktəbində coğrafiya fənni üzrə müəllim vəzifəsinə təyin edilmişdir. ##.##.2000-ci il tarixdə Astara rayon Tüləgüvan kənd Bələdiyyəsi vəzifəsinə seçilmişdir. ##.##.2004-cü ildə Astara rayonu Tüləgüvan Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Başqa işə keçməyi ilə əlaqədar ##.##.2012-ci il tarixdə bələdiyyə sədri vəzifəsindən azad edilmişdir. ##.##.2012-ci il tarixdə Astara Rayon İcra Hakimiyyəti Başçısının Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2003-cü il tarixli *** saylı Fərmanına əsasən ona R dərəcəsi verilmişdir. Daha sonra ona sözügedən Fərmana əsasən R, ##.##.2019-cu il tarixdə R dərəcəsi verilmişdir. ##.##.2019-cu il tarixdə Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi ( bundan sonra mətndə İƏF) üzrə nümayəndəsinin vəzifəsindən Kijəbə qəsəbə İƏD üzrə nümayəndəsi vəzifəsinə keçirilmişdir. Pensiya yaşına çatmağı ilə əlaqədar olaraq onun dövlət qulluğuna ##.##.2023-cü il tarixdə xitam verilmişdir. Ona dövlət qulluqçusu dərəcəsi ##.##.2014-cü il tarixli * saylı sərəncam əsasında verilmişdir. ##.##.2012-ci il tarixli ** saylı əmrlə Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunduğu vaxtdan əvvəlki illərdə Bələdiyyə orqanlarındakı iş stajı əsassız və qanunsuz olaraq dövlət qulluğu illərinə hesablanmamışdır.
8. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, iddiaçının müraciətinə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılmış və iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli 3-17- 1/2-Q******/2024 nömrəli imtina məktubunda qanunvericiliklə tələb olunan dövlət qulluğu stajının mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1ci maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirərkən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qərarlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 1.1.3-cü maddəsinə əsasən, “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunun müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Həmin Qanunun 1.1.4-cü maddəsinə əsasən, “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 20.11.10-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən dövlət qulluğu stajı 10 il 6 ay 24 gün (##.##.2012-##.##.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** nömrəli Fərmanı lə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının işlədiyi direktor müavini vəzifəsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar iddiaçının həmin vəzifədə işlədiyi müddətin onun dövlət qulluqçusu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı mövcud olmaması səbəbindən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmaması xahiş edilmişdir.
9. Şirvan İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə (hakim-R.Quliyeva) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, “Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarında həmin tələbin hansı qaydada baxılmasına aydınlıq gətirmiş, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir. Məhkəmə, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəbul etdiyi qərarın qəti olduğunu, qərarda şərh edilən göstərişlərin məcburiliyini, ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması öhdəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə qoyulmasının hakimiyyətlərin bölünməsi prinsipinə və qanunvericiliyə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin istinad etdiyi hallar (aidiyyəti qurumlar tərəfindən verilən müsbət rəylərin sözügedən vəzifələrin uyğunlaşdırılmasına əsas verməməsi və s.) hazırki iddianın təminini istisna edir. Xülasə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında Dövlət İmtahan Mərkəzinin fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olubolmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının həmin dövrdə işlədiyi vəzifənin dövlət qulluğu hesab olub-olmaması ilə bağlı aidiyyəti üzrə Dövlət İmtahan Mərkəzinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş *-*/*-***/**** saylı ##.##.2025-ci il tarixli və *-*/*-****/**** saylı ##.##.2025-ci il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, bələdiyyə orqanlarında qulluq müddəti bələdiyyə qulluqçularına dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəşt və təminatdan istifadə etməyə imkan versə də, bələdiyyələrdə iş müddəti, o cümlədən bələdiyyə sədri vəzifəsində iş müddəti dövlət qulluğunda iş stajı hesablanarkən nəzərə alınmır. “Dövlət qulluğu haqqında” Qanunun 2.1-ci bəndinə əsasən, bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Yuxarıda qeyd olunan normalardan və məktublardan da göründüyü kimi, iddiaçı hazırda “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət orqanında inzibati vəzifədə qulluq keçən dövlət qulluqçusu olmadığından onun tərəfindən dövlət qulluğu stajına daxil olmasını tələb etdiyi 2004 (2000)-2012-ci illərdə işlədiyi müddətin onun dövlət qulluğunda qulluq stajına daxil edilməsinə imkan vermir. Nəzərə alınmalıdır ki, Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir (Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 2004 (2000)-2012-ci illərdə işlədiyi Astara rayon Tüləgüvan Bələdiyyəsində “Bələdiyyə sədri” vəzifəsi müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmadığından, həmçinin Dövlət İmtahan Mərkəzindən əldə olunmuş sorğuya cavab məktubunda göstərilən bu hal öz təsdiqi tapdığından iddianın təmin edilməsi mümkün deyildir.”
11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən – F.Hüseynov, hakimlər – S.Həsənov və C.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin *- *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və bildirmişdir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri işin halları, iddia tələbi və apellyasiya şikayətinin məzmunu ilə oxşarlıq təşkil edir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 14.1 Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.
19. “Bələdiyyələrin statusu haqqında” Qanun: Maddə 1. Bələdiyyə – qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Maddə 2.2. Bələdiyyə orqanları – səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Maddə 2.6. Bələdiyyə orqanlarının vəzifəli şəxsi – yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir.
20. “Bələdiyyə qulluğu haqqında” Qanun: Maddə 2. Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir. Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər. Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz.
21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il #######ın ##-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
22. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"
23. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. İddiaçının pensiya yaşı tamam olduğu 2023-cü ildə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsinin tələbinə görə ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün dövlət qulluqçusu vəzifəsində azı 15 il staj olması tələb olunur.
32. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının ərizəsi əsasında DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” haqqında ****-*/*-Q-******/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən İddiaçı yaşa görə ##.##.2023-cü il tarixdə müddətsiz əmək pensiyası təyin edilmişdir. Cavabdeh imtina məktubunda və iddia ərizəsinə etirazında “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 20.11.1-ci və 20.11.2-ci maddələrinə istinadən bildirmişdir ki, dövlət qulluğu stajı 10 il 6 ay 24 gün (##.##.2012-##.##.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən də onun dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
33. Dövlət İmtahan Mərkəzinin *-*/*-****/**** saylı, ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının ( və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda da bələdiyyə orqanları nəzərdə tutulmamışdır. Dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin adları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il # ###### *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu” ilə müəyyən edilmişdir və bələdiyyə sədri vəzifəsi həmin Topluda nəzərdə tutulmamışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müəyyən edilmişdir ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır, bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur. Bələdiyyə orqanları səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə orqanlarının vəzifəli şəxsi yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir. Beləliklə qeyd edilən müddəalardan göründüyü kimi bələdiyyə orqanları dövlət orqanı statusuna, eləcə də bələdiyyə orqanlarında vəzifə tutan şəxslər dövlət qulluqçusu statusuna malik olmadığından qeyd edilən staj müddəti dövlət qulluğunda qulluq stajı kimi nəzərə alına bilməz. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən isə bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir. Dövlət qulluqçuları üçün təminatlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində sadalanır. Dövlət qulluqçuları üçün güzəştlər dövlət qulluğuna dair qanunvericilikdə birbaşa nəzərdə tutulmamışdır. Bununla belə bu cür güzəştlər ayrı-ayrı normativ hüquqi aktlarda öz əksini tapmışdır. Bu cür güzəştlərə nümunə olaraq Azərbaycan Respublikası Vergilər Məcəlləsinin “Gəlir vergisindən azadolmalar və güzəştlər” adlanan 102-ci maddəsində dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqqın gəlir vergisindən azad olduğu müəyyən edilmişdir; Azərbaycan Respublikası Prezidentinin ## ### 1999-cu il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fəxri adları haqqında xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən dövlət qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilir. Həmin Əsasnamənin 10-cu hissəsində əsasən Azərbaycan Respublikasının fəxri adına layiq görülmüş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəştlərdən istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən ən azı 3 il dövlət qulluğunda qulluq edən gənc ailənin üzvü olan və ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxslərin güzəştli ipoteka kreditindən istifadə edə bilməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən bələdiyyə orqanlarında qulluq müddəti bələdiyyə qulluqçularına dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəşt və təminatdan istifadə etməyə imkan versə də, bələdiyyələrdə iş müddəti, o cümlədən bələdiyyə sədri vəzifəsində iş müddəti dövlət qulluğunda iş stajı hesablanarkən nəzərə alınmır.
34. Nəzərə almaq lazımdır ki, Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir (Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2004 (2000)- 2012-ci35. illərdə işlədiyi Astara rayon Tüləgüvan Bələdiyyəsində “Bələdiyyə sədri” vəzifəsi müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmadığından, həmçinin Dövlət İmtahan Mərkəzindən əldə olunmuş sorğuya cavab məktubunda göstərilən bu hal öz təsdiqi tapdığından iddiaçı iddiasında haqlı olmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bələdiyyə orqanlarında qulluq müddəti bələdiyyə qulluqçularına dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəşt və təminatdan istifadə etməyə imkan versə də, bələdiyyələrdə iş müddəti, o cümlədən bələdiyyə sədri vəzifəsində iş müddəti dövlət qulluğunda iş stajı hesablanarkən nəzərə alınmır. İddiaçının 2004 (2000)-2012-ci illərdə işlədiyi Astara rayon Tüləgüvan Bələdiyyəsində “Bələdiyyə sədri” vəzifəsi müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmadığından, həmçinin Dövlət İmtahan Mərkəzindən əldə olunmuş sorğuya cavab məktubunda göstərilən bu hal öz təsdiqi tapdığından iddianın təmin edilməsi mümkün deyildir.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, ##.##.1958-ci il təvəllüdlü iddiaçının 65 yaşının tamam olduğu ##.##.2023-cü il tarixinə 15 il dövlət qulluğu stajına malik olması müəyyən olunmur.
38. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı : İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2- 1(106)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.