Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4267/2025 06.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin müəyyən edilməsi; səbəbli əlaqə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. “xxxx” X3 ##.##.2023-cü il tarixli, **** saylı müayinə aktından görünür ki, İddiaçı Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu F07.0 anamnezində intihar cəhdi ilə diaqnozu təyin edilmişdir.
2. ##.##.2022-ci il tarixli, **** saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olnmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyir silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edər posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəflii neyrosensor ağır eşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 (üç) metr, sol qulaqda 4,5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Sağ sağrı, hər iki saidin və kürək nahiyyəsinin dəri çapıqları. Travmadır, hərbi xidmət dövründə alınmışdır. II (ikinci) dərəcəli alimentar konstitusional piylənmə BÇl-32,8. Hepatosteatoz. Qastroezofageal reflüks xəstəliyi. 21-ci dişin kariyesi. 36-cı dişin olmaması. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 14b, 17b, 23b maddəsinin III qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Bununla əlaqədar olaraq ##.##.2022-ci il tarixdə ixtsaslı müayinə və müalicə olunması üçün MN BKH-na göndərilmiş, ##.##.2022-##.##.2022-ci il tarixədək ‘‘Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qaplı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olnmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Sağ saidin ön səthinin orta 1/3-nin kəsilmiş yarasından sonrakı bərkimiş, sol saidin ön səthinin kəsilmiş yarasından sonrakı (06.2022) bərkimiş dəri çapığı. Sağ sağrı nahiyyəsinin deşilmiş yarasından sonrakı (2020) bərkimiş dəri çapığı. Kürək nahiyyəsinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapığı. Hepatosteatoz. Qastroezofageal reflüks xəstəliyi” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: **** nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-nın nevroloqu və nefroloqu ilə konsultasiyada olmuşdur.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən göndərilmiş ##.##.2023-cü il tarixli, **** saylı Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, İddiaçı Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F07.0 diaqnozu təyin edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli, **** saylı Həkim Psixiatr Komissiyasının rəyindən, ##.##.2024-cü il tarixli, *** saylı Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, İddiaçı Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F07.0 diaqnozu təyin edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X3 ## #### 2024-cü il tarixli, T***/**** saylı ekspert rəyində göstərilmişdir ki, 1982-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.3.5.7.8.İddiaçı adına “X4” PHŞ tərəfindən tərtib edilmiş *** saylı xəstəlik tarixindən görünür ki, o, 11.01- ##.##.2024-cü il tarixlərdə xəstəxanada “Əsas xəstəlik: Keçirilmiş baş beyin travması. Ağırlaşmalar: Posttravmatik ensefalopatiya. Qıcolma tutmaları. Yanaşı xəstəliklər: F07.0- Üzvi mənşəli (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, intihar cəhdi, koqnitiv funksiyanın enməsi ilə” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Xəstəyə diaqnoz stasionarda müalicədə olarkən kliniki, anamnestik, laborator- instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış onların səmərəliliyi, proqnozu qənaətbəxş olsa da, əyani müayinələri zamanı əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmadığından əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Aparılan müayinələrin nəticələri əsasında əldə edilmiş diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin, xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi X3 ## ###### 2025-ci il tarixli, *** saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs İddiaçında hal-hazırda Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi və özünə xəsarət yetirmələrlə (Psixi və davranış pozuntularının beynəlxal təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (R rütbəsində II Qarabağ döyüşlərində iştirak etdiyi zaman mərmi partlaması nəticəsində qapalı kəlləbeyin travması alaraq huşunu itirməsi, Fizuli hərbi hospitalında müalicədə olması, aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik halları meydana gəldiyi üçün tərxis edildikdən sonra MN Baş Klinik Hospitalında Reabilitasiya Bölməsində ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək “Baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Vertebrogen lumbalgiya” diaqnozu ilə müalicədə olması, Bakı şəhər * nömrəli Klinik Psixiatriya Xəstəxanasında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət pozuntusu. Kobud davranış pozuntuları ilə. Anamnezində suisidal cəhdlə” diaqnozu ilə stasionar müalicədə olması, AR SN “xxxxnda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. Intihr cəhdləri, koqnitivfunksiyaların enməsi ilə”” diaqnozu ilə ##.##.2023- cü il tarixdən ##.##.2023-cü il tarixədək, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək stasionar müalicədə olması, AR SN xxxxndə ##.##.2023-cü il tarixdə t.e.d., prof. Fuad Ismayılov tərəfindən müayinə olunaraq ona “Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdi ilə” diaqnozu təyin edilməsi, “MedEra Hospital”-da EEQ Monitoring müayinəsində olduğu zaman onda “Orqanik tipli pozuntular üzərində alın təpə paylarının sol yarımkürə ifadəsi ilə spayk-ləng dalğa xarakterli epikomplekslər izlənilir. Epiaktivlik” diaqnozunun aşkar olunması, Istanbul NS Klinikasının ##.##.2023-cü il tarixdə MRT müayinəsində olması və onda “Sol böyük beyin yarımkürəsi alın pay paraventikulyar ağ maddədə T2-T2 flair hipersiqnallı. diffuziya restruksiyası göstərməyən 5mm ölçüdə non spesifik qliotik ocaq qeyd edilir. Sağ haymor dibində 8mm kista və sol haymor cibinin sirkulyar divaryanı mukozal qalınlaşması qeyd edilir. Sağ orta nazal konxa bulyozdur” diaqnozunun aşkar edilməsi, SN xxxxnın nəzdində yaradılmış Həkim psixiatr tərəfindən ##.##.2024-cü il tarixdə müayinə olunduğu zaman onda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. Intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, bununla yanaşı psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yaddaşında zəiflik, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, yuxusuzluq, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görərək çox narahat halda oyanması, əsəbi gərginliklər keçirərək kəsmələrlə özünə xəsarətlər yetirməsi, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, bədənində olan ağrılar kəskinləşdiyi zaman ürək bulanma, özündən getmə falları baş verməsi, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval ruhiyyəsinə təsir göstərərək özünü öldürmək cəhdlərinin olması, hazırki müayinə zamanı gələcəyə ümidsizliklə yanaşması, beyninə intihar etmək barəsində tez-tez fikirlər gəlməsi, yuxusunun qırıq-qırıq olması, səhərlər əzgin halda oyanması, baş ağrılarından əziyyət çəkməsi şikayətlərini bildirməsi, aparılan sorğu-sual gedişatında tez yorulması, astenizasiya olunması, əhvalruhiyyənin aşkar enməsi diqqəti cəlb etməsi və s.) sübut edir.
6. Azərbaycan Respublikasının Prokurorluğu Beyləqan rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli, *-*-***/*-******/** nömrəli məktubundan görünür ki, Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yerləşən *** nömrəli evdə yaşayan İddiaçı intihara cəhd etməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmamış və araşdırılma aparılmamışdır. İddiaçı Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yerləşən 408 ünvanda özünə xəsarət yetirməsi ilə əlaqədar Xocavənd RPŞ-yə daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, toplanmış material üzrə cinayət hadisəsinin olmaması əsasına görə cinayət işi başlanması ##.##.2023-cü il tarixli qərarla rədd edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35- 60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ## ###### 1982-ci il tarixdə Xocavənd rayonunda doğulmuşdur. Beyləqan şəhərində orta məktəbi bitirmişdir. ## ##### 2001-ci il tarixdən ## ####### 2002-ci il tarixədək müddətli hərbi xidmətdə olmuşdur. ## ####### 2008-ci il tarixdən ## ######## 2022-ci il tarixədək Milli Ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş, X8 iştirak etmişdir. ## ####### 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “qapalı kəllə beyin travması” xəsarəti almışdır. Ilk tibbi yardım N saylı hərbi hissədə almış, orada 4 gün müalicə olunub, oradan hərbi xidmətə qayıtmışdır. Xidmət dövründə vəziyyətində pisləşmə olduğundan müayinə üçün N saylı hərbi hissənin ## ###### 2022-ci tarixli ** saylı göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyasının xəstəliyin və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında ## ###### 2022-ci il tarixli qərarı ilə ona “keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər; keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegeiativ damar davamsızlığı; partlayış travması (##.##.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 3, sol qulaqda 4,5 metr məsafədən eşitməsi ilə. Hərbi tarvmadır.Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hərbi xidmətə yararlıdır”. Xəstəlik şəhadətnaməsi tərtib olunmuş və bu barədə **** saylı arayış verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının reabilitasiya bölməsinə göndərilmişdir. 31 mart—## ##### 2022-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının tibbi reabilitasiya bölməsində stasionar müayinə və müalicə olunmuş, müalicə olunduqdan sonra hərbi xidmətini davam etmişdir. Lakin səhhətində ağırlaşmalar olduğu üçün (əsəbilik, həyəcan, yaddaşının zəifləməsi, başında olan ağrılar, yuxunun pozulması, döyüş səhnələrini təkrar-təkrar yaşamağı, ağır iztirablara dözməyərək özünə hər iki saidimə deşici kəsik xəsarətləri yetirməsi, özündən getməyi və bayılmağı) ## #### 2022-ci il tarixdə ixtisaslı həkim müayinəsindən keçmək üçün Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən yuxarıda qeyd edilən diaqnozlar təsdiq edilərək "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müalicəyə zərurət vardır” məzmunlu ## ###### 2022-ci il tarixli **** saylı “Xəstəlik haqqında Şəhadətnamə” verilmişdir. ## ######## 2022-ci il tarixdə həmin Şəhadətnamə əsasında hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Tərxis olunduqdan sonra müalicələrini davam etdirmişdir. Səhhəti pisləşdiyi və ağrılara dözə bilmədiyi üçün əsəbi halda bir neçə dəfə özünə qəsd etdiyi bildirilir. Yaşadığı ərazi üzrə “xxxx” X3 qeydiyyata alınmış və müalicə olunmuşdur. “xxxx” X3 göndərişləri ilə X1 Dispanserində ##.##.2022—##.##.2022-ci il tarixlərdə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X3 ##.##.2022—##.##.2022-ci il, ##.##.2022—##.##.2022-ci və 27.04— ##.##.2023-cü il tarixlərdə həmin Xəstəxanada müalicə olunmuşdur. Sonuncu dəfə “xxxx” X3 ## #### 2023-cü il tarixli göndərişi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X3 göndərilmiş, ##.##.2023-##.##.2023-cü il tarixdə həmin Xəstəxanada müalicə olunmuşdur. Aldığı xəstəliklər nəticəsində əlillik dərəcəsi təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ## #### 2023-cü tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyində həkim müayinəsindən keçmişəm. Agentlik tərəfindən ona ünvanlanmış ## ###### 2023-cü il tarixli SMS bildirişində qeyd olunur ki, “Diaqnoz əlillik dərəcəsi təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir”. Sonradan yenidən yazılı ərizə ilə rəsmi cavab almaq məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə müraciət etmişdir. Agentlik tərəfindən ona ünvanlanmış ## ###### 2023-cü il tarixli *-**-*/Ə- H*****/**** saylı cavabda qeyd edilir ki, "təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən, adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’’na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir”. Iddiaçı xəstəliyi ilə əlaqədar mütamadi olaraq müalicələr aldığını qeyd edir. Xəstəliyinin xroniki olduğunu qeyd edir. Hər həftə bir neçə dəfə təcili tibbi yardım bölməsinə müraciətlər olunur. Əlilliyinə səbəb olmuş xəstəlikləri Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmət dövründə qazanmış, uzun müddət müalicə olunsa da, müalicələrin nəticəsi olmamışdır. Yaşa dolduğuna görə xəstəliyi daha da kəskinləşmişdir. Əmək qabiliyyətli olmamağı və əlilliyinə səbəb olmuş xəstəliyin davam etməsi müalicə olunduğu tibb müəssisələri tərəfindən verilmiş tibbi arayışlarla təsdiq olunduğunu bildirir.
9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD-in ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: ‘Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdi ilə; Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Xocavənd rayon sakini ##.##.1982-ci il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması,keçirilmiş qapalı kəlləbeyin travması. baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, Dostkommosion sindrom və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, bas-beyin silkələnməsinin davamlı veaetativ damar davamsızlıäı. sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopativa ilə nəticəsi. Partlayış travması,ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli nevrosensor aäıresitmə, pıçıltı nitqinin saü qulaqda 3 (üç) metr, sol qulaqda 4.5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Sağ sağrı, hər iki səidin və kürək nahiyəsinin dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir; II (ikinci) dərəcəli alimentar-konstitusional piylərimə BCl-32,8. Hepatosteatoz. Qastroezofaqeal refleks xəstəliyi. 21-ci disin kariyesi, 36-cı dişin olmaması”diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ******** nömrəli xəstəlik tarixdən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu'' kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli Klinik Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023- ##.##.2023-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Bas-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə. Anamnezində suisidal cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnin PHŞ ##.##.2023-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (bas-bevintravması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdi ilə"kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gərginlikdən, zəif görmədən, yaddaşın və yuxunun pozulmasından şikayətlənmişdir. Agentliyin audiometriya müayinə nəticəsi: hər iki qulaqda normal eşitmə izlənilmişdir. Təqdim olunan sənədlərdə intihar cəhdləri qeyd olunsa da, müayinə zamanı anamnestik və kliniki olaraq öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi dissosiativ pozuntu. Funksional tutmalar (epileptiform). Üzvi şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert Xocavənd rayon sakini ##.##.1982-ci il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ## ##.2022-ci il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu. postkommosion sindrom və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəllebevin travması. bas-beyin silkələnməsinin davamlı veaetatıv damar davamsızlıtiı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (##.##.2020). ikitərəfli xroniki koxlear nevrit. ikitərəfli nevrosensor ağıreşitmə. pıçıltı nitqinin sağ qulaqda 3 (üc) metr, sol qulaqda 4.5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Sağ sağrı. hər iki saidin və kürək nahiyəsinin dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir; “II (ikinci) dərəcəli alimentarkonstitusional pivlənmə BCl-32.8. Hepatosteatoz. Qastroezofaaeal refliiks xəstəliyi 21-ci disin kanvesi 36-cı disin olmaması" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2023-##.##.2023- cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli Klinik Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə. Anamnezində suisidal cəhdi ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnin PHŞ ##.##.2023-cü il tanxli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (baş-beyin travması) səxsivvət pozuntusu. Anamnezində intihar cəhdi ilə" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gərginlikdən, zəif görmədən, yaddaşın və yuxunun pozulmasından şikayətlənmişdir. Agentliyin audiometriya müayinə nəticəsi: hər iki qulaqda normal eşitmə izlənilmişdir. Təqdim olunan sənədlərdə intihar cəhdləri qeyd olunsa da, müayinə zamanı anamnestik və kliniki olaraq öz təsdiqini tapmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu. Funksional tutmalar (eoHeotiform). Üzvi şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin## ### 2022- ci il tarixl*** i nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edildiyi bildirilir.
11. Şirvan Inzibati Məhkəməsinin (hakim A.A.Hüseynova) 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx tərəfindən göndərilmiş V********TJF saylı, ##.##.2023-cü il tarixli göndərişlə qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, xəstəliyinin xroniki olması, xəstəliyin ağırlıq dərəcəsinin orta ağır olması göstərilmişdir. Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir. Göründüyü kimi, tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya müəyyən edilən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin diaqnozunun əlillik əlamətinin təyin edilməməsinə istinad etmişdir. Halbuki iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. V********TJF saylı, ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixdə imzalanmış göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz digər səhiyyə müəsissələri tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz “Psixi və davranış pozuntuları bölməsi-Sıra №-si 7.6.2, üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0” - 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” bəndi müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırki iddia tələbi əsaslıdır.
13. Cavadeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, P.T.Əhmədov və C.Ə.Quliyev) 2025-ci il ## ####### tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Şirvan Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “xxxx” X3 tərəfindən verilmiş ## #### 2024-cü il tarixli ekspert rəyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırki iş üzrə cavabdeh orqan qismində çıxış etdiyindən həmin orqanın nümayəndəsinin iştirakı sözügedən ekspert rəyinin obyektivliyini şübhə altına alır. Bu səbəbdən məhkəmə kollegiyası Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-in bu sahə üzrə ixtisaslaşmış müəssisə olmasını nəzərə alaraq, həmin qurumun ## ###### 2025-ci il tarixli, *** saylı rəyini daha mötəbər və inandırıcı hesab edir. Həmin rəydə iddiaçıda “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi və özünə xəsarət yetirmələrlə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Iddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti iddia ərizəsinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
19. «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
baş beynin zədələnməsi və disfunksiyası 6.2.[130] və ya somatik xəstəliklə bağlı digər psixi F06 pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər F07.8 üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il . dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il . azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlillik təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiya məhkəməsi ilə razılaşan Kollegiya qeyd edir ki, iddiaçının səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapır və həmin diaqnoz şəxsə əlillik təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundur. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
30. Bununla belə, məhkəmə kollegiyası bildirir ki, aşağı instansiya məhkəmələri tərəfindən əlilliyin təyin edilməsi ilə bağlı iddianın təmin edilməli olması ilə bağlı düzgün nəticəyə gəlinsə də, qərarın nəticə hissəsində əlilliyin səbəbli əlaqəsi göstərilməmişdir.
31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir.
32. Həmin Qaydanın 3.1.1-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda Əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.
33. Iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ## ##.2022-ci il tarixli **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə iddiaçının sağlamlıq vəziyyəti “Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu. postkommosion sindrom və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması, keçirilmiş qapalı kəlle-bevin travması. bas-beyin silkələnməsinin davamlı veaetatıv damar davamsızlıtiı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (##.##.2020). ikitərəfli xroniki koxlear nevrit. ikitərəfli nevrosensor ağıreşitmə. pıçıltı nitqinin sağ qulaqda 3 (üc) metr, sol qulaqda 4.5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.
34. Beləliklə, iddiaçının göndərişdə qeyd olunan əsas diaqnozu və onun ağırlaşmalarının səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və işdə olan digər sənədlər ilə öz təsdiqini tapır.
35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X3 həvalə edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 35-60 faiz pozulması ilə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X3 həvalə edilsin. Qərar qətidir.