Məhkəmə qərarları › İş №2-1(102)-423/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-423/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-423/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qeydiyyata alınma) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dаir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2370/2021 nömrəli iş üzrə 23.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 09 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Binəqədi rayon Polis İdarəsinə ünvan 1 ünvandakı evin, 5-ci mərtəbəsindəki, 504 saylı yaşayış sahəsinə qeydə alınmağı barədə qeydə alınmaqla bağlı müraciət etmişdir. Lakin cavabdeh 25.01.2021-ci il tarixdə bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə qarşı ünvan 2 ünvandakı evin, 504 saylı yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə uzun müddətdir ki, ünvan 2 ünvandakı evin, 5-ci mərtəbəsindəki 504 saylı otaqda daimi yaşayır. İddiaçının arvadı məcburi köçkün kimi bu ünvanda valideynləri ilə yaşayarkən, iddiaçı ilə ailə qurmuş, sonra bu ünvanda yaşamağa başlamışlar. İddiaçının qeydiyyatda olduğu ünvan başqadır. Həmin ünvanda heç vaxt yaşamamışdır. İddiaçının Bakı şəhərində mənzili yoxdur.

4. Birinci instansiya məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)4802/2021 nömrəli (sədrlik edən hakim Həmid Ağalarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, AR “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1, 2, 5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddi a əsassızdır.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-4802/2021 nömrəli qərarının tam ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 23.11.2021-ci il tarixli, 2-1(103)-2370/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqey i ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 23.11.2021-ci il tarixli, 2-1(103)-2370/2021 nömrəli qərarının tam ləğv edilməsini və işin apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu yer, Bakı şəhəri, Binəqədi rayonunun 7 mkr., məhəllə 31/23, yataqxana 2., mən.71 ünvanıdır və “Azərelektroterm” zavoduna məxsus həm bu ünvan və həm də ailə üzvləriylə birlikdə faktiki yaşadığı ünvan-M.Ə.Rəsulzadə qəs., Z.Qəmbərov küçəsi, ev 9, otaq 504 ünvanı, yataqxana tiplidir və Binəqədi rayonunun inzibati ərazisinə aiddir, iddia tələbi də mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı deyildir. Faktiki yaşadığı ünvanda 1995-ci il tarixindən qeydiyyatsız yaşayır. Ona da səbəb, B.Sərdarov adına poladtökmə zavodunun fəaliyyətini dayandırmasıdır. Hazırda faktiki yaşadığı ünvan 2014-cü il tarixindən Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin idarəçiliyinə verilmişdir. Həm daimi yaşadığı, həm də qeydiyyatda olduğu hər iki yataqxana, Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin idarəçiliyindədir və pasport qeydiyyatını daimi yaşadığı ünvana dəyişir, burada qanunazidd heç nə yoxdur. Ailə quranadək və ailə həyatına daxil olandan sonra bu ünvanda daimi yaşayır. Yəni, iyirmialtı ildir ki, bu ünvanda etirazsız və kiminsə iradı olmadan daimi yaşayır. O, Azərbaycan vətəndaşıdır, ailənin və onun adına dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlakı yoxdur və qeydiyyatda olduğu və yaşayış yerini seçmək hüququ vardır, faktiki yaşadığı yataqxana qəzalı deyil və orada yaşamaq qadağan edilməmişdir. Onun ailə üzvləri ilə hazırkı ünvanda yaşamağını köhnə redaksiyadakı Mənzil Məcəlləsi nizamladığından, iddia tələbi də həmin qanuna uyğun həll edilməli idi. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəx slərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

11. Beləliklə, köhnə redaksiyada Mənzil Məcəlləsinin tələblərindən ən başlıcası, yaşayış sahəsinə altı ay müddətinə vətəndaşın hüququnun saxlanmasını ehtiva edir. Onun isə rəsmi pasport qeydiyyatında olduğu ünvanda mənzili və ya otağı yoxdur. O, ora dair hüququnu 1996-cı il tarixdən itirmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin 78 saylı Mənzil Kommunal İstismar Sahəsindən də verilmiş akt və arayışda qeyd olunur ki, o faktiki olaraq ünvan 7 ünvandakı evin, 5 -ci mərtəbəsindəki 504 saylı otaqlarda daimi yaşayır. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yaln ız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmaya n, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məh rum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Maddə

5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutul muş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət re yestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiy yəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər

13. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübu tlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn in kişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtınd a verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 23.11.2021-ci il tarixli qərarla və qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1970-ci il tarixdə ünvan 8 ünvanında qeydiyyatdadır.

17. Həmçinin apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 25.01.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana qeydiyyata alınması qanunamüvafiq deyildir.

18. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 78 saylı Mənzil Kommunal İstismar Sahəsinin 06 may 2021-ci il tarixli, 19 nömrəli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu, Zahid Qəmbərov küçəsi, 9 saylı bina hal-hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla, 78 saylı Mənzil Kommunal İstismar Sahəsinin istismarındadır. Həmin binanın 504-cü otağında Zəngilan rayonundan olan X4 özü və iki qızı, bir oğlu ilə birlikdə məcburi köçkün kimi məskunlaşmışdır. İddiaçı həmin 504-cü otağa aid heçbir hüq uqi sənədi yoxdur və onun həmin otaqda yaşayıb-yaşamaması onlara məlum deyil.

19. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində “X3 ilə rəsmi nigaha (“Nigah” sözü iddiada göstərildiyi kimi verilmişdir- Qeyd: Ali Məhkəmənindir) daxil olub ailə qurduqdan sonra 1990-cı ilin sonlarında yaşayıram” yazsa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən İddiaçı və iddiaçının göstərdiyi kimi İsrafilova deyil, X1 ailə vəziyyətləri “subay” olaraq qeyd edilmişdir.

20. Bundan başqa sözügedən şəxslərin nikaha daxil olduqlarına dair nikah şəhadətnaməsi yoxdur.

21. Digər tərəfdən, iddiaçının Binəqədi rayonu, Z.Qəmbərov küçəsi, 9 saylı ünvandakı evin 504 saylı yaşayış sah əsinə yaşayış yeri üzrə qeydiyyata alınması üçün qanunvericiliklə tələb edilən heç bir hüquqi sənədi mövcud deyildir.

22. Bununla bağlı xüsusi olaraq qeyd edilməlidir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin verdiyi sorğusunun cavabında göstərilir ki, Binəqədi rayonu, Z.Qəmbərov küçəsi, 9 saylı fərdi yaşayış evi X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, cavaba əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti başçısının 04.06.1993-cü il tarixli, 482 saylı sərəncamına əsasən ev 2 (iki) mərtəbədən ibarətdir.

23. İddiaçı isə iddia ərizəsində Binəqədi rayonu, Z.Qəmbərov küçəsi, 9 saylı ünvandakı evin beşinci mərtəbəsindəki 504 saylı yaşayış sahəsinə onun qeydə alınmasını öhdəlik olaraq cavabdehin üzərinə qoyulmasını xahiş edir.

24. Bununla yana şı qeyd edilməlidir ki, 78 saylı MKİS-in may 2021-ci il tarixli, 19 saylı arayışına görə, yuxarıda artıq göstərildiyi kimi, Z.Qəmbərov küçəsi, 9 saylı bina hal-hazırda Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

25. İşdə balans saxlayan təşkilatın sözügedən binanın 504 saylı yaşayış sahəsinə iddiaçının qeydə alınmasına dair hər hansı bir razılıq ərizəsi yoxdur.

26. Belə olan halda apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun bu qərarın 12-ci bəndində göstərilmiş maddi hüquq normalarını düzgün tətbiq etməklə, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

27. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məh kəməsinin 23.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.11.2021-ci il tarixli, 2-1(103)-2370/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar