Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-426/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, kolxozda tütün yarpaqları düzən peşəsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), X2, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-596/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı ildə Şəki rayonunun Orta Zəyzid kəndində anadan olmuşdur, hazırda həmin kənddə yaşayır. (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi). İT-İ seriyalı ******* nömrəli əmək kit abçasına əsasən, iddiaçı xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilədək Şəki RİC üzrə 15 №-li mağazada satıcı, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək 54 №-li mağazada satıcı, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Şəki rayonu Orta Zəyzid XDS İK-də büdcə hesabdarı, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-də xadimə işləmişdir. Eyni zamanda, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli 2(075)-7013/2017 nömrəli qətnaməsi ilə iddiaçının 1978-1980 və 1985-1998-ci illərdə Şəki rayonu X5 adına kolxozda tütün yarpaqlarını düzən peşəsində işləməsi, həmçinin xx xxxxxx 1983-cü ildən anadan olmuş övladı X1 3 yaşa çatanadək qismən analıq məzuniyyətində olması hüquqi faktı müəyyən edilmişdir. İddiaçı 52 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə müraciət etmiş, onun müraciətinə xx.xx.2018-ci il tarixli 551 nömrəli məktubla imtina cavabı verilərək bildirmişdir ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin siyahının 27-ci Yeyinti sənayesi bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Siyahıda tütün istehsalı yeyinti sənayesinə aid olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, qanunda nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olmasına baxmayaraq, cavabdeh əsassız olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdeh imtina məktubunda olduğu kimi iddia ərizəsinə də eyni əsaslarla etiraz etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-515/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakim: V.K.Qasımov) iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən əvvəlki 3 il üçün, yə ni xx.xx.2015-ci ildən başlayaraq ödənilməsi, iddianın xx.xx.2015-ci ildən əvvəlki dövrə aid hissəsinin təmin edilməməsi qərar alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı 52 yaşının tamam olduğu vaxt həm ümumi, həm də xüsusi staja malik olduğundan onun tələbi əsaslıdır. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2-1(107)-270/2018 saylı qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev; hakimlər G.Q.Abbasov və E.Ş.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbayca n Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(102)-1634/2018 saylı qərarı ilə (sədrlik edən N.İ.Rəsulbəyova, hakimlər Z.M.Quliyev və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2-1(107)-270/2018 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)-617/2018 saylı qərarı ilə (sədrlik edən R.Ə.Əliyev; hakimlər M.M.Hüseynov və İ.H.Şükürov) apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir. Həmin qərardan id diaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(102)1019/2019 nömrəli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: R.S.Nəbizadə və X.S.Məmmədov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(107)617/2018 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılmaq üçün göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(107)-596/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət edərək tələbinin həcmini azaltmış, xx xxxxxx 2017-ci il tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-596/2019 saylı qərarı ilə (sədrlik edən: M.R.Hüseynov, hakimlər: A.A.Mahmudov və V.İ.Məlikov) apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçıya xx xxxxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə ya şa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apelyasiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının peşəsi “tütün yarpaqları düzən” adlanır. xx.xx.2006-cı ilədək qanunvericilikdə bu p eşə iki halda ağır peşə sayılırdı:
1. Şəxs yeyinti sənayesində həmin peşə ilə məşğul olubsa, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndi. (Nazirlər Kabinetinin 2 nömrəli siyahısı, kod: 2240500a—17721); 2. şəxs kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində həmin peşə ilə məşğul olubsa, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (z) bəndi. İddiaçı kolxozda işlədiyindən onun peşəsi bu hallardan ikinciyə aid olmuşdur. Hazırki qanunvericilikdə ikinci hal ümumiyyətlə nəzərdə tutulmamışdır və mövcud qanunvericilik tətbiq edilərsə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin oluna bilməz. Lakin hətta keçmiş qanunvericilik tətbiq edilsə belə, iddiaçının yenə də güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Belə k i, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (z) bəndinə əsasən pensiya təyin edilməsi üçün onun ümumi iş stajı 20 il olmalı və həmin dövrün 15 ilini həmin fəaliyyətlə məşğul olmalı idi. Beləliklə iddiaçının nə hazırki, nə də xx.xx.2006-cı ilə qədərki qanunvericiliyə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməy i mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığort a stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx xxxxxx 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “z” bəndinə əsasən, kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Sadalanmış maddələrin mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minməzdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını və həm də onun daxilində xüsusi stajını işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən tam toplamışlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Lakin iş materiallarında mövcud olan sübutlarla iddiaçının xx.xx.1997-ci il tarixədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (z) bəndinə əsasən 15 il güzəştli əmək stajı topladığı müəyyən edilsə də, ümumi əmək stajı 19 il 4 ay olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edildiyi kimi xx xxxxxx 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən deyil, xx.xx.2017-ci il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında Qanunun 9.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla aparılmalıdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi peşə - kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində “tütün yarpaqları düzən” peşəsi xx.xx.2006-cı il tarixədək qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (z) bəndinə əsasən, ağır peşə sayılsa da güzəştli şərtlərlə pensiya təyin edilə bilməsi üçün onun ümumi iş stajı 20 il olmalı və həmin dövrün 15 ilini həmin fəaliyyətlə məşğul olmuş olmalı idi. Lakin işdən görünür ki, iddiaçının həmin dövrdə ümumi stajı toplanmamışdır. Hazırda qüvvədə olan qanunvericilikdə isə ümumiyyətlə kolxozda “tütün yarpaqları düzən” peşəsi güzəştli iş stajı kimi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının kolxozda işlədiyi tütün yarpaqları düzən peşəsi xx.xx.2006-cı il tarixədək, yəni iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən ağır peşə sayıldığından və iddiaçı bu peşədə 15 il 06 ay işlədiyindən, onun xx.xx.2017-ci il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunv ericiliyə əsasən, tələb edilən güzəştli iş stajı tam toplanılmış, başqa sözlə iddiaçı bu hüququ qazanmışdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl p ensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ümumi iş stajı ilə bağlı isə işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2017-ci il tarixədək qüv vədə olan qanunvericiliyin tələbinə əsasən, iddiaçının 52 yaşı tamam olan tarixə tələb edilən 10 il güzəştli iş stajı toplanılmış olsa da, 20 il ümumi stajı olmadığından apelyasiya instansiya məhkəməsi haqlı olaraq ümumi staj toplandıqdan sonra, yəni xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etmişdir. Belə ki, DSMF-nin Şəki rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********79 nömrəli məktubundan görünür ki, JN 40414018 730 nömrəli dövlət aktının **********7 saylı Sığortaedənin uçot nömrəsinə 2015-ci ildə 51 manat, 2016-cı ildə 110 manat vəsait ödənilmişdir. Lakin mülkiyyətçi B3 hesabatını vaxtında şöbəyə təqdim etmədiyindən, həmin vəsaiti mülkiyyətçinin və onun ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmamışdır. Əgər B3 hesabatı vaxtında təqdim oluns aydı mülkiyyətçiyə və onun ailə üzvlərinə 2015-ci ildə ödədiyi 51 manata görə 3 ay sosial sığorta stajı, 2016-cı ildə ödədiyi 110 manata görə 7 ay sosial sığorta stajı hesablanardı. xx.xx.2017-ci il tarixə iddiaçının əvvəlki illərdə topladığı 19 il 4 ay sığorta stajı, 2017ci ilin 01 yanvar tarixinə kənd təsərrüfatı təyinatlı torpağa görə ödədiyi məcburi dövlət sosial sığorta vəsait nəzərə alınmaqla 10 ay sığorta stajı əlavə edilərsə, onun 20 illik sığorta stajı tamamlanmış olur. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2017-ci il tarixə iddiaçı həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən həm 20 il ümumi, həm də 10 ildən artıq zərərli iş stajına malik olduğundan, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan apelyasi ya instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şik ayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-596/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.