Məhkəmə qərarları › İş №2-1(102)-4241/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4241/2025

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4241/2025 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya təminatı sistemi; qanunvericilikdə edilən dəyişikliklərin Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində nəzərdə tutulan bərabər yanaşma və Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində nəzərdə tutulan haqq-ədalət və bərabər mənafelərə bərabər münasibət prinsiplərinin tətbiqi baxımından qiymətləndirilməsi; qanunvericinin və digər normayaratma subyektlərinin real iradəsi və normativ ardıcıllıq; fərqli rəftarın obyektiv və ağlabatan səbəblərlə əsaslandırılmalı olması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqəsi göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) gömrük orqanlarında xidmət etmiş, ##.##.2019-cu il tarixdə son yaş həddinə çatdığına görə xidmətinə xitam verilmişdir (iş v. 28-30).

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – cavabdeh) tərəfindən «Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsi»ndə pul təminatının tərkibi kimi aşağıdakılar göstərilmişdir: Vəzifə maaşı - 270 manat; Rütbə maaşı - 134 manat; Xidmət illərinə görə əlavə - 121,20 manat; Ərzaq payı - 32 manat; Cəmi - 557,20 manat (iş v.49).

3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Idarəsinin ##.##.2019-cu il tarixli qərarı ilə iddiaçıya Dövlət Gömrük Komitəsinin məlumat vərəqəsi əsasında “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinin tələbinə uyğun olaraq pensiya təyin edilmişdir (i. v. 47).

4. Iddiaçı # ####### 2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, onun təminat xərcliyinin yenidən hesablanmasını və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni məlumat vərəqəsinin göndərilməsini xahiş etmişdir. Iddiaçının ərizəni belə əsaslandırmışdır ki, məlumat vərəqində onun aldığı aylıq məvacibə 60 faiz əlavə göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası"nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" ## #### 2022-ci il tarixli Qərarına əsasən, həmin Qərarın 1.3-cü bəndində göstərilən müddəalar 2022-ci ilin ####un #-dən etibarən qüvvəyə minir. Qərarın 1.3-cü bəndində göstərilir ki, "vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir”. Bu da "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5 madəsində ##.##.2023 ilə gədər güvvədə olan sözlər "(sonrakı artımlar da nəzərə alınmaqla)" mənə şamil edilməliydi və 2019 ili son ayında aldığım aylıq əmək haqqım DGK tərəfindən yenidən hesablanaraq təminat xərcliyində baş verən artımlar barədə məlumatlar DGK tərəfindən XŞTMF göndərilməliydi. Bildirmək istəyirəm ki, əmək pensiyası təminatı üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan mənə aid məlumat vərəqində əmək haqbı qrafasında aylıq məvacibimə əlavə 60% göstərilməmişdir. Nəzərə alınmalıdır ki, mən əmək haqqı ilə birlikdə diqər növ 60% vasaitdən DSMF-na bütün tələb olan (22%+3%=25%) məcburi dövlət siğorta haqqı ödəmişdir. Buna görə də əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında aylıq məvacibinə əlavə 60% aldığı vəsait qeyd edilərək təminatı yenidən hesablanmalıdır (iş v. 10, 11).

5. Cababdeh iddiaçıya yeni məlumat vərəqəsi verməkdən imtina etmiş və ## ####### 2024-cü il tarixli məktubla cavab verərək mövqeyini belə izah etmişdir ki, onun xidmətinə xitam verilərkən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5, 9.5, 20.1.11 və 20.14-cü maddələrinin tələbləri nəzərə alınmaqla məlumat vərəqəsi tərtib olunmuşdur. Həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsait hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilməmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il ## ###### tarixli 54-III Q nömrəli Qanunu ilə həmin Qanunun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş və bununla da büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələrin və digər ödənişlərin təminat xərcliyinə daxil edilməsi istisna edilmişdir. Qeyd olunan Qanun # ###### 2019-cu il tarixdə qüvvəyə minmişdir.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası"nda müvafiq dəyişiklik edilmişdir. Qeyd edilən dəyişikliklə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edildiyi nəzərdə tutulmuşdur. Bu dəyişikliklə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavə təminat xərcliyinə daxil edilmişdir. Qeyd edilən dəyişiklik # #### 2022-ci il tarixdə qüvvəyə minmiş və həmin müddətdən sonra yaranan münasibətlərə şamil edilir. Qeyd edilənlərə əsasən, qanunvericiliyə uyğun olaraq # ###### 2019-cu il tarixdən # #### 2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiyaya çıxmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilməmişdir və bu səbəbdən həmin dövrü nəzərə alaraq Sizə yenidən pensiyanın hesablanması və "Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan Məlumat vərəqi"nin tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanunvericiliklə mümkün deyildir.

7. Pensiya təyin edilərkən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilməmişdir. Iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasında edilmiş dəyişikliyin ona münasibətdə nəzərə alnıraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi tələbini irəli sürür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı ilə birlikdə digər növ 60% vasaitdən (Dövlət Gömrük Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60% vəsaitin) DSMF-yə bütün tələb olunan (22%+3%=25%) məcburi dövlət siğorta haqqın ödənilməsini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarında dəyişiklik edilməsi haqqında“ ## #### 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinə, 149 maddəsinin VII bəndinə, həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyasının yenidən hesablanması üçün ona aid əmək pensiyası təminatı üçün tərtib olunan şəxsi məlumat vərəqəsində əmək haqqı qrafasında 60% aldığı məbləği göstərilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Iddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, DGK tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona aid məlumat vərəqəsində işlədiyi illər boyu və aldığı vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə 60% məvacibi məlumat vərəqəsində göstərilmədən “Əmək pensiyaları haqqında“Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ümumiyyətlə hesab edir ki, DGK məlumat vərəqəsini düzgün tərtib etməyib onun konstitusion hüquqlarını pozmuşdur. “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə ## ###### 2018-ci il tarixli ****-VQD nömrəli qanunla “Əmək pensiyaları haqqında” qanunun 1.0.5-ci maddəsində edilən dəyişikliyə əsasən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edilmişdir. Bu dəyişiklik ##.##.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Qanun qüvvəyə mindiyi günə qanunla tələb edilən 20 təqvim ilində artıq iş stajı olduğu üçün, artıq onun təqaüdə çıxmaq hüququ yaranmışdı və qeyd edilən qanunda dəyişiklik, onun illər boyu aldığı aylıq məvacib və əlavələr (yəni 60%) və onlardan ödədiyi məcburi sosial sığorta haqqına baxmayaraq, hesab edir ki, onun konstitusion və sair aidiyyəti hüquqları pozulmuşdur. Daha sonra «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası“nda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarının 1-ci hissəsində “Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir” məzmunda dəyişiklik edərək və həmin qərarın 2-ci hissəsinə əsasən “2023-cü ilin ######ın #-i” sözləri “Bu Qərar 2022-ci il ####un #-dən qüvvəyə minir“ sözləri ilə əvəz edildi. Bu dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması üçün məlumat vərəqəsinin verilməsini xahiş etmiş, cavabdeh əsassız olaraq yeni məlumat vərəqəsi verməkdən imtina etmişdir. Qanunda dəyişiklik zamanı 2019-cu ildə onun 20 ildən artıq stajı var idi və burada şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni norma, onun əvvəllər əldə etdiyi hüquqlara təsir edə bilməz prizmasının DGK tərəfindən göndərilən məlumat vərəqəsində aldığı 60% mavacibin göstərilməməsi ilə pozulmuşdur.

10. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, işin müəyyən olunan hallarına görə iddiaçıya qanunvericiliyə uyğun olaraq hərbi qulluqçu kimi pensiya təyin edilərkən həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq təminat xərcliyinə büdcədənkənar vəsaiti hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilməmişdir. - Hazırkı iddia ilə iddiaçı ##.##.2022-ci il tarixli Qərarla edilmiş dəyişikliyin ona da şamil edilməli olduğu qənaətindədir. Iddiaçı tələbini onun vəziyyətini yaxşılaşdıran hüquqi aktın qüvvəsinin geriyə şamil edilməli olması ilə əsaslandırır. - Məhkəmə qeyd edib ki, iddiaçının istinad etdiyi Qərar # #### 2022-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qərar yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Çünki həmin müddəa yeni prosedur qaydası müəyyən edir. Bu qayda ilə Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilməsi nəzərə alınır. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir. - Beləliklə, qeyd edilən normaların təhlilindən göründüyü kimi qanunvericiliyə uyğun olaraq ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir.

13. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası # ####### 2025-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarla edilmiş dəyişikliyin ona da şamil edilməli olduğu qənaətindədir, lakin iddiaçının istinad etdiyi Qərarda onun 0# #### 2022-ci il tarixdən qüvvəyə mindiyi qeyd edilmişdir. Həmin Qərar yalnız qüvvəyə mindikdən sonra sonra yaranan münasibətlərə şamil edilir və geriyə tətbiq edilmir. Çünki həmin müddəa yeni prosedur qaydası müəyyən edir. Bu qayda ilə Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin müvafiq hissəsinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilməsi nəzərə alınır. Odur ki, həmin tarixədək ödənilən əmək haqqına əlavənin mənbəyi “büdcədənkənar” hesab edilmiş, qeyd edilən tarixdən sonra isə müvafiq ödənişlər dövlət büdcəsinə köçürüldüyündən “dövlət büdcəsi” vəsaiti hesabına aparılan ödəmələr hesab edilir. Beləliklə, qanunvericiliyə uyğun olaraq ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək gömrük orqanlarında xidmətinə xitam verilmiş və pensiya hüququ yaranmış şəxslərə pensiya təyin edilərkən onların aylıq vəzifə maaşlarına verilən əlavələr təminat xərcliyinə daxil edilmir və əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən nəzərə alınmır. Belə ki, qeyd edildiyi kimi həmin əlavələr qeyd edilən tarixədək büdcədənkənar vəsaitlər, müvafiq dəyişiklikdən sonra isə (ödənişin statusu dəyişərək) dövlət büdcəsi vəsaiti hesabına verilən ödəniş hesab edilmişdir.

16. Iddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia tələbi ##.##.2019-cu ildən əvvəl yaranan münasibətlərə əsaslanır və buna görə də məhkəmədən Konstitusiyanın 149cu maddəsinin VII-ci bəndini tətbiq edərək iddianın təmin edilməsini xahiş edib.

18. Bundan başqa, Konstitusiyanın 25-ci maddəsində bəyan edilən bərabərlik prinsipi insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli qaydada eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Həmin maddənin V bəndində nəzərdə tutulur ki, dövlət orqanları və hakimiyyət səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilməlidir. "Hakimiyyət səlahiyyətlərinin daşıyıcıları” dedikdə, əsasən dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxsləri başa düşülür. Onlar eyni faktiki hallara malik olan işlərdə eyni qərarlar qəbul etməli və bu qərarları qəbul edərkən hər hansı şəxsə (fiziki və ya hüquqi şəxsə) qarşı yalnız bərabərlik hüququnu rəhbər tutaraq yanaşmalıdır.

19. Baxılan iş üzrə iddiaçının bir sıra Konstitusion hüquqları, əsasən də Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş bərabərlik hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, bir idarədə, bir şöbədə, eyni vəzifəyə malik, eyni aylıq məvacibi alan, eyni xidmət illərinə malik olan əməkdaşlar arasında pensiya məbləğində yaranmış böyük fərg (2019-cu ilə qədər pensiya çıxmış əməkdaşlara 60% hesablanır, ##.##.2019-##.##.2022-ci il aralıqda pensiyaya çıxmış əməkdaşlara 60% hesablanmır, ##.##.2022-ci ildən sora çıxan əməkdaşlara 60% hesablanır) həm Azərbaycan Respublikası Konstitusiyasına ziddir.

b. Kassasiya şikayətinə etirazın dəlilləri

20. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ I.Hamı qanun və məhkəmə qarşısında bərabərdir. ... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. ... VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 1. X1 istifadə olunan əsas anlayışlar 1.0.13. normayaratma fəaliyyəti – normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyət; 1.0.14. normayaratma fəaliyyətinin subyekti – normayaratma fəaliyyətində iştirak edən orqanlar (şəxslər); 1.0.17. normayaratma orqanı – normativ hüquqi aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı; 1.0.18. normayaratma prosesi – dövlət orqanının normativ hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə minməsi üzrə normayaratma fəaliyyəti; Maddə 8. Normayaratma fəaliyyətinin əsas prinsipləri 8.0. Normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 8.0.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü; 8.0.2. aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu; 8.0.3. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; 8.0.4. mütənasiblik; 8.0.5. dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi; 8.0.6. normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı; 8.0.7. normativ hüquqi aktların ziddiyyətsizliyi; 8.0.8. insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət; 8.0.9. ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (2019-cu il ######ın #-ə qədər olan redaksiyada) Maddə 1. Əsas anlayışlar - 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;. -1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. -1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. -1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir (## ###### 2018-ci il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək); -20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (## ###### 2023-cü il tarixli 1074- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək).

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” ## ###### 2018-ci il tarixli, ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu: - Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.0.5-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilsin; 1.2. aşağıdakı məzmunda, 5.3-cü, 20.30-cu və 22-1-ci maddələr əlavə edilsin: ... “20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.”; Maddə 2. Bu Qanun 2019-cu il ######ın #-dən qüvvəyə minir.

24. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” ## ##### 2022-ci il tarixli, *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin: “1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.”. Bu Qərar 2022-ci il ####un #-dən qüvvəyə minir.

25. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” ## ##### 2023-cü il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.2ci və 1.3-cü bəndləri yeni redaksiyada verilmişdir: “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ######## tarixli *** nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir. Bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsi gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Komitənin hesabına köçürülür.

26. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında # ###### 2022-ci il tarixli, № ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsi aşağıdakı redaksiyada verilsin: Maddə 334. Digər vəsaitlər 334.1. Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin (bundan sonra – vəsait) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və aşağıdakı məqsədlərə sərf edilir: müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə; dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə; gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitin 7 faizi dövlət büdcəsinə köçürülür. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”. Qeyd : Əvvəlki redaksiyada deyilirdi: Maddə 334. Digər vəsaitlər Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. # ### 2020-ci il tarixli **-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 334-cü maddəsinin birinci cümləsində “ödənişləri” sözü “ödənişlərinin 93 faizi” sözləri ilə, hər iki halda “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə, “hesablarına” sözü “hesabına” sözü ilə əvəz edilmişdir və həmin cümləyə “olunur” sözündən sonra “, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür” sözləri əlavə edilmişdir. Əvvəlki, ## ##### 2017-ci il tarixli ***- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 334-cü maddəsi aşağıdakı redaksiyada olmuşdur: “Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.

27. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il # ###### tarixli ***- VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ######## tarixli *** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2022-ci il № **** Fərmanı: 2.6. 28.13.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir;”

28. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmi “50” rəqəmi ilə, 2017-ci il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmi “60” rəqəmi ilə əvəz edilmişdir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”: 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular -, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. 5-ci bəndinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.

30. “Inzibati icraat haqqında” Qanun: Maddə 12. Bərabərlik prinsipi Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 13. Etimad hüququnun qorunması prinsipi Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

31. Inzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

35. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçının gömrük orqanlarında xidmətinə ##.##.2019-cu il tarixdə son yaş həddinə çatdığına görə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli **** nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi ödənilməsi nəzərdə tutulmuşdur. Lakin “Əmək pensiyaları haqqında” Qanununa ##.##.2018-ci il tarixli Qanunla edilmiş dəyişiklik nəticəsində həmin Qanunun 1.0.5-ci maddəsində “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” ifadəsi əlavə edilmişdir. Iddiaçının pensiya hüququ ##.##.2019-cu il tarixdə yarandığından və bu tarixdə qeyd olunan dəyişiklik qüvvədə olduğundan, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin, o cümlədən iddiaçının aylıq vəzifə maaşına əlavə kimi ödənilən vəsaitin 60 faizi ona pensiya təyin edilərkən nəzərə alınmamışdır.

36. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”na dəyişiklik edilmişdir. Həmin dəyişikliklə Qaydaların 1.3-cü bəndi yeni redaksiyada verilmiş və müəyyən edilmişdir ki, vəsaitin 60 faizi dövlət büdcəsinə köçürülür və bu vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi istifadə edilir. Beləliklə, edilən dəyişiklik nəticəsində gömrük orqanlarında çalışan xüsusi rütbəsi olan əməkdaşlara və mülki işçilərə ödənilən həmin əlavələr dövlət büdcəsi vəsaiti hesabına formalaşaraq təminat xərcliyinə daxil edilmiş və həmin tarixdən pensiya hesablanarkən nəzərə alınmağa başlanılmışdır.

37. Iddiaçı hazırkı tələbində qeyd olunan normativ dəyişikliyin onun hüquqi vəziyyətini yaxşılaşdırdığına istinad edərək, büdcədənkənar vəsait hesabına ödənilmiş 60 faiz əlavələrin əmək pensiyasının yenidən hesablanması məqsədilə təminat xərcliyinə daxil edilməsi üçün yeni məlumat vərəqəsinin verilməsini xahiş edir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə büdcədənkənar vəsait hesabına ödənilən əlavələr 2019-cu ilin ######ın #-dək birbaşa pensiya məbləğlərinin hesablanmasında nəzərə alınmışdır və bu, ##.##.2019-cu il tarixdə ləğv olunmuşdur (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ###### 2018-ci il tarixli, ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu). Lakin bundan sonra qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 2022-ci il ####un #-dən etibarən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitlərin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülməyə və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə şəklində ödənilməyə və əmək pensiyasının hesablanmasında nəzərə alınmağa başlanmışdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə ## ##### 2022-ci il tarixli, *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı).

39. Göründüyü kimi, ##.##.2019-cu il tarixindən sonra və ##.##.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslər büdcədənkənar vəsait hesabına onlara ödənilən 60 faiz əlavələrin əmək pensiyasının hesablanmasında nəzərə alınmasından tam şəkildə məhrum edilmişdir, halbuki, ##.##.2022-ci il tarixindən sonra eyni kateqoriyaya aid şəxslər üçün həmin vəsait dolayı yolla – dövlət büdcəsinə köçürülmə və aylıq vəzifə maaşına əlavə mexanizmi vasitəsilə – yenidən pensiya təminatının hesablanmasına daxil edilmişdir.

40. Beləliklə, qanunvericilikdə edilən dəyişikliklər nəticəsində ##.##.2019-cu il tarixindən sonra və ##.##.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslər, o cümlədən iddiaçı bu hüquqdan məhrum edilib və onlar üçün qanunvericilikdə, xüsusən də, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə ##.##.2022ci il tarixli, *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında hər hansı keçid müddəaları göstərilməyib.

41. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxmış məhkəmələr, hazırda baxılan mübahisə ilə eyni olan «Iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair» inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli üç ulduzlu qərarında məhkəmə kollegiyasının formalaşdırdığı hüquqi mövqelər nəzərə alınmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

42. Ali Məhkəmənin Inzibati Kollegiyası sözügedən 2026-cı il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qərarında baxılan mübahisə ilə bağlı göstərmişdir ki: «Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində (Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir) və “Inzibati icraat haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan bərabər yanaşma prinsipinin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan (dövlət) eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etməkdə, fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə isə eyni cür qərarlar qəbul etməkdə haqlı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, bərabər yanaşma prinsipinin pozulduğunun iddia olunduğu hallarda iki komponentdən ibarət yoxlama sxemi tətbiq olunur. Birincisi, qeyri-bərabər davranışın müəyyən olunması və ikincisi, həmin qeyri-bərabər davranışın Konstitusiyanın 25-ci maddəsi baxımından əsaslı olması. Qeyri-bərabər davranışın müəyyən olunmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, davranışın tətbiq olunduğu subyektlər və ya obyektlər eyni və ya ən azından müqayisə edilə bilən olmalıdır. Davranış o zaman qeyri-bərabər hesab olunur ki, eyni və ya ən azından müqayisə oluna bilən subyektlərə və ya obyektlərə münasibətdə fərqli davranış tətbiq olunsun. Müqayisə olunan qrupun müəyyən olunmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu məqsədlə müqayisə olunan qrupların ümumi, birləşdirici əlamətləri müəyyən edilməlidir. Hazırkı mübahisəyə münasibətdə, məsələn, Dövlət Gömrük Komitəsində işləmiş, 2019-cu il tarixədək və 2022-ci ildən sonra hüququ yaranmış şəxslər qrupu - 1-ci qrup və 2019-2022-ci illərdə həmin Komitədə işləmiş və hüququ yaranmış şəxslər qrupu – 2-ci qrup. Pensiya təyinatı zamanı 1-ci qrupa - 2019-cu ilədək, 2022-ci ildən sonra xidmət etmiş əməkdaşlara münasibətdə büdcədənkənar vəsaitin nəzərə alınması, lakin 2-ci qrupa - 2019-2022-ci illərdə xidmət etmiş əməkdaşlara münasibətdə isə həmin qaydanın tətbiq olunmaması vəziyyətinin mövcud olduğu müəyyən edilir. Beləliklə, məhkəmənin qənaətinə görə 2-ci qrupa münasibətdə qeyri-bərabər davranışın mövcudluğu müəyyən olunur. Belə ki, hər iki qrup Gömrük Komitəsində xidmət edib, hər iki qrup həmin əlavəni alıb, hər iki qrup aldığı əlavədən MDSS haqqını ödəyib. Lakin müqayisə olunan qruplardan birinə daxil olan və hüququ yaranmış əməkdaşlara pensiya təyini zamanı həmin əlavə nəzərə alındığı halda, digər qrupa münasibətdə nəzərə alınmır. Halbuki, qruplara daxil olan əməkdaşlar arasında qeyri-bərabər davranışa haqq qazandıran və belə davranışı şərtləndirən əhəmiyyətli fərqlər (xidmətlə, əlavənin və MDSS haqlarının ödənişi ilə bağlı) müəyyən olunmur. Konstitusion tələblər baxımından, fərqli tənzimləmə və qeyri-bərabər davranış üçün obyektiv səbəblər mövcud deyil. Nəzərə almaq lazımdır ki, qeyribərabər davranışa haqq qazandıran əsaslı səbəblərin mövcudluğu tələb olunur. ... Məhkəmə kollegiyası vurğulayır ki, Konstitusiyanın 149-cu maddəsinin mahiyyəti ondan ibarətdir ki, qanunverici və digər normayaratma subyektləri normativ hüquqi tənzimləmə apararkən eyni mənafelərə malik olan şəxsləri ağlabatan səbəblər olmadan fərqli hüquqi rejimlərə tabe edə bilməz, habelə hüquqların məhdudlaşdırılması və ya dəyişdirilməsi zamanı ardıcıl və məntiqi yanaşma sərgiləməlidir. Bu norma, eyni zamanda, normativ aktların tətbiqi nəticəsində yaranan əsassız normativ hüquqi boşluqların və qeyri-bərabərliyin qarşısının alınmasına xidmət edir. Hazırkı işə münasibətdə qeyd edilməlidir ki, bu konstitusion norma normativ hüquqi aktlarda dəyişikliklər edilməsi nəticəsində yaranan əsassız hüquqi fərqləndirmələrin, normativ boşluqların və hüquqi qeyri-bərabərliyin qarşısının alınmasına yönəlmiş təminat mexanizmi kimi çıxış edir. Belə ki, hüquqi tənzimləmənin bir sahəsində aparılan dəyişikliklərin digər əlaqəli sahələrdə eyni hüquqi vəziyyətdə olan subyektlər üçün uyğunsuz və ya diskriminativ nəticələr doğurması Konstitusiyanın 149-cu maddəsinin tələbləri ilə uzlaşmır. Bu baxımdan, qanunverici və digər normayaratma subyektləri normativ hüquqi aktların dəyişdirilməsi və tətbiqi zamanı hüquqi nəticələri bütöv şəkildə-vahid hüquqi konteksdə qiymətləndirməli, hüquqi ardıcıllığın və bərabərlik prinsipinin real və effektiv təmin olunmasını nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə əgər qanunverici ##.##.2019cu il tarixindən etibarən büdcədənkənar vəsait hesabına ödənilən 60 faiz əlavələrin əmək pensiyasının hesablanmasında nəzərə alınmasını tam və qəti şəkildə ləğv etmək niyyətində olsaydı və bu hüququ sonradan hər hansı formada bərpa etməsəydi, bu halda qanunvericinin iradəsi həmin əlavələrin pensiya təminatından çıxarılması kimi qəbul edilə bilərdi. Lakin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə Nazirlər Kabineti dolayı mexanizm vasitəsilə bu hüququ faktiki olaraq bərpa etmişdir. Belə ki, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin aylıq vəzifə maaşına əlavə kimi ödənilməsi nəticəsində bu ödənişlər yenidən əmək pensiyasının hesablanmasında nəzərə alınmağa başlanmışdır. Görünən odur ki, qanunvericinin və digər normayaratma subyektlərinin real iradəsi sözügedən əlavələrin pensiya təminatı sistemindən tam çıxarılması deyil, onun hüquqi mexanizminin dəyişdirilməsi olmuşdur. Belə olan halda, ##.##.2019-cu il tarixindən ##.##.2022-ci il tarixinədək olan üç il yarımlıq dövrdə eyni kateqoriyaya aid olan şəxslərin bu hüquqdan tam şəkildə məhrum edilməsi nə normayaratma subyektlərinin sonrakı iradəsi ilə uzlaşır, nə də Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində tələb olunan haqq-ədalət meyarlarına və bərabər mənafelərə bərabər münasibət prinsipinə cavab verir. Xüsusilə vurğulanmalıdır ki, qanunvericilikdə ##.##.2019-cu il tarixindən ##.##.2022-ci il tarixinədək olan dövr üçün hər hansı keçid müddəası və kompensasiya mexanizmi nəzərdə tutulmamışdır, həmçinin, bu hüquqdan məhrumetməni əsaslandıran əsaslı ictimai maraq və ya hər hansı başqa dəlil də göstərilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən də bu fərqli rəftarın səbəbləri ilə bağlı hər hansı obyektiv və əsaslı izahat təqdim edilməmişdir. Beləliklə, eyni hüquqi statusa və eyni mənafelərə malik şəxslər arasında faktiki olaraq normativ boşluq nəticəsində ayrı-seçkilik yaranmışdır. Bu cür normativ hüquqi tənzimləmə Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində təsbit edilmiş haqq-ədalət və bərabər mənafelərə bərabər münasibət prinsiplərinə ziddir və hüquqi tənzimləmənin daxili ardıcıllığı, sistemliliyi və kompleksliyini pozur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, bu dəyişiklikləri nəzərdə tutan qanun və qərarın hazırlanması zamanı irəli sürülən qanun və qərar layihələri, müzakirələr və əsaslandırmalar iş üçün son dərəcə əhəmiyyətlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən büdcədənkənar vəsait hesabına ödənilən əlavələrin pensiya məbləğlərinin hesablanmasında nəzərə alınmasının ##.##.2019cu il tarixdə ləğv olunması üçün qanunverciliyə edilən təkliflərin və əsaslandırmaların nədən ibarət olması araşdırılmamışdır. Eyni zamanda, Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə dolayı mexanizm vasitəsilə bu hüququn faktiki olaraq bərpa edilməsi – 2022-ci il ####un #-dən etibarən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitlərin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülməsi və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə şəklində ödənilməsi və əmək pensiyasının hesablanmasında nəzərə alınması – üçün Nazirlər Kabinetinin hansı təkliflər və əsaslandırmaları əsas götürdüyü araşdırılmamışdır. Beləliklə, bu qanun və qərarların hazırlanması və qəbulu zamanı irəli sürülən qanun və qərar layihələri, müzakirələr və əsaslandırmalar iş üçün son dərəcə əhəmiyyətli olduğu üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq sorğularla əldə edilib Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulan bərabər yanaşma prinsipi baxımdan və Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə əsasən normativ hüquqi aktların hüquqa və haqq-ədalətə, o cümlədən bərabər mənafelərə bərabər münasibət prinsipi baxımından araşdırılmalı və qiymətləndirilməlidir. ... Hazırkı işdə iddiaçının pensiya hüququ qanunvericiliyin dəyişdirilməsi nəticəsində keçid və kompensasiya tədbirləri nəzərdə tutulmadan məhdudlaşdırılmışdır. Bu hal Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə normativ dəyişiklik nəticəsində iddiaçının üzərinə düşən yük şəxsi davranışları və ya fərdi vəziyyətindəki dəyişikliklərlə deyil, yalnız normativ tənzimləmənin müəyyən zaman kəsiyində tətbiq edilməməsi ilə bağlı olmuşdur. Beləliklə, iddiaçı özündən asılı olmayan səbəblərə görə pensiya kimi alacağı məbləğin bir hissəsindən məhrum edilmişdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda vurğulamışdır ki, sosial təminat sahəsində dövlətin geniş mülahizə sərbəstliyi olsa da, əsassız olaraq normativ dəyişikliklər nəticəsində şəxslərin üzərinə fərdi və həddindən artıq yük qoyulması Konvensiyayanın * saylı Protokolunun 1-ci maddəsinə ziddir (HYPERLINK "https://hudoc.echr.coe.int/eng?i=001-142400" StefanettHYPERLINK "https://hudoc.echr.coe.int/eng?i=001-142400" i HYPERLINK "https://hudoc.echr.coe.int/eng?i=001-142400" və HYPERLINK "https://hudoc.echr.coe.int/eng?i=001-142400" digərlərHYPERLINK "https://hudoc.echr.coe.int/eng?i=001-142400" i HYPERLINK "https://hudoc.echr.coe.int/eng?i=001-142400" Italiyaya HYPERLINK "https://hudoc.echr.coe.int/eng?i=001-142400" qarşı, 21838/10 və digərləri, ## ##### 2014, §§65-66). Məhkəmə kollegiyası hesab edir ki, normativ tənzimləmə nəticəsində iddiaçının üzərinə düşən yük qısa müddətli və ya müvəqqəti xarakter daşımamış, əksinə, onun sosial təminat sahəsində qanuni gözləntilərini ciddi şəkildə sarsıtmışdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, dövlət tərəfindən həyata keçirilən müdaxilə nəticəsində fərdi maraqlara həddindən artıq zərər vurulduqda, artıq ictimai maraqla fərdi maraqlar arasında ədalətli tarazlığın qorunduğundan danışmaq mümkün deyildir. Bu səbəblərə görə, hazırkı işdə iddiaçının pensiya hüququna münasibətdə tətbiq edilmiş normativ hüquqi tənzimləmə zərurət və proporsionallıq meyarlarına cavab verməzsə, ictimai maraqla fərdi maraqlar arasında ədalətli tarazlığı pozarsa, nəticə etibarilə, Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin pozuntusuna səbəb ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə zaman içərisində iddiaçı ilə onunla eyni sosial təminat sistemində iştirak etmiş digər şəxslər arasında fərqli rəftar mövcud olmuşdur. Bu fərqli rəftar yalnız normativ tənzimləmənin müəyyən zaman kəsiyində tətbiq olunmaması ilə bağlı olmuş, lakin həmin dövr üçün nə keçid mexanizmi, nə də kompensasiyaedici digər tədbirlər nəzərdə tutulmuşdur. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Andrejeva Latviyaya qarşı” işində göstərildiyi kimi, eyni sosial sığorta sistemində iştirak etmiş şəxslərin yalnız formal və texniki meyarlara əsasən fərqli pensiya hüquqlarına malik edilməsi, əgər bu fərqləndirmə obyektiv və ağlabatan səbəblərlə əsaslandırılmırsa, Avropa Konvensiyasının 14-cü maddəsinin pozuntusuna gətirib çıxarır (HYPERLINK "https://hudoc.echr.coe.int/eng?i=001-91388" Andrejeva HYPERLINK "https://hudoc.echr.coe.int/eng?i=001-91388" Latviyaya HYPERLINK "https://hudoc.echr.coe.int/eng?i=001-91388" qarşı [BP], 55707/00, ## ###### 2009, §§ 81–92). Hazırkı işdə iddiaçı ilə eyni hüquqi rejimdə olan digər şəxslərlə müqayisədə ona münasibətdə fərqli rəftarın tətbiq edilməsinin obyektiv və ağlabatan səbəblərinin mövcudluğu, habelə bu fərqləndirmənin ictimai maraqların müdafiəsi baxımından zəruriliyi və proporsionallığı sübuta yetirilməmişdir. Bu mənada, fərqli rəftar faktiki bərabərsizliyin aradan qaldırılmasına deyil, Konvensiyanın 14-cü maddəsi ilə qadağan edilən ayrı-seçkilik nəticəsinin yaranmasına gətirib çıxara bilər. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunvericilikdəki dəyişiklikləri nəzərdə tutan qanun və qərarın hazırlanması zamanı irəli sürülən qanun və qərar layihələri, müzakirələr və əsaslandırmalar əldə edilməli və iş üzrə mübahisəli normativ hüquqi tənzimləmə və onun nəticəsində yaranmış fərqli rəftar * saylı Protokolun 1-ci maddəsi baxımından mülkiyyət hüququna müdaxilənin zəruriliyi və proporsionallığı, eləcə də Konvensiyanın 14-cü maddəsi baxımından obyektiv və ağlabatan səbəblərin mövcudluğu baxımından araşdırılmalı və qiymətləndirilməlidir. Xüsusilə, iddiaçının və bu kateqoriyaya aid şəxslərin ##.##.2019cu il tarixindən ##.##.2022-ci il tarixədək bu hüquqdan məhrum edilməsinin hansı qanuni məqsədə xidmət etdiyi, niyə məhz bu zaman kəsiyinə aid şəxslərin daha ağır vəziyyətə salındığı və niyə onların hüquqlarının məhdudlaşdırıldığı araşdırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qərara gəlir ki, hazırkı iş apellyasiya instansiyası məhkəməsinə təkrar baxışa göndərilməli, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulan bərabər yanaşma prinsipi, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində təsbit edilmiş haqq-ədalət, hüquqi ardıcıllıq və bərabər mənafelərə bərabər münasibət prinsipləri, eləcə də, Avropa Insan Hüquqları Konvensiyanın 14-cü maddəsi və * saylı Protokolunun 1-ci maddəsi baxımından iş hərtərəfli araşdırılmalıdır. Belə ki, mübahisələndirilən normativ hüquqi tənzimləmələr üzrə aşağıdakı məsələlərlə bağlı kompleks araşdırmanın və qiymətləndirmənin aparılması tələb olunur: mübahisələndirilən normativ tənzimləmələr hansı məqsədlər üçün edilmişdir və onların həyata keçirilməsi ilə hansı nəticələrə nail olmaq hədəflənir; tənzimləmələrin edildiyi vaxt və şəraitlə bağlı nəzərə alınmalı olan xüsusi hallar varmı; tənzimləmələrin əmək pensiyası təminat sisteminə təsirini minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi; tənzimləmələrlə əmək pensiyası alan şəxsləri və ya onların müəyyən qrupunu mütənasibliklə bağlı tələblər nəzərə alınmaqla qiymətləndirmə apardıqda onları əlverişsiz vəziyyətə məruz qoymuşdurmu və əgər məruz qoymuşdursa, hansı səbəblərlə əsaslandırılmışdır».

43. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bəhs olunan üç ulduzlu qərarda ifadə olunmuş hüquqi mövqelər eyni ilə hazırda baxılan işə də tətbiq edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə təkrar baxışa göndərilməlidir.

44. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş məlumat vərəqləri müvafiq sorğu əsasında əldə edilməli və qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində həmin vərəqlərdə hansı məlumatların əks etdirildiyi ətraflı araşdırılmalıdır. Xüsusilə, sözügedən 60 faiz əlavə ödənişlərin (digər vəsaitlərin) məlumat vərəqlərində hansı formada göstərildiyi müəyyən edilməlidir.

45. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təkrar apellyasiya baxışı zamanı Inzibati Prosessual Məcəllənin 28.2-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı zəruri cəlb etmə qaydasında üçüncü şəxs kimi hazırkı işdə icraata cəlb edilməlidir.

46. Məhkəmə kollegiyası hesab edir ki, təkrar baxışda Inzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım da göstərilməlidir. Məhkəmə, iddiaçının tələbində ümumən haqlı olduğu qənaətinə gələrsə, yeni məzmunda məlumat vərəqinin hansı tarixdən verilməli olduğu, eləcə də pensiyanın hansı tarixdən yenidən hesablanmalı olduğuna dair məsələləri də müzakirə etməlidir. Bu zaman həm qanunvericilikdəki dəyişikliklərin 2022-ci il # #### tarixində qüvvəyə mindiyi, həm də əmək pensiyasının yenidən hesablanması ilə bağlı iddiaçının müraciət tarixi nəzərə alınmalıdır.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının pensiyanın yenidən hesablanması və yeni məlumat vərəqəsinin verilməsi barədə başqa məhkəmə qərarları da mövcuddur. Həmin məhkəmə qərarlarının hazırda baxılan iddia tələbi ilə əlaqəsi də araşdırılmalıdır.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, 2- *(***)-****/**** saylı qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar