Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4228/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müddətsiz əlillik dərəcəsinin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, 2- *(***)-**/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı (bundan sonra – Iddiaçı) ##.##.1993-cü il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” bir il müddətinə (##.##.1994-cü il tarixinədək) üçüncü dərəcə əlillik təyin edilmişdir. ##.##.2014-cü il tarixinədək bir il olmaqla üçüncü dərəcə əlillik, ##.##.2014-cü il tarixdən bir il müddətinə olmaqla ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra bir müddətinə yenidən ##.##.2016-cı il tarixinədək ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Iddiaçının müraciətinə elektron təyinatla ##.##.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Sağ diz oynağının güllə yaralanmasından sonra artrozu sağ incik siniri zədələnməsi; Meyar: 2.2. Ikinci dərəcə əlillik => DIGƏR: 2.2.12” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının ##.##.2021-ci il tarixli *******AAQ*G saylı göndərişi əsasında iddiaçının sağlamlıq vəziyyətinə baxılmış və “X2: XX Sinif Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59- Bədbəxt hadisələr => W00- X59 Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət sağ qamış sümüyünün laterial bitişmiş oynaqdaxili sınığı sağ incik sümüyünün başının qeyridüzgün bitişmiş sınığı diz oynağının III dərəcəli deformasiyaedici artrozu sağ diz oynağınin bkontrurakturasi sağ incik sinirinin travmatik neyropatiyasi sağ pəncənin sallanmasi sol pəncənin IV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı ağrı sindromu yeriş funksiyası pozulması. Digər ikincili artroz. Baldır sümüklərinin, aşıqbaldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi; Mərkəzə göndərilmənin /Imtina edilmənin/ səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız sayılması, ona əmək qabiliyyətinin 80 faiz itirilməsinin müəyyən edilməsi və müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edərkən ## ###### 1992-ci il tarixdə ağır güllə yarası almış, güllə onun sifətini deşərək keçmiş və çənə sümüyünü sındırmışdır. Eyni zamanda ##.##.1992-ci il tarixdə sağ diz nahiyəsindən güllə yarası almağı nəticəsində əsəb damarları zədələnmiş, diz qapağının fəaliyyətini itirmişdir. 1992-ci ilin may ayından hal-hazıra qədər həm 2-ci, həm də 3-cü dərəcəli Qarabağ müharibəsi əlili kimi ona əlillik dərəcəsi təyin edilmişdir. 1992-cü ildə hər iki ayağından yaralanmışdır. Sonuncu dəfə ##.##.2021-ci il tarixdə cavabdeh təşkilat tərəfindən ona əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. Imtina qərarını ona ## ###### 2022-ci il tarixdə verimişlər. Hesab edir ki, cavabdehin verdiyi imtina əsassız və qanunsuzdur, ona görə də imtina əsassız sayılmalı və cavabdehin üzərinə əlillik dərəcəsi verilməsi vəzifəsi qoyulması və əmək qabiliyətinin 80 faiz itirilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, ##.##.2021-ci il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən müayinə olunarkən aşağıdakı diaqnoz qoyulmuşdur: Sol yanaqda çapıq, posttravmatik güllə yarasından sonra üst mərkəzi dişlər nahiyyəsində sol tərəfə alvocolyar çıxıntı qüsuru, ikincili hissəvi adentiya ortopedik müalicədən sonrakı vəziyyət, samotik mənşəli asteno-nevrotik hal. Eyni zamanda Azərbaycan Respublikası Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “xxxx” publik hüquqi şəxs Elmi-X1 tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş arayışda ona aşağıdakı diaqnoz qoyulmuşdur: W32, S82, M84.0, M 19.2, M 24,5, M 21.3, G 57, R 52.0, R 26.8. Həmin kodlar müddətsiz üçüncü dərəcəli əlillik təyin edilməsi üçün əsasdır.
6. Gəncə Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim E.T.Axundov).
7. Məhkəmə qeyd edib ki, iş materiallarında olan ## #### 2022-ci il tarixli, T ***/**** nömrəli ekspert rəyindən göründüyü kimi, iddiaçının iş materiallarında olan « Şəmkir rayon mərkəzi xəstəxanası» PHŞ-in *******AAQ*G nömrəli göndərişlə göndərilmiş *** nömrəli qeyd edilən «yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının III dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü konstrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin IV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi» diqanozu stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental və funksional diaqnostik müayinələrin nəticələri əsasında təyin edilmiş, xəstəliyin dinamikasına uyğun seçilmiş müalicə tədbirləri əsasında onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyralarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil.
8. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Iddiaçı eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə dəqiqləşmə edərək onun II qrup əlillik dərəcəsinin müəyyən edilərək ona müddətsiz əlilliyin təyin edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. Apelyasiya instansiyası məhkəməsinin qərardadı əsasında Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, **** nömrəli ekspert rəyində göstərilmişdir ki, 1971-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir: vətəndaş İddiaçı “Şəmkir rayon mərkəzi xəstəxanası”nda ##.##.2021-ci il tarixdə müayinə zamanı “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çapılı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının III dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü kontrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin IV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funksiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi” müəyyən edilmişdir. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, ## ######## 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı 2021-ci ilin noyabr ayından müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur (Hakimlər - R.Mamedov (sədrlik edən və məruzəçi), A.Isgəndərova və A.Bayramov).
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan imtinasında hər hansı bir əsas qeyd etməmiş və imtinanın səbəblərini göstərməmişdir. Göründüyü kimi imtina əsassız və qanunamüvafiq olmamışdır. Bundan başqa, iddiaçının "Yivli tüfəngdən, qırma tüfəngdən və iri çapılı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının III dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü kontrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin IV daraq sümüklər'nin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funksiyası pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi" diaqnozu ilə xəstə olması iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi təqdim olunmuş sənədlərlə iddiaçının xəstə olması təsdiqlənir və qeyd olunan Əsasnamənin 2.2.9 və 2.2.12-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks üst-üstə düşür. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik təyin edilməli idi. Əlillik qiymətləndirilən zaman təqdim edilən sənədlər daha mötəbər hesab olunmalı və nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçının xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər - Aida Hüseyn (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlov).
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisə ilə bağlı halların və faktların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
16. TSEK-ə sonuncu ##.##.2021-ci il tarixli göndəriş zamanı əsas diaqnoz “XBT 10 W33-yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının III dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü konstrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin IV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması”, Ağırlaşmaları: M19.2 “Digər ikincili artroz”, S82 “Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı”, M24.5 “Oynaqların kontrakturası, güllə yaralanmasından sonrakı vəziyyət sağ qamış sümüyünün laterial bitişmiş oynaqdaxili sınığı sağ incik sümüyünün başının qeyri düzgün bitişmiş sınığı diz oynağının III dərəcəli deformasiya edici artrozu sağ diz oynağının bükücü kontrurakturası sağ incik sinirinin travmatik neyropatiyası sağ pəncənin sallanması sol pəncənin IV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması”, M84.0 “ Sümük sınığının pis bitişməsi”, M21.3 “Əlin və ya pəncənin sallanması (qazanılma), yanaşı xəstəliklər R52.0 “ Kəskin ağrı”, R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları”, G57 “Aşağı ətrafın mononevropatiyaları” qeyd edilmişdir.
17. “## #### 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü bəndində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi halları göstərilmişdir. Eyni zamanda həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. Ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, əlillik müddətsiz müəyyən edilir. Qeyd etmək lazımdır ki, işdə olan materiallardan iddiaçıya fasiləsiz olaraq 10 il ikinci dərəcə əlillik təyin edilməsi müəyyən edilmir. Bundan başqa, sonuncu göndərişdə əksini tapan diaqnozların da (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) Əsasnamənin 2.4-cü bəndində ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi hallarına aid olmadığı görünür.
18. Əksinə, göndərişdə qeyd edilmiş yanaşı xəstəliklər (M24.5 kodlu “Oynaqların kontrakturası, güllə yaralanmasından sonrakı vəziyyət sağ qamış sümüyünün laterial bitişmiş oynaqdaxili sınığı sağ incik sümüyünün başının qeyri düzgün bitişmiş sınığı diz oynağının III dərəcəli deformasiya edici artrozu sağ diz oynağının bükücü kontrurakturası sağ incik sinirinin travmatik neyropatiyası sağ pəncənin sallanması sol pəncənin IV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5-ci və 2.5.6-cı bəndlərinə (“hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6)) əsasən iddiaçıya üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verir.
19. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinin mümkün olub-olmaması müəyyən edilməli, işin halları müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas vermədikdə isə iddiaçının hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etməlidir.
ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərardadı əsasında iş üzrə ekspertiza təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin T ***/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1971-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi zamanı “X2: XX sinif xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59- bədbəxt hadisələr => W00-X59 əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının III dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü kontrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin IV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funksiyasının pozulması, digər ikincili artroz, baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sümük sınığının pis bitişməsi” kimi qeyd edilsə də, diaqnoz əlillik təyinatına əsas verməmişdir. ##.##.2025-ci il tarixdə şəxsin əyani müayinəsi zamanı üst dodaq, sol yanaq, sağ baldırın yuxarı ‘A-də çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuş, sallanan pəncə, atrofıya, parez aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də ##.##.2022-ci il tarixli, *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər- hansı bir bəndinə aid etmək mümkün olmadı. - Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutuna göndərilmiş və ##.##.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: W33.4, Y36.2, S82, M17.1, M24.5, G57.0, R52.2, R26.8-Odlu silah yaralanması (Hərbi). Sağ qamış sümüyünün qeyri düzgün bitişmiş kondilus sınığı. Sağ incik sümüyünün başının qeyri düzgün bitişmiş sınığı. Sağ diz oynağının qonartrozu. Sağ diz oynağının kontrakturası (açma 165, bükmə 110°). Sağ aşağı ətrafın posttravmatik neyropatiyası. Sağ pəncənin sallanması. Sol pəncənin IV daraq sümüyünün qeyridüzgün bitişmiş sınığı. Daimi ağrı sindromu. Yeriş funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. Həmin xəstəliklər xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmurlar, müəyyən edilən diaqnozla əlaqədar zərurət yarandığı təqdirdə əlavə müalicəyə cəlb edilə bilər.
21. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı ilə Gəncə Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Rüfət Məcidov).
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, TSEK-ə sonuncu ##.##.2021-ci il tarixli göndəriş zamanı əsas diaqnoz - XBT 10 W33-yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı silahdan atəş, güllə yaralanmasından sonrakı vəziyyət, sağ qamış sümüyünün lateral bitişmiş oynaqdaxili sınığı, sağ incik sümüyünün başının qeyri-düzgün bitişmiş sınığı, diz oynağının III dərəcəli deformasiyaedici artrozu, sağ diz oynağının bükücü konstrakturası, sağ incik sinirinin travmatik neyropatiyası, sağ pəncənin sallanması, sol pəncənin IV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması”, Ağırlaşmaları: M19.2 “Digər ikincili artroz”, S82 “Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı”, M24.5 “Oynaqların kontrakturası, güllə yaralanmasından sonrakı vəziyyət sağ qamış sümüyünün laterial bitişmiş oynaqdaxili sınığı sağ incik sümüyünün başının qeyri düzgün bitişmiş sınığı diz oynağının III dərəcəli deformasiya edici artrozu sağ diz oynağının bükücü kontrurakturası sağ incik sinirinin travmatik neyropatiyası sağ pəncənin sallanması sol pəncənin IV daraq sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, ağrı sindromu, yeriş funkiyası pozulması”, M84.0 “ Sümük sınığının pis bitişməsi”, M21.3 “Əlin və ya pəncənin sallanması (qazanılma), yanaşı xəstəliklər R52.0 “ Kəskin ağrı”, R26.8 “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları”, G57 “Aşağı ətrafın mononevropatiyaları” qeyd edilmişdir.
23. “## #### 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü bəndində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi halları göstərilmişdir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. Ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qeyd etmək lazımdır ki, işdə olan materiallardan iddiaçıya fasiləsiz olaraq 10 il ikinci dərəcə əlillik təyin edilməsi müəyyən edilmir. Sonuncu göndərişdə əksini tapan diaqnozların da (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) Əsasnamənin 2.4-cü bəndində ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi hallarına aid olmadığı görünür.
24. 2022-ci il ####un #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. bəndinə əsasən, ikinci dərəcə əlillik- xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Ikinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.12-ci bəndinə əsasən, hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, II– III dərəcəli arterial və ya venoz çatışmazlığı ilə- (I70.2, I73-I74, I74.3, I80-I80.3, I83.0-I83.9); 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. Ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
25. Kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirmə meyarları üzrə iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinin mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə kollegiya tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi ilə iddiaçı İddiaçı diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də ##.##.2022-ci il tarixli, *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndinə aid etməyin mümkün olmadığı müəyyən edilmişdir.
26. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a. Kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Qeyd olunan qanunvericilik aktlarından göründüyü kimi, iddiaçıya 1993-cü ildən 2021-ci il tarixədək Qarabağ müharibəsində iştirak etdiyinə görə aldığı xəsarətlərə görə təyin olunmuş əlillik dərəcəsinin sonradan qanunvericilikdə edilmiş dəyişikliyə əsasən ləğv edilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir.
28. 1993-cü ildən iddiaçıya qeyd olunan xəsarətlər üzrə üçüncü və ikinci dərəcə əlillik müəyyən olunduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə həmdə iddiaçıda olan xəsarətlərin “əlilliyin müəyyən olunmasına əsas deyildir” nəticəsinə gəlinməsi düzgün olmamışdır. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, *** nömrəli qərarına qədər olan dövrə və ##.##.2022-ci il tarixə qədər olan son dövr üzrə qüvvədə olan bu qanunvericilik aktları iddiaçıya ##.##.2006-cı il tarixdən 2021-ci il tarixədək 15 illik ikinci dərəcə əlillik təyin olunmasına əsas olduğu halda və iddiaçının əlilliyinin müddətsiz təyin olunmasına hələ 2016-cı ildə hüququ yarandığı halda 2021ci ildə iddiaçıya əlillik təyin olunmasından ümumiyyətlə imtina olunması qanunsuzluqdur.
b. Kassasiya şikayətinə etirazın dəlilləri
29. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. ... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.[10] 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
32. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermiş, istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi IPM-in 96.11-ci maddəsinə uyğun olaraq Ali Məhkəmənin göstərişlərin icra etmişdir.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, 2- *(***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.