Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-426/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və 16-cı Polis bölməsinin sahə müvəkkili Mehman Əhmədova qarşı işi üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünsüzlüyü, iddianın düzgün cavabdehə qarşı verilməməsi, hüquqi yardım. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və 16-cı Polis bölməsinin sahə müvəkkili Mehman Əhmədova qarşı “yaşayış binasına qanunsuz edilm iş əlavə tikililərin sökülməsi” barədə inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2245/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və 16-cı Polis bölməsinin sahə müvəkkili Mehman Əhmədova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fiziki qüsurlu sağlamlıq imkanları məhdud övlada baxan tək ana kimi onun hüquqlarının pozulmasına görə cavabdehlər barəsində ciddi tədbir görülməsi və həyətində təhlükə yaradan qeyri-qanuni artırılmanın sökülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7287/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim: A.P.Oruczadə) iddia mümkün sayılmamışdır.
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ərizəsində göstərdiyi cavabdehlər inzibati orqan deyillər. Bu səbəbdən hazırki iddia mümkün sayıla bilməz.
4. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2245/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: A.S.Hüseynov və A.Ə.Hüseyn) a pelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7287/2021 saylı, 25 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və apelyasiya şikayətinə təkrar baxılması üçün işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
8. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə mövcud çatışmazlığın aradan qaldırılması üçün tədbirlər görməli idi. Lakin məhkəmə iddiaçıya keyfiyyətli hüquqi yardım göstərməmiş, nəticədə isə iddia mümkün sayılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəs ində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərarda dı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsasland ırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 14 Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti əsassızdır, ona görə də təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
15. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
16. Göründüyü kimi, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
17. Konstitusiyanın 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmi ş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğu, ədalət mühakiməsinin tamlığı, yəni müvafiq qaydada məhkəmə aktlarının icrasına dair şərtləri və s. əhatə edir.
18. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyə t institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).
19. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtl ərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin.
20. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və 16-cı Polis bölməsinin sahə müvəkkili Mehman Əhmədova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
21. Birinci instansiya məhkəməsinin məlum qərardadı ilə iddia bütövlükdə mümkün iddia olmadığından və prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamışdır.
22. İddiaçı həmin qərardadı mübahisələndirmiş, lakin apelyasiya şikayəti təmin edilməmişdir.
23. Apelyasiya instansiya məhkəməsi iddianı mümkün saymayan birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. İddiaçı isə bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, ərizənin tərtibatında nöqsanlar mövcud olduğu təqdirdə, məhkəmə proses iştirakçısına yardım etməli idi. Lakin məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini pozmaqla iddiaçıya lazımi qaydada yardım etməmişdir.
25. İddiaçının kassasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materiallarından görünür ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra birinci instansiya məhkəməsi tərəfindən 16 iyun 2021-ci il tarixdə iddiaçıya yazılı şəkildə, geniş məzmunda təfsilatı ilə izah edilmiş hüquqi yardım edilmiş, iddia ərizəsini dəqiqləş dirmək təklif olunmuşdur.
26. Daha sonra, 25 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə prosesində iddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı məktubu almadığını bildirmiş, hakimin göstərişi ilə iddiaçı məktubla tanış olduqdan sonra hüquqi yardım məktubunda qeyd edilənlərlə razı olmadığını bilmişdir. Bununla da iddia, mümkün iddia olmadığından və iddiaçıya məhkəmə tərəfindən edilmiş müraciət nəticəsiz qaldığından mümkün sayılmamışdır.
27. Bu səbəbdən də məhkəmə tərkibi iddiaçının ərizəsində olan nöqsanlarla bağlı məhkəmənin ona yardım etməməsi barədə dəlilini əsassız sayır və qeyd edir ki, bu hal iş materialları ilə təkzib olunur.
28. Bundan əlavə iddia ərizəsinin başlıq hissəsindən görünür ki, iddiaçı tələbini Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və 16-cı Polis bölməsini n sahə müvəkkili Mehman Əhmədova qarşı qaldırmışdır.
29. Məhkəmə tərkibi qeyd edir ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın vəzifəli şəxslərinin inzibati orqanın adından etdiyi hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir.
30. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
31. Bu səbəbdən id diaçının tələbi fiziki şəxsə qarşı yönəlmişdir ki, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
32. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, Təsnifatın “V” bəndində inzibati orqanlara həmçinin “Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər” də aid edilmişdir.
33. Eləcə də “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsində də qanunverici inzibati orqana yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələri deyil, habelə qanu na əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsləri də aid etmişdir.
34. Lakin “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.2-ci bəndində deyildiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
35. Eyni zamanda, həmin Əsasnamədə icra hakimiyyəti başçısının bir, yerli icra hakimiyyətinin isə digər vəzifələri nəzərdə tutulmamışdır.
36. Göründüyü kimi, İcra Hakimiyyətinin başçısı qanunda qeyd edildiyi kimi, hər hansı fiziki şəxs deyildir. İcra hakimiyyəti başçısı icra hakimiyyətini həyata keçirmək vəzifəsi həvalə olunmuş, onu təmsil edən və onun adından çıxış edən vəzifəli şəxsdir.
37. Aparılan qiymətləndirmə isə o nunla bağlıdır ki, yuxarıda sadalanan normalara hərfi yanaşılmamalı, qanun, onun güddüyü məqsədə uyğun, hərtərəfli, tam, ətraflı araşdırılmaqla tətbiq edilməlidir.
38. Bundan əlavə, iddia tələbi həmçinin 16-cı Polis Bölməsinin sahə müvəkkilinə qarşı yönəlmişdir. Lakin “İnzibati orqanların Təsnifatı”nda ümumiyyətlə polis bölməsi mövcud deyildir. Həmin təsnifatın 5.1-ci bəndinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri nəzərdə tutulmuşdur.
39. Bəhs olunanlara əsasən məhkəmə tərkibi qeyd edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü yoxlanılarkən hər hansı prosessual pozuntuya yol verilməmişdir.
40. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianı mümkün sayılmaması ba rədə düzgün nəticəyə gəlmişdir.
41. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən hüquq normaları pozulmadığından qərardadın ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2245/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.