Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4244/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehna qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“qərarların ləğv edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı İddiaçı ##.##.1969-cu il təvəllüdlüdür. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın ##.##.2008-ci il tarixli, **** nömrəli qərarından müəyyən olunur ki, İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun maddələrinə müvafiq olaraq ##.##.2008-ci il tarixdən ##.##.2009-cu il tarixə kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarının surətindən müəyyən olunur ki, İddiaçı ##.##.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyası “əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə əlaqədar” yenidən hesablanmışdır.
3. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022ci il tarixli, *********** nömrəli Qərarının surətindən müəyyən olunur ki, İddiaçı ##.##.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyası “əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə əlaqədar” yenidən hesablanmışdır.
4. Cavabdehin iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**-*/*-C-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən təqdim edilmiş # #### 2008-ci il tarixli ** nömrəli məlumat vərəqinə əsasən ona # ### 2008-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” II dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib. Əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi # #### 2021-ci il tarixinədən dayandırılıb. Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona ##.##.2021-ci il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” II dərəcə əlillik təyin olmuşdur. Bu səbəbdən də 2022-ci ilin iyun ayında II dərəcə əlilliyə görə əmək pensiyası təminat xərcliyinin (653,10 manat) 55 faizi359,21 manat məbləğində bərpa edilmiş və ## ####### 2021-ci il tarixindən hesablanaraq ona ödənilməli olan 2526,05 manat pensiya məbləği müəyyən edilmişdir. Eyni zamanda Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travnıa, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Aparılan araşdırma zamanı “Əlillik” altsistemində əlilliyinin ##.##.2014-##.##.2015-ci il tarixləri arasındakı dövr üzrə ümumi xəstəlik səbəbindən təyin olunduğu və ##.##.2015-ci il tarixindən sonrakı dövr üçün əlilliyi etibarsız hesab edildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, əlilliyinə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə Agentliyə sorğu verilib. Sorğuya cavab olaraq Agentlik qeyd olunan faktı təsdiq edib. Buna görə də keçmiş müddət üçün 23900,10 manat məbləğində artıq pul vəsaitinin ödənilməsi müəyyən edilib. Ona ödənilməli 2526,05 manat artıq ödənilmiş vəsaitdən çıxılaraq büdcəyə bərpa edildikdən sonra, qalan artıqödəmə məbləği 21374,05 manat təşkil edib. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar ona artıq ödənilmiş qalıq pul vəsaiti 21374,05 manatdan 6013,35 manata azaldılıb. Qeyd olunan artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığının qısa müddətdə təqdim edilməsi xahiş olunmuşdur.
5. Cavabdehin iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**-*/*-C-******/**** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən təqdim edilmiş ona dair # #### 2008-ci il tarixli ** nömrəli məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən # ### 2008-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.2-ci maddəsinə uyğun olaraq, “hərbi xidmət dövrü ilə əlaqədar” II dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib. Əlillik dərəcəsinin etibarlılıq müddətinin ## ### 2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi # #### 2021-ci il tarixindən dayandırılıb. Ona “hərbi xidmət dövrü ilə əlaqədar” II dərəcə əlillik növbəti dəfə ##.##.2021-ci il tarixindən təyin olunub. Bu səbəbdən də 2022-ci ilin iyun ayında II dərəcə əliliiyə görə əmək pensiyası təminat xərcliyi (653,10 manat) 55 faizi-359,21 manat məbləğində bərpa edilib və ## ####### 2021-ci il tarixindən ona ödənilməli olan 2526,05 manat pensiya məbləği hesablanıb. Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022- ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Aparılan araşdırma zamanı əlilliyinin ##.##.2014-##.##.2015-ci il tarixləri arasındakı dövr üzrə ümumi xəstəlik səbəbindən təyin olunduğu, sonrakı dövr üçün isə etibarsız hesab edildiyi müəyyən olunub. Bununla əlaqədar olaraq, məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən verilmiş sorğuya cavab olaraq Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyd olunan faktı təsdiq edib. Buna görə də əmək pensiyası keçmiş müddət üçün yenidən hesablanaraq ona artıq ödənilmiş 23900,10 manat pul vəsaiti müəyyən edilib. Yuxarıda qeyd olunan ona ödənilməli 2526,05 manat artıq ödənilmiş 23900,10 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edildikdən sonra, qalan artıqödəmə məbləği 21374,05 manat təşkil edib. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, ona artıq ödənilmiş qalıq pul vəsaiti 21374,05 manatdan 6013,35 manata azaldılıb. Qeyd olunan artıq ödənilmiş 6013,35 manat vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığının qısa müddətdə təqdim etməyi xahiş olunur. Eyni zamanda Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində əmək pensiyasının 503,95 manat məbləğində müəyyən edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxaraq onun əlilliyinin ##.##.2015-ci il tarixdən ##.##.2021-ci il tarixədək dövr üçün etibarsız hesab edilməsi, həmin dövrdə aldığı 23900,10 manat məbləğində pensiyanın artıq ödəniş kimi hesab edilməsi, həmin məbləğdən 2526,05 manat məbləğin ondan tutulması, habelə əlavə olaraq 6013,35 manatın ondan tələb edilməsi barədə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarının (qərarlarının) qeyriqanuni hesab edilərək ləğv edilməsi (cavabdeh iddiaçıya hər hansı qərarın surətini tədim etməmişdir, qərarın nömrəsi və tarixi barədə məlumat verməmişdir), əsassız hesablanmış borcun onun hesabından silinməsi, ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək ona pensiya hesablanması və ödənilməsi, iddiaçıdan tutulmuş 2526,05 manat məbləğin ona qaytarılması barədə Qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqında” ##.##.2022-ci il tarixli, 22620646592 №li və ##.##.2022-ci il tarixli, 22620914723 № li qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq ## ### 2008ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” II dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. ##.##.2021-ci il tarixdən əlillik müddətinin ötməsi ilə əlaqədar pensiya ödənişi dayandırılmışdır. Növbəti müayinənin keçirilməsi ondan asılı olmayaraq gecikib və DövlətTibbi-Sosial Ekspertiziya və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2021-ci il tarixdən ona yenidən “hərbi xidmət dövrü ilə əlaqədar” II dərəcə əlillik təyin edilmişdir. ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər ona pensiya ödənilməmişdir. 2022ci ilin iyun ayından isə pensiya ödənişi bərpa edilmişdir. 2024-cü ilin yanvar ayında həmin dövr üçün, yəni 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayına qədərki dövr üçün pensiyanın ödənilməsinin təmin edilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminati departamentinin ##.##.2024-cü il tarixli 3-17- 1/2-C-3 ****/**** nömrəli məktubla ona izah edilmişdir ki, “Əlillik” altsistemdə əlilliyin guya ##.##.2014 - ##.##.2015-ci il tarixləri arasındakı dövr üzrə ümumi xəstəlik səbəbindən təyin olunmuş, ##.##.2015-ci il tarixdən sonrakı dövr üçün isə əlilliyi etibarsız hesab edilmişdir. Bu səbəbdən də, guya ona 23900,10 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin məbləğdən ##.##.2021-ci il tarixdən 2022-c ilin iyun ayına qədər ona hesablanmış 2526,05 manat pensiya tam həcmdə çıxılmaqla guya, yenə də 21374,05 manat artıq ödəmə qalmışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə istinad edilməklə, guya ona artıq ödənilmiş pensiya məbləğinin son 3 il üçün tutulmalı olduğu və 21374,05 manatdan 6013,35 manata azaldılmaqla həmin məbləğin tutulmasına qısa müddətdə razılıq verməsi təklif edilmişdir. O, həmin təkliflə razılaşmamış və bununla bağlı ## #### 2024-cü il tarixli ərizə ilə cavabdehə təkrar müraciət edərək, ona əsassız hesablanmış borcun silinməsi və ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək pensiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh # #### 2024-cü il tarixli *-**-*/*-C-******/**** nömrəli məktubu ilə onun xahişini təmin etməmiş və ona yenə də təklif edilmişdir ki, guya artıq ödənilmiş məbləğin 6013,35 manat qalıq hissəsinin pensiyadan tutularaq büdcəyə bərpa edilməsi üçün qısa müddətdə yazılı razılıq versin. Məktub 03 iyul tarixdə imzalansa da, iddiaçıya poçt vasitəsi ilə ## #### 2024-cü il tarixdə çatdırılmışdır. O, göstərilən məbləğin ondan tutulmasına razılıq vermir və hesab edir ki, həmin borc əsassız hesablanmışdır, silinməlidir, ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixə qədər ona pensiya hesablanmalı və ödənilməli və ondan əsassız tutulmuş 2526,05 manat vəsait ona qaytarılmalıdır. Əvvəla, X1 işlədiyi dövrdə xəstələnməyi ilə əlaqədar 2008-ci ildən ona II dərəcəli əlilliklə pensiya təyin edilmiş və 2015-ci ilin may ayının 15-nədək hər il müayinələrdən keçmişdir. ##.##.2015-ci il tarixdə növbəti müayinədən keçmiş, əlilliyin səbəbi kimi səhvən ümumi xəstəlik göstərilsə də, sonra həmin yanlışlığa düzəliş edilmiş və möhürlə təsdiqlənmişdir. 2016-ci ildə əlillik müddəti ##.##.2021-ci il tarixədək 5 il müddətinə uzadılmış və bu barədə pensiyaçı vəsiqəsində qeyd edilmişdir.
9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən iddiaçıya təqdim edilmiş # #### 2008-ci il tarixli ** nömrəli məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən # ### 2008-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.2-ci maddəsinə uyğun olaraq, “hərbi xidmət dövrü ilə əlaqədar” II dərəcə əlilliyə görə əmək pensiyası təyin edilib. Iddiaçının əlillik dərəcəsinin etibarlılıq müddətinin ## ### 2021-ci il tarixində bitməsi ilə əlaqədar onun pensiya ödənişi # #### 2021-ci il tarixindən dayandırılıb. Iddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” II dərəcə əlillik növbəti dəfə ##.##.2021-ci il tarixindən təyin olunub. Bu səbəbdən də 2022-ci ilin iyun ayında II dərəcə əlilliyə görə iddiaçının əmək pensiyası təminat xərcliyinin (653,10 manat) 55 faizi- 359,21 manat məbləğində bərpa edilib və ## ####### 2021-ci il tarixindən ona ödənilməli olan 2526,05 manat pensiya məbləği hesablanıb. Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022- ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1 -1 -ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Aparılan araşdırma zamanı iddiaçının əlilliyinin ##.##.2014-##.##.2015-ci il tarixləri arasındakı dövr üzrə ümumi xəstəlik səbəbindən təyin olunduğu, sonrakı dövr üçün isə etibarsız hesab edildiyi müəyyən olunub. Bununla əlaqədar olaraq, məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəflərindən verilmiş sorğuya cavab olaraq Nazirlik tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyd olunan faktı təsdiq edib. Buna görə də iddiaçının əmək pensiyası keçmiş müddət üçün yenidən hesablanaraq ona artıq ödənilmiş 23900,10 manat pul vəsaiti müəyyən edilib. Qeyd olunanlara görə iddiaçıya ödənilməli 2526,05 manat artıq ödənilmiş 23900,10 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edildikdən sonra, qalan artıqödəmə məbləği 21374,05 manat təşkil edib. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar, iddiaçıya artıq ödənilmiş qalıq pul vəsaiti 21374,05 manatdan 6013,35 manata azaldılıb. Qeyd olunan artıq ödənilmiş 6013,35 manat vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığının qısa müddətdə təqdim etməyi bildirilmişdir. Eyni zamanda Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində iddiaçının əmək pensiyası 503,95 manat məbləğində müəyyən edilib.
10. Bakı Inzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 2025-ci il ## ###### tarixli, *- *(***)-****/**** saylı qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Xüsusi Şərtlərlə Müdafiə Fondunun Təyinat üzrə X2 Bəxtiyar Cangiəli oğlu barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli, *********** saylı və ##.##.2022-ci il tarixli, *********** saylı qərarların ləğv edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətləri, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. “Inzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan etmədiyini bildirir. Iddiaçı hazırkı məzmunda iddianı qaldırdığına görə ondan artıq ödənilmiş pensiyanın tutulmasına razı olmaması barədə iradə ifadəsini bəyan etmişdir ki, bu tələb artıq ödənilmiş pensiyanın tutulmasına dair cavabdehin məhkəmədə iddia verməsinə yönəlmiş preventiv iddia kimi qəbul edilməlidir. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir.
12. Cavabdeh artıq ödənilmiş məbləği geri tutarkən qanunvericiliyin normalarını pozmuş, onun bu hərəkətinin qanuni əsası olmamışdır. ##.##.2014-cü ildən ##.##.2015ci il tarixədək olan dövr üzrə iddiaçıya 23900,10 manat pensiya məbləğinin artıq ödənilməsi barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə tamamilə yanlışdır. Belə ki, cavabdeh inzibati orqan gəldiyi nəticəni ##.##.2014-ci il tarixdən ##.##.2015-ci il tarixə kimi iddiaçıya əlillik dərəcəsinin ümumi xəstəlik səbəbindən təyin olunması, eləcə də ##.##.2015-ci il tarixindən sonrakı dövr üçün əlilliyinin etibarsız hesab edilməsi ilə əsaslandırsa da, məhkəmə araşdırması zamanı bu hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin cavab məktubu ilə müəyyən edilmişdir ki, ##.##.2014-cü il tarixində qiymətləndirmə aparılmış və hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə iddiaçıya bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi ##.##.2015-ci il tarixindən bir il müddətinə, ##.##.2016-cı il tarixindən isə növbəti dəfə 5 il müddətinə (##.##.2021-ci il tarixinədək) artırılmışdır. Cavabdeh inzibati orqanın iddia etdiyi kimi ##.##.2014-ci il tarixdən ##.##.2015-ci il tarixə kimi iddiaçıya əlillik dərəcəsi ümumi xəstəlik səbəbindən deyil, hərbi xidmət dövrü ilə əlaqədar təyin olunmuş, eləcə də nəinki ##.##.2015-ci il tarixindən sonrakı dövr üçün əlilliyi etibarsız hesab edilməmiş, əksinə onun əlillik dərəcəsinin təyinatı ##.##.2016-cı il tarixindən növbəti dəfə 5 il müddətinə yəni, ##.##.2021-ci il tarixinədək artırılmışdır. Iddiaçı tərəfindən mübahisələndirilən qərarlar həm “Əmək pensiyaları haqqında” Qanunun və “Inzibati icraat haqqında” Qanunun müvafiq normaları uyğun qəbul olunmadığından, həm də qərarların qəbul edilməsinə əsas olan faktlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli, *********** №-li və ##.##.2022-ci il tarixli, *********** №-li Qərarlar ləğv olunmalıdır.
13. Həmin qərardan narazı qalan cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.Ismayılov) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı Inzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** saylı qərarının dəyişdirilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli *********** saylı və ##.##.2022-ci il tarixli *********** saylı qərarlarının 13-cü bəndlərinin ləğv edilməsi və həmin qərarlar əsasında İddiaçı əvəzləşdirilməklə dərhal tutulmuş 2526,05 manat məbləğinin və sonradan onun pensiyasından tutulmuş bütün məbləğlərin iddiaçıya qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
15. Apellyasiya instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixli *********** saylı qərarla təminat xərcliyi 653.10 qəpik olmaqla yenidən hesablanmış pensiya məbləği 359 manat müəyyən edilmiş, qərarın 13-cü bəndinə görə isə artıq ödəmə məbləği 42548,50 manat, ötən dövrlər üzrə alınmamış pensiya məbləği isə 23268,35 manat göstərilmişdir. Digər ##.##.2022-ci il tarixli *********** saylı qərarla isə təminat xərcliyi 653.10 qəpik olmaqla yenidən hesablanmış pensiya məbləği 359 manat müəyyən edilmiş, qərarın 13-cü bəndinə görə isə ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri ilə yanaşı, 2526,05 manat məbləğinin əvəzləşdirildiyi göstərilmişdir. Mübahisələndirilən hər iki qərarın 12 bəndi iddiaçının xeyrinə olduğu halda, yəni 12 bənd üzrə aparılan hesablamaların iddiaçının xeyrinə olduğunu, qərarların yalnız 13-cü bəndlərinin iddiaçının hüquq və maraqlarına toxunduğunu birinci instansiya məhkəməsi nəzərə almamış və nəticədə hər iki qərarın bütövlükdə ləğv edilməsi qənaətinə gəlmişdir. Mübahisələndirilən hər iki qərarın 13-cü bəndləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqanın daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiyanın artıq hesablandığına” istinad etməklə “Inzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati icraatın aparıldığı şəxsi həmin icraata cəlb edib onu dinləməmiş, şəxsin məzmununa etimad göstərdiyi əlverişli inzibati aktı ləğv etmişdir. Qeyd olunanlarla da cavabdeh qurum iddiaçının konstitusion hüququ olan sosial təminat hüququna müdaxilə etmişdir. Halbuki inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən də inzibati icraat aparırlar. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır.
16. Hazırki işdə iddiaçı barəsində qəbul edilmiş ##.##.2022-ci il tarixli *********** saylı və ##.##.2022-ci il tarixli *********** saylı qərarların “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallarla bağlı əldə edildiyi müəyyən olunmur. Belə olan halda şəxsin həmin inzibati aktın məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu açıq- aşkardır. Digər tərəfdən, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etdikdən sonra həmin məbləğin ona ödənilməli olan əmək pensiyası ilə 2526,05 manat hissəsini əvəzləşdirmiş və daha sonra isə iddiaçının penrsiyasından tutulmalar aparmağa başlamış, bu zaman da iddiaçının razılığını almamışdır.
17. Işə apellyasiya qaydasında baxılan zaman ##.##.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili vəkil2 ərizə verib iddia tələbini dəqiqləşdirərək, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli *********** saylı və ##.##.2022-ci il tarixli *********** saylı qərarların ləğv edilməsi və həmin qərarlar əsasında İddiaçı əvəzləşdirilməklə dərhal tutulmuş 2526 manat 05 qəpik məbləğin və sonradan onun pensiyasından tutulmuş bütün məbləğlərin ona qaytarılması vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin dəqiqləşmə ərizəsi məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “iddiaçı barəsində Cavabdehnın qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli *********** saylı və ##.##.2022-ci il tarixli *********** saylı qərarlarının bötüvlükdə ləğv edilməsi”nə dair gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, həmin qərarların yalnız 13-cü bəndləri iddiaçının qanunla qorunan hüquq və maraqlarına toxunur. Odur ki, birinci instaniya məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı cavabdeh qurumun mübahisələndirilən qərarlarının bütövlükdə ləğv edilməsi hissəsində dəyişdirilərək, həmin qərarların yalnız 13-cü bəndi ləğv olunmalı və həmin qərarlar əsasında İddiaçı əvəzləşdirilməklə dərhal tutulmuş 2526 manat 05 qəpik məbləğin və sonradan onun pensiyasından tutulmuş bütün məbləğlərin iddiaçıya qaytarılması vəzifəsi cavabdeh qurumun üzərinə qoyulmalıdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etirazın dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
TƏTBIQ EDILƏN HÜQUQ
21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28.1. inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 21. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
22. “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Maddə 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
26. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Avropa Insan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın təmin edilməsi üçün əsasların mövcud olub-olmaması ilə bağlı ilə məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.