Məhkəmə qərarları › İş №2-1(102)-4259/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4259/2025

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4259/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Əmək kitabçasında olan məlumatlara görə İddiaçı ##.##.1976-cı il tarixdən ##.##.1979-cu il tarixədək Sumqayıt ** saylı texniki peşə məktəbində təhsil almış, ##.##.1979-cu il tarixdən ##.##.1982-ci il tarixədək Sumqayıt Superfosfat zavodunda laborant, ##.##.1983-cü il tarixdən ##.##.1987-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Mənzil Kommunal Kontorunda xadimə, ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək * №-li Yeni Bakı Broyler Fabrikində, ##.##.1991-ci il tarixdən ##.##.1998-ci il tarixədək "Azərmənziltəmir-tikintilayihə" Respublika IB-nin Qeyri-standart avadanlıq və əşyalar istehsalı müəssisəsində anbardar, ##.##.1999-cu il tarixdən ##.##.2007-ci il tarixədək həmin müəssisənin kadrlar şöbəsində işləmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli imtina məktubuna əsasən, təqdim edilmiş sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, ##.##.1976-cı il tarixindən ##.##.1979-cu il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 15 il 1 ay 5 gün təşkil edir. Fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 14 il 1 ay 5 gün sığorta stajına uyğun olaraq, 14517,54 manat, ##.##.2007-ci il tarixindən ##.##.2007-cı il tarixinədək 412,53 manat olmaqla, ümumilikdə 14930,07 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətindəki ##.##.1991-ci il tarixindən ##.##.1998-ci il tarixinədək (əmək fəaliyyəti qeydində qaralamalar var) və ##.##.1999-cu il tarixindən ##.##.2007-cu il tarixinədək (əmək fəaliyyəti qeydlərində latın və kiril əlifbasından qarışıq istifadə edilmişdir) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Eyni zamanda, bildirilir ki, ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən, ##.##.1991-ci il tarixindən ##.##.1998-ci il tarixinədək və ##.##.1999-cu il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmiş və iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki birinci icraat

3. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “"Azərmənziltəmirtikintilayihə" Respublika IB-nin Qeyri standart avadanlıq və əşyalar istehsalı müəssisəsində işlədiyi ##.##.1991-ci il tarixdən ##.##.1998-ci il tarixədək və ##.##.1999-cu il tarixindən ##.##.2007-ci il tarixədək dövrlərin sığortalı staja daxil edilməklə ##.##.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1961-ci il təvəllüdlüdür. 4 uşaq anasıdır. O, ##.##.1976-cı il tarixdən ##.##.1979-cu il tarixədək Sumqayıt ** saylı texniki peşə məktəbində təhsil almış, ##.##.1979-cu il tarixdən ##.##.1982-ci il tarixədək Sumqayıt Superfosfat zavodunda laborant, ##.##.1983-cü il tarixdən ##.##.1987-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Mənzil Kommunal Kontorunda xadimə, ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək * №-li Yeni Bakı Broyler Fabrikində, ##.##.1991-ci il tarixdən ##.##.1998-ci il tarixədək "Azərmənziltəmirtikintilayihə" Respublika IB-nin Qeyri-standart avadanlıq və əşyalar istehsalı müəssisəsində anbardar, ##.##.1999cu il tarixdən ##.##.2007-ci il tarixədək həmin müəssisənin kadrlar şöbəsində işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə rəsmi qaydada müraciət etmişdir. Lakin cavabdeh özünün ##.##.2025-ci il tarixli 3-171/2-21- *****/**** saylı məktubu ilə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir.

5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən ##.##.2025-ci il tarixdə pensiya yaşına çatmışdır. Iddiaçının təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, ##.##.1976-cı il tarixindən ##.##.1979-cu il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 15 il 1 ay 5 gün təşkil edir ki, bu da yuxarıda qeyd edilən Qanunun 7-ci maddəsində təsbit olunmuş 25 il sığorta stajından azdır. Eyni zamanda, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 14 il 1 ay 5 gün sığorta stajına uyğun olaraq, 14517,54 manat, ##.##.2007-ci il tarixindən ##.##.2007-cı il tarixinədək 412,53 manat olmaqla, ümumilikdə 14930,07 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd edirlər ki, Mərkəzi Filial tərəfindən iddiaçının sığorta stajı ilə bağlı iki hal mübahisələndirilmişdir: Əmək fəaliyyəti qeydində qaralamalar olduğundan ##.##.1991-ci il tarixindən ##.##.1998-ci il tarixinədək olan dövr; Əmək fəaliyyəti qeydlərində latın və kiril əlifbasından qarışıq istifadə edildiyindən ##.##.1999-cu il tarixindən ##.##.2007-ci il tarixinədək olan dövr. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasında qeyd edilmiş illərə dair doldurulma qaydaları müəyyən edilmiş və onların pozulması qanunla qadağan edilmişdir. Lakin buna baxmayaraq iddiaçının əmək kitabçasında ##.##.1991-ci il tarixdən ##.##.1998-ci il tarixədək və ##.##.1999-cu il tarixdən ##.##.2007-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulmuş, əmək fəaliyyəti qeydində qaralamalar mövcuddur və əmək fəaliyyəti qeydlərində latın və kiril əlifbasından qarışıq istifadə edilmişdir. Bununla bağlı iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.

6. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmuşdur (hakim - M.Mahmudlu-Abbaszadə).

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1991-ci il tarixindən ##.##.1998-ci il tarixinədək və ##.##.1999-cu il tarixindən ##.##.2007-ci il tarixinədək olan dövrlərin doldurulma qaydasının pozulması həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil deyildir. Belə ki, əmək kitabçasının düzgün və qanunverciliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır. Mübahisəli dövr iddiaçının sosial sığorta stajına daxil edildikdə onun sosial sığorta stajı 26 ilə yaxın təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas yaradır. 8.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat 9.Apellyasiya icraatı zamanı iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilərək iddia tələbi “yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi icraata qəbul edilmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı isə dəyişdirilmişdir. Iddia tələbi təmin edilərək iddiaçıya ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (sədrlik edən – V.Əzizova, hakimlər – G.Cabbarova, İ.Quliyev).

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının göstərilən dövrlərdə həmin müəssisədə işləməsi mötəbər sübut olan əmək kitabçası ilə təsdiq edilir. ##.##.1991-ci il tarixdən ##.##.1998-ci il tarixədək olan dövrə aid qeyddə iki hərf qaralanmış (bir hərfin üstü iki dəfə qələm ilə aparılmış), digər qeyddə isə «и» hərfinin üstündə nöqtə qoyulmasını cavabdeh latın qrafikası kimi qiymətləndirilmişdir.

12. Əvvəla məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bununla bağlı qiymətləndirilməsini düzgün hesab edərək qeyd etmişdir ki, əmək kitabçasının doldurulması işəgötürənin vəzifəsidir, bu səbəbdən işçinin uzun illər işlədiyi stajı rədd edilə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, bu nöqsanlar cüzi olmaqla, Azərbaycan Respublikasının kiril əlifbasından latın qrafikalı əlifbasına keçid dövrünə aiddir.

13. Bundan başqa, kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlərə aid iddiaçının işə qəbul və işdən azad olunması barədə qeydlər məhz ona məxsus olan əmək kitabçasında qeyd edilmişdir. Indiki halda cavabdeh inzibati orqan tərəfindən həmin qeydlərin mötəbərliyi şübhə altına alınırsa, məhz sübutetmə öhdəliyi də onun üzərinə düşür.

14. Həmçinin məhkəmə kollegiyası cavabdehin istinad etdiyi hal ilə bağlı qeyd etmişdir ki, əmək kitabçasının qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə doldurulması məhz işəgötürənin vəzifəsi kimi çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının həmin müəssisədə işləməsi halı iş materialları əsasında təsdiq edildiyi halda, yalnız qeyd edilən əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin norma prinsiplərinin tələbinə zidd olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli, № *-1(102)- ***/**** saylı qərarı).

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin göstərdiyi dəlillər iddiaçının ziyanına təfsir edilə bilməz. Belə ki, indiki halda iddiaçının həmin müəssisələrdə işlədiyi dövrlərə aid əmək kitabçasında müvafiq qeydlər olduğundan, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən sosial sığorta stajının müəyyən edilməsində əsas rəsmi sənəd qismində əmək kitabçası çıxış etdiyindən, indiki halda həmin qeydlərin mötəbər olmaması halı müəyyən edilmədiyindən və bu hal təsdiq edilmədiyindən, dolayısı ilə həmin qeydləri təkzib edən hər hansı hal müəyyən edilmədiyindən, həmin dövrlər iddiaçının iddia tələbinə uyğun olaraq, sosial sığorta stajına daxil edilməlidir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən ##.##.2025-ci il tarixində pensiya yaşına çatmışdır. Iddiaçının təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.1976-cı il tarixindən ##.##.1979-cu il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla cəmi sığorta stajı 15 il 1 ay 5 gün təşkil edir ki, bu da yuxarıda qeyd edilən Qanunun 7-ci maddəsində təsbit olunmuş 25 il sığorta stajından azdır.

18. Iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 14 il 1 ay 5 gün sığorta stajına uyğun olaraq 14517,54 manat, ##.##.2007-ci il tarixindən ##.##.2007-cı il tarixinədək 412,53 manat olmaqla, ümumilikdə 14930,07 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir.

19. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.

20. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarının 2-ci hissəsinə əsasən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlansın.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.1ci maddəsinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş illərə dair doldurulma qaydaları müəyyən edilmiş və onların pozulması qanunla qadağan edilmişdir. Lakin buna baxmayaraq iddiaçının əmək kitabçasının surətindəki ##.##.1991-ci il tarixindən ##.##.1998-ci il tarixinədək və ##.##.1999-cu il tarixindən ##.##.2007-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulmuş, başqa sözlə müvafiq qeydlərdə qaralamalar mövcuddur və əmək fəaliyyəti qeydlərində latın və kiril əlifbasından qarışıq istifadə edilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu hala dair araşdırma aparmamış, bu şübhəli halın əmək kitabçasına vizual baxış keçirildikdə gözlə görünə bilən həddə olmasına, həmçinin bununla bağlı Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozaraq proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq, prosessual pozuntuya yol vermişdir.

22. Həmçinin məhkəmə araşdırması gedişində tərəflərindən işin tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə həm Milli Arxiv Idarəsinə sorğu ilə müraciət edilmiş, həm də qarşılıqlı yoxlama keçirilməsi üçün aidiyyəti quruma məktub ünvanlanmışdır. Lakin məhkəmə Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozaraq öz təşəbbüsü ilə sorğu ilə müvafiq qurumlara müraciət etməmiş, hətta tərəfimizdən ünvanlanmış sorğulara cavab gəlmədən qərar qəbul etmişdir.

23. Iddiaçının əmək kitabçası ümumilikdə qüsurlu olduğundan, həmçinin həmin müəssisənin hüquqi ünvanı müəyyən edilmədiyindən, iddiaçıya dair əmrlərin, ona əməkhaqqı ödənilməsinə dair əməkhaqqı cədvəllərinin olmadığından iddiaçının həmin müəssisədə işləməsi özü-özlüyündə şübhə doğurur.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22–1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #- dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

25. ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

26. Həmin Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il ######ın #-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

27. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən iddiaçıya ##.##.2018-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir) Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də qanunvericilikdə nəzərdə tutulmamışdır.

28. Qeyd edilənlərlə yanaşı məhkəmə başqa hissədə də prosessual pozuntuya yol vermişdir. Belə ki, ##.##.2006-cı il tarixindən sonra qanunvericiliyə edilən dəyişikliklərə əsasən fərdi uçot sistemi yaradılmış, həmin dövrdən etibarən staj nəzərə alınarkən yalnız əmək kitabçası və arayış əsas götürülməmiş, ilk növbədə əmək kitabçasında və arayışda qeyd edilən dövrlər ərzində məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə müvafiq illərin staja daxil edilməsi nəzərdə tutulmuşdur. Istər “Sosial sığorta haqqında” Qanunda, istər “Əmək pensiyaları haqqında” Qanunda, istərsə də “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda ##.##.2006-cı il tarixindən sonra yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sosial sığorta stajının müəyyən olunduğu təsbit edilmişdir.

29. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd edilən normaların tələblərini pozaraq bu xüsusatlara diqqət yetirmədən ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixədək olan dövrləri staja daxil edilməsi barədə qərar qəbul etmişdir. Halbuki cavabdeh orqanın imtinasında ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı qeyd edilmişdir.

30. Əlavə olaraq bildirirlər ki, iddiaçı ##.##.1999-cu il tarixindən ##.##.2007-ci il tarixinədək işləsə də, məhkəmə ##.##.2007-ci il tarixədək olan dövrü sığorta stajına daxil etmişdir. Məhkəmə yalnız formal cəhətdən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir.

31. Apellyasiya instansiya məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

33. “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.

34. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsi nail olmaqdan ibarətdir.

41. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) şəxsin 65 yaşına (hazırki halda 64 yaşına) çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması.

42. ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilmişdir. Iddiaçı ##.##.1961-ci il təvəllüdlü olmaqla, onun ##.##.2025-ci il tarixdə pensiya yaşına - 64 yaşa çatması işin mübahisəsiz halıdır.

43. Işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında ##.##.1991-ci il tarixdən ##.##.1998-ci il tarixədək olan dövr qeyd edilərkən qaralamaya yol verilmiş və ##.##.1999-cu il tarixdən ##.##.2007-ci il tarixədək olan dövrə aid qeydlərdə latın və kiril əlifbasından qarışıq istifadə edilmişdir. Bu səbəbdən həmin dövrlər cavabdeh tərəfindən sığorta stajına qəbul edilməmişdir.

44. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətində təkrarlanan bu dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.

45. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin “##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması” ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iş materiallarından göründüyü kimi, iddiaçının artıq ##.##.2006-cı ilə tarixədək 25 ildən çox sosial sığorta stajı mövcud olduğundan cavabdehin bu dəlili iddianın rədd edilməsi üçün əsas ola bilməz.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlili olan “iddiaçının sosial müavinət təyin edilməsi” ilə bağlı bildirir ki, iddiaçının artıq ##.##.2006-cı il tarixinədək qanunvericiliklə tələb edilən sosial sığorta stajı mövcud olduğundan ona sonradan sosial müavinətin təyin edilməsi iddiaçının yaşa görə pensiya hüququndan məhrum edilməsi üçün əsas ola bilməz.

47. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar