Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-426/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-426/19 Bakı şəhəri 06 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin müdiri vəzifəs ini müvəqqəti icra edən T.İbrahimov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2426/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 11 sentyabr 1978-ci ildən 11 may 2004-cü ilə qədər keçmiş İnşaat materialları və məişət kimyası (indiki “xxxx” ASC) Bakı kombinatında 1-ci və 2-ci dərəcəli qablaşdırıcı peşəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il ta rixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” ilə güzəştli iş stajı kimi nəzərə alınmaqla, 14 avqust 2013-cü il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 14 avqust 1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 11 sentyabr1978-ci il tarixdən 11 may 2004-cü il tarixə qədər keçmiş İnşaat materialları və məişət kimyası (indiki “xxxx” ASC) Bakı kombinatında 1-ci və 2-ci dərəcəli qablaşdırıcı peşəsində işləmişdir. Bu barədə əmək kitabçasında qeydlər ap arılmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajının 11 sentyabr 1978-ci il tarixdən 22 sentyabr 1997-ci il tarixədək “xxxx” ASC-də olan iş stajının yerində qarşılıqlı yoxlanılması və həmin dövrlərin əmək haqqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini müəyyən etmək mümkün olmadığı üçün, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına göndərilmiş sorğuya cavab alındıqdan sona iddiaçının pensiya hüququna yenidən baxılacaqdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2-1 (82)2696/2018 saylı qərarı (hakim Etibar Mustafayev) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri staja malik olmaqla yanaşı, həm də buna əsas verən peşələrdə işləmişdir. İddiaçının mübahisələndirilən sığorta stajını əhatə edən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azəırbaycan Respublikası Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 20018-ci il tarixli, 2-1(103)-2426/18 saylı qərarı ilə (sədrlik edən haki m Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (01 iyul 2017-ci il tarixinədək olan redaksiyada) 1.0.1, 1.0.2, 5.1, 9.1, 9.8, 21.1, 22.1, 27.2, 27.3, 31.1, 32.1, 37.7-ci maddələri, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21noyabr 2011-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının sosial sığorta stajına daxil edilən əmək stajının, əmək haqqından məcburi sosial sığorta haqlarının hesablanaraq ödənil məsi yerində qarşılıqlı şəkildə yoxlanılaraq onun göstərilən dövrlər üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, “xxxx” ASC-nin sənədləri dövlət mühafizəsinə təhvil verilməmişdir. Eyni zamanda, Bakı şəhəri üzrə X1 İdarəsində 01 yanvar 1992 - 01 dekabr 1997-ci il üzrə “xxxx” ASC-nin iş qovluğunda sənədlər aşkar olunmamışdır. Daha bir dəlillə bildirilmişdir ki, işçinin işlədiyi peşə və vəzifənin ağır və zərərli hesab edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq müəssisədə keçirilmiş iş yerlərinin attestasiyası nəticəsində müəyyən edilir. Lakin iddiaçının işlədiyi illərinin qeyd olunan attestasiya nəticəsində zərərli hesab edilməsinə dair heç bir sənəd təqdim edilməmişdir. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115, 159, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, c avabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 11 sentyabr 1978-ci ildən əmək fəaliyyətinə başlamış 20 fevral 1981-ci ilədək xna qablaşması sexində 1-ci və 2-ci dərəcəli xına qablaşdırıcısı, 25 mart 1981-ci ildən 25 may 1981-ci ilədək müvəqqəti (2 ay müddətinə) xına qablaşması sexində 2-ci dərəcəli xına qablaşdırıcısı, 13 iyul 1981-ci ildən 11 may 2004-c ü ilədək “xxxx” zavodunda qablaşdırıcı, paketləşdirici, 05 yanvar 2011-ci ildən hal-hazıradək 5 nömrəli körpələr evi – uşaq bağçasında xadimə-dayə vəzifəsində işləyir. İİİ-ЖГ 283952 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Akif Kərimov ilə Gülbəniz Əkbərova 19 sentyabr 1982-ci ildə nikaha daxil olmuşlar, arvada Kərimova soyadı verilmişdir. Cavabdehin 11 may 2018-ci il tarixli 18/04-3228 nömrəli məktubunda qeyd edilmişdir ki, onun 11 sentyabr 1978-ci il tarixdən 11 may 2004-cü tarixədək Azərbaycan Respublikası "xxxx" ASC-də işlədiyi illər üçün Azərbaycan Dövlət Arxivinə tərəfimizdən sorğu göndərilmişdir, sorğumuzun nəticəsinə uyğun əmək pensiyası hüququnuza yenidən baxılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən göndərilmiş 01 iyun 2018ci il tarixli 5/874 nömrəli məktubdan görünür ki, İnşaat materialları və məişət kimyası (indiki “xxxx” ASC) Bakı kombinatının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri staja malik olmaqla yanaşı, həm də buna əsas verən peşələrdə (kod- 1080B000-17541) işləmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğ v olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması tarixi 14 avqust 2013-cü il tarixi kimi müəyyən edilmişdir. Bu əsasla məhkəmə kollegiyası göstərilmiş tarixə münasibətdə qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Həmin tarixə qüvvədə olan «Əmək pen siyaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyal ar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçi rir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əld ə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşə lərin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: qadınlar -45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və z amana görə qüvvədə olmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Bu müddəalara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri staja malik olmaqla yanaşı, həm də buna əsas verən peşələrdə (kod- 1080B000-17541) işləmişdir. Siyanın 10800000 saylı hissədə “Vİİİ. Kimya istehsalatı” bölməsini 1080B000— 17541 kodu altında “B. Məhsul istehsalında texnoloji pr oseslərdə tam iş günü məşğul olan xalq təsərrüfatında və sənayenin başqa sahələrində müəssisələrin ustaları və fəhlələr“ göstərilmişdir. Qeyd edilmiş əsaslara görə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 52 yaşı tamam olan vaxtdan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehin bu hissədə dəlili onunla bağlı olmuşdur ki, işçinin işlədiyi peşə və vəzifənin ağır və zərərli hesab edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq müəssisədə keçirilmiş iş yerlərinin attestasiyası nəticəsində müəyyən edilir. Lakin iddiaçının işlədiyi illərinin qeyd olunan attestasiya nəticəsində zərərli hesab edilməsinə dair heç bir sənəd təqdim edilməmişdir. Dəlilə qiymət verərkən məhkəmə kolleg iyası ilk olaraq qeyd edir ki, cavabdeh tərəfindən kassasiya şikayətində bildirilmiş bu əsas onun iddiaçıya ünvanladığı imtina məktubunda və apellyasiya şikayətində göstərilməmişdir və müvafiq olaraq məhkəmələr məsələyə münasibət bildirməmişdirlər. Digər tərəfindən, məhkəmə kollegiyası dəlilin əlavə qiymətləndirilməsini o əsasla zəruri hesab etmir ki, istinad edilən normativ akt tələbin hüquqi əsasını təşkil etmir. Yuxarıda verilmiş qanunvericiliyin tələblərinə görə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını yoxlanılması istinad edilmiş qanunlara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahı əsasında aparılmalıdır ki, apellyasiya məhkəməsi bu vəzifəni yerinə yetirmişdir. Cavabdeh şikayətində iddiaç ının sığorta stajının 01 yanvar 1992-ci il tarixdən 01 yanvar 1997-ci il tarixədək “xxxx” ASC-də olan iş stajının yerində qarşılıqlı yoxlanılması və həmin dövrlərin əmək haqqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini müəyyən etmək mümkün olmadığını bildirmişdir. Apellyasiya məhkəməsi iddiaçının həmin müəssisələrdə işləməsini onun təqdim etdiyi əmək kitabçasına əsaslanmaqla müəyyən etmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra — sığorta stajı) — əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıd ır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Apellyasiya məhkəməsi düzgün olaraq sığorta stajına aid olan iş dövrlərini iddiaçının əmək kitabçasına əsasən müəyyən etmişdir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1992-1997-ci illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Normanın tələbindən göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Sosial sığorta haqqının ödənilməsinə münasibətdə qeyd edilməlidir ki, 01 iyul 1999cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin: - 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar.; - 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum et mir. Maddələrin tələblərindən göründüyü kimi, əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. Belə olan halda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsində aşağıdakılar müəyyən olunmuşdur: - birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - üçüncü hissəsinə əsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən m ütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; - səkkizinci bəndinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddələrin tələbləri belə izah olunur ki, 01 yanvar 2002-ci ilədək olan dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına həmçinin o halda da daxil edilməlidir ki, əgər həmin dövrdə işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalıdır. Bu müddətə münasibətdə sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmişdir. Qanunvericiliyin əlaqəli təhlili o nəticəni yaradır ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqının alınması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri olmamışdır. Bu hissədə cavabdehin bildirdiyi dəlil əsassızdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən T.İbrahimov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2426/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-426/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-426/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver