Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-424/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsinin 1 saylı X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsinin 1 saylı X4 qarşı “cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı 01 aprel 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-654/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasına görə, o, 25.06 1982-xx.xx.1983-cü illərdə RSFSR İrkutsk Vilayət enerji istismar idarəsində və xx.xx.1985-xx.xx.1985-ci illərdə Kuybışevsk Mənzil Təsərrüfatı trestində xadimə, xx.xx.2003-xx.xx.2005-ci illərdə “Şamil“ MMC-də fəhlə işləmişdir
2. Doğum haqqında şəhadətnamələrə əsasən, X3 xx.xx.1982-ci il təvəllüdlü Elxan, xx.xx.1984-cü il təvəllüdlü Əntiqə, xx.xx.1986-cı il təvəllüdlü Elşən, xx.xx.1989-cu il təvəllüdlü Elşad və xx.xx.1991-ci il təvəllüdlü Elvin adında 5 uşağı vardır.
3. İddiaçının əri X2 məxsus xx.xx.1956-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən, X7 onun anasıdır.
4. X7 xx.xx.2000-ci ildə vəfat etmişdir.
5. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X1 “1910cu il təvəllüdlü X5 1981-ci ildən vəfat etdiyi xx.xx.2000-ci ilədək X3 öhdəsində olması faktı müəyyən edilmişdir.
6. Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 1/265 saylı qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
7. İddiaçının əmək pensiyası cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə dayandırılmışdır.
8. İddiaçı pensiyasının bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
9. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Xaçmaz rayon xid mət nümayəndəliyində xx.xx.2017-xx.xx.2021-ci illəri əhatə edən dövr üçün audit yoxlaması zamanı pensiya işində olan Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən o, xx.xx.1981-ci il tarixdə ailə həyatı qurmuş və Köhnə Xaçmaz kəndində yaşamışdır. Həmçinin ailə həyatı qurduqdan sonra qaynanası ilə birlikdə yaşamış, xəstə olduğu üçün ona qulluq etmiş və bu səbəbdən heç bir yerdə işləyə bilmədiyi qeyd edilmişdir. Onun əmək kitabçasına əsasən isə xx.xx.1982-xx.xx.1983, xx.xx.1985-xx.xx.1985-ci illər ərzində Rusiya Federasiyasında işlədiyi qeyd edilmişdir. Qeyd edilən illər üzrə əmək stajının düzgünlüyünün yoxlanılması üçün müvafiq sorğu yazılmamışdır. Qeyd olunan illər sığorta stajı kimi nəzərə alınmadıqda onun əmək pensiyası hüququ olmur. Odur ki, onun əmək pensiyasının ödənişi xx.xx.2021-ci i l tarixdən dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması barədə 31 mart 2022-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilib ona təyin edilmiş əmək pensiyasının ödənişinin 01 aprel 2022-ci il tarixdən başlayaraq bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni 01 aprel 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxa rılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 5 uşaq anasıdır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1497/2018 saylı, 15 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının şəxsin öhdədə olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək 1910-cu il təvəllüdlü qaynanası X5 1981-ci ildən vəfat etdiyi günədək, yəni 22 dekabr 2000-ci il tarixədək onun öhdəsində olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. İddiaçı çoxuşaqlı ana kimi yaşa görə pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Şöbəsinə müraciət etmiş, həmin şöbənin əmək pensiyası təyin edən komissiyanın 8 iyun 2018-ci il tarixli, 1/265 saylı qərarı ilə ona 4 iyun 2017-ci ildən başlayaraq əmək pensiyası təyin edilmişdir. Komis siya ona pensiya təyin edərkən iddiaçının 5 uşaq doğub 8 yaşınadək tərbiyə etməsi, əmək kitabçasında olan qeydlərə görə 1 il 6 ay gün sığorta stajımın olmasını, həmçinin yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qulluq illərinin 8 il 11 ay 21 gün müddət, nəzərə almaqla ümumi sığorta stajının 10 il 5 ay olmasını nəzərə almışdır. 2021-ci ilin aprel ayında o, pensiya kartına əmək pensiyası məbləğinin yüklənmədiyini görüb DSMF-nin Xaçmaz rayon şöbəsinə müraciət etmişdir.
13. Sonradan ona bildirilmişdir ki, əmək pensiyası təyin edilərkən stajı düzgün hesablanmadığından əmək pensiyası əsassız təyin edilmiş və bu səbəbdən pensiyanın ödənilməsi dayandırılmışdır. Halbuki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ahıla qulluq etdiyi dövr 8 il 11 ay 21 gün deyil, 18 il 11 ay 21 gün təşkil edir və həmin müddət mübahisəsiz iddiaçıya 5 uşaqlı ana kimi əmək pensiyasının təyin edilməsinə əsas verir. cavabdehin etirazları:
14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 5 uşaq doğub 8 yaşınadək tərbiyə etməsi ilə əlaqədar olaraq, yaşa görə əmək pensiyası yaşı 5 il azaldılaraq ona əmək pensiyası təyin olunmuşdur. İddiaçı yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla Fondun 2 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubla imtina edilmişdir. İddiaçının cavabdeh inzibati orqan tərəfindən Xaçmaz rayo n məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2-265/2018 nömrəli qətnaməsi ilə hüquqi əhəmiyyəti olan fakt qaydasında təsdiq olunan 8 il 11 ay 21 gün müddətinə ahıla qulluq etməsi faktı onun mübahisələndirilməyən ümumi iş stajına əlavə olunmuşdur. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən ümumi iş stajı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi dövr müddətidir (1 il 6 ay 9 gün). İddiaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır (10 il 6 ay 15 gün). İnzibati icraat zamanı iddiaçının işlədiyini iddia etdiyi müəssisələrlə bağlı araşdırma aparılmış və müvafiq sənədlərin qarşılıqlı yoxlamasını həy ata keçirmək mümkün olmamışdır. Həmçinin Fondun xx.xx.2017-xx.xx.2021-ci illəri əhatə edən audit yoxlaması zamanı iddiaçının pensiya işində mübahisələndirilən illərə dair müvafiq sorğuların yazılmadığı aşkar olunmuşdur.
15. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-198/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi qoyulmuşdur.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində fakti ki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-654/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Z.T.Məmmədov - sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və ya inzibati işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, fondun xx.xx.2017xx.xx.2021-ci illəri əhatə edən audit yoxlaması zamanı iddiaçının yaşa görə əmək pensiyası dayandırılmışdır (sonuncu pensiya ödənişi xx.xx.2021-ci ildə edilməklə). Audit yoxlaması qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmışdır.
22. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla Fondun 2 saylı regional ərazi filialına müraciət etmiş, filial tərəfindən iddiaçının müraciəti xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubla cavablandırılmışdır. İddiaçının cavabdeh inzibati orqan tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 1-265/201 8 nömrəli qətnaməsi ilə hüquqi əhəmiyyəti olan fakt qaydasında təsdiq olunan 8 il 11 ay 21 gün müddətinə ahıla qulluq etməsi onun mübahisələndirilməyən ümumi iş stajına əlavə olunmuşdur (xx.xx.1992-xx.xx.2000).
23. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən ümumi iş stajı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi dövr müddətidir.
24. İddiaçının əmək kitabçasında qeyd olunmuş və cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi dövr arxiv arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapmışdır.
25. Belə olan halda, iddiaçıya pensiya təyinatı aparılan zaman sadalanan qanunvericilik normaları pozulmuşdur. İnzibati orqan öz Əsasnaməsinə və qanunvericiliyin imkan verdiyi səlahiyyətləri çərçivəsində bu cür halların mütəmadi yoxlanılmasına və zəruri tədbirlərin görülməsinə cavabdehdir. Bu səbəbdən də iddiaçıya əsassız olaraq təyin edilmiş pensiya ödənişi dayandırılmışdır.
26. Məhkəmələr öz mövqelərini həmin dayandırmaya səbəb olan qərarı qəbul edərkən pensiya təyinatı barədə qəbul edilmiş qərarın qüvvədə olmasını əsas gətirmiş, işin həqiqi hallarının qanunvericiliklə uyğunluq təşkil edib-etməməsi məsələsinə toxunmamışdır.
27. Halbuki, pensiya ödənişinin dayandırılması barədə qərar pensiya təyin edilərkən qəbul edilmiş qərarı qüvvədən salmışdır. Lakin işin bu halına hüquqi qiymət verilmədən əsassız qərar qəbul edilmişdir.
28. Qeyd ed ilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin qərarı əsassız olmuş, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Konstitusiyası İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə
60. İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəm ədə müdafiəsinə təminat verilir. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda b aşqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.... Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şə xslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Kassasiyanın mümkün sayılmaması üçün əsaslar yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2018-ci il tarixli, 1/265 saylı qərar qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödəniş dayandırılmışdır.
39. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məluma t verməyə borcludur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh yuxarıda qeyd olunan maddi hüquq normaların tələblərinə zidd hərəkət etmişdir. Belə ki, pensiyanın dayandırılmasından öncə cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qərar qəbul edilməmiş, inzibati icraat aparılmamış, inzibati icraat barədə iddiaçı məlumatlandırılmamış, inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş, cavabdehin istinad etdiyi hallar obyektiv araşdırılmamış, iddiaçının cavabdeh inzibati orqana etimad hüququ gözlənilməmişdir.
41. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
42. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 37-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər han sı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(105)- 654/2022 saylı qərarı dəyişdirilmədən