Məhkəmə qərarları › İş №2-1(102)-4246/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4246/2025

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4246/2025 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsinə (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: plan-ölçü sənədinin müvafiq hissədə ləğvi və torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Səyyad Kərimov və Elşanə Vəliyevadan ibarət tərkibdə, Iddiaçı iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Ucar Ərazi Idarəsinə (üçüncü şəxs Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) qarşı “Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçıya məxsus torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Göyçay Rayon Icra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə Göyçay rayonu, Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmişdir.

2. Sözügedən torpaq sahəsinin hüdudları ##.##.1996-cı ildə naturada tanıdılaraq iddiaçının istifadəsinə verilmiş və buna dair müvafiq akt tərtib edilmişdir. (Aktda təhvil verilən torpaq sahəsinin ölçüsü 0,06 ha qeyd olunub.) Iddiaçı sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir.

3. X9 iddiaçı X4 ilə nikah bağlamışdır. Iddiaçı soyadını dəyişərək “Cəbrayılova” soyadını qəbul etmişdir.

4. Hazırda Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində Göyçay rayonun Potu kəndində yerləşən 3,0269 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2019-cu il tarixdə ************ reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

5. Qeyd olunan torpaq sahəsi torpaq islahatı zamanı üç ailənin mülkiyyətinə verilən, "Torpağa mülkiyyət hüququna dair" JN-572 KOD ******** saylı, JN-573 KOD ******** saylı və JN-574 KOD ******** saylı dövlət aktlarında göstərilən torpaq sahəsi olub və sonradan alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilməklə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətinə keçmişdir.

6. Belə ki, Göyçay rayon Aqrar Islahat Komissiyasının (bundan sonra - Göyçay rayon AIK) ## #### 1998-ci il tarixli ** nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X16 və onun ailə üzvlərinin mülkiyyətinə 1.11 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-572 KOD ******** saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə rəsmiləşdirilmişdir.

7. Göyçay rayon AIK-nin ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X2 və onun ailə üzvlərinin mülkiyyətinə 1.00 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-573, KOD ******** saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə rəsmiləşdirilmişdir.

8. X2 ##.##.2001-ci il tarixdə vəfat etməsindən sonra ##.##.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmiş və şəhadətnaməyə əsasən X5 və X6 mərhumun vərəsələri müəyyən edilmişlər. Onların adına AA seriyalı 004102 ##.##.2011-ci il tarixli plan və ölçü sənədi, həmçinin MA seriyalı ******* nömrəli ##.##.2011-ci il tarixli çıxarış tərtib edilmişdir.

9. Göyçay rayon AIK-nin ## #### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə Göyçay rayon Potu kənd sakini X14 və onun ailə üzvlərinin mülkiyyətinə 0.91 hektar torpaq sahəsi verilmiş, torpağa mülkiyyət hüququ JN-574, KOD ******** saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə rəsmiləşdirilmişdir.

10. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş ## ##### 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən JN-572, KOD ******** saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı X16 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.11 hektar torpaq sahəsi X10, DƏDRX-in 16-saylı Ərazi Idarəsi tərəfindən X10 adına MA seriyalı, ******* nömrəli, ##.##.2011-ci il tarixli çıxarış və AA ****** nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Sonradan Ş.Həsənova həmin torpaq sahəsini ##.##.2018-ci il tarixli ******* nömrəli müqavilə əsasında Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satmışdır.

11. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş ## ### 2011-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, JN-573, KOD ******** saylı "Torpağa mülkiyyət hüququna dair" dövlət aktı və MA seriyalı, ******* nömrəli, ##.##.2011-ci il tarixli çıxarışa əsasən X5 və X6 mülkiyyətinə verilmiş 1.00 hektar torpaq sahəsi X10, DƏDRX-nin ** saylı Ərazi Idarəsi tərəfindən X10 adına MA seriyalı, ******* nömrəli, ##.##.2011-ci il tarixli çıxarış və AA ****** nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Ş.Həsənova 1.0034 ha torpaq sahəsini ##.##.2018-ci il tarixli ******* nömrəli müqavilə ilə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satmışdır.

12. Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş ## #### 2012-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, JN-574, KOD ******** saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamə ilə Göyçay rayon Potu kənd sakini X14 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.91 hektar torpaq sahəsi ünvan 1 ünvanda yaşayan Yaqubov (Həsənov) Zeynal Dadaş oğluna satılmış, DƏDRX-in ** saylı Ərazi Idarəsi tərəfindən Yaqubov (Həsənov) Zeynal Dadaş oğlunun adına MA seriyalı, ******* nömrəli, ##.##.2012ci il tarixli çıxarış və A seriyalı, ****** nömrəli, ##.##.2018-ci il tarixli plan-ölçü sənədi tərtib edilmişdir. X7 ##.##.2018-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.91 ha torpaq sahəsini Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satmışdır.

13. Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Göyçay rayonu, Potu kəndində 3.0262 hektar torpaq sahəsi adına rəsmiləşdirilmişdir.

14. Iddiaçı Göyçay rayonu, Potu kəndi ərazisində yerləşən və istifadəsində olan 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciətə digər sənədlərlə yanaşı torpaq sahəsinin sxemi də əlavə olunmuşdur. Həmin sxem Göyçay RIHB-nin baş memarı, Potu kənd IƏD üzrə nümayəndəsi və Potu Bələdiyyəsinin sədri tərəfindən imzalanıb möhürlərlə təsdiq olunmuşdur.

15. Cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməkdən imtina etmiş və iddiaçıya ünvanladığı ## #### 2020-ci il tarixli ************ saylı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişdə göstərmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən, həmin torpaq sahəsinin digər mülkiyyətçiyə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş 408013034360 və ************ reyestr nömrəli torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyündən ərizənin icrasından imtina olunur.

16. Bundan sonra iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, üçüncü şəxsin mülkiyyətində olan və ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş koordinatlarla üst-üstə düşən hissədə ləğv olunmasını xahiş etmişdir.

17. Cavabdehin iddiaçıya ünvanladığı ## ###### 2020-ci il tarixli, ************ saylı məktubunda qeyd edilmişdir ki, Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (üçüncü şəxs) mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilmişdir. Hüquqların qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

18. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan və ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilən sxematik planda əks olunmuş X 730512.294 - Y 4499854.4, X 730541.876 - Y 4499842.2, X 730532.976 - Y 4499818.9, X 730503.386 - Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Icra Hakimiyyəti başçısının ## ###### 1996-cı il tarixli, *** nömrəli sərəncamı ilə Göyçay rayonu Potu kəndində yaşayan 24 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə, kolxozçu və digər kateqoriyalı vətəndaşlara ehtiyaclarına uyğun torpaq sahəsi verilməsi məqsədilə 1.48 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Potu bölgəsi üzrə nümayəndəliyin vəsatəti və “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** saylı müvəkkillər yığıncağının qərarı və siyahısı təsdiq edilmişdir. Həmin siyahının 8-ci sırasında şəhid ailəsi kimi iddiaçıya 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmiş, sözügedən torpaq sahəsinin hüdudları naturada tanıdılaraq iddiaçının istifadəsinə verilmiş və buna da müvafiq akt tərtib edilmişdir. Bundan sonra iddiaçı sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Iş üzrə üçüncü şəxs Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iddiaçının qardaşı X1, X3 və X15 qarşı tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa qoyulması, torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddianın əsaslılığını yoxlamaq üçün iş üzrə ekspertiza təyin edərək rəy almışdır. Rəydən görünür ki, üçüncü şəxsin Potu kəndində yerləşən 3.0262 ha torpaq sahəsi onun göstərdiyi yerdə yerləşir, lakin konfiqurasiya fərqi və koordinat sürüşməsi vardır. Belə ki, sənəddə göstərilən torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir.

20. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı ##.##.2020-ci il tarixli iddia ərizəsinə qarşı etiraz məktubunda qeyd etmişdir ki, Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyət hüququnun dövlət qeydiyyatı müvafiq hüquqmüəyyənedici və texniki sənədlər əsasında elektron məlumat bazasına uyğun olaraq aparılmışdır. cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır və torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır. Idarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən Idarə, dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

21. Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ####### 2020-ci il tarixli qərardadı ilə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

22. Məhkəmə tərəfindən məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-nin ekspertlərinə tapşırılmışdır. “xxxx” MMC-nin verdiyi rəylə müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi ilə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan və ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. X25 əsasən (islahat dwg) Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan və ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədi ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməmişdir. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. ##.##.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan və ölçü sənədində göstərilən 3.02 ha torpaq sahəsinin koordinatları faktiki naturada istifadə vəziyyətilə uyğunsuzluq təşkil edir. Ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN- *** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üstüstə düşmür. JN-572, JN-573 və JN-*** saylı dövlət aktlarının planı köhnə Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. Sonradan DƏDRX tərəfindən dövlət aktlarının məlumatları yeni koordinat sistemində (WGS-84) tərtib olunan Elektron Məlumat bazasına inteqrasiya edən zaman köhnə koordinat sistemində yığılan bütün daşınmaz əmlak elementləri (torpaq sahələrinin, çayların, kanalların, fərdi yaşayış evlərinin və s. kimi oriyentirlər) naturadakı coğrafi yerləşmə mövqeyi (məkan göstəriciləri) nəzərə alınmadan olduğu kimi köçürülmüşdür. Bu səbəbdən də müəyyən koordinat sürüşmələri xətası baş vermişdir. Eləcə də sözügedən torpaq sahələrində də ərazi üzrə koordinat sürüşməsi xətası yaranmışdır.

23. Şəki Inzibati Məhkəməsinin **(***)-***/**** saylı ## #### 2021-ci il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında cavabdeh2 üzərinə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan və ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 - Y 4499854.4, X 730541.876 - Y 4499842.2, X 730532.976 - Y 4499818.9, X 730503.386 - Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə iddiaçı Cəbrayılova (Əzizova) Fəxriyyə Əhməd qızına ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçı iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxs qeyd olunan torpaq sahələrini almamışdan əvvəl iddiaçının JN-572, JN-573 və JN*** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında qeyd olunan mülkiyyətçilər ilə mübahisəsi olmamışdır. Ərazinin ümumi xəritəsinə əsasən (kompleks yerquruluşu xəritəsi) JN-572, JN-573 və JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarında qeyd olunan torpaq sahələri ilə iddiaçıya Göyçay rayonu “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üst-üstə düşmür. Lakin 0,08 ha həyətyanı torpaq sahəsi ilə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan və ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsi üst-üstə düşür. Bunun səbəbi isə Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan və ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktlarına uyğun tərtib edilməməsi olmuşdur. Çıxarış və plan-ölçü sənədləri tərtib edilərkən qeyd olunan torpaq sahəsinin koordinatlarının naturaya nisbətdə koordinat sürüşməsi xətasına yol verilmişdir. Cavabdeh orqan özü də Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin elektron məlumat bazasına (DWJ) uyğun olaraq tərtib edilməsini qeyd etmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.

25. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişlər.

apellyasiya instansiyası məhkəməsində birinci icraat

26. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ####### 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.Hüseynov /sədrlik edən və məruzəçi/, G.Cavadova və V.Məlikov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

28. Üçüncü şəxs kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

kassasiya instansiya məhkəməsində birinci icraat 29.

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk növbədə, məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus torpaq sahəsinin yerinin, o cümlədən koordinatlarının müəyyən edilməsi və həmin sahənin naturada və ya texniki göstəricilərlə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi təşkil etməlidir. Iddiaçının təqdim etdiyi Göyçay RIH başçısının ##.##.1996-cı il tarixli, *** nömrəli sərəncamı və həmin sərəncamla təsdiq edilmiş siyahının mötəbərliliyi məhkəmə sorğuları vasitəsi ilə yoxlanılmış və Milli Arxiv Idarəsinin Göyçay Filialı tərəfindən verilmiş sənədlərlə təsdiqlənmişdir. Iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin planın əsli iş materiallarında yoxdur (notarial təsdiq edilmiş surəti mövcuddur). Bundan əlavə, həmin planla bağlı onu təsdiqləmiş orqanlara (Potu Bələdiyyəsinə, Göyçay Rayon Icra Hakimiyyətinə) sorğular ünvanlanmamış, həmin planın və orada əks olunan koordinatların hansı qaydada tərtib edilməsi ilə bağlı araşdırma aparılmamış, iddiaçıya aktla təhvil verilmiş (Aktda qeyd olunmuş sərhədlər əsasında) torpaq sahəsinin sxematik plandakı koordinatlarla üst-üstə düşüb-düşməməsi yoxlanılmamışdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, aktda torpaq sahəsinin ölçüsü 20 m x 30 m, planda 25 mx 32 m, iş materiallarında olan “Tikinti və torpaq sahələrinin Baş Planında isə (İ cild: iş v.120) torpaq sahəsinin ölçüsü 40 m x 20 m göstərilmişdir (Baş Planın “xxxx” MMC tərəfindən verildiyi ehtimal olunur). Göründüyü kimi, torpaq sahəsinin quruluşu ilə bağlı iş materiallarında olan sənədlərdə uyğunsuzluqlar mövcuddur. Qeyd edilənlərə əsasən işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsünü müəyyən etməli (0.06 ha, yaxud 0.08 ha), həmin torpaq sahəsinin yerləşmə yerini dəqiqləşdirməli (bu zaman, Torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Aktı və orada əks olunmuş sərhədləri, Göyçay rayon X21 əlavə olunmuş xəritədən çıxarış və Milli Arxiv Idarəsinin Göyçay Filialı tərəfindən həyətyanı torpaq fondu üçün ayrılan 1.48 ha torpaq sahəsinə dair yerquruluşu planı nəzərə alınmalı, iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik Planının sözügedən sənədlərdəki məlumatlara uyğunluğu müəyyən edilməlidir) və sahənin dəqiq və həqiqi koordinatlarını müəyyən etməlidir. Məhkəmə kollegiyası iddiaçı ilə üçüncü şəxsin torpaq sahələrinin üst-üstə düşməsinə dair aşağı instansiya məhkəmələrinin araşdırması ilə razılaşmayaraq qeyd etmişdir ki, “xxxx” MMC-nin ##.##.2020-ci il tarixli mütəxəssis rəyində, Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2020-ci il tarixli ekspert rəyində, Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2022-ci il tarixli rəyindən göründüyü kimi, iş materiallarında olan, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı sənədlərin məzmununda uyğunsuzluq vardır. Üçüncü şəxsə ayrılmış torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması işin mübahisəsiz halıdır və işdəki mötəbər sübutlarla da təsdiqlənir (dövlət aktları, reyestrdən çıxarışlar və plan-ölçü sənədləri). Iddiaçıya isə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin mümkünsüzlüyü nəzərə alındıqda, bu halda müxtəlif kateqoriyalı iki torpaq sahəsinin naturada üst-üstə düşməsi şübhə doğurur. Həmçinin, eyni qurum tərəfindən (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) müxtəlif icraatlarda (mülki və inzibati) verilmiş mütəxəssis rəylərinin məzmunu ziddiyyətlidir. Belə ki, birində torpaq sahələrinin koordinatlarında sürüşmə olub-olmadığını müəyyən etmək mümkün olmadığı qeyd edilsə də, digərində konfiqurasiya fərqi və koordinat sürüşməsinin mövcudluğu müəyyən edilmişdir. Həmçinin, rəydə plan və ölçü sənədindəki koordinatlarla, faktiki vəziyyət arasında uyğunsuzluq olduğu qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsinin onun iddia etdiyi torpaq sahəsi olub-olmaması məsələsini də araşdırmamışdır. Göyçay Rayon Məhkəməsinin *(***)***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hazırda məhkəmə mübahisəsi yekunlaşması barədə dəqiq məlumat yoxdur). Həmin icraatda Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iddia tələbinin əsaslandırlmasında cavabdeh şəxslərin 0.08 ha torpaq sahəsini qanunsuz zəbt etdiyini və həmin sahədə fərdi yaşayış evi tikildiyini qeyd etmişdir ki, həmin şəxslərdən biri də iddiaçının qardaşı - X1r. Odur ki, sözügedən zəbt edilmiş sahənin hazırda mübahisə predmeti olan torpaq sahəsi olub-olmaması, iddiaçının ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinin, mülki icraat çərçivəsində sökülməsi tələb olunan və digər şəxslər tərəfindən tikilmiş eyni ev olub-olmaması məsələsi də araşdırılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi ilə bağlı isə qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü və yerləşmə yeri dəqiq müəyyən edildikdən sonra qanuni əsaslar mövcud olduğu halda, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması barədə qərar qəbul edilə bilər. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

31. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev sədrlik edən, M.Əsədli və Ə.Məcidov) cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin # #### 2021-ci il tarixli qərarı ləğv edilmişdir. Inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməmişdir.

32. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilən “xxxx” MMC-nin ##.##.2021ci il tarixli *** nömrəli ekspert rəyi ilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin ##.##.2022-ci il tarixli məktubuna əlavə edilmiş ##.##.2022-ci il tarixli arayışında göstərilənlər arasında ziddiyyətlər mövcud olduğundan “xxxx” MMC-nin ekspert rəyində iddiaçıya verilmiş 0.08 ha torpaq sahəsinin sxematik planında əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m hissəsinin üçüncü şəxsin mülkiyyətində olan və 3.0224 ha torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi şübhə doğurur.

33. Iş materiallarından da göründüyü kimi, sərəncamla təsdiqlənmiş siyahıda göstərilən torpaq sahəsinin ölçüsü ilə faktiki iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü bir-birindən fərqlənir. Iddiaçı tərəfindən sözügedən Aktda ona ayrılan torpaq sahəsinin ölçüsünün 0.06 ha olması mübahisələndirilməmiş, ona daha sonra 0.02 ha torpaq sahəsinin də ayrılmasına dair hər hansı sənəd təqdim edilməmişdir.

34. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının adına Göyçay rayonu “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə verilmiş torpaq sahəsi əsasında “X4 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı” tərtib edilərkən torpaq sahəsinin koordinatlarının hansı əsaslarla, hansı meyarlarla və üsullarla müəyyən edilməsi göstərilmədiyindən kollegiya həmin sxematik planı sübut kimi mötəbər hesab etmir. Eyni zamanda iş üzrə təqdim edilmiş ekspert rəyləri də qeyd edilən sxematik plan əsasında verildiyindən, həmin rəylərlə sxematik plan əsasında müəyyən edilən hallara məhkəmə kollegiyası tənqidi yanaşır və sübut kimi qəbul etmir.

35. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli ekspert rəyində Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan və 408013046621 reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ilkin sənədlərə, yəni JN-572, JN-573 və JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarına uyğun tərtib edildiyi müəyyən edilmişdir.

36. Iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

kassasiya instansiya məhkəməsində ikinci icraat

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli ## ###### 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.Şəfiyev (sədrlik edən), X.Məmmədov və S.Vəliyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qərarında göstərmişdir ki, işə əvvəl baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasında rəy verən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ** saylı Ucar Ərazi Idarəsinin mütəxəssislərinin rəyində qeyd edilmişdir ki, ərazidə sənədlər işlənərkən torpaq sahəsinin koordinatlarında sürüşmə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Lakin mütəxəssis sürüşmənin olub-olmamasının müəyyən edə bilmədiyini göstərməsinə baxmayaraq, həmin rəyə əlavə etdiyi sxemdə (2-ci cild, səh 109) həm dövlət aktlarında göstərilən torpaq sahəsinin yerləşmə vəziyyərini (koordinatlarını), həm də plan ölçü sənədi üzrə yerləşmə vəziyyətini izahlı şəkildə göstərmişdir. Bu sxemdən sürüşmənin olduğu aydın şəkildə görünür. Həmin sxemdə cüzi fərqlə “xxxx” MMC-nin rəyinə əlavə olunmuş sxemlə (1-ci cild, səh 168) üst-üstə düşür. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

38. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: T.Həsənov sədrlik edən, Ə.Kərimov və Z.Sadiqov) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçı iddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Ucar Ərazi Idarəsinə qarşı (üçüncü şəxs: Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) “Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan və ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin ona məxsus 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş sxematik planda əks olunmuş X 730512.294 – Y 4499854.4, X 730541.876 – Y 4499842.2, X 730532.976 – Y 4499818.9, X 730503.386 – Y 4499831.1 koordinatlarla üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayonu “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmişdir. Apellyasiya məhkəməsi gəldiyi qərarı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qiymətləndirilən “xxxx” MMC-nin ##.##.2021-ci il tarixli *** nömrəli ekspert rəyi ilə məhkəmə kollegiyasına təqdim edilmiş mütəxəssis rəyləri və arayışlarda göstərilənlər arasında ziddiyyətlər mövcud olduğundan məhkəmə kollegiyası qeyd etmişdir ki, “xxxx” MMC-nin ekspert rəyində iddiaçıya verilmiş 0.08 ha torpaq sahəsinin sxematik Planında əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsinin 713 kv.m hissəsinin üçüncü şəxsin mülkiyyətində olan 3.0224 ha torpaq sahəsi ilə üst-üstə düşməsi mötəbər sübutlarla müəyyən edilmir. Eyni zamanda, əvvəlki apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Ucar Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X4 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üçüncü şəxs Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətinə verilərək ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin koordinatları məhkəmə tərəfindən təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin xəritəsində göstərilən ştrixlənmiş torpaq sahələri ilə üst-üstə düşmür. Şəki Apellyasiya Məhkəməsi tərəfindən təqdim olunan, “X4 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı”nda əks olunan koordinatlarla müəyyən olunan 0.08 ha torpaq sahəsi ilə üçüncü şəxs Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətinə verilərək ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış 3.0234 ha torpaq sahəsinin koordinatları məhkəmə tərəfindən təqdim olunan Göyçay rayonu Potu bələdiyyəsinin xəritəsində göstərilən ştrixlənmiş torpaq sahələri ilə üst-üstə düşmür. Odur ki, əlavə olaraq sxematik planı təsdiqləmiş Göyçay RIHB-nin baş memarı, Potu kənd IƏD üzrə nümayəndəsi və Potu Bələdiyyəsinin sədrindən məlumat tələb edilməsinə zərurət qalmamışdır. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı tərəf nə qədər ki, iddia etdiyi və naturada göstərdiyi, üçüncü şəxsin çıxarışına dair plan-ölçünün sərhədləri daxilində yerləşən torpaq sahəsinə çıxarış verilməsini tələb edirsə, yəni, sxematik plan, islahat xəritəsi və mütəxəssis rəylərinə uyğun olaraq Göyçay rayonu “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində (üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etmirsə, iddiaçının istifadəsinə torpaq sahəsinin verilməsinə dair hüquqmüəyyənedici sənədlərdə olan torpaq sahəsinin ölçüsü barədə ziddiyyətlərlə bağlı məsələnin də əlavə olaraq araşdırılmasına zərurət qalmır.

39. Iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri 40. Sözügedən torpaq sahəsinin planı isə Göyçay Rayon Icra Hakimiyyətinin başçısının baş memarı, Göyçay Rayon Icra Hakimiyyətinin başçısının Potu kənd bölgəsi üzrə nümayəndəsi və Göyçay Rayon Potu kənd bələdiyyəsinin sədri tərəfindən imzalanmış və möhürlənmişdir. Həmçinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi əvvəllər torpaq islahatı ilə əlaqədar üç ailəyə verilmiş, həmin torpaq sahələrinə torpağa mülkiyyət hüququna dair JN-572, JN-573 və JN-*** nömrəli dövlət aktları tərtib olunmuşdur. Sonradan həmin torpaq sahələri satılmış və üçüncü şəxsin mülkiyyətinə keçmişdir. Hər dəfə alqı-satqı zamanı cavabdeh tərəfindən yerquruluşu kadastr işləri aparılmış, yeni tərtib olunan plan ölçü sənədləri tərtib olunmuşdur. Yeni plan və ölçü sənədləri hazırlanan zaman, üçüncü şəxslə iddiaçının torpaq sahələri qonşuluqda yerləşdiyinə görə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə yanaşı, iddiaçının istifadəsində olan torpaq sahəsi də həmin plan ölçü sənədlərinin hamısında əksini tapmışdır. Həmin plan ölçü sənədlərindən görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələri nəinki üst-üstə düşmür, hətta həmsərhəd sahələr deyildir. “xxxx” MMC-nin rəyinə əlavə olunmuş sxemə (1-ci cild, səh.168) nəzər salınanda da aydın şəkildə görünür ki, üçüncü şəxsə aid olan torpaq sahəsində salınmış bağ sahəsinin davamı (bir hissəsi), iddiaçının torpaq yerləşən tərəfdə (kənd sakinlərinin evləri olan tərəfdə) deyil, əks tərəfdə (əkin sahəsi tərəfdə) qalır. Həmçinin aydın şəkildə görünür ki, bu sxemdə göy rənglə işarələnmiş dövlət aktlarının sərhədləri, əkin sahəsi olan tərəfdə qonşu torpaq sahələri ilə olan sərhədlərə uyğun görünür.

TƏTBIQ EDILƏN HÜQUQ

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

43. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

44. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

46. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

48. Sonuncu apelyasiya baxışı zamanı məhkəmə kollegiyası iş materiallarını, cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş mütəxəssis rəylərini, elektron kadastr məlumatlarını, islahat xəritələrini, plan-ölçü sənədlərini və digər sübutları birlikdə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, iddiaçının istinad etdiyi Göyçay rayonu “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsinin sxematik planında əks olunan koordinatlar ilə üçüncü şəxs Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olan və ************ reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış 3.0234 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahələri nəinki üst-üstə düşmür, hətta həmsərhəd belə deyillər.

49. Həmçinin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, üçüncü şəxsin mülkiyyət hüququnun əsasını təşkil edən JN-572, JN-573 və JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları torpaq islahatı sənədlərinə uyğun qaydada verilmiş, sonradan həmin torpaq sahələri notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında qanuni şəkildə özgəninkiləşdirilmiş və nəticə etibarilə üçüncü şəxsin adına dövlət qeydiyyatına alınmışdır. Üçüncü şəxsə verilmiş çıxarışın və plan-ölçü sənədinin həm ilkin hüquqmüəyyənedici sənədlərə, həm də dövlət elektron informasiya bazasındakı məlumatlara tam uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, üçüncü şəxsə məxsus torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədi qanuni əsaslarla tərtib olunduğundan onların ləğvi üçün hüquqi əsas mövcud deyildir.

50. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi və “X4 ayrılmış 0.08 ha torpaq sahəsinin sxematik planı” kimi təqdim olunan sxematik plan faktiki olaraq iddiaçının naturada göstərdiyi və üzərində fərdi yaşayış evi yerləşən torpaq sahəsini əks etdirmişdir. Halbuki həmin torpaq sahəsi iddiaçının hüquqmüəyyənedici sənədlərində göstərilən torpaq sahəsinin yerləşdiyi əraziyə uyğun gəlmir. Əksinə, mütəxəssis rəyləri və elektron kadastr məlumatları ilə müəyyən olunmuşdur ki, həmin ərazi üçüncü şəxsin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşir və iddiaçının hüquqi sənədlərində nəzərdə tutulan torpaq sahəsindən fərqli ərazidir.

51. Apelyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı tərəf nə qədər ki, iddia etdiyi və naturada göstərdiyi, üçüncü şəxsin çıxarışına dair plan-ölçünün sərhədləri daxilində yerləşən torpaq sahəsinə çıxarış verilməsini tələb edirsə, yəni, sxematik plan, islahat xəritəsi və mütəxəssis rəylərinə uyğun olaraq Göyçay rayonu “Ə.Kərim” adına kolxozun ##.##.1996-cı il tarixli ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə ona ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində (üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etmirsə, iddiaçının istifadəsinə torpaq sahəsinin verilməsinə dair hüquqmüəyyənedici sənədlərdə olan torpaq sahəsinin ölçüsü barədə ziddiyyətlərlə bağlı məsələnin də əlavə olaraq araşdırılmasına zərurət qalmır.

52. Beləliklə, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur.

53. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından üçüncü şəxsin adına verilmiş plan-ölçü sənədinin müvafiq hissədə ləğv edilməsi və iddiaçının adına müvafiq çıxarışın verilməsi ilə bağlı məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

54. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar