Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4245/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Orqanizmin funksiyalarının 61-80 faiz arasında pozulması müəyyən edilməklə, imtinanın verildiyi tarixdən əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində ##.##.2013-cü il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol döş qəfəsinin ön parasternal xətt üzrə XI-XII qabırğa üstündə və epiqastral nahiyədən keçən qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçı ##.##.2014-cü ildə “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, X7: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29- Döş qəfəsinin travmaları => S20- Döş qəfəsinin səthi travması => S20.2- Döş qəfəsinin əzilməs... Diaqnozun mətni- Döş qəfəsinin sol yarısının ön parastermal xətyarasından sonrakı vəziyyət.Yara nahit üzrə X1-X II qabırğa Diaqnozun mətni: üstündə epigaastral naliyyədən negən güllə yarasından sonrakı vəziyyət, yara nahiyəsinin infiltrafı astmonevrofin sindrom, bir il müddətinə, meyar: 2.2. Ikinci dərəcə əlillik => DIGƏR: 2.2.11” ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçı ##.##.2015-ci ildə “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X7: XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni- döş qəfəsinin aşağı nahiyyəsinin odlu silahla yaralanmasından sonrakı vəziyyət, çapığın infiltrasiyası, kalkulyoz pielonefrit.daşlarin xaric olunmasi ilə. Meyar: 2.2. Ikinci dərəcə əlillik => DIGƏR: əzələ və vətərlərin döş qəfəsi səviyyəsində travmaları.” Bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçı ##.##.2016-cı ildə “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, X7: XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36- Hərbi əməliyyatlar => Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni- döş qəfəsinin aşağı nahiyyəsinin odlu silahla yaralanmasından sonrakı vəziyyət, çapığın infiltrasiyası, kalkulyoz pielonefrit.daşlarin xaric olunmasi ilə. Meyar: 2.2. Ikinci dərəcə əlillik => DIGƏR: əzələ və vətərlərin döş qəfəsi səviyyəsində travmaları.” 5 il müddətinə, növbəti qiymətləndirmə ##.##.2021-ci il olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir.
5. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2022-ci il tarixli, *******AASGW nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz (Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonrakı vəziyyət. Döş qəfəsinin ön divarının açıq yarası. Sol tərəfli döş qəfəsinin aşağı hisəsinin ön səthində və qarının sol yuxarı və orta hissəsində və döş qəfəsinin arxa səthinin açıq yarası) “xxxx” barədə qərar verilmişdir.
6. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2022-ci il tarixli, K********MIV nömrəli göndərişi əsasında qiymətləndirilmiş və ##.##.2022-ci ildə (Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət. Döş qəfəsinin ön divarının açıq yarası, Sol tərəfli döş qəfəsinin aşağı hissəsinin ön səthində və qarnın sol yuxarı və orta hissəsində, döş qəfəsinin arxa səthində kürək sümüyünün aşağı bucağı nahiyyəsində dartıcı çapıq toxumaları.) “Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional pozğunluqlar dəqiqləşdirilməyib. Əsas xəstəliyin ağırlaşmaları mütəxəssis rəyləri və instrumental müayinərlər ilə öz təsdiqini tapmır” səbəbi ilə imtina qərarı verilmişdir.
7. Daha sonra əlillik vəziyyəti DTSERA-da ##.##.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət. Döş qəfəsinin ön divarının açıq yarası, Sol tərəfli döş qəfəsinin aşağı hissəsinin ön səthində və qarnın sol yuxarı və orta hissəsində, döş qəfəsinin arxa səthində kürək sümüyünün aşağı bucağı nahiyəsində dartıcı çapıq toxumaları diaqnozu ilə qiymətləndirilmiş və “Diaqnoz xxxx” barədə qərar verilmişdir.
8. Iddiaçının əlillik vəziyyətinə * nömrəli X8 ##.##.2024-cü il tarixli, E********SIL nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: kəllədaxili travmaların nəticələri, başın travmasının nəticələri, Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: “Diaqnoz xxxx- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya ##.##.2024-cü il tarixdə verilmiş imtinanın ləğv edilməsi və ona 2-ci qrup əlillik dərəcəsinin ##.##.2021-ci il tarixdən təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1992-ci il tarixdən ##.##.1996-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. ##.##.1996-cı il tarixdə Azərbaycan Respublikası müdafiə nazirinin ##.##.1996-cı il tarixli *** nömrəli əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. ## #### 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində “Döş qəfəsin sol yarısının sol egiqastral nahiyəsinin dəlib keçən qəlpə yarası, Qapalı kəlləbeyin travması” almışdır. Sözügedən travma nəticəsində psixi problemləri yaranmışdır və bu səbəbdən də “Üzvi mənşəli (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu F 07.0. Anamnezində intihar cəhdilə” diaqnozu ilə dəfələrlə müayinə və müalicə olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi- Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarında Sosial 11. aşağıdakılar göstərilmişdir: İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2022-ci il tarixli, *******AASGW nömrəli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz xxxx” barədə qərar verilmişdir. Daha sonra, əlillik vəziyyəti DTSERA-da ##.##.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz xxxx” barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-12920/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2013-cü il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol döş qəfəsinin ön parasternal xətt üzrə XI-XII qabırğa üstündə və epiqastral nahiyədən keçən qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, başağrıları, ürəkbulanma, yüksək arterial təzyiq olmasından şikayətlənmişdir. Müayinə zamanı sol qabırğaaltı və qarının sol yan tərəfində çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam sərbəst və ağrısız olmuşdur. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə “əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir” kimi qeyd olunmuş, “Diaqnoz xxxx” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı eşitmə zəifliyi, əsəbləşdiyi zaman yaranan başağrılarından şikayətlənmişdir. Müayinə zamanı qarının sol tərəfində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, vətəndaş ~4-5 metr məsafədən əyləşərək sakit səslə danışmış, zəif tonu eşitməmiş, eşitmə cihazından istifadə etmədiyini bildirmişdir. Psixi statusunda üzvi xəstəliyini təsdiqləyici heç bir instrumental müayinə nəticəsi təqdim etməmiş, sənədləşmə və komissiyaya çağırılışlarla bağlı suallara reaksiya vermiş, spesifik tibbi suallarda susqun qalmış, 30 il öncəki travma ilə 2023-cü ildə başlayan psixiatrik sənədləşmələrini özü əlaqələndirə bilməmişdir. Baş ağrılarından şikayətlənmiş, eşitməsi bir qədər zəif olmuş, emosional-iradi stabil, patoloji affekt izlənilməmişdir. Primitiv şəxs kimi dəyərləndirilmiş, şəxsiyyətin patoloji dəyişikliyi aşkarlanmamışdır. * saylı X4 ##.##.2023-##.##.2023-cü il tarixli ****/** nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) şəxsiyyət pozuntusu. Kobud davranış pozuntuları, depressiv daxilolmalarla, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X2 ##.##.2023-cü il tarixli Bera test müayinəsinin nəticəsi “Sağ tərəfli orta (II), sol tərəfli ağır (lll-IV) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERA-da ##.##.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 20 db (normal), sol qulaq 45 db (II dərəcə eşitmə zəifliyi)” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERA-da ##.##.2024-cü il tarixli **** nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. FVC 75%, FEV1 86%. Tütünçəkmə 10 il müddət, günlük 2 qutu” qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz xxxx” barədə qərar qəbul edilmişdir.
12. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnin ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş ##.##.2024-cü il tarixli, **** nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, İ. Motivləşdirici Hissə. yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (Travma Mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F07.0 müəyyən edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”də “üzvi mənşəli (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu F07.0 Anamnezində intihar cəhdləri ilə” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * saylı “X4”nda “üzvi mənşəli (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. Koqnitiv funksiyaların zəifləməsi ilə” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhval ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. II. Yekun hissəsi: Inzibati iş materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən, məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqdim olunmuş tibbi sənədlər və məhkəmə ekspertizası zamanı, canlı müayinə olunmaqla keçirilən instrumental müayinələrin nəticələrinə əsaslanmaqla ##.##.1974-cü il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və ya qüsurlar aşkar olunur (diaqnozu) və həmin xəstəliyin təsnifat kodu nədir? Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F07.0 aşkar olunur. 2-ci sual: ##.##.1974-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla ##.##.2024-cü il tarixli E********SIL nömrəli Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşma onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F07.0 aşkar olunur. Bu diaqnoz ##.##.2024-cü il tarixli E********SIL nömrəli Forma 088-də qoyulmuş diaqnoza uyğundur. 3-cü sual: Əgər həmin göndərişdəki diaqnoz və ağırlaşmalar iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansılar iddiaçıda müşahidə olunur. Əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F 07.0 müəyyən edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil.
13. Bakı Inzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı barəsində tərtib olunmuş Forma-088-ə uyğun olaraq Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu qoyulsa da, iddiaçıda həmin xəstəlik kodu üzrə əlillik təyinatına əsas verən qiymətləndirmə xüsusiyyətləri aşkar olunmamışdır. Bakı * nömrəli X4 ##.##.2024-cü il tarixli, E********SIL nömrəli göndərişindən görünür ki, İddiaçı Bakı * saylı Respublika Psixiatriya Xəstəxanasında ##.##.2023-##.##.2023-cü il tarixlərdə (22 gün) F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə, * nömrəli X4nda ##.##.2023- ##.##.2023-cü il tarixlərdə (47 gün) F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə stasionar müalicədə olmuşdur. Bununla bağlı sonuncu tibbi göndərişdə iddiaçının son 6 ay ərzində həmin diaqnozla sonuncu dəfə stasionar müalicəsi iki dəfə cəmi 69 gün müddətinə olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnin ##.##.2024-cü il tarixli, **** nömrəli ekspert rəyinin tədqiqi hissəsində İddiaçı psixi statusu ilə bağlı qeyd edilmişdir ki, “Zahirən bir qədər gərgindir. Düşüncəsi aydındır. Bələdiyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Verilən sualları mahiyyətinə uyğun cavablandırır. Nitqi ardıcıldır. Təfəkkürü bir qədər ləngdir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Təsəvvür ehtiyatı yaşayış tərzinə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meyllidir. Xarici qıcıqlara qarşı həssaslığının bir qədər artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilmir. Emosional sferası qeyristabildir.” Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz.
15. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, ona ##.##.2024-cü il tarixdə verilmiş imtinanın ləğv edilməsi, ona orqanizmin funksiyalarının 61-80 faiz arasında pozulması müəyyən edilməklə imtinanın verildiyi tarixdən, yəni ##.##.2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və A.P.Oruczadə) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə verilmiş imtina ləğv edilmiş, ona orqanizmin funksiyalarının 61-80 faiz arasında pozulması müəyyən edilməklə imtinanın verildiyi tarixdən, yəni ##.##.2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 18.1. Məhkəmə araşdırması və iş üzrə təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, iddiaçıda Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” F07.0 müəyyən edilir. Bunu, anamnestik məlumatlar (kəllə-beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”də “üzvi mənşəli (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu F07.0 Anamnezində intihar cəhdləri ilə” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * saylı "X4”nda “üzvi mənşəli (qapalı kəllə beyin travması) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. Koqnitiv funksiyaların zəifləməsi ilə” diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və sair) sübut edir. Baxmayaraq ki, iddiaçı bu xəstəlikdən əziyyət çəkərək onda olan diaqnoz əlilliyin təyininə əsas verir, cavabdeh əsassız olaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. 18.2. Məhkəmə onu da bildirməyi zəruri hesab edir ki, “Əlilliyin müəyyən olunması meyarları”nda F07.0 kod altında nəzərdə tutulan xəstəlik (üzvi mənşəli şəxsiyyət pozuntusu) əsasında əlilliyin orqanizmin funksiyasının faiz göstəricisinin 35-60%, yoxsa 65-80% olmasından asılı olmayaraq, yalnız iki il müddətinə təyin olunması nəzərdə tutulmuşdur. Bu səbəbdən də ekspertiza mərhələsində iddiaçının orqanizminin pozulmasının faiz dərəcəsinin dəqiq müəyyən oluna bilməməsi hazırkı halda vəziyyəti iddiaçının ziyanına dəyişmir. Hər bir halda həmin diaqnoz altında olan xəstəliklər əlilliyin yalnız 2 il müddətində təyin olunmasına əsas verir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 həkim-psixiatrı ekspert rəyini imzalayan Mütəxəssis xüsusi texniki avadanlıq vasitəsilə məhkəmənin ##.##.2025-ci il tarixli iclasında iştirakı təmin edilmiş, həkim-psixiatr Mütəxəssis yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə” F07.0 və onun ağırlaşmalarının aşkar olunduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində “üzvi mənşəli şəxsiyyət pozuntusu” F07.0 diaqnozu öz əksini tapmaqdadır. Göründüyü kimi, diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarında öz əksini tapdığından və ağırlaşmalar iş materiallarına əsasən müəyyən edildiyindən iddia tələbi əsaslıdır.
19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazının dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
22. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nailolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsindəbilmədiyi halda.
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7-ci bənd. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
25. 2022-ci il ####un #-dək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 2.2-ci bənd. Ikinci dərəcə əlillik- xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.
26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 7.7.1. Spesifik şəxsiyyət pozuntuları, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 nəzərdə tutulmuşdur.
27. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ##.##.2024-cü il tarixdə verilmiş imtinanın ləğv edilməsi, ona orqanizmin funksiyalarının 61-80 faiz arasında pozulması müəyyən edilməklə imtinanın verildiyi tarixdən, yəni ##.##.2024-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
37. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
38. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
40. Bu mənada, kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.