Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4229/2025 19.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Əlillik müddətinin bitməsi ilə əlaqədar İddiaçı (bundan sonra – “iddiaçı”) əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – “cavabdeh”) tərəfindən yenidən qiymətləndirilmiş və diaqnoz və ağırlaşmaları əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
2. İddiaçının yenidən müraciəti əsasında onun əlillik vəziyyəti əyani müayinə əsasında yenidən qiymətləndirilmiş və ##.##.2021-ci il tarixli, *********** nömrəli qərar qəbul edilərək göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Yaralanmasından sonrakı başın, sağ yanağın, sol dirsək çuxuru, sol bazu oynağının çapıq toxumaları. Orta sinirin said səviyyəsində travması, sağ dirsək və orta sinirin postravmatik neyropatiyası. Mil sinirinin said səviyyəsində travması. Sağ mil sinirinin postravmatik neyropatiyası. Oynaqların kontrakturası, sağ mil-bilək oynağının funksiyasının pozulması ilə.” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmaması, əlillik təyinatına əsas verən funksional pozuntu və əzələ atrofiyası müəyyən edilməməsi qeyd edilərək “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir.
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2021-ci il tarixli qərarının ləğv edilərək, ona ##.##.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsindəki icraat zamanı (##.##.2024-cü il tarixdə) iddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək bildirmişdir ki, ##.##.2021-ci il tarixli qərarı dəfələrlə cavabdeh orqandan istəmiş, lakin cavabdeh orqan onda ağırlaşmaların olduğunu bildirərək əlavə müalicə almasını bildirmişdir. Bununla bağlı, ərazi aidiyyəti üzrə xəstəxanaya müraciət etsə də, göndəriş vaxtında verilməmiş və nəticədə qərarla vaxtında tanış ola bilməmişdir. Qeyd edilənləri əsas gətirib ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.
6. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilərək cavabdeh inzibati orqanın ##.##.2021-ci il tarixli qərarının ləğv edilməsi, ##.##.2021-ci il tarixdən iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim – E.Axundov).
7. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehin ## ######## 2021-ci il tarixli qərarının ləğv edilməsini və ona həmin tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş, cavabdehin ##.##.2021-ci il tarixli, *********** nömrəli qərarı iddiaçıya aid hissədə ləğv edilərək, iddiaçıya ##.##.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyinin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (sədrlik edən – A.Bayramov, hakimlər – R.Mamedov və A.İsgəndərova).
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – A.İsgəndərova, hakimlər – A.Bayramov və R.Mamedov).
11. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, “...hazırkı iş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbi ## ######## 2021-ci il tarixli qərarının ləğv edilməsini və ona həmin tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsinə yönəlmişdir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). İşdən görünür ki, birinci instansiya məhkəməsi ##.##.2024-cü il tarixli qərardadla iddia müddətini bərpa etmişdir. Lakin qeyd edilən qərardadda məhkəmə iddia müddətinin bərpasını zəruri edən hallar əsaslandırılmamışdır. Cavabdeh apellyasiya şikayətində iddia müddətinin ötürülməsi barədə müvafiq dəlil irəli sürsə də, lakin apellyasiya məhkəməsi öz qərarında bununla bağlı “birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli iclasında iddiaçının müvafiq ərizəsi əsasında müddət məsələsi müzakirə edilmiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *- *(***)-***/**** saylı qərardadı ilə iddiaçının iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir” qeyd etməklə kifayətlənmiş, bu dəlili qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır. Beləliklə də, İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir”.
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilmiş və iddiaçının iddia qaldırmaq üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilərək və iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır (sədrlik edən – G.Cavadova, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Hazırki halda iddiaçının əlillik vəziyyəti ##.##.2021-ci il tarixli, *******AAJDW nömrəli göndəriş əsasında qiymətləndirilmiş və onun barəsində “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmiş, bu barədə ona ##.##.2021-ci il tarixdə sms-bildiriş göndərilməklə, məlumat verilmişdir. İddiaçı isə müddəti ötürməklə ##.##.2023-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Buraxılmış prosessual müddətin bərpasına dair ərizə və iddiaçının məhkəmələrə verdiyi izahatın məzmunundan görünür ki, o, səhhəti ilə əlaqədar olaraq ərazi aidiyyəti üzrə xəstəxanaya müraciət etsə də, ona göndəriş vaxtında verilməmiş və bu səbəbdən də o, qərarı vaxtında ala bilməmişdir. Məhkəmə iddiaçının bildirdikləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı müddəti ötürməsinin səbəbi kimi göndərişin vaxtında verilmədiyini, nəticədə qərarla vaxtında tanış ola bilmədiyini göstərsə də, məhkəmənin iclasında iddiaçıya məxsus telefona baxış keçirilmiş, imtina ilə bağlı ##.##.2021-ci il tarixdə sms-bildiriş göndərildiyi müəyyən edilmişdir. Həmçinin məhkəmənin müvafiq sorğusu əsasında əldə edilmiş və cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2025-ci il tarixli, 3-17-4/2- *****/**** nömrəli məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, əlilliyin müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş və diaqnoz və ağırlaşdırılmaları əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş və qiymətləndirmənin yekun nəticəsi barədə iddiaçıya SMS vasitəsi ilə ##.##.2021-ci il tarixdə məlumat göndərilmişdir. Elektron məhkəmə informasiya sisteminin iddiaçı barəsində əlaqə məlumatlarından və iş materiallarından həmin mobil telefon nömrəsinin şəxsən iddiaçının özünə məxsus olduğu müəyyən edilmişdir. .... Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. ..... Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır”.
14. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
16. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
11. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
13. Hazırkı iş üzrə iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin iddiaçı qanunda təsbit edilmiş 30 günlük iddia müddətini ötürdüyündən onun iddia tələbinin mümkün sayılmaması barədə məhkəmələrin gəlmiş olduğu nəticə əsaslı olmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2-1(102)-1675/2025, ##.##.2025-ci il tarixli, **(***)-****/**** saylı qərarı və.s).
14. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2015-ci il tarixli qərarında əks etdirdiyi mövqeyi, eləcə də İnzibati Prosessual Məcəllənin 32.1 və 38-ci maddələrini rəhbər tutaraq bildirir ki, hazırkı iddia tələbi mübahisələndirmə növündə iddia olduğundan 30 günlük iddia müddətinə tabedir. İddia müddəti tətbiq edilən iddialarda iddia müddətinə əməl edilməməsi həmin tələbin mümkünsüzlüyü ilə nəticələnir.
15. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2-1(104)- ***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.