Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-424/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə ya şa görə əmək pensiyasının təyin edilməsi tələbinə dаir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2521/2021 nömrəli iş üzrə 18.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 09 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxx 1965-ci il tarixdə anadan olmuşdur. İddiaçı əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni 10.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 18.05.2020-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan 11.06.2020-ci il tarixli, **********3 nömrəli məktubla ona müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etməyi təklif etmişdir. İddiaçı həmin sənədləri idarəyə şəxsən təqdim etmişdir.
2. Cavabdeh orqan 13.10.2020-ci il tarixli, **********4 nömrəli məktubu ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, ona güzəştli əmək pensiyası hüququ verən iş yerləri barədə əmək kitabçasında qeydiyyat aparılmamış, habelə fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı ona əmək kitabçasında və arayışlarda əksini tapmış işlədiyi bütün illər və təhsil aldığı illər sığorta stajına daxil edilməklə 55 yaşdan, yəni 10.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1965-ci il tarixdə anadan olmuşdur. 03.09.1988-ci il tarixdən (05.09.1988-ci il tarixli 176- K saylı əmr) Respublika Klinik Xəstəxanasında həkim-intern vəzifəsinə qəbul edilmiş, 29.07.1989-cu il tarixdə ordinatura müddətinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. Daha sonra 11.12.1989-cu il tarixdən (08.12.1989-cu il tarixli, 209 saylı əmr) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan vəzifəsinə, 24.02.1994-cü il tarixdən (23.02.1994-cü il tarixli, 29 saylı əmr) diaqnostik prosesin təşkili ş öbəsinə həkimmetodist vəzifəsinə keçirilmişdir. 07.09.1998-ci il tarixdən (05.09.1998-ci il tarixli, 96 saylı əmr) tutduğu vəzifədən öz xahişilə azad edilmişdir. 08.09.1998-ci il tarixdən (27.08.1998-ci il tarixli, 138-K saylı əmr) Ə.Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmiləşdirilməsi institutunda rentgenoloq kafedrasına əvəzçilik üzrə müsabiqə keçənədək assistent vəzifəsinə qəbul olunmuş, 29.12.2000-ci il tarixdən (29.12.2000-ci il tarixli, 271 saylı əmr) həmin vəzifəyə seçilmiş, 24.02.2006-cı il tarixdən (24.02.2006-cı il tarixli, 8 saylı əmr) rentgenoloq kafedrasına assistent vəzifəsinə seçilmiş, 16.04.2007-ci il tarixdən (16.04.2007-ci il tarixli, 21-K saylı əmr) müsabiqədən keçənə qədər dosent vəzifəsinə keçirilmişdir. 16.04.2007-ci il tarixdən (25.05.2009-cu il tarixli, 36 sa ylı əmr) rentgenoloqiya və şua diaqnostikası kafedraları birləşdirilərək şua diaqnostikası kafedrası adlandırılmışdır. 06.10.2011-ci il tarixdən (06.10.2011-ci il tarixli, 61 saylı əmr) şua diaqnostikası kafedrasının kafedra müdiri vəzifəsini icra etmiş, 29.09.2017-ci il tarixdən (29.09.2017-ci il tarixli, 290 saylı əmr) yeni müddətə həmin vəzifəyə seçilmişdir. 12.12.2018-ci il tarixli, 480 saylı əmrlə şua diaqnostikası kafedrasının adı dəyişdirilərək şua terapiyası kursu və şua diaqnostikası kafedrası adlandırılmışdır. O, hal-hazırda da Ə.Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmiləşdirilməsi İnstitutunda şua diaqnostikası kafedrasının kafedra müdiri vəzifəsində işləyir, bura onun əsas iş yeridir. Bunlardan başqa, o, 16.02.2007-ci il tarixdən 02 saylı əmrlə Angioloji və Mikrocərrah iyyə Mərkəzinə (indiki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilmişdir. 02.03.2009-cu il tarixdən isə 02 saylı əmrlə öz xahişilə həmin vəzifədən azad olunmuşdur. Qeyd olunan bu hallar onun adına olan əmək kitabçasında öz əksini tapmışdır. Yuxarıda göstərilən və əmək kitabçasında öz əksini tapan əsas iş yerlərindən əlavə olaraq o, əmək qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək, 02.04.2008-ci il tarixdən 10.04.2018-ci il tarixədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X1 şöbədə şüa-diaqnostikası üzrə həkim (həkimrentgenoloq) vəzifəsində, habelə 16.02.2007-ci il tarixdən 02.03.2009-cu il tarixədək Angioloji və Mikrocərrahiyyə Mərkəzində əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsində işləmişdir. Əsas iş yerindən başqa əlavə iş yerlərində işləməyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 16.09.2019-cu il tarixli, 26 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin 17 sentyabr 2019-cu il tarixli, 135 nömrəli arayışları ilə tam təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 16.09.2019-cu il tarixli, 26 nömrəli arayışında göstərilir ki, İddiaçı 02 aprel 2008-ci il tarixdən 10 aprel 2018-ci il tarixədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X1 şöbədə şüadiaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı, 21.06.1993-cü il tarixli qərarına əsas ən güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya əsasən pensiya çıxmaq hüququ yaranır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin 17.09.2019-cu il tarixli, 135 nömrəli arayışında isə qeyd olunur ki, İddiaçı həqiqətən də 16.02.2007-ci il tarixli 02 saylı əmrə əsasən Angioloji və Mikrocərrahiyyə Mərkəzinə (indiki Xüsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilmişdir. 02.03.2009-cu il tarixli 02 saylı əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. Respublika Müalicəvi Diaqnostika Mərkəzi” ASC-nin 28.09.2012-ci il tarixli, 134 nömrəli arayışında qeyd olunur ki, İddiaçı 11.12.1989-cu il tarixdən (08.12.1989-cu il tarixli, 209L saylı əmr) 01.10.1993-cü il tarixinə qədər tam ştat vahidin də, 01.10.1993-cü il tarixdən (01.10.1993-cü il tarixli 134L saylı əmr) 01.01.2008-ci il tarixədək əvəzçilik üzrə (28.12.2007-ci il tarixli 85ş/m saylı əmr) Radioizotoplu tədqiqatlar şöbəsində həkim-radioloq vəzifəsində radioaktiv maddələrlə işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarının 19 paraqrafına əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 30.03.2007-ci il tarixli, 73 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeli yində olan “Respublika Diaqnostika Mərkəzi” 01.05.2007-ci il tarixindən Respublika Müalicəvi Diaqnostika Mərkəzi” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Bunlardan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən Mərkəzin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı adına verilmiş arayışda qeyd olunur ki, İddiaçı həqiqətən də 10.04.2018-ci il tarixdən (11.04.20018-ci il tarixli əmr, 61-K) bu günə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa diaqnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq radioaktiv zəhərliyinin miqdarı olan ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden-99/Texnesium-99m (Mo99/Tc99m) izotopun zəhərli təsiri zonasında işləyir. Göstərilən müdd ət Azərbaycan Respublikası Nazirlər Kabineti 23.01.2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 19 bölməyə əsasən radioloji şöbədə çalışan işçilər güzəştli şərtlərlə yaşa görə və stajına daxil olmaqla əmək pensiyaya təminat verir. Adına olan əmək kitabçasında və əlavə iş yerləri üzrə adına verilmiş arayışlardan və digər sənədlərdən də göründüyü kimi o, 31 il 8 ay 23 gün sığorta stajına malikdir ki, onun 15 ildən çox müddəti zərərli iş yerlərinə aid olan işlər olmuşdur. Bu isə öz növbəsində onun güzəştli şərtlərlə əmək pensiya hüququnu təmin edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunan Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında onun 15 ildən çox müddətdə işlədiyi həkim-radioloq və həkim-rentgenoloq peşələri nəzərdə tutulmuşdur. Onu da qeyd edir ki, həmin siyahıda həkim-rentgenoloqun daimi və ya yarımştat olması barədə hər hansı xüsusi qeyd yoxdur. Həmçinin bir daha bildirir ki, o əlavə iş yerlərində 15 ildən çox müddətdə tam ştat üzrə həkim-rentgenoloq işləmişdir. 15 ildən çox müddətdə əlavə iş yerlərində işləməyi barədə adına olan əmək kitabçasında qeydiyyatın aparılmaması ilə bağlı isə onu qeyd edir ki, qüvvədə olan Əmək Məcəlləsində işəgötürənlə işçi arasında əmək münasibətlərinin yaranmasını təsdiq edən sənəd yalnız əmək kitabçası hesab edilmir. Əlavə iş yerləri üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində 02 aprel 2008-ci il tarixdən 10 aprel 2018-ci il tarixədək Ambulator şöbədə şüadiaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə 16.02.2007-ci il tarixdən 02.03.2009-cu il tarixədək əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsində işləməyi yalnız tibb müəssisələrinin verdikləri rəsmi arayışlarla kifayətlənmir. Belə ki, həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə əlavə iş yeri üzrə işə qəbul olunarkən, işəgötürənlə onun arasında müvafiq əmək müqavilələri bağlanmışdır. Daha sonra həmin müqavilələrin bildirişləri əmək qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının, yəni Əmə k Müfəttişliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada dövlət qeydiyyatına alınmışlar. Həmin iş yerləri üzrə ona əmək haqqı hesablanmış, əmək haqqından məcburi sosial ayırmalar da həyata keçirilmişdir. Əmək Müfəttişliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş informasiya cavabdeh idarə üçün aşkardır və bu məlumatları İdarə özü də əldə etmək imkanına malikdir. Ona görə də əlavə iş yerləri üzrə işlədiyi müddət də həm ümumi, həm də güzəştli əmək stajıma daxil edilməlidir. Bunlardan başqa, bildirir ki, pensiya təminatı üçün fərdi hesabında qeydə alınmış pensiya kapitalının aşağı həddi də onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edi lməsinə kifayət edir. Belə ki, X3 Klinikanın 10.12.2020-ci il tarixli, 337 nömrəli arayışından görünür ki, 11.2018-10.2020-ci illər üzrə ona hesablanan əmək haqqı aşağıdakı kimi olmuşdur: 2018-ci ilin noyabr ayı-124,20 manat, dekabr ayı-124,20 manat, 2019-cu ilin yanvar ayı124,20 manat, fevral ayı-124,20 manat, mart ayı-165,60 manat, aprel ayı-165,60 manat, may ayı-165,60 manat, iyun ayı-165,60 manat, iyul ayı261,12 manat, avqust ayı-74,52 manat, sentyabr ayı-233,45 manat, oktyabr ayı-233,45 manat, noyabr ayı- 233,45 manat, dekabr ayı-233,45 manat, 2020-ci ilin yanvar ayı233,45 manat, fevral ayı- 233,45 manat, mart ayı-233,45 manat, aprel ayı-233,45 manat, may ayı-233,45 manat, iyun ayı-233,45 may ayı-233,45 manat, iyun ayı-233,45 manat, iyul ayı-233,45 manat, avqust ayı-233,45 manat, sent yabr ayı-368,64 manat, oktyabr ayı-106,11 manat, cəmi 4.77,99 manat. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən verilmiş 11.12.2020-ci il tarixli arayışdan görünür ki, 01.2019-11.2020-ci illər üzrə ona hesablanmış əmək haqqı aşağıdakı kimi olmuşdur: 2019-cu ilin yanvar ayı555,43 manat, fevral ayı-55,43 manat, mart ayı-802,70 manat, aprel ayı-802,70 manat, may ayı-752,70 manat, iyun ayı-752,70 manat, iyul ayı-1570,67 manat, sentyabr ayı838,95 manat, oktyabr ayı-897 manat, noyabr ayı-947 manat, dekabr ayı-1107 manat,2020-ci ilin yanvar ayı-897 manat, fevral ayı-897 manat, mart ayı-997 manat, aprel ayı-897 manat, may ayı-897 manat, iyun ayı-897 manat, iyul ayı-1869,52 manat, sentyabr ayı-856,22 manat, oktyabr ayı-897 manat, noyabr ayı-897 manat, cəmi 19584, 02 manat. Göründüyü kimi cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassız və qanunsuzdur.
5. Birinci instansiya məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(112)3222/2021 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 1.0.10, 3.1, 9.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının qanunla tələb olunan güzəştli iş stajı yaranmadığından, həmçinin fərdi hesabın sığorta his səsində qeydə alınmış pensiya kapitalı tələb olunan pensiya kapitalından az olduğundan cavabdeh inzibati orqan tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 28.07.2021-ci il tarixli, 2-1(112)-3222/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 18.11.2021-ci il tarixli, 2-1(103)-2521/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayət inin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 28.07.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 18.11.2021-ci il tarixli, 2-1(103)-2521/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 03 sentyabr 1988-ci il tarixdən (05.09.1988- ci il tarixli 176-K saylı əmr) Respublika Klinik Xəstəxana sında həkim-inter vəzifəsinə qəbul edilmiş, 29 iyul 1989-cu il tarixdə ordinatura müddətinin bitməsi ilə bağlı tutduğu vəzifədən azad edilmişdir. Daha sonra 11 dekabr 1989-cu il tarixdən (08.12.1989-cu il tarixli 209 saylı əmr) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan vəzifəsinə, 24 fevral 1994-cü il tarixdən (23.02.1994cü il tarixli 29 saylı əmr) diaqnostik prosesin təşkili şöbəsinə həkim-metodist vəzifəsinə keçirilmişdir. 07 sentyabr 1998-ci il tarixdən (05.09.1998-ci il tarixli 96 saylı əmr) tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir. 08 sentyabr 1998-ci il tarixdən (27.08.1998-ci il tarixli 138-K saylı əmr) Ə.Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmiləşdirilməsi İnstitutunda rentgenoloq kafedrasına əvəzçilik üzrə müsabiqə keçənədək assistent vəzifəsinə q əbul olunmuş, 29.12.2000-ci il tarixdən (29.12.2000-ci il tarixli 271 saylı əmr) həmin vəzifəyə seçilmiş, 24 fevral 2006-cı İl tarixdən (24.02.2006-cı il arixli 8 saylı əmr) rentgenoloq kafedrasına assistent vəzifəsinə seçilmiş, 16.04.2007-ci il tarixdən (16.04.2007-ci il tarixli 21-K saylı əmr) müsabiqədən keçənə qədər dosent vəzifəsinə keçirilmişdir. 16.04.2007-ci il tarixdən (25.05.2009-cu il tarixli 36 saylı əmr) rentgenoloqiya və şua diaqnostikası kafedraları birləşdirilərək şua diaqnostikası kafedrası adlandırılmışdır. 06.10.2011-ci il tarixdən (06.10.2011-ci il tarixli 61 saylı əmr) şua diaqnostikası kafedrasının kafedra müdiri vəzifəsini icra etmiş, 29.09.2017-ci il tarixdən (29.09.2017-ci il tarixli 290 saylı əmr) yeni müddətə həmin vəzifəyə seçilmişdir. 12.12.2018-ci il tarixli 480 saylı əmrlə şua diaqnostikası kafedrasının adı dəyişdirilərək şua terapiyası kursu və şua diaqnostikası kafedrası adlandırılmışdır. O, hal hazırda da Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmiləşdirilməsi İnstitutunda şua diaqnostikası kafedrasının kafedra müdiri vəzifəsində işləyir, bura onun əsas iş yeridir. Bunlardan başqa, o, 16.02.2007-ci il tarixdən 02 saylı əmrlə Angioloji və Mikrosərrahiyyə Mərkəzinə (indiki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilmişdir. 02.03.2009-cu il tarixdən isə 02 saylı əmrlə öz xahişi ilə həmin vəzifədən azad olunmuşdur. Qeyd olunan bu hallar onun adına olan əmək kitabçasında öz əksini tapmışdır.
12. Yuxanda göstərilən və əmək kitab çasında öz əksini tapan əsas iş yerlərindən əlavə olaraq o əmək qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək, 02 aprel 2008-ci il tarixdən 10 aprel 2018-ci il tarixədək Səhiyyə Nazirliyinin İçtimai Səhiyyə və X1 şöbədə şüa-diaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində, habelə 16.02.2007-ci il tarixdən 02.03.2009-cu il tarixədək Angioloji və Mikrocərrahiyyə Mərkəzində əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsində işləmişdir. Əsas iş yerindən başqa əlavə iş yerlərində zərərli işlərdə işləməyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzinin 16.09.2019-cu il tarixli 26 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdiriİmiş Angioloji Mərkəzin 17 sentyabr 2019-cu il tarixli, 135 nömrəli arayışları ilə t am təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzinin 16.09.2019-cu il tarixli, 26 nömrəli arayışında göstərilir ki, İddiaçı 02 aprel 2008-ci il tarixdən 10 aprel 2018-ci il tarixədək Səhiyyə Nazirliyinin İçtimai Səhiyyə və X1 şöbədə şüa-diaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı, 21.06.1993-cü il tarixli qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən 1 saylı siyahıya əsasən pensiya çıxmaq hüququ yaranır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzin 17 sentyabr 2019-cu il tarixli 135 nömrəli arayışında isə qeyd olunur ki, İddiaçı həqiqətən də 16.02.2007-ci il tarixli 02 saylı əmrə əsasən Angioloji və Mikrocərrahiyyə Mərkəzinə (indiki X üsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilmişdir. 02.03.2009-cu il tarixli, 02 saylı əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. "xxxx" ASC-nin 28 sentyabr 2012-ci il tarixli, 134 nömrəli arayışında qeyd olunur ki, İddiaçı 11 dekabr 1989-cu il tarixdən (08.12.1989-cu il tarixli 209L saylı əmr) 01 oktyabr 1993-cü il tarixinə qədər tam ştat vahidində, 01 oktyabr 1993-cü il tarixdən (01.10.1993-cü il tarixli 134L saylı əmr) 01 yanvar 2008-ci il tarixədək əvəzçilik üzrə (28.12.2007-ci il tarixli 85ş/m saylı əmr) Radioizotoplu tədqiqatlar şöbəsində həkimradioloq vəzifəsində radioaktiv maddələrlə işləmişdir.
13. Onu da qeyd etmək lazımdır ki, o, 15 ildən çox müddət ərzində zərərli iş yerlərinə aid olan işlərdə əvəzçilik üzrə 0,5 ştat vahidi ilə işləsə də, onunla bağlanmış əmək müqavilələri arasında 1 gün də olsun ara verilməmiş, yəni onunla işəgötürən arasında əmək münasibətləri davamlı olmuşdur. O işlədiyi müddətdə davamlı olaraq hər gün həmin zərərli iş yerlərində olmuş, insan orqanizmi üçün zərərli olan şüaları qəbul etmişdir.
14. Bakı Apelyasiya Məhkəməsi nədənsə heç bir qanuni əsas olmadan onun 0,5 ştat vahidi ilə zərərli işdə işləməyini qəbul etməmişdir.
15. Belə ki, X3 Klinikanın 10.12.2020-ci il tarixli, 337 nömrəli aorayışından görünür ki, 11.2018-10.2020-ci illər üzrə mənə hesablanan əmək haqqı aşağıdakı kimi olmuşdur: 2018-ci ilin noyabr ayı-124,20 manat, dekabr ayı-124,20 manat, 2019-cu ilin yanvar ayı-124,20 manat, fevral ayı-124,20 manat, mart ayı-165,60 manat, aprel ayı165,60 manat, may ayı-165, 60 manat, iyun ayı-165,60 manat, iyul ayı-261,12 manat, avqust ayı-74,52 manat, sentyabr ayı-233,45 manat, oktyabr ayı-233,45 manat, noyabr ayı-233,45 manat, dekabr ayı-233,45 manat, 2020-ci ilin yanvar ayı-233,45 manat, fevral ayı-233,45 manat, mart ayı-233,45 manat, aprel ayı-233,45 manat, may ayı-233,45 manat, iyun ayı-233,45 may ayı-233,45 manat, iyun ayı-233,45 manat, iyul ayı 233,45 manat, avqust ayı-233,45 manat, sentyabr ayı-368,64 manat, oktyabr ayı-106,11 manat, cəmi 4.77,99 manat.
16. Onu da qeyd edir ki, onun əmək fəaliyyəti bugün də davam edir və hər ay fərdi hesabındakı pensiya kapitalının məbləği də artmışdır. Ona görə də hesab edir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği cavabdeh tərəfindən düzgün müəyyən edilməmişdir. TƏTBİQ EDİLƏN H ÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunan "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı". Bənd
19. Tibb və sosial təminat müəssisələri: həkim-rentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər.
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahat ları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatı nda tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mü bahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 18.11.2021-ci il tarixli qərarla və qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi öz qərarında doğru olaraq göstərmişdir ki, “vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ol unması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi və fərdi sığorta hesabında toplanmış pensiya kapitalı müəyyən edilməlidir.
23. Hazırkı qərarın 17-ci bəndində şərh olunan normanın tələblərindən görünür ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 55 yaşına çatması; b)İddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması d)Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir.
24. Beləliklə apellyasiya məhkəməsinin təbirincə desək iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün yuxarıda yazılmış 4 elemen t olmalıdır.
25. Burada xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya məhkəməsi həmin 4 elementdən 2 (iki) elementin iddiaçıda mövcud olmasını müəyyən etmişdir.
26. Belə ki, apellyasiya məhkəməsi öz qərarında bu faktı belə göstərmişdir ki, iddiaçı yaş və ümumi stajla ilə bağlı şərtləri ödəmişdir. Belə ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş və onun 55 yaşı 10.05.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı 1982-ci ildən 1988-ci ilədək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə tam kursu bitirmişdir Əmək kitabçasına əsasən iddiaçı 03.09.1988-ci ildən 29.07.1989-cu ilədək M.Qasımov adına Respublika xəstəxanasının qastroentrologiya şöbəsində həkim-intern (10 ay 26 gün), 11.12.1989-cu ildən 24.02.1994-cü ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Respublika Diaqnosti ka Mərkəzində həkim-radioloq (4 il 2 ay 13 gün), 24.02.1994-cü ildən 07.09.1998-ci ilədək həmin mərkəzdə həkim-metodist (04 il 06 ay 13 gün), 08.09.1998-ci ildən hal-hazıradək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlər Təkminləşdirmə İnstitunda kafedra-asisstenti, dosent, şüa diaqnostikası kafedrasının müdiri vəzifəsində işləyir (10.05.2020-ci il tarixədək 21 il 8 ay 2 gün).
27. Göründüyü kimi iddiaçının təhsil müddəti nəzərə alınmaqla, onun 55 yaşı tamam olduğu 10.05.2020-ci il tarixədək 37 il 3 ay 24 gün ümumi iş stajı mövcud olmuşdur.
28. Eyni zamanda apellyasiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün digər 2 (iki) element, yəni azı 10 il güzəştli iş stajının mövcud olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi, iddiaçıda mövcud deyildir.
29. Belə ki, apellyasiya məhkəməsinin qərarında gəldiyi qənaətinə görə işəgötürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X2, Respublika Diaqnostika Mərkəzində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində, Xüsusiləşdirilmiş Angioloji Mərkəzində daimi deyil, əvəzçilik üzrə 0,5 ştat vahidi ilə həkim-rentgenoloq vəzifələrində işləməsi, Respublika Diaqnostika Mərkəzində 11 dekabr 1989-cu il tarixindən 01.10.1993-cü il tarixinə qədər tam ştat vahidində həkimradioloq kimi işlədiyi müddətin isə 10 ildən az olması müəyyən edilmişdir.
30. Daha sonra apellyasiya məhkəməsi qərarında yazır ki, “bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazı rda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 43200,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 41977,16 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir.”
31. Buna görə apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, “iddiaçının 55 yaşının 10.05.2020-ci il tarixdə tamam olduğunu nəzərə alsaq, onun həmin tarixədək xüsusi stajı olmadığından, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.”
32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 10 il güzəştli iş stajına malik olmaması qənaətinə gələrkən iddiaçının “əvəzçilik üzrə 0,5 ştat vahidi ilə həkim-rentgenoloq vəzifələrində işləməsi” ilə əsaslandırmış, lakin bu zaman həmin hüquqi mövqeyini hər hansı bir maddi hüquq norması ilə təsdiq etməmiş, yəni apellyasiya məhkəməsinin həmin qənaəti ümumiyyətlə əsaslandırılmamışdır.
33. Bu xüsusta məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, azı 10 il güzəştli stajın müəyyən edilməsi baxımından qanunvericilikdə “əvəzçilik üzrə 0,5 ştat vahidi ilə” deyilən meyar yoxdur.
34. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının 10 ildən də artıq güzəştli staja malik olması apellyasiya məhkəməsinin özünün də qərarında müəyyən etdiyi iş materialları ilə təsbit olunur.
35. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş 134 №-li, 28.09.2012-ci il tarixli arayışa əsasən, İddiaçı 11.12.1989-cu il tarixindən (08.12.1989-cu il tarixli, 209 L saylı əmr) 01.10.1993-cü il tarixinə qədər tam ştat vahidində, 01.10.1993-cü il tarixindən (01.10.1993-cu il tarixli, 134 L saylı əmr) 01.01.2008-ci il tarixinə qədər əvəzçilik üzrə (28.12.2007-ci il tarixli, 85 ş/m saylı əmr) radioizotoplu tədqiqatlar şöbəsində həkimradioloq vəzifəsində radioaktiv maddələrlə işləyib.
36. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyy ə Nazirliyi Xüsusiləşdirilmiş Angioloji Mərkəzi tərəfindən verilmiş 135 №-li, 17.09.2019-cu il tarixli arayışa əsasən, İddiaçı 16.02.07-ci il tarixli, № 02 əmrə əsasən Angioloji və Mikrocərrahiyyə Mərkəzinə (indiki Xüsusiləşdirilmiş Angioloji Mərkəz) əvəzçilik üzrə əlavə 0,5 ştat vahid həkim rentgenoloq vəzifəsinə işə qəbul edilib. 02.03.2009-cu il tarix, № 02 əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
37. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Xüsusiləşdirilmiş Angioloji Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 25 №-li, 17.02.2021-ci il tarixli məktuba əsasən, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Angioloji və Mikrocərrahiyyə Mərkəzində (indiki Xüsusiləşdirilmiş Angioloji Mərkəz)də 16.02.07-ci il tarixli 02 № saylı və 02.03.2009-cu il tarixli 02 № saylı əmrlərinə əsasən 16.02.07-ci il tarixdən 02.03.2009-cu il tarixədək qəbul diaqnostika şöbəsində əvəzçilik üzrə əlavə 0,5 ştat vahid maaş tarifində həkim rentgenoloq vəzifəsində çalışmışdır.
38. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkologiya Mərkəzi tərəfindən verilmiş aydınlaşdırıcı arayışa əsasən, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin radionuklid diaqnostika şöbəsində şüa diaqnostikası üzrə həkim İddiaçı həqiqətən 10.04.2018-ci il tarixdən (11.04.2018-ci il tarixli, əmr № 61-k) bu günə qədər əvəzçilik üzrə 0,5 ştat vahidində həmin şöbədə şüa diaqnostikası üzrə həkim vəzifəsində iş yerində 226 radiy 10 millikuridən artıq olan radioaktiv zəhərliyinin miqdarı ola n ona ekvivalent olan radioaktiv maddələrlə həmin şöbədə generator Molebden-99/Texnesium-99m (Mo99/Tc99m) radioaktiv izotopun zəhərli təsiri zonasında işləyir.
39. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən verilmiş 26 №-li, 16.09.2019-cu il tarixli arayışa əsasən, İddiaçı 02.04.2008-ci il tarixdən 10.04.2018-ci il tarixinədək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və X1 şöbədə şüadiaqnostikası üzrə həkim (həkim-rentgenoloq) vəzifəsində çalışmışdır.
40. Beləliklə, iddiaçı hazırkı qərarın 18-ci bəndində qeyd edilən siyahının (19-cu bəndinin Tibb və sosial təminat müəssisələri (əvvəlki adı “Səhiyyə və sosial təminat idarələri”): həkim-rentgenoloqlar, həmçinin rentgen cərrahiyyəsi və angioqrafiya kabinetlərində daimi məşğul olan həkimlər) təsiri altına düşdüyündən və həmin siyahıda konkret olaraq ştat vahidi (daimi və ya yarımştat) göstərilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 10 il güzəştli iş stajına malik olmaqla bağlı tələbə cavab verir.
41. Apellyasiya məhkəməsi iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün, iddiaçıda “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir” dördüncü elementin mövcud olmaması qənaətinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır ki, bu da İPM-in 12., 12.2, 58.1, 58.7, 68.1, 68.2-ci maddələrinin pozulması anlamına gəlir.
42. Belə ki, sözügedən məsələ ilə bağlı apellyasiya məhkəməsi öz qərarında yazır ki, “İş materiallarında olan filial tərəfindən məhkəməyə ünvanlanmış **********0 №-li, 08.06.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12924,97 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 29052,19 manat olmaqla cəmi pensiya kapitalı 41977,16 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 43200,00 manat məbləğində hesablanmışdır.”
43. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin məsələyə dair faktiki olaraq heç bir araşdırma ap armadan, yəni iddiaçının pensiya işini tələb edib, oradakı məlumatları, rəqəmləri, hesablamaları öyrənmədən, bunun sayəsində cavabdehdən onun hesabladığı rəqəmlərin açıqlamasını yoxlayıb araşdırmadan, yalnız cavabdehin təqdim etdiyi 43.200,00 manat məbləğini həqiqi rəqəm kimi qəbul edərkən, İPM-in “İşin hallarının araşdırılması” adlanan 12-ci maddəsinin tələblərini pozmuşdur.
44. İşə apellyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zaman iddiaçının pensiya işi tələb edilməli və işin yuxarıda göstərilmiş halları tam və hərtərəfli araşdırıldıqdan, həmçinin hazırkı qərarda kassasiya instansiyası məhkəməsinin digər məsələlər üzrə qeyd edilmiş hüquqi mövqeyi nəzərə alındıqdan sonra, iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir.
45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 18.11.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
46. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18.11.2021-ci il tarixli, 2-1(103)-2521/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.