Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4243/2025 05.05.2026 ALI MƏHKƏMƏ üçüncü şəxs1blikası adından üçüncü şəxs1blikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh xxxx PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə (hazırda “xxxx” X1) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhlükə potensiallı sənaye təyinatlı torpağa mülkiyyət hüququnun qeydiyyatından imtinanın qanuniliyi) üçüncü şəxs1blikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxslər üçüncü şəxs1blikası Dövlət Neft Şirkəti və üçüncü şəxs2 Şirkətinin üçüncü şəxs1blikasındakı filialı) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Bakı şəhəri, Binəqədi rayonu Binəqədi Icra Hakimiyyətinin Başçısının ## ###### 1995-ci il tarixli ** saylı Qərarına əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsindəki yeni yaşayış massivində 600 kv.m. torpaq sahəsinin mənzil şəraitinin genişləndirilməsi məqsədiylə fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə ayrılmışdır. Ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi müvafiq qaydada Binəqədi rayonu Binəqədi Icra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilərək ona verilmişdir.
2. Iddiaçı sözügedən torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
3. Cavabdeh tərəfindən ##.##.2022-ci il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə, neft kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığına və torpaq sahəsinə texniki baxış keçirmək, çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaratmadığına görə çıxarışın verilməsindən imtina edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsindəki yeni yaşayış massivində 600 kv.m torpaq sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti başçısının ## ###### 1995-ci il tarixli ** saylı Qərarına əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsindəki yeni yaşayış massivində 600 kv.m torpaq sahəsi mənzil şəraitinin genişləndirilməsi məqsədi ilə fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə ayrılmışdır. Ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi müvafiq qaydada Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilərək ona verilmişdir. Iddiaçı həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh quruma müraciət etsə də, cavabdeh torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə, neft kəmərinin mühafizə zonasında yerləşdiyindən, torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığından, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarərinin mütəxəssislərinə şərait yaradılmadığından iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Qeyd olunduğu kimi torpaq sahəsi müvafiq sərəncam əsasında ona ayrılmışdır və həmin sahəni daş hasarla əhatəyə almaqla, orada fərdi yaşayış evi inşa edərək, hazırda faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirir. Ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilərək ona verilmişdir. Torpaq sahəsi uzun müddətdir onun istifadəsindədir.
6. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dövlət torpaq kadastr məlumatlarına əsasən naturada göstərilən torpaq sahəsi Dövlət Neft Şirkətinin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsidir. Eyni zamanda iddia olunan torpaq sahəsinin “üçüncü şəxs1blikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşorneft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən üçüncü şəxs2 Şirkətinin istifadəsinə verilmiş blokunun ərazisi olduğu, “Neft Kəmərləri” Idarəsinin istismarında olan magistral neft kəmərinin mühafizə zonası daxilində olduğu öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin üçüncü şəxs1blikası Dövlət Neft Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində neft kəmərinin, eləcə də ləğv olunmuş neft quyularının mühafizəsi daxilində yerləşməklə təhlükəsizlik cəhətdən də əliverişsizdir. Bu cür ərazilər əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid olduqlarında mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz.
8. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, K.Əkbərov və C.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri 12. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza torpaq sahəsinin "neft kəməri mühafizə zonasında" olduğunu qeyd etsə də, ekspert rəyində kəmərlə torpaq sahəsi arasında ən azı 23 metr məsafə olduğu göstərilib. Bu məsafə "Neft kəmərlərinin mühafizəsi Qaydaları" ilə ziddiyyət təşkil etmir. Həmçinin müəyyən edilmişdir ki, 23 metr və 62 metr aralıda iki neft quyusu var. Lakin, həmin neft quyuları fəaliyyətdən qalmış hərəkətsiz quyulardı. Əraziyə baxış keçirilən zaman böyük bir yaşayış massivinin salındığı açıq-aşkar aydın olmuşdur. Iddiaçı sərəncam verildiyi tarixdən yəni, 1995-ci ildən bu günə qədər sözügedən torpaq sahəsini hasarlayıb üzərində yaşayış evi inşa edib, yəni faktiki olaraq sahiblik edib. Bu hal da özlüyündə üçüncü şəxs1blikası Mülki Məcəlləsinin 180.1 və 189.1-ci maddələrinə uyğun olaraq mülkiyyət hüququnun faktiki yaranması üçün əsasdır.
TƏTBIQ EDILƏN HÜQUQ
13. üçüncü şəxs1blikası Torpaq Məcəlləsi: Maddə 9. üçüncü şəxs1blikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, üçüncü şəxs1blikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. 22.1. sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 22.2. əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
14. “Texniki təhlükəsizlik haqqında” üçüncü şəxs1blikası Qanunu: Maddə 2.1-ci bənd. əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Bənd 9. Həmin Qanuna edilmiş Əlavə 1-də neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aid edilmişdir.
15. üçüncü şəxs1blikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”na görə bu Siyahı «Texniki təhlükəsizlik haqqında» üçüncü şəxs1blikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» üçüncü şəxs1blikası Qanununun tətbiq edilməsi barədə» üçüncü şəxs1blikası Prezidentinin 2000-ci il # ###### tarixli *** nömrəli Fərmanına əsasən hazırlanmışdır və əhali və ətraf mühit üçün təhlükə yaradan radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, partlayış-yanğın və zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edir. Siyahının 9-cu bəndinə görə neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə aiddir.
16. üçüncü şəxs1blikası Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Qərarı: Bənd 3.3. əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Mancanaq dəzgahı ilə istismar olunan və basqı quyularına yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum 150 metr məsafə, ləğv olunmuş quyularla 75 metr məsafə olmalıdır.
17. üçüncü şəxs1blikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları: 1.2. Ixrac neft boru kəmərləri (bundan sonra - INBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır. 4.1. INBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: INBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” üçüncü şəxs1blikası Qanunu: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçüncü şəxs1blikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. üçüncü şəxs1blikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.
19. üçüncü şəxs1blikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını)
28. dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından reyestrdən çıxarışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı adı çəkilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydi ilə bağlı reyestrdən çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
27. Ilk növbədə qeyd edilməlidir ki, müvafiq kadastr orqanının mütəxəssis rəyində göstərilir ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilmiş, koordinatlar müəyyən edilərək ölçmə aparılmışdır. Yəni, iddia olunan sahə faktiki olaraq yerində müəyyən edilib və texniki baxımdan araşdırılıb. Lakin həmin rəyə əsasən 1995-ci il tarixli sərəncama əlavə olunmuş sxemdə miqyas, koordinatlar və istinad nöqtələri göstərilmədiyi üçün bu sənəddə nəzərdə tutulan sahə ilə naturada mövcud olan sahənin eyni olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Eyni məzmunlu nəticə məhkəmə ekspertizası tərəfindən də təsdiqlənmişdir. Belə ki, ekspert rəyində açıq şəkildə qeyd olunmuşdur ki, iddia olunan 600 kv.m torpaq sahəsinin yerləşdiyi yer və koordinatları müəyyən edilsə də, sərəncamın sxemi ilə üstüstə düşüb-düşməməsi müəyyən edilə bilmir. Iddiaçı İddiaçı iddia etdiyi 600 kv.m torpaq sahəsi üçüncü şəxs1blikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olmaqla neft kəmərinin mühafizə zonasında yerləşir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq edilir ki, iddia olunan torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. Bu nəticə yalnız texniki ölçmələrlə deyil, konkret koordinatlar əsasında aparılmış araşdırmalarla müəyyən olunmuşdur. SOCAR-ın təqdim etdiyi məlumatda da həmin sahənin 500 mm-lik yerüstü neft kəmərindən təxminən 6 metr məsafədə yerləşdiyi təsdiq edilir.
30. Eyni zamanda iş materiallarında olan müayinə (baxış) aktında da göstərilmişdir ki, torpaq sahəsinin üzərində tikili mövcuddur və sahənin bir tərəfindən çox yaxın məsafədən neft boru kəməri keçir.
31. Beləliklə, ekspert rəyi, ortofoto görüntülər, topoqrafik planlar və digər sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan magistral neft kəmərinin mühafizə zonasında, eləcə də üçüncü şəxs2 şirkətinin istifadəsində olan neft yataqları və quyularının mühafizə sərhədləri daxilində yerləşir.
32. üçüncü şəxs1blikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən sənaye və təhlükə potensiallı obyektlərin istismarı məqsədilə onların ətrafında xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında” Qanun, Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli Qərarı və ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə neft-qaz sahələrinin təhlükə potensiallı obyektlərə aid edilməsi və həmin obyektlər ətrafında təhlükəsizlik məsafələrinin müəyyən olunması nəzərdə tutulmuşdur.
33. Həmçinin Nazirlər Kabinetinin ## ###### 2004-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən magistral neft kəmərlərinin mühafizə zonasında tikinti və digər fəaliyyətlərin həyata keçirilməsi qadağandır. Məhkəmələr tərəfindən aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddia olunan torpaq sahəsi bütövlükdə həmin mühafizə zonasına düşür.
34. Məhkəmə kollegiyası qeyd edilən halları və tətbiq edilən hüquq normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsi təhlükə potensiallı sənaye təyinatlı ərazi olmaqla yaşayış məqsədilə istifadəyə yararlı hesab edilə bilməz. Bu səbəbdən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə ziddir və cavabdeh orqanın qeydiyyatdan imtinası qanuni və əsaslı olmuşdur.
35. Bu baxımdan apellyasiya məhkəməsinin qərarı işin faktiki halları və tətbiq olunmuş maddi-prosessual hüquq normalarına tam uyğun qəbul olunduğundan qanuni və əsaslı hesab edilməlidir.
36. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli # ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.