Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-427/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon nümay əndəliyinə qarşı “dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 15 oktyabr tarixli, 2-1(103)-1685/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinətin təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 30 yanvar tarixli, **********5 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsindən 224,10 manat məbləğındə əmək pe nsiyası alır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinət almaq hüququna əmək pensiyası almaq hüququ olmayan vətəndaşlar malikdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, dövlət qulluqçusu kimi axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında hər ay ödənilməklə ona ömürlük müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 21 yanvar tarixli, 408 nömrəli Fərmanı ilə Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olu nmuşdur. Xahişi əsasında Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 16 may tarixli, 328 nömrəli Fərmanı ilə Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuşdur. O, pensiya yaşına çatmasına baxmayaraq dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququna malik olmadığına görə ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1-ci maddəsinə əsasən dövlət qulluqçularına ömürlük müavinət “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qu lluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda müavinət təyin olunur. “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə - dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanunun 23.3-cü maddəsinə görə - dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudl uğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublika Prezidentinin 2003-cü il 22 oktyabr tarixli, 936 nömrəli Fərmanına əsasən dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinət təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna gör ə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydasının 6-cı bəndinə əsasən müavinət dövlət qulluqçusunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına hər ay ödənilir. Qeyd olunan qanunlara görə ona dövlət qulluqçusu kimi axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında hər ay ödənilməklə ömürlük müavinət təyin olunmalıdır. Ona görə də o, ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan **********5 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubu ilə onun ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdehin e tirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.1-ci maddəsində “dövlət qulluqçularına ömürlük müavinət - "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda” müəyyən olunmuşdur. Həmçinin “Dövlət qulluğu haqqında” Qanunun 23.3-cü maddəsinə görə “müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəy yən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Məzmundan da göründüyü kimi, dövlət qulluqçusuna ömürlük müavinət təyin edilməsinin əsas şərti, əmək pensiyası almaq hüququnu istisna edir. Həmçinin “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013cü il 22 oktyabr tarixli, 936 nömrəli Fərmanı da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinin icrasının təmin olunma sına yönəldilmişdir. Dövlət qulluqçularına təyin edilən ömürlük müavinətlər dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Əsassız və qanunsuz təyin edilmiş müavinətlər dövlət büdcəsində əlavə maliyyə itkilərinə gətirib çıxarır ki, bu da öz növbəsində dövlətin maliyyə resurslarından qeyri-səmərəli istifadəsinə gətirib çıxarır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 iyul tarixli, 2-1(112)-3600/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik pensiya yaşına çatmış, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış dövlət qulluqçusuna ömürlük müavinət təyin edilməsini həmin şəxsin dövlət qulluğunda minimum qulluq stajına və əmək pensiyası al maq hüququna malik olmaması (müvafiq sığorta stajına malik olmaması) ilə şərtləndirir. İddiaçı pensiya yaşına çatdığı vaxt onun dövlət qulluğu vəzifəsində minimum qulluq stajının (15 il) olmaması, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan normalarına əsasən əmək pensiyası almaq hüququna malik olması, yəni 62 yaşına çatması və azı 5 il sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının dövlət qulluğu vəzifəsində minimum qulluq stajı (15 il) olmadığından, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan normalarına əsasən əmək pensiyası almaq hüququna malik olduğundan (62 yaşına çatması və azı 5 il sığorta stajının olması), hazırkı iddia əsassızdır və təmin edilməməlidir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 15 oktyabr tarixli, 2-1(103)-1685/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin d əlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, sosial müavinət ayrı-ayrı kateqoriya şəxslərə göstərilən yardımdır. Bu kateqoriya şəxslərdən biri də dövlət qulluqçularıdır. Demək, dövlət qəbul edilmiş qanunla dövlət qulluqçularının vəzifələrinə uyğun olaraq dövlətə etdikləri xidməti qiymətləndirir və onlara ömürlük müavinətin verilməsini nəzərdə tutulur. Məhkəmə qərar qəbul edərkən iddiaçının ümumi əsaslarla pensiya almaq hüququnun olmasını əsas gətirmişdir. İddiaçı ümumi əsaslarla əmək pensiyası alır. Lakin dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ yoxdur. Qeyd olunan qanunların məzmunundan da görünür ki, dövlət qulluqçusu dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ olmadıqda dövlət tərəfindən onlara “Sosial müavi nətlər haqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq müavinət verilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə bu qanunların müddəalarına düzgün hüquqi qiymət verməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).
14. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası m əhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Dövlət qulluğu haqqında” Qanun (2017-ci il 12 iyun tarixdə qüvvədə olan redaksiyada): 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. 16. “Dövlət qulluğu haqqında” Qanun (2018-ci il 29 mart tarixdən qüvvədə olan redaksiyada): 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. 17. “Əmək pensiyaları haqqında ” Qanun (2017-ci il 12 iyun tarixdə qüvvədə olan redaksiyada): Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. 18. “Sosial müavinətlər haqqında” Qanun (2017-ci il 12 iyun tarixdə qüvvədə olan redaksiyada): 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.1. dövlət qulluqçularına ömürlük müavinət - "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu na əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda; 19. “Sosial müavinətlər haqqında” Qanun (2018-ci il 29 mart tarixdən qüvvədə olan redaksiyada): 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.1. dövlət qulluqçularına ömürlük müavinət - "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda;
20. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə gö rə təmin oluna bilməz.
24. İddiaçı 1954-cü il 12 iyun tarixdə doğulmuşdur.
25. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1992-ci il 10 avqust tarixdən 1995-ci il 16 may tarixədək dövlət qulluğu vəzifələrində (rayon səhiyyə şöbəsinin müdiri, rayon icra hakimiyyətinin başçısı) işləmiş, - özünün də təsdiq etdiyi kimi,- öz xahişi ilə dövlət qulluğu vəzifəsindən azad edilmişdir.
26. İddiaçının dövlət qulluğu vəzifəsindən azad edilməsi onun həmin tarixdə pensiya yaşına çatması, əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı olmamışdır.
27. İddiaçıya, onun 63 yaşının tamam olduğu 2017-ci il 12 iyun tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olmuş müddəalarına əsasən, ümumi qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.
28. Digər tərəfdən, Azərb aycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 fevral tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 2-ci bəndinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun müavinət almaq hüququ vardır.
29. Normanın məzmunundan göründüyü kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun müavinət almaq hüququ həmin dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunv ericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunun davam etdirilməsi və ya yeni qəbul edilməsi ilə şərtlənir.
30. Beləliklə, iddiaçının dövlət qulluğu vəzifəsindən 1995-ci il 16 may tarixdə azad edildiyi, azad edilmənin onun həmin tarixdə pensiya yaşına çatması, əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı olmadığı və iddiaçıya onun 63 yaşının tamam olduğu 2017-ci il 12 iyun tarixdən “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olmuş müddəalarına əsasən yaşa görə əmək pensiyası təyin edildiyi nəzərə alındıqda, onun “Dövlət qulluğu haqqında” Qanunun 23.3-cü maddəsindən və “Sosial müavinətlər haqqında” Qanunun 7.0.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Q ƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 15 oktyabr tarixli, 2-1(103)-1685/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov