Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4237/2025 22.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: bənna və qaldırıcıların maşinisti peşələri, icra olunan funksional vəzifənin (işin) eyniliyi, güzəştli iş stajı barədə işəgötürənin arayışının mötəbərliyi prezumpsiyası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu ## ###### 2021-ci il tarixdən təyin olunması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı ilə (hakim Aysev Almazova) iddia təmin edilmiş, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu ##.##.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuş, iddiaçı İddiaçı ##.##.2021-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.
3. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2-məruzəçi, X3 və Orxan Nadir oğlu İsmayılov) # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən ##.##.1989-##.##.1992-ci il tarixləri arasındakı dövr ərzində “xxxxnti” KM-də bənna peşəsində, SOCAR “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu”nda ##.##.1993-##.##.1997-ci il tarixləri arasındakı dövrlər ərzində bənna peşəsində, “X1 Ltd” şirkətində ##.##.1996- ##.##.1997-ci il, ##.##.1997-##.##.1999-cu il, ##.##.2010-##.##.2020-ci il tarixləri arasındakı dövrlər ərzində takelajçı, ##.##.1999-##.##.2006-сı il tarixləri arasındakı dövrlər ərzində kran operatorunun köməkçisi, ##.##.2006-##.##.2010-cu il tarixləri arasındakı dövr ərzində kran operatoru vəzifələrində işlədiyi dövrün güzəştli iş stajı kimi nəzərə alınmaması ilə bağlıdır.
6. “xxxx” kollektiv müəssisəsinin ##.##.2023-cü il tarixli ** nömrəli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən Bakısementtəmirtikinti” KM-nin * saylı sahəsinə ##.##.1989-cu il tarixindən 3-cü dərəcəli bənna peşəsinə işə qəbul edilib. (Əsas: ##.##.1989-cu il tarixli **-K saylı əmr).##.##.1992-ci il tarixindən ARƏM-nin 37-ci maddəsinə əsasən işdən azad edilib. (Əsas: ##.##.1992-ci il tarixli **-K saylı əmr). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinin a bəndinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən, İddiaçı zərərli bənna peşəsi üzrə güzəştli şərtlərlə ümumi iş stajı 03 il 02 ay 12 gün (üç il iki ay on iki gün) təşkil edir.
7. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ##.##.2023-cü il tarixli **-*-*/*-M-**-**/****-** saylı şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən bənna peşəsində: “Şelflayihətikinti" LSTB-nin Ehtiyat hissələri, Qeyri-standart avadanlıqlar və Xalq İstehlakı malları zavodunun Təmir müəssisəsi və təmir tikinti sahəsində ##.##.1993-cü il tarixindən (Əsas: ##.##.1993-cü il tarixli **/K nömrəli əmr) ##.##.1997-ci il tarixinədək (Əsas: ##.##.1997-ci il tarixli **/K nömrəli əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 04 il 03 ay 14 gün - ##.##.1993-##.##.1997. 04 il 03 ay 14 gün işlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: yük daşıyan divarların, təməllərin, taqların, tonozların, sütunların hörülməsi, pəncərə və qapı çərçivələrinin quraşdırılmasında iştirak etmək, yığma dəmir-beton konstruksiyalarda doldurma işinin icra edilməsi və sair işlərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”nın XXVII “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi üzrə 2290000a-12680 vəzifə koduna uyğundur.
8. “X1 Ltd” şirkətinin ##.##.2023-cü il tarixli CDC-İst-026 nömrəli məktubundan görünür ki, ## ####### 2023-cü il tarixli, *-*(***)-*****/**** saylı işə aid məktuba cavab olaraq nəzərə çatdırılır ki, İddiaçı şirkətdə işlədiyi müddətdə aşağıdakı vəzifələrdə çalışmışdır: ##.##.1996-cı il tarixdən ##.##.1999-cu il tarixədək takelajçı, ##.##.1999-cu il tarixdən ##.##.2006-cı il tarixədək kran operatorunun köməkçisi, ##.##.2006-cı il tarixdən ##.##.2010-cu il tarixədək kran operatoru, ##.##.2010-cu il tarixdən ##.##.2020-ci il tarixədək takelajçı vəzifələrində işləmiş və ##.##.2020-ci ildən hal-hazırkı günədək Xəzər dənizində yerləşən İstiqlal qazma qurğusunda rəngsaz vəzifəsində çalışmaqdadır.
9. “X1 Ltd” şirkətinin ##.##.2023-cü il tarixli CDC-İst-013 nömrəli məktubundan görünür ki, ## ### 2023-cü il tarixli *-*(***)-*****/**** saylı işə aid məktuba cavab olaraq bildirilir ki, İddiaçı ## ######## 1996-cı il tarixdən hal-hazıradək “X1 Ltd” şirkətində işləyir. O, ##.##.1996-cı il tarixdən ##.##.1999-cu il tarixədək və ##.##.2006-cı il tarixdən ##.##.2020-ci il tarixədək Xəzər dənizində yerləşən Dədə Qorğud və İstiqlal qazma qurğularında takelajçı vəzifəsində işləmişdir. (Bölmə X, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı. KOD - 1100000a, fəhlələr).
10. X1 Ltd-nin Azərbaycan Respublikası, Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi ## ###### 2024-cü il tarixli arayışında iddiaçının X1 Ltd şirkətində Yarım Dalma üzən İstiqlal Qazma Qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən kran operatoru, kran operatorunun köməkçisi (qaldırıcıların maşinistləri) vəzifəsində işlədiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarına əsasən, Siyahı 10-cu bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) (10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi. a) fəhlələr:... qaldırıcılarının maşinistləri...) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 10 il 3 ay 17 gün təşkil etdiyi qeyd edilmişdir.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
13. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan suiistifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
14. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
15. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
16. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Bənnalar tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər. Həmin Siyahıda 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi qaldırıcılarının maşinistləri güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı qeyd edilmişdir.
18. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 0# ####### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.