Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-425/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, iş dayandırılmasından imtina barədə qərardaddan şikayət verilə bilməz. üzrə icraatın Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaç ı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” **********193980 saylı 26.11.2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1920/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı inzibati aktın mübahisələndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “**********193980 saylı 26.11.2019-cu il t arixli inzibati aktın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qeydiyyatına alınaraq sahibkarlıq fəaliyyətinə başlamış və müəyyən edilmiş vergilər vaxtı-vaxtında ödənilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” **********193980 saylı 26.11.2019-cu il tarixli qərar qəbul edilmişdir. İddiaçı qərarla razılaşmır, həmin qərar qanunsuz və əsassızdır. Çünki səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş qərar sübut və dəlil əsasında deyil, güman və ehtimal əsasında qəbul edilmişdir. Hesablanmış vergi borcları tamamilə qanunsuzdur və həmin inzibati akt ləğv edilməlidir. Belə ki, həmin vergi borcları ilə bağlı əsasların izah edilməsi, dəlil və sübutların təqdi m edilməsi üçün cavabdeh inzibati orqana dəfələrlə müraciət edilməsinə baxmayaraq, hər hansı əsaslı və qənaətbəxş cavab bildirilməmişdir. Qərarda 330212,12 manat məbləğində əlavə vergi məbləği və buna uyğun 165106,1 manat maliyyə sanksiyasının hesablanması heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır.
3. İşə baxılarkən cavabdeh tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatət daxil olmuşdur. Vəsatətdə göstərilmişdir ki, səyyar vergi yoxlaması ilə müəssisəyə 3571,31 manat mənfəət vergisi, 326640,81 manat əlavə dəyər vergisi olmaqla, cəmi 330212,12 manat əlavə dəyər vergisi hesablanmış, müvafiq olaraq 165106,1 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşkar edilmiş faktlarla əlaqədar hal-hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ********* saylı cinayət işi üzrə cinayət mühakimə icraatı davam etdirilir. Həmçinin, cinayət işinin istintaqı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin 9/1707 saylı 08.08.2020-ci il tarixli rəyi ilə səyyar vergi yoxlaması zamanı hesablanmış əlavə vergilər öz təsdiqini tapmışdır. Buna görə də cinayət işi üzrə icraat başa çatanadək hazırki iş üzrə icraat dayandırılmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2321/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: M.C.Qarayeva) vəsatət təmin edilməmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, nə qədərki müvafiq cinayət işi aidiyyəti üzrə məhkəmənin icraatına göndərilməmişdir, həmin cinayət işi (cinayət təqibi) üzrə yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılmas ı İPM-in 7.2-ci maddəsi ilə uzlaşmır.
6. Məhkəmənin həmin qərardadından cavabdeh apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2321/2020 saylı 14 sentyabr 2020-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1920/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: E.E.Nağıyeva və N.Ş.Cəfərov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işdə iddiaçının mübahisələndirdiyi İddiaçı MMC ilə bağlı tərtib edilmiş inzibati akt həmin müəssisədə aşkar edilmiş vergi qanunvericiliyin in pozulması halı ilə əlaqədar qaldırılmış cinayət işinin araşdırma əsaslarından biri kimi çıxış etdiyi üçün həmin cinayət təqibinin hazırki inzibati mübahisənin həllinə təsiri deyil, əksinə, inzibati mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarının cinayət təqibinə təsir edəcəyi müəyyən olunur. Belə olan halda, hazırki işdə icraatın dayandırılması üçün qeyd olunan normada göstərilən əsaslar mövcud olmadığından, bu barədə vəsatətin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
9. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddiaçının iddia tələbi üzrə məhkəmə baxışının, həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatanadək dayandırılması xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, M ƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə İnzibati Prosessual Məcəllənin tələblərinə cavab vermir. Belə ki, qeyd olunan cinayət işi üzrə cinayət təqibinin hazırkı mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, həmin hallar cinayət təqibi zamanı araşdırılmalıdır. Belə ki, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq ifadələr əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiy a şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili şikayət üzrə kassasiyanın mümkün sayılmasını, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 81.1 İnziba ti məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati tərəfindən baxılır. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, ap ellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
16. Belə ki, yuxarıda qeyd edilən prosessual hüquq normalarına əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.( İPM, 81.1 və 83.1)
17. Normaların əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə qərardadlarından o halda şikayət veri lə bilər ki, onların müstəqil mübahisələndirilməsi İPM-də nəzərdə tutulmuş olsun.
18. Hazırkı halda, iş üzrə icraatın dayandırılmasından imtinaya dair qərardaddan şikayət verilməsi İPM-də nəzərdə tutulmamışdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1920/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.