Məhkəmə qərarları › İş №2-1(102)-425/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-425/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-425/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (üçüncü şəxs tərəfindən verilmiş kassasiyanın mümkün sayılmaması, şikayətin verilməsi müddətinin ötürülməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair inzibat i iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1591/2021 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpası barədə ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı (Ş/V: AZE ********, FİN: 39GOC68) 1 noyabr 1977-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1999-2017-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmətdə olmuşdur.

2. Hesab edir ki, 2017-ci il tarixdə Silahlı Qüv vələrdən ehtiyata buraxılarkən ona qanunvericilikdə nəzərdə tutulmuş 3 aylıq növbəti məzuniyyət verilməmiş və cavabdeh tərəfindən həmin müddət məlumat vərəqəsinə daxil edilməmiş, bu səbəbdən ona pensiya təyin olunarkən qeyd olunan müddət nəzərə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, istifadə etmədiyi növbəti məzuniyyət müddətinin xidmət illərinə əlavə olunaraq, pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə q oyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(112)-1912/2021 nömrəli (hakim Nəriman Abıyev) qərarı ilə iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmalıdır. Öz arzusu ilə ehtiyata buraxıldığı üçün hazırkı iş üzrə iddiaçıya, onun tərəfindən tələb olunan 3 ay müddətində növbəti məzuniyyətin verilməsi qanunvericilikdə nəzərdə tutulma dığından, həmin müddət də məlumat vərəqəsinə daxil edilə bilməz.

6. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunması xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1591/2021 nömrəli qərarı ilə (hakimlər Səadət Bəktaşi-sədrlik edən və məruzəçi, Azər Hüseynov və Aida Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddiaçının istifadə etmədiyi növbəti məzuniyyətin xidmət illərinə əlavə olunaraq, pensiyanın yenidən hesablanması üçün əlavə məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməninin 115-ci və 120-ci maddələrinə görə, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət yaşa və ya xəstəliyə görə ehtiyyata buraxılmış şəxslərlə yanaşı, həm də 20 il və daha artıq xidmət etmiş hərbi qulluqçulara da şamil olunur. Bu səbəbdən qanunvericilikdə Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəli yinə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara münasibətdə nəzərdə tutulmuş hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti 3 aylıq məzuniyyət iddiaçıya da verilməlidir.

9. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.

10. Həmçinin üçüncü şəxs hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

11. Azərbaycan Respublik asının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.

14. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

15. Kassasiyanın şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

16. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin şikayət vermə hüququ olan şəxs tərəfindən verilmədiyi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə veril diyi müəyyən olunmuşdur. Qeyd edilən hallar kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir.

17. Hazırkı mübahisəyə dair iş üzrə şikayət üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən məhkəmələr tərəfindən bu qərarın 12-ci bəndində istinad olunan Qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır.

18. Bu qərarın 12-ci bəndində istinad olunan həmin Qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyasının aşağıdakı hüquqi mövqeyi ifadə olunmuşdur: “69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. İPM-in 90.2-ci maddəsində də inzibati məhkə mələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən, bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə, həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kass asiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir. Hazırkı qərardadın çıxarılmasına əsas təşkil etmiş konkret iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya məhkəməsinin qərarından müstəqil qaydada kassasiya şikayəti vermək hüququnun olub-olmadığı ilə bağlı məsələyə münasibətdə isə aşağıdaklılar nəzərə alınmalıdır. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başq a faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası qanunvericiliyin tələblərini nəzərə almaqla yuxarıda istinad olunan Qərardadında daha sonra qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi pinsi pindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə, məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə, sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər.

20. Həmin Qərardada görə, inzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatınd a qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunur.

21. Məhkəmə kollegiyası hazırkı mübahisəyə 17 fevral 2022-ci il tarixli Qərardadın kontekstində qiymət verərək bildirir ki, məhkəmə icraatında cavabdeh qismində Dövlət Sərhəd Xidməti çıxış edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

22. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının, ümumiyyətlə, hazırkı mübahisə üzrə məhkəmə icaatına üçüncü şəxs qismindlə cəlb edilməsi üçün İPM-in 28-ci maddəsi anlamında əsaslar mövcud olmamışdır. Belə ki, qəbul ediləcək məhkəmə qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadında ətraflı şərh olunmuş səbəblərə görə, onun hüquqlarına və qanunla qorunan maraqlarına toxunma potensialına malik deyildir. Qeyd olunanlar baxımından, hazırkı mübahisəyə münasibətdə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.10.2021-ci il tarixli, 2-1(103)-1591/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbul edilməsindən imtina edilməlidir.

23. Digər tərəfdən, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarının araşdırılması zamanı Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 15 oktyabr 2021ci il tarixli, 2-1(103)-1591/2021 saylı qərarının üçüncü şəxsə 05 noyabr 2021-ci il tarixdə təqdim edildiyi, sonuncu tərəfindən müvafiq məhkəmə qəbzinə imza etməklə apelyasiya instansiyası məhkəməsinin qərarının qəbul edildiyi müəyyən olunmuşdur. Üçüncü şəxs həmin qərardan 15 dekabr 2021-ci il tarixdə şikayət vermişdir. Şikayətin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Beləliklə, kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 (bir) aylıq müddətin ötürülməsi işin mübahisəsiz halıdır. Üçüncü şəxsin özünün ərizəsində də qərarın təqdim edilməsi və şikayətin verilməsi tarixləri, eləcə də şikayət verilməsi müddətinin ötürülməsi mübahisə edilmir.

24. Müddətin bərpası barədə ərizədə üçüncü şəxs tərəfindən kassasiya şikayət inin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbinin üzürlü hesab olunması xahiş edilir. Üçüncü şəxs ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aparılan struktur islahatları və məhkəmə işlərinin vahid mərkəzdən idarə olunması ilə bağlı mərkəzləşdirmə siyasəti nəticəsində Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialın icraatında olan bütün işlərin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filiala təhvil verilməsi prosesi gedir. Ona görə də, təhvil prosesi zamanı üçüncü şəxs tərəfindən kassasiya şikayətinin verilməsi müddəti qısa zaman üçün ötürülmüşdür.

25. İlkin hüquqi vəziyyətin bərpa olunması institutu ancaq qanunla müəyyən edilmiş müddətlərin, o cümlədən şika yətin verilməsi müddətinin buraxıldığı hallarda istifadə olunur. Bu zaman müddəti buraxan proses iştirakçısına həqiqətən mane olan halların mövcudluğu müəyyən edilməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi yalnız o zaman mümkündür ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmasın. Yuxarıda istinad olunan norma anlamında təqsir dedikdə qəsd və ya kobud ehtiyatsızlıq başa düşülməlidir.

26. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08.05.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəf indən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.

27. Üçüncü şəxs müddətin bərpası barədə ərizədə, müddətə əməl olunmasına mane olan və ya müddətin ötürülməsinə səbəb olan hallar qismində struktur islahatlarının və məhkəmə işlərinin vahid mərkəzdən idarə olunması ilə bağlı mərkəzləşdirmə siyasətinin həyata keirilməsinə istinad etmişdir.

28. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi hallar proses iştirakçısı tərəfindən müddətə əməl edilməsinə həqiqətən mane olan, onun şikayət vermək imkanlarını həqiqətən məhdudlaşdırmaq və ya istisna etmək keyfiyyətinə malik olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan hallar və ya səbəblər cavabdehin iradəsinə bağlı olmuşdur. Həmçinin cavabdeh həmin maneələri aradan qaldırmaq imkanında və iqtidarında olmuşdur. Qeyd olunan mənada müddətin üzürlü səbəbdən buraxılması yalnız o halda və o zaman mövcud olur ki, həmin müddət maraqlı şəxsin iradəsindən asılı olmayan səbəblərdən və ya hallardan ötürülmüş olsun. Bundan əlavə, cavabdeh imkanı çərçivəsində olmasına rəğmən müddətə riayət olunmasını təmin etmək üçün zəruri və mümkün ehtiyat tədbirlərini də görməmişdir. Bu baxımdan cavabdehin istinad etdiyi hallar müddətin ötürülməsinin üzürlü səbəbləri qismində nəzərdən keçirilə və ilkin hüquqi vəziyyətin bərpasını şərtləndirə bilməz. Odur ki, ərizədə qeyd edilən dəlillər müddətin buraxılmasının üzürlü səbəbi kimi qəbul edilə bilməz.

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün müddət üçüncü ş əxs tərəfindən üzürlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Beləliklə, bu baxımdan da kassasiyanın mümkün sayılması istisna edilir.

30. Beləliklə, hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kassasiya mümkün sayılmamalıdır.

31. Yuxarıda şərh edilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 21(103)-1591/2021 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar