Məhkəmə qərarları › İş №2-1(102)-425/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-425/2025

25.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-425/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Abşeron rayonu Novxanı Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.06.2025 hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər: X17 və X12) qarşı “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü i l 05 sentyabr tarixli, 2-1(105)-629/2024 nömrəli qərarından üçüncü şəxslər X17 və X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Abşeron rayonu Novxanı bələdiyyəsinə qarşı “Novxanı bələdiyəsinin xx.xx.2021-ci il tarixli iclasın 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin Mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına dair 2/1 qərarı və “X14” X28in Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 05 may 2022-ci il tarixli 94/1 saylı protokolu etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ər izə təqdim edərək, “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv edilməsi”nə dair qərar qərar qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin 2022-ci il 12 dekabr tarixli, 2-1(118)-3391/2022 nömrəli qərarı ilə “X14” X28 Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası və X18, 2-1(118)-872/20223 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 və X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.

4. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının etibarsız hesab edilməsi”ni xahiş etmişdir və apelyasiya instansiyası məhkəmə kollegiyasının 29 avqust 2024-cü i l tarixli protokol qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X18 iddiaçının övladıdır. Həyat yoldaşı olmuş və yuxarıda qeyd etdiyi övladının atası olmuş X25 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfat etmiş X19 övladları və o, qanun üzrə vəfat etmiş şəxsin vərəsələridir. Onun istifadəsində Abşeron rayonu Novxanı kəndində 0,10 ha torpaq sahəsi olmuşdur. X8 ona bildirmişdir ki, həmin torpaq sahəsini ona versə, o vəfat etmiş və onun atası olmuş X19 digər əmlaklarında olan payından anasının xeyrinə imtina edəcək. İddiaçı ona inanaraq onun xahişi ilə 26 saylı notariat ofisinə gedərək ərizə yazmışdır. xx.xx.2021-ci il tarixli ə rizəsində X11 göstərişi ilə bildirilmişdir ki, onun istifadəsində olan Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etmir, razıdır. Sonradan bilmişdir ki, X7 bələdiyyəsi ilə razılaşaraq ona bu formada ərizəsini notariat ofisində yazdırmışdır. Bundan sonra 05 may 2022-ci il tarixdə Novxanı bələdiyyəsinin sifarişi ilə “X14” X28in Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərrac təşkil edilmiş və sözü gedən torpaq sahəsi 4350 manata satılmışdır. Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi cəmi 4350 manata satılmışdır. Halbuki, həmin torpağın bazar qiyməti ******* ***0 manat civarındadır. Burdanda məlum olur ki, Novxanı bələdiyyəsi ilə Mirzəyeva Samirə əlbir olaraq onu aldatmışdırlar. Novxanı bələdiyyəsi 0,10 ha torpaq sahəsinə dair qərardan çıxarışın və hərrac protokolunun sürətlərinin alınmasına dair sorğu verilmişdir, xx.xx.2022-ci il tarixdə sorğuya cavab alınmışdır. ƏMDX-nin Abşeron Ərazi Şöbəsindən isə sorğuya xx.xx.2022-ci il tarixdə cavab alınmışdır. Bundan sonra X18 atasından və o cümlədən onun həyat yoldaşı olmuş X15 qalmış digər əmlakdakı payından imtina etməmişdir. Digər əmlakda payını notarial qaydada müəyyən edərək mülkiyyət hüququnu tanıtmışdır. Sonradan bilmişdir ki, bunları cavabdeh X22 Bələdiyyəsi ilə məsləhətləşmiş və onu aldatmışdır. Belə olan halda Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasın 0,10 ha t orpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin Mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına dair 2/1 qərarı və “X14” X28in Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 05 may 2022-ci il tarixli 94/1 saylı protokolu etibarsız hesab edilməlidir.

6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı iddia tələbi əsassız, qərəzli, formal mülahizələrə əsaslanmaqla tərtib edilmişdir. Aşağıda göstərilənlərə əsasən həmin iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin hərracmüsabiqə vasitəsilə satılmasına dair notarial qaydada Novxanı bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Novxanı bələdiyyəsi vətəndaşın ərizəsini nəzərə alaraq istifadəsində olan 0,10 hektar torpaq sahəsinin satılması barədə qərar qəbul edərək hərrac komissiyasına müraciət etmişdir. Hərrac komissiyasında hərrac təşkil olunmuş, vətəndaşın istifadəsində olan 0,10 hektar torpaq sahəsi qanunamüvafiq olaraq satılmışdır..

7. Sumqayıt İnzibati Məhkəməsinin 2023-cü il 21 noyabr tarixli, 2-1(118)-872/2023 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilmiş və Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı əsasın da mərhuma satılmış torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Mərhuma torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hər hansı səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. X10 tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciətin edilməməsi onun mülkiyyət hüquqlarının pozulması və ya həmin hüquqlarından məhrum edilməsinin əsası ola bilməz. İddiaçı onun aldadıldığını, torpaq sahəsinin satılmayacağını zənn etdiyini bildirərək, torpaq sahəsinin satılmasına etirazının olmaması ilə bağlı 05 noyabr 2021-ci il tarixli ərizə imzalamışdır. Lakin daha sonra aldadıldığını anlayaraq, 05 noyabr 2021-ci il tarixdə həmin ərizəyə xitam verildiyini qeyd etmişdir. İnzibati iş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etməmiş, 05 noyabr 2021-ci il tarixdə isə həmin ərizənin icraatına xitam verilmişdir. MA seriyalı, ******* saylı, xx.xx.2010cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı i lə X3 baxmayaraq, yenidən Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarı ilə hər bir sotu 435 manat olmaqla satılması üçün Hərracların təşkili üzrə X16 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət olunması qərara alınmışdır. Həmin qərar əsasında “X14” X28 Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasında qeyd olunan torpaq sahəsinin hərracı həyata keçirilmiş, X17 müsabiqənin qalibi olmuş, hərracın nəticəsi olaraq, 4Ə-1017 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən X4 və sonuncunun mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla dövlət qeydiyya tına alınmışdır. Daha sonra torpaq sahəsi 4Ə-428 reyestr nömrəli, 01 iyun 2023-cü il tarixli alqı- satqı müqaviləsi ilə X1 və sonuncunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış tərtib edilmişdir. Göründüyü kimi X13 torpaq sahəsinin satılması yuxarıda göstərilən qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, bələdiyyə tərəfindən bir vətəndaşa satılmış torpaq sahəsinin sonradan digər bir vətəndaşa satılması nəzərdə tutulmamışdır. Bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahəsini digər şəxslərə sata bilər. Bələdiyyə tərəfindən yol verilmiş hüquq pozuntusu – yəni mərhum X6 torpaq sahəsinin sonradan X2 onun konstitusion h üququ olan mülkiyyət hüququnun pozuntusuna gətirib çıxarmışdır.

9. Üçüncü şəxslər X12 və X17 həmin qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişlər. b) Apellyasiya instansiya məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 05 sentyabr tarixli, 2-1(105)-629/2024-010 nömrəli qərarı ilə (hakimlər: İ.R.Quliyev - sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və M.V.Şərifova) üçüncü şəxslərin apellyasiya şikayəti rədd edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2023-cü il 21 noyabr tarixli 2-1(118)872/2023 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş və Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı etibarsız hesab edilmişdir.

11. Apellyasiya instansiyası məh kəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 ha torpaq sahəsi yaşayış evi tikintisi məqsədilə X3 baxmayaraq, cavabdeh bələdiyyə torpaq sahəsi üzərində səlahiyyəti olmadığı halda sərəncam vermişdir. Bu hal iş materiallarına əlavə edilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarından çıxarış və Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarından çıxarış ilə müəyyən edilir. Belə ki, Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarından çıxarışdan görünür ki, Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 ha torpaq sahəsinin yaşayış evi tikintisi məqsədilə X5 qərara alınmışdır.

12. Həmçinin Abşeron rayonu Novxanı bələdiyyəsi nin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarından çıxarışdan görünür ki, Novxanı Bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 hektar torpaq sahəsinin yaşayış evi tikmək məqsədilə hər bir sotu 435 manat olmaqla satılması üçün Hərracların təşkili üzrə X16 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət olunması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətində istinad edilən dəlillərdən biri iddia müddətinin ötürülməsi ilə bağlıdır. Belə ki, apellyasiya şikayətində qeyd olunmuşdur ki, mübahisələndirmə haqqında iddialar üzrə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin istinad olunan dəlilinə münasibətdə bildirmişdir ki, hazırkı iddia in zibati aktın etibarsız sayılmasına dair iddia olduğundan növünə görə müəyyən etmə və ya tanınma haqqında iddiaya aiddir. İnzibati prosessual qanunvericilikdə isə bu növ iddialar üçün xüsusi mümkünlük şərti olaraq iddia müddəti nəzərdə tutulmamışdır. Odur ki, iddia müddətini tətbiq etməklə hazırki iddia tələbini mümkün sayılmaması ilə bağlı üçüncü şəxslərin mövqeyi qanuni və əsaslı sayıla bilməz.

14. Eyni zamanda apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, X20 torpağın ayrılması barədə qərar qəbul edilərkən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumunun və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətinin rəyi alınmamış, məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamış, münasibət bildirilməmişdir. Apellyasiya in stansiyası məhkəməsi apellyasiya şikayətinin bu dəlilinə münasibətdə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarındakı mövqeyi xatırlatmışdır ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edil məsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Hazırki halda da Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı X10nun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiqləyən hüquqmüəyyənedici sənəddir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları ümumiləşdirərək hesab etmişdir ki, bələdiyyənin səlahiyyəti olmadığı halda qəbul etdiyi 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı etibarsız hesab olunmalıdır. Birinci instansiya məhkəməsi isə inzibati aktın etibarsız hesab olunması əsaslarının mövcudluğunu nəzərə almadan, bələdiyyə qərarının ləğv edilməli olduğu qənaətinə gəlmişdir. İşin qeyd edilən halları iddiaçı tərəflə müzakirə edilərkən, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının etibarsı z hesab edilməsi”ni xahiş etmişdir. Məhkəmə kollegiyasının 29 avqust 2024-cü il tarixli protokol qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Beləliklə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı etibarsız hesab edilməlidir.

16. Üçüncü şəxslər X17 və X12 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə

145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İİİ.Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Maddə

150. Bələdiyyə aktları İ. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. 20. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:

16. Bələdiyyənin iclası (-)

4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. (-). Maddə

16. Bələdiyyənin iclası...

4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə

48. Bələdiyyə qərarlarının məcburiliyi

1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.

2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin po zulmasına yönəldilə bilməz.

3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.

4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

5. Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur. 21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasın ın Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri 1.Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 2.Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bə lədiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının isti fadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq lınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kən ar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. 23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Bələdiyyə torpaqları

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar;fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.

2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarını n və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 24. “İnzibati icraat haqqında” Qanun: Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzi bati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır:... 65.1.2.müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

25. İnzibati Prosessual Məcəllə: Maddə

94. Kassasiya şikayətinin ver ilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılma sı barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüqu qi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məh kəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdeh inzibati orqan bələdiyyə torpaqlarının ayrılması ilə bağlı bələdiyyə qərarlarının qəbul edilməsi sahəsində qanunvericiliyin tələblərinə əməl etməyərək, iddiaçının həyat yoldaşına hüquqmüəyyənedici sənəd olan bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsi üzərində səlahiyyətli olmadığı halda, həmin torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələblərinə əsasən bələdiyyələr yalnız başqa f iziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmiş boş torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edə bilərlər. Lakin cavabdeh bələdiyyə iddiaçının mərhum həyat yoldaşına bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinin üçüncü şəxsə ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, “İnzibati icraat haqqında” Qanunu pozmaqla etibarsız inzibati akt qəbul etmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 3

3. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər X17 və X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 05 sentyabr tarixli, 2-1(105)-629/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar