Məhkəmə qərarları › İş №2-1(102)-427/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-427/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-427/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynova Sevda Əziz qızı, 24.04.2019 Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs olmaqla) kompensasiya ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1887/2018 saylı 02 oktyabr 2018- ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında, 24 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, ümumi sahəsi 415.89 kv.m. əsas sahəsi 281.73 kv.m., köməkçi sahəsi 134.16 kv.m. olan ünvan 1 ünvanda yerləşən istirahət mərkəzi Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30/75 nömrəli, 24.03.2004-cü il tarixli arayışa əsasən 400.000.000 (dörd yüz milyon) AZM-ə İddiaçı (bundan sonra iddiaçı) satılmışdır. (AN-İ seriyalı, ******* nömrəli, 24.03.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi) ünvan 3 ünvanda yerləşən əsas s ahəsi 281.73 kv.m., yardımçı sahəsi 134.16 kv.m. və ümumi sahəsi 415.89 kv.m. olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir.(Bakı ŞİH Ti və MHQİ QYM seriyalı, 002584 saylı 30.04.2004-cü il tarixli qeydiyyat vəsiqəsi) Sadıqcan, Əbilov və Zığ yolu küçələrinin əhatə dairəsində yerləşən Mədəniyyət və Turizm Nazirliyinin balansında olan “Gənclik” parkının yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulduğundan sökülmüş qeyri-yaşayış obyektlərinin əvəzində torpaq sahəsi verilməsi üçün Cavabdeh (bundan sonra - cavabdeh) tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə S186 saylı, 21.12.2016-cı il tarixli məktubla müraciət olunmuşdur. İddiaçı, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiya tələbi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 4.000.000 manat məbləğində maddi zərərin və mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində, ümumilikdə 4.050.000 manat məbləğində pul vəsaitinin tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdehdən ona dəymiş olan 4.160.600 manat məbləğində maddi zərərin və mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində, ümumilikdə 4.210.600 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qərar qəbul olmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 415 kv.metr olan qeyri-yaşayış sahəsini (ticarət mərkəzini) daşınmaz əmlakın 24.03.2004-cü il tarixli alqısa tqı müqaviləsi əsasında 400.000.000 (AZM) manata almışdır. Həmin qeyri-yaşayış sahəsinə dair iddiaçının adına seriya QYM № 002584 nömrəli 30.04.2004-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi sökülən günədək təyinatına uyğun olaraq restoran kimi istifadə edilmişdir. Alqı-satqıdan sonra qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən əsaslı təmir edilmiş, binanın ümumi dam örtüyü dəyişdirilmiş, döşəməsinə istilik sistemi quraşdırılmış və parket vurulmuşdur. Binanın fasadı Gülbax daşından olan aqlayla üzlənmişdir. Binanın tavanına gips materialından fiqurlar yığılmış, gizli işıqlar, müasir havalandırma, mərkəzi soyutma və istilik sistemi quraşdırılaraq bir neçə yerdə iri həcmli çilçıraq asılmışdır. Bundan əlavə binanın daxilinə 6 ədəd kondisioner quraşdırılmışdır. Dəmir pəncərələr plastik pəncərələrlə, qapıları isə ikilaylı taxta materialdan olan qapılarla əvəz edilmişdir. Ərzaq məhsullarının saxlanılması üçün hündürlüyü 2.5 metr olan 2x2 metr ölçüdə iki ədəd soyuducu kamera inşa edilmişdir. Binanın zalına Türkiyə və Hindistan istehsalı olan mərmərlərdən eni 1.5 m. hündürlüyü 3 metr olan Kamen peçi quraşdırılmış divar hissəsinə 6 ədəd monitor yerləşdirilmişdir. Binanın mətbəxinin və sanitar qovşağının divarları İspaniya istehsalı olan iki rəngli kafellə üzlənmiş, döşəməsinə İspaniya istehsalı olan metlax vurulmuşdur. Binanın mətbəxinə müxtəlif ölçülü vitrin və şkaf tipli soyuducular, elektrik və qaz sobaları, müxtəlif ölçülü fırınlar, qabyuma maşınları, nerjaveka materialından isti-soyuq yeməklər üçün masa və paylayıcı xətlər quraşdırılmış, müxtə lif ölçülü xəmiryoğuranlar və mikserlər, ətçəkənlər və slayzerlər, popkorn və pambıq-şəkər maşınları, müxtəlif ölçülü şirəçəkənlər, və s. digər peşəkar mətbəx avadanlıqları alınmışdır. Binanın yerləşdiyi yerin ərazisi relyefə uyğun düzəldilmiş, həyətə aqlay və metlax (tamet) vurulmuşdur. Qeyri-yaşayış sahəsinin (restoranın) həyətində müxtəlif ölçülü besetkalar quraşdırılmış, damına sinklənmiş materialdan örtük (çerpiça), döşəməsinə isə metlax vurulmuşdur. Binanın həyəti və besetkalar işıqlandırma sistemi ilə təchiz edilmişdir. Binanın daxilinə və həyətinə təhlükəsizlik kameraları quraşdırılmışdır. Bütün bu işlər üçün iddiaçı külli miqdarda vəsait xərcləmişdir. 04 oktyabr 2016-cı il tarixdə Cavabdehin nümayəndələri heç bir xəbərdarlıq etmədən ağır texnika ilə əraziyə gələrək, 4.000.000 mana t məbləğində dəyəri olan obyekti uçuraraq içərisindəki bütün avadanlıqları məhv etmiş, söküntü materiallarını yük maşınlarına yığaraq ərazidən aparmışlar. Nəticədə iddiaçıya 4.000.000 (dörd milyon) manat məbləğində maddi ziyan dəymişdir. RİH-nin nümayəndələri iddiaçıya dəymiş ziyanı ödəyəcəklərinə, sökülmüş obyektin əvəzinə ona rayon ərazisində başqa yer verəcəklərinə söz versələr də, bu günədək nə ona dəyən ziyan ödənilməmiş, nə də başqa yer verilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Xətai rayonu, Zığ şossesində yerləşən Gənclik parkı ərazisində X3 təşəbbüsü ilə layihə əsasında yeni meşə-parkın salınması nəzərdə tutulmuşdur. Bununla əlaqədar ərazidə mövcud olan bir çox obyektlər s ökülüb sahələri təmizlənmişdir. Bu obyektlər sırasında İddiaçı məxsus istirahət mərkəzi də sökülərək ləğv edilmişdir. İddiaçı müraciət edərək sökülmüş qeyri-yaşayış sahəsinin əvəzi kimi Neapol küçəsi 7 saylı binanın yanında bir bloklu çoxmərtəbəli yaşayış binasının tikintisi üçün yer ayrılmasını xahiş etdiyindən Cavabdehin başçısı S-186 saylı, 12.2016-cı il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-59/2018 saylı, 17 may 2018-ci il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia qismən təmin edilmiş, ünvan 5 ünvanında yerləşən 415,39 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri 2.179 manatdan hesab lanmaqla, cəmi 906.224,31 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak cavabdeh tərəfindən söküldüyündən ona maddi ziyan dəymişdir və bu səbəbdən həmin obyektin hər kv.metri 2.179 manatdan hesablanmaqla 906.224,31 manat məbləğində kompensasiya ödənilməsi iddiaçının mülkiyyət maraqlarını qanunla təmin etmiş olar. İddiaçı vurulmuş mənəvi zərərin hansı şəraitdə və necə yarandığını, həmin zərərləri hansı halları nəzərə alaraq hesabladığını məhkəmə qaydasında əsaslandıra bilmədiyindən məhkəmə iddianı həmin hissədə təmin etməmişdir. Qərardan narazı qalan iddiaçı, cavabdeh və üçüncü şəxs apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-18 87/2018 saylı iş üzrə 02 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-59/2018 saylı, 17 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, üçüncü şəxsin apelyasiya şikayəti təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan narazı qalan cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti: Həmin şikayətdə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1887/2018 saylı iş üzrə 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apelyasiy a instansiya məhkəməsinə qaytarılması xahiş olunur. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normaların tələblərinə əməl edilməmişdir. Belə ki, apelyasiya instansiya məhkəməsi əsassız olaraq sübutları qiymətləndirərkən belə nəticəyə gəlmişdir ki, iş üzrə cavabdeh orqan iddiaçıya məxsus daşınmaz əmlakın söküntüsünü apararkən bunu dövlət ehtiyacı məqsədləri üçün etməmişdir. Apelyasiya məhkəməsi qeyd olunan faktın hansı sübutlarla təsdiq olunmasını təhlil etməmişdir. Halbuki, cavabdeh iddiaçıya məxsus daşınmaz əmlakının söküntüsünü apararkən bunun dövlət ehtiyacı məqsədləri üçün icra edildiyini qeyd etmiş və bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan Əbilov və Zığ Yolu küçələrinin əhatə dairəsində yerləşən Mədəniyyət və T urizm Nazirliyinin balansında olan "Gənclik" parkının yenidən qurulması və abadlaşdırılması məqsədi ilə salınacaq meşə parkının baş planına əsasən ərazidə yerləşən qeyri-yaşayış obyektləri sökülmüşdür. Söküntüyə məruz qalmış qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin 28.03.2018-ci il tarixli DX -03/03-03-321 saylı məktubu ilə bildirilmişdir ki, həmin sahələrin 1 kv.metrinin bazar qiyməti tikintinin keyfiyyətindən, istifadədə olma müddətindən, konstruksiyadan istifadə olunan tikinti materiallarından və digər amillərdən asılı olaraq, bütün əlavələr nəzərə alınmaqla 800.00-1000.00 manat təşkil edir. Ancaq nədənsə məhkəmələr heç bir sübut təqdim etmədən, iddiaçının torpağının dövlət ehtiyacları üçün alınması qənaətinə gələrək "Ca spian Ekspert" Qrupunun CEQ-899 saylı 30.03.2018 tarixli rəyinə və sair başqa qanunsuz sübutlara istinad etmişdir. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti: Həmin şikayətdə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1887/2018 saylı iş üzrə 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, o cümlədən məhkəmə tərəfindən kompensasiyanın müəyyən edilməsində qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə kompensasi ya məbləği şişirdilmələrə yol verilməklə müəyyən edilmişdir. Məhkəmə qərarında cavabdehin 04 aprel 2017-ci il tarixli etirazına istinad edilərək göstərilir ki, iddiaçının xahişi əsasında sökülmüş obyektin əvəzinə Neapol küçəsi 7 saylı binanın yanında bir bloklu çoxmərtəbəli yaşayış binasının tikintisi üçün yer ayrılması məqsədilə Cavabdeh tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Lakin məhkəmə həmin müraciətin nəticəsini, tərəflərin bu istiqamətdə gördüyü tədbirləri, habelə kompensasiyanın natura formasında ödənilmə imkanlarını ətraflı araşdırmamışdır. Halbuki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 65-ci maddəsinə əsasən kompensasiya itirilmiş torpaqla (yaşayış sahəsi ilə) müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına (istifadə im kanına) malik olan torpaq sahəsi (yaşayış sahəsi) formasında da ödənilə bilər. Bundan başqa, məhkəmə əmlakın dəyərini müəyyən edərkən çoxsaylı pozuntulara yol vermişdir. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı sözügedən obyekti 2004-cü ildə 400.000.000 manata (yəni 80.000 AZN) almışdır. Lakin məhkəmənin müəyyən etdiyi kompensasiya əmlakın iddiaçı tərəfindən alış qiymətindən 11 dəfə artıqdır ki, bu da kompensasiyanın aşkar şəkildə şişirdilmiş məbləğdə müəyyən olunduğunu göstərir. Həmçinin, qiymətləndirmə zamanı qeyd olunan tikilinin ötən müddət ərzində amortizasiyaya uğraması faktı da nəzərə alınmalı idi. Digər tərəfdən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 31 mart 2010-cu il tarixli 14/03-175-1736 nömrəli məktubla Ali Məhkəməyə müraciət edilərək dövlət ehtiya cları ilə əlaqədar məhkəmə işlərinə baxılarkən Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müvafiq məktubu ilə respublikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apelyasiya instansiyası məhkəmələrinə tövsiyyə edilmişdir ki, daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin məhkəmə tərəfindən işə baxılarkən Ali Məhkəmənin yuxarıda göstərilən tapşırığına əməl olunmamış, Maliyyə Nazirliyinin mütəxəssisinin rəyi nəzərə alınmamışdır. Belə ki, qərarda Maliyyə Nazirl iyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 28 mart 2018-ci il tarixli məktubuna istinad olunaraq, həmin ərazidə mülkiyyətçilərə daşınmaz əmlakların 1 kv. m. üçün tikintinin xarakterindən asılı olaraq ***-**** manat arasında kompensasiya hesablandığı qeyd olunsa da, nəticədə bu fakt nəzərə alınmamış, obyektin 1. kv. metri 2.179 manatdan hesablanmışdır. Daha sonra qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği nə real bazar qiymətlərinə, nə də məhkəmə təcrübəsinə uyğun deyildir. Hazırkı iş üzrə xüsusi bilik tələb edildiyi halda, bu prosessual normaya riayət edilməmiş, məhkəmə iclaslarında daşınmaz əmlakın qiymətləndirilməsinin aparılması üsulları (əsas sahə və yardımçı sahəyə münasibətdə hesablama və s.) tədqiq edilməmiş, bununla əlaqədar ekspert və ya mütəxəssisin rəyi dinlən ilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1887/2018 saylı iş üzrə 02 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mü mkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Hər iki şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmiş dir (İPM-in 94.2 və 94.4-cü maddələri). Hər iki şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də hər şikayətlər qəbul oluna bilən hesab edilir. Azərbaycan Respublikası İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia, öhdəliyin icrası haqqında iddiadır. Qeyd olunmalıdır ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İMP-in 34.1-ci maddənin 2-ci cümləsi). Belə ki, İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Kollegiya hesab edir ki, kassasiya şikayətləri apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİİ hissəsində isə təsbit edilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək v ə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd olunan maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna görə, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tə rəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Birinci instansiya məh kəməsi iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizanın aparılması "X5"-a həvalə edilmişdir. "X5”-nin 30.03.2018-ci il tarixli rəyində ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 415.89 kv.m. olan qeyri-yaşayış binasının 1 kv.metrinin təchiz olunmuş şəkildə (əsas əmlaklarda daxil) bazar dəyərinin söküldüyü dövrdə 2.179 manat təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (üçüncü şəxs) həmin ekspert rəyi ilə razılaşmarayaraq bildirmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq torpaqların alınması zamanı qeyd olunan əraziyə yaxın yerlərdə satın alınan qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə kompensasiya ödənilərkən həmin sahələrin 1 kv.metri üçün bazar qiymətlərinin tikintinin keyfiyyətindən, istifadədə olma müddətindən, konstruksiyasından, istifadə olunan tikinti materiallarından və digər amillərdən asılı olaraq bütün əlavələr nəzərə alınmaqla 800 1000 manatdan hesablanmışdır. Lakin apelyasiya instansiya məhkəməsi üçüncü şəxsin məktubunda qeyd edilən xüsusastlara münasibət bildirməmiş, əlavə ekspertiza təyin edilməsi məsələsini müzakirə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə təkrar baxarkən sökülmüş qeyri-yaşayış sahəsinin sökülən günə bazar qiymətinin düzgün müəyyən edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə ekspertiza keçirilməsi məsələsini müzakirə etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Litqoi və başqaları Böyük Britaniyaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyi nə görə, kompensasiyasız 1-ci maddə əmlak hüququnun “xəyali və səmərəsiz” müdafiəsini təmin etmiş olardı. Məhkəmə qeyd etmişdir ki, müxtəlif səbəblərdən kompensasiya əmlakın real bazar dəyəri səviyyəsindən aşağı ola bilər. Özgəninkiləşdirilən mülkiyyətin məbləği ilə əvəzi ödənilən məbləğ ağlabatan dərəcədə tarazlaşdırılmalıdır. Avropa Məhkəməsinin təcrübəsində dəfələrlə qeyd olunmuşdur ki, 1 saylı Protokolun 1-ci maddəsi özgəninkiləşdirilən əmlakın faktiki dəyərinin ödənilməsini nəzərdə tutmur. Burada əsas meyar kimi ədalətli tarazlıq, yəni ictimai maraqlarla mülkiyyətçinin təminat verilən hüquqları arasındakı ədalətli tarazlıq gözlənilməlidir. Avropa Məhkəməsi ədalətli tarazlığı konkretləşdirərək göstərmişdir ki, iqtisadi islahatlar və ya ümumi sosial ədalətə nail olmaq məqsədi üçün cəmiy yətin maraqlarının qanuni məqsədi əmlakın bazar dəyərindən aşağı məbləğdə əvəzinin ödənilməsinə yol verir. İctimai maraqlarla fərdin mülkiyyət hüququna müdaxilə arasında tarazlığa nail olmaq mülkiyyətçiyə müvafiq pul kompensasiyası verilməsi ilə təmin olunur. Beləliklə, ədalətli tarazlıq prinsipi dövlətə təkcə əmlakın məcburi qaydada özgəninkiləşdirilməsinə yol verilməsinin hüdudlarının deyil, həm də əmlak özgəninkiləşdirilən zaman ədalətli əvəzinin məbləğinin müəyyənləşdirilməsinə geniş imkan verir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının əmlakının sökülməsi ilə bağlı ödənilməli olan kompensasiyanın məbləğini müəyyən edərkən yuxarıda qeyd edilənləri nəzərə almamışdır. Bundan əlavə, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, məhkəmə qərarında cavabdehin 04 aprel 2017-ci il tarixli etirazına istinad edilərək göstərilir ki, iddiaçının xahişi əsasında sökülmüş obyektin əvəzinə Neapol küçəsində yerləşən 7 saylı binanın yanında birbloklu çoxmərtəbəli yaşayış binasının tikintisi üçün yer ayrılması məqsədilə Cavabdeh tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Lakin məhkəmə həmin müraciətin nəticəsini, tərəflərin bu istiqamətdə gördüyü tədbirləri, habelə kompensasiyanın natura formasında ödənilmə imkanlarını ətraflı araşdırmamışdır. Kollegiya kassasiya şikayətində qeyd edilən bu xüsusatı əsaslı hesab edərək bildirir ki, həqiqətən də apelyasiya instansiya məhkəməsi müraciətin nəticəsini, tərəflərin bu istiqamətdə gördüyü tədbirləri, habelə kompensasiyanın natura formasında ödənilmə imkanlarını ətraflı araşdı rmamışdır. Baxmayaraq ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 65-ci maddəsinə əsasən, kompensasiya itirilmiş torpaqla (yaşayış sahəsi ilə) müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına (istifadə imkanına) malik olan torpaq sahəsi (yaşayış sahəsi) formasında da ödənilə bilər. İPM-in 87.8.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarından inzibati məhkəmə icraatının bütün iştir akçıları - iddiaçı, cavabdeh və üçüncü şəxs apelyasiya şikayəti versə də, apelyasiya instansiya məhkəməsi qərarda yalnız üçüncü şəxsin apelyasiya şikayətinə münasibət bildirmiş, qərarın nəticəsi hissəsində də yalnız üçüncü şəxsin apelyasiya şikayətinin təmin edilmədiyi göstərilmişdir. İPM-in 69.4-cü maddəsinə görə, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir... “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 se ntyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayi ş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-in 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. İPM-in 12.1-ci maddəsinə deyilir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1887/2018 saylı iş üzrə 02 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Cavabdeh Bakı Şəhəri Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar