Məhkəmə qərarları › İş №2-1(102)-423/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-423/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-423/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1442/2020 nömrəli, 28 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus attestata, hərbi biletə və əmək kitabçasına əsasən o, 01.09.1970-ci il tarixdən 20.07.1971-cı il tarixədək Bak ı şəhər 6 saylı texniki peşə məktəbində rəngsaz ixtisası üzrə təhsil almış, 30.11.1973-cü il tarixdən 12.12.1975-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş, 21.07.1971-ci ildən 16.10.1972-ci ilədək 24 nömrəli Tikinti İdarəsində 2-ci dərəcəli rəngsaz; 19.10.1972-ci ildən 08.06.1973-cü ilədək (28.05.1973-cü ildə 1 saylı sexə isti döymələr üzrə 2-ci dərəcəli rəngsaz kimi qəbul edilməklə) Bakı Tikinti Maşınları Təmiri Zavodunda 2-ci dərəcəli rəngsaz; 03.03.1976-cı ildən 17.02.1977-ci ilədək (15.08.1976-cı ildə 2-ci dərəcəli dülgər təyin edilməklə) həmin zavodda 1-ci dərəcəli dülgər; “Omsktselinostroy”da 01.04.1977-ci ildən 20.10.1977-ci ilədək 5-ci dərəcəli təlimatçı; 21.12.1977-ci ildən 21.12.1977-ci ilədək malyükləyən; 03.04.1978-ci ildən 03.10.1978-ci ilədək 5-ci dərəcəli rəngsaz; 29.03.197 9-cu ildən 05.11.1979-cu ilədək 5-ci dərəcəli suvaqçı; 01.04.1980-cı ildən 11.08.1980-cı ilədək 5-ci dərəcəli suvaqçı-rəngsaz; 27.08.1980-cı ildən 23.02.1982-ci ilədək 5-ci dərəcəli suvaqçırəngsaz; 19.03.1982-ci ildən 06.10.1982-ci ilədək 5-ci dərəcəli naxışçı; Şəhər Abadlaşdırma Kombinatında - 16.12.1982-ci ildən 12.05.1983-cü ilədək ümumi fəhlə; 01.06.1983-cü ildən 28.07.1983-cü ilədək 2-ci dərəcəli suvaqçı; 01.08.1983-cü ildən 27.05.1986-cı ilədək tikinti briqadasında 2-ci dərəcəli fəhlə; Baştorpaqsutikinti “Muğan” istirahət evi -02.02.1987-ci ildən 27.07.1987-ci ilədək mühafizəçi; Bakı Məişət Tullantılarının Eksperimental Zavodu-11.11.1987-ci ildən 12.06.1990-ci ilədək biometrik sexə yükboşaldan fəhlə, məişət tullantılarının zərərsizləşdirilməsi və atılması üzrə fəhlə və fəhlə-nəzarətç i; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 №li Ruhi Xəstəxanası 01.03.1991-ci ildən 13.02.1992-ci ilədək fəhlə; Asfalt-Beton Zavodu - 03.08.1992-ci il tarixdən 15.08.1994-cü ilədək Balaxanı sahəsində mühafizəçi vəzifələrində işləmişdir.

3. İddiaçı 13.12.1994-cü ildə Tovuz rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 143 İV hissə, 40-cı maddələri ilə əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10.08.1994-cü ildən 23.02.1996-cı ilədək azadlıqdan məhrumetmə cəzasını çəkmiş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17.02.1996-cı il tarixli qərarı ilə cəzadan 2 il 5 ay 23 gün məcburi əməyə cəlb olunmaqla şərti olaraq vaxtından əvvəl azad edilmiş, 24.02.1996-cı il tarixdən 29.04.1997-ci il tarixədək xalq təsərrüf atına aid olan müəssisənin tikintisinə göndərilmiş və 29.07.1997-ci il tarixdə xüsusi komendaturanın uçotundan çıxarılmışdır.

4. İddiaçı 25.02.2003-cü il tarixdə X3 ilə nikaha daxil olmuş və nikahdan sonra arvada “İmanova” soyadı verilmişdir.

5. X4 DSMF-nin Xaçmaz rayon şöbəsindən İ qrup əlilliyə görə 09.03.2012-ci ildən hər ay 253 manat 67 qəpik məbləğdə ömürlük pensiya alır. 6.İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 02 oktyabr 2019-cu il tarixli, **********1 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya sığorta kapitalı olmadığından onun əmək pensiyası hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.1970ci il tarixdə 6 nömrəli peşə məktəbinə qəbul edilərək, 20.07.1971-ci il tarixədək oxuduğu müddətin, 01.01.2013-cü ildən İ qrup əlil yoldaşına baxdığı dövrlərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, arvadı X4 İ qrup əlilliyə görə 01.02.2013-cü il tarixdən 225,90 manat pensiya alır. O və arvadı Bakı şəhəri Pirşağı qəsəbəsi bağ massivində qeydiyyatsız yaşayırlar, 01.02.2013-cü ildən İ qrup əlil arvadına qulluq edir. Qeyd edilənlərə əsasən əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh azı 25 il sığorta stajı olmadığını gətirərək ona pensiya təyin olunmasından imtina etmişdir.

9. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı ərizəsində göstərmişdir 01.09.1970-ci il tarixdən 20.07.1971-ci il tarixinədək peşə məktəbində təhsil aldığını qeyd etsə də, bu barədə hər hansı yekun sənədi (diplom və ya attestat) təqdim etməmişdir. İddiaçının İ qrup əlilə baxmış olduğu dövr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" AR Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən, müvafiq akt ilə təsdiq edilməlidir. Buna baxmayaraq, iddiaçı bu barədə hər hans ı bir sənəd təqdim etməmişdir. Göstərilən sənədlər olmadan, iddiaçının təqdim etdiyi sənədlər əsasında ona yalnız 19 il 10 ay sığorta stajı hesablanması mümkündür ki, bu da onun pensiya hüququnun yaranmasını istisna edir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2020 saylı, 05 iyun 2020-ci il tarixli qərarı ilə (hakim: N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçının 01.09.1970-ci il tarixdən 20.07.1971-ci il tarixədək Bakı şəhər 6 saylı texniki peşə məktəbində oxuduğu müddət və 01.01.2013-cü il tarixdən 05.06.2020-ci il tarixədək İ qrup əlil arvadı X2 qulluq etdiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil müddəti (10 ay 19 gün ), hərbi xidmət dövrü (2 il 12 gün), azadlıqdan məhrumedilmə müddətində ödənişli əməyə cəlb edildiyi dövr (1 il 2 ay 5 gün) və İ qrup əlil arvadına qulluq etməsi (iddiaçının iddia tələbinə əsasən 01.01.2013-cü il tarixdən hesablanmaqla 7 il 5 ay 4 gün) də nəzərə alınmaqla 05.06.2020-cı il tarixədək 25 ildən artıq, yəni cəmi 27 il 10 ay 4 gün ümumi iş stajı olduğundan cavabdehin imtinası əsassız olmuşdur.

12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1442/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya ş ikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2020 saylı, 05 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, öz ərizəsində iddiaçı ‘‘Əmək pensiyaları haqqında” Qanunun 22.2.4cü maddəsinə istinad edərək, İ qrup əlil həyat yoldaşına baxmış olduğu dövrün də sığorta stajına daxil edilməsini tələb etmişdir. Qazanılmış sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Sosial sığorta stajının təsdiqi üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" AR Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir. Qaydaların 3-cü maddəsində sığorta stajını təsdiq edən sənədlərin siya hısı verilmişdir. Sözügedən Qaydaların 3.2.5-ci maddəsinə əsasən, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən AKT (10 nömrəli Əlavə) ilə onun sığorta stajı təsdiq edilir.

17. İddiaçı tərəfindən İ qrup əlil yoldaşına qulluq etməsi faktının tanınması barədə Bakı səhər Sabunçu rayon Pirşağı Bələdiyyəsinin sədri tərəfindən imza və möhürlə təsdiqlənmiş 05.06.2020-ci il tarixli akt təqdim edilmiş və məhkəmə tərəfindən bu akt sübut kimi qəbul edilmişdir. Bələdiyyə tərəfindən verilmiş sözügedən akt iddiaçının sığorta stajını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Ona görə ki, Bələdiyyə orqanının belə bir akt qəbul etmək barədə səlahiyyəti istisna edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kas sasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

20. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... Maddə 21.2.4 müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Maddə 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanva rın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə

25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); Bənd 3.9 İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 1.2 Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “ Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bənd 1.5 Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiya sı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün və iddia tələbi bölünməz olduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

30. Apelyasiya instansiyası məhkəməsi qeyd etm işdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunla tələb olunan 25 illik sığorta stajı onun təhsil müddəti (10 ay), hərbi xidmət dövrü (2 il), məhkum olunduğu müddətdə əməyə cəlb edildiyi dövr (1 il 2 ay) və İ qrup əlil arvadına qulluq etmə müddəti (01.02.2013-cü il tarixdən cavabdehin imtina tarixinədək hesablanmaqla 6 il 8 ay) də nəzərə alınmaqla, iş materialları ilə təsdiqini tapır.

31. Hazırda cavabdeh iddiaçının İ qrup əlil arvadına qulluq etdiyi müddətin onun siğorta stajına daxil edilməsini mübahisələndirir. Qeyd edilir ki, Bakı şəhər Pirşağı rayon bələdiyyəsi tərəfindən tərtib edilmiş aktda iddiaçının İ qrup əlil arvadına qulluq etdiyi qeyd edilsə də, həmin sənəd sosial sığorta stajını təsdiq edən sübut kimi qəbul edilə bilməz.

32. Məhkəmə kollegiyası cavabdehin dəlilləri i lə qismən razılaşaraq bildirir ki, qazanılmış sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Sosial sığorta stajının təsdiqi üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" AR Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir. Həmin Qaydaların 3.2.5-ci maddəsinə əsasən, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağl amlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən AKT-la müəyyən edilir. (10 nömrəli Əlavə)

33. Qaydaların 10 nömrəli Əlavəsinə əsasən, bu AKT, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun müvafiq şöbəsinin müdiri və pensiya təyinatı sektorunun müdiri tərəfindən möhürlə təsdiq edilir.

34. Lakin iddiaçı tərəfindən təqdim edilmiş İ qrup əlil arvadına qulluq etməsinə dair 05.06.2020-ci il tarixli akt Bakı səhər Sabunçu rayon Pirşağı Bələdiyyəsinin sədri tərəfindən tərtib edilmiş, müvafiq Bələdiyyə sədi tərəfindən imzalanıb möhürlə təsdiq edilmişdir. (səh 76)

35. Apelyasiya instansiyası məhkəməsi sözügedən aktın Qaydaların tələbinə uyğun imzalanıb təsdiq edilməməsini nəzərə almam ışdır.

36. Apelyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.5-ci bəndində təsbit olunan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən aktın forması kimi Qaydalara 10 nömrəli Əlavədə, sözügedən aktın pensiya təyin edən inzibati orqanlar tərəfindən tərtib olunması göstərilmişdir. Adıçəkilən Qaydaların 3.9-cu bəndində isə 10 nömrəli Əlavədə əks olunan akta əsas kimi çıxış edən (İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti barədə) aktın yalnız şə hər (rayon) icra hakimiyyəti orqanları tərəfindən tərtib olunması təsbit olunmamış, alternativlik “və ya” bağlayıcısı ilə ifadə edilmişdir. Odur ki, məsələ ilə bağlı cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 25-ci maddəsinə istinadı da Qanunun səhv təfsirindən ibarətdir.

37. Apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, əmək pensiyaları təyin edilməsi müstəsna olaraq Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir.

38. İstinad edilən Qaydaların 3.9-cu bəndində göstərilir ki, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşuların ın ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qaydaların və ona 10 nömrəli Əlavənin birgə təhlili onu deməyə əsas verir ki, 3.9-cu bənddə göstərilən qaydada tərtib edilən akt, 10 nömrəli Əlavədə göstərilən AKT-ın tərtib edilməsi üçün əsasdır. Odur ki, 3.9cu bənddə göstərilən qaydada tərtib edilmiş akt yalnız 10 nömrəli Əlavədə göstərilən qaydada imzalanıb təsdiq edildikdən sonra İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməsi üçün əsas ola bilər.

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan qərar ləğv edilmə li, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli 21(103)-1442/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar