Məhkəmə qərarları › İş №2-1(102)-424/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-424/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-424/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; qaynaqçı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzib ati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-510/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2022-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, onun mərkəzi filiala təqdim etdiyi sənədlərdə işlədiyi qaynaqçı vəzifəsinin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ümumi peşələr bölməsində (35) nəzərdə tutulan əl ilə qayna q aparan elektrik qaynaqçılarına və ya qaz qaynaqçılarına aid olub-olmaması barədə hər hansı məlumat göstərilmədiyinə görə onun güzəştli iş stajı 12 il 6 aydan az (4 İİ 1 ay 7 gün) təşkil etmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam o lmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün tələb olunan sənədlərlə Şəki Regional “Asan Xidmət Mərkəzi”nə müraciət etmişdir. Mərkəz tərəfindən sənədləri Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala göndərilmişdir. Lakin filial tərəfindən ünvanına məktub göndərilərək əmək pensiyası təyininin mümkün olmadığı bildirilmişdir. Əmək pensiyası təyininin mümkün olmaması səbəbi kimi 12 il 6 ay güzəştli iş stajının olmaması, işlədiyi qaynaqçı peşəsinin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına və ya qaz qaynaqçılarına aid olub-olmamasının müəyyənləşdirilməsinin mümkün olmaması qeyd olunmuşdur. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991- ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək müxtəlif təşki latlarda tam iş günü ərzində elektrik qaynaqçısı peşəsində işləmiş. İddiaçı 12 il 8 ay 9 gün qaynaqçı kimi güzəştli iş stajının, 31 ildən artıq ümumi sosial sığorta stajının olmasını bildirərək cavabdeh orqanın imtinasını mübahisələndirmişdir. İddiaçı hesab edir ki, əmək kitabçasında qeyd edilmiş qaynaqçı peşəsinin konkret adı göstərilməsə də, işlədiyi müəssisələr üçün əsasən xarakterik olan əllə qaynaq edən elektrik qaz qaynaqçısı və elektrik qaynaqçısı peşələri «Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısının «Ümumi peşələr» adlanan 35-ci bölməsində nəzərdə tutulmuş qaynaqçı peşələrinə uyğundur. Cavabd ehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tələbinin əsasları kimi xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci İİ tarixədək müxtəlif təşkilatlarda tam iş günü ərzində elektrik qaynaqçısı peşəsində işlədiyini iddia etmiş və 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2022-cü il tarixdə ona 60 yaşdan xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının 07 dekabr 2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun mərkəzi filiala təqdim etdiyi sənədlərdə işlədiyi qaynaqçı vəzifəsinin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ümumi peşələr bölməsində (35) nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılarına və ya qaz qaynaqçılarına aid olub-olmaması barədə hər hansı məlumat göstərilmədiyinə görə onun güzəştli iş stajı 12 il 6 aydan az (4 İİ 1 ay 7 gün) təşkil etmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

6. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, hal-hazırda 61 yaşı vardır. İddiaçı tərəfindən mərkəzi filiala təqdim oluna n sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajının 12 İl 6 aydan az (4 il 1 ay 7 gün) olduğu müəyyən edilmişdir. Mübahisəli güzəştli sosial sığorta stajı: xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrlər; Mübahisələndirilməyən güzəştli sosial sığorta stajı: xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər. Beləliklə, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi qaynaqçı peşəsinin əl ilə qaynaq aparan elektrik qaynagçılarına və ya qaz qaynaqçılarına aid olub-olmamasının müəyyən etmək mümkün olmadığından həmin dövrlər onun sosial sığorta stajına aid edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğundan (4 il 1 ay 7 gün (xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasınd akı dövrlər) ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(107)-510/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib ödənilməsi öhdəliyi qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ümumi iş stajı 30 il 2 ay olmaqla tələb olunan 25 ildən çoxdur. 2 nömrəli Siyahıda nəzərdə tutulan (23200000 - XXXİİİ. Ümumi peşələr) - 23200000-19906 kodunda qeyd edilmiş - əl ilə qaynaq aparan elektrik qaynaqçıları, və 23200000—11620 kodunda qeyd edilmiş qaz qa ynaqçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısındadır. Belə olan halda, hər bir halda iddiaçının əmək kitabçasında qaynaqçı vəzifəsinin qeyd edilməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan (12 il 8 ay 9 gün) cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-510/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instan siyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Şəki İnzibati Məhkəməsi və apellyasiya instansiyası məhkəməsi qismində baxmış Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçının güzəştli arayışının olmaması faktına münasibət bildirməmiş və iddia tələbini təmin etmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edil məlidir. Bununla belə, belə arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə belə bir arayışı tələb etməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 – XXXİİİ. Ümumi peşələr. 23200000—11620 qaz qaynaqçıları; 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə il ə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin təl əbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstə rilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəm əsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

23. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının ümumi iş stajı tələb olunan 25 ildən çoxdur və bu, cavabdeh tərəfindən mübahisələndirilmir.

24. Cavabdeh, həmçinin iddiaçının xüsusi iş stajının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrünü mübahisələndirmir. Cavabdeh iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi müddəti xüsusi iş stajı olaraq qəbul etmir və bunu onunla əsaslandırır ki, əmək kitabçasında iddiaçının vəzifəsi qaynaqçı qeyd edilsə də, bunun qaynaqçı peşəsinin əl ilə qaynaq aparan elektrik qaynaqçılarına və ya qaz qaynaqçılarına aid olub-olmamasının müəyyənləşdirilməsi mümkün olmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 – XXXİİİ. Ümumi peşələr. 23200000—11620 qaz qaynaqçıları; 23200000—19906 əl ilə qaynaq apara n elektrik qaynaqçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdir. Belə olan halda, hər bir halda iddiaçının əmək kitabçasında qaynaqçı vəzifəsinin qeyd edilməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə cavabdeh haqlı olmamışdır.

26. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-510/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar