Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-427/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(102)-427/2024 (Açar sözlər: dayandırılmış sosial müavinətin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “sosial müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməmiş sosial müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-481/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.2019-cu il tarixdə “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” üçün nəzərdə tutulmuş yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin xx.xx.2018-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. 2. xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli sosial müavinətin dayandırılması barədə məktubundan görünür ki, xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə əmək fəaliyyətinə başladığına görə xx.xx.2020-ci il tarixində sosial müavinət işi proaktiv olaraq dayandırılmışdır. Ona görə də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişi qanunsuz hesab edilmiş 2730,00 ( iki min yeddi yüz otuz manat 00 qəpik) manat vəsaitin qısa müddət ərzində Beynəlxalq bank va sitəsi ilə Filialın hesabına bərpa edilməsi xahiş olunmuşdur. Əmək fəaliyyətinə xitam verildiyi halda yenidən yaşa görə sosial müavinət almaq hüququ vardır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli, **********8 nömrəli yaşa görə sosial müavinətin təyin olunması haqqında məktubunda qeyd olunmuşdur ki, Nazirliyin “Sosial ödənişlər” və “Yoxlamalar” altsistemlərinin məlumat bazalarına əsasən 10 may 2019-cu il tarixli ərizənizi nəzərə alaraq, Sizə 14 avqust 2018-ci il tarixindən 3 və daha çox uşaq doğub, səkkiz yaşınadək tərbiyə etmiş qadın kimi (yəni 57 yaşınızın tamam olduğu tarixdən) yaşa görə sosial müavinət təyin edilmişdir. Adınızda 2 sentyabr 2014-cü il tarixindən aktiv əmək müqaviləsi aşkar edildiyi üçün Sizə təyin olunmuş yaşa görə sosial müavinətin ödənişi 28 yanvar 2021-ci il tarixindən dayandırılmışdır. Nəzərinizə çatdırırıq ki, müraciətinizdə 1 aprel 2019-cu il tarixdə əmək müqavilənizə xitam verildiyini qeyd etmişsiniz. Lakin araşdırma zamanı məlum olmuşdur ki, xitam tarixinin 1 aprel 2019-cu il göstərilməsinə baxmayaraq, xitamın sistemə işlənmə tarixi 9 fevral 2021-ci il qeyd olunmuş, eyni zamanda işəgötürən X5 tərəfindən 1 aprel 2019-cu il tarixindən 30 sentyabr 2019-cu il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları (SSN: **********027) hesablanmış və ödənilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, xx.xx.2014-cü il tarixindən aktiv əmək müqaviləsi (X1 VÖEN-i **********) olduğu halda xx.xx.2019-cu il tarixli ərizəyə əsasən 14.08.18-ci il tarixindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara” müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci yarımbəndinə əsasən təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. İddiaçının aktiv əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilməsinə baxmayaraq 62 yaşının tamam olmadığı üçün yaşa görə sosial müavinətin təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiy a məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən indiyədək olan dövr üzrə ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Sədərək Ticarət Mərkəzində işgötürən X3 mağazasında satıcı olaraq işə başlamış, səhhəti ilə əlaqədar olaraq 2019-cu ilin may ayında işdən ayrılmışdır. xx.xx.2019-cu il tarixdən əmək müqa viləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə 3 və daha çox doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş yaşa görə sosial müavinət almaq üçün DSMF-nin Qazax rayon şöbəsinə ərizə ilə müraciət etmiş, ona aylıq 130 manat sosial müavinət təyin olunmuş, həmçinin təyinat 57 yaş tamam olan tarixdən yəni xx.xx.2018-ci ildən başlamışdır. Təyinat başlayan tarixdən (xx.xx.2018) hesablanmış müavinətlər tam ödənilmiş, lakin xx.xx.2020-ci il tarixdə sosial müavinətin ödənişi dayandırılmışdır. Bundan sonra, iddiaçı cavabdehə müraciət etmiş və ona bildirilmişdir ki, xx.xx.2019-ci il tarixdə əmək fəaliyyətinə başladığına görə xx.xx.2020-ci il tarixədək ödənişi qanunsuz hesab edilmiş və 2730 AZN manat vəsaitin qısa müddət ərzində filialın hesabına bərpa edil məsi xahiş olunmuşdur. İddiaçı xx.xx.2019cu il tarixdən etibarən işləmədiyini və belə bir halın olmadığını bildirsə də nəticə dəyişməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 2-1(112)-13271/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) 2-1(112)-13271/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin bərpa olunması” t ələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-13271/2022 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin (hakim F.C.Hüseynov) 2-1(114)-1234/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi və dayandırıldığı tarixdən ödənişlərin ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdən iddiaçının müavinət almaq hüququ yaranmışdır və qanunvericiliyin tələbinə uyğun olaraq da ona müavinət ödənilmişdir. Əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə müvafiq sistemə yerləşdirilsə də, bildirişdən görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Ona görə də, “Sosial müavinətlər haqqında” Qanununa 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanunla edilmiş dəyişiklik iddiaçıya tətbiq edilə bilməz. Çünki, sözügedən dəyişiklik iddiaçının vəziyyətini ağırlaşdıran haldır.
12. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-481/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı il ə (hakimlər: R.Z.Mamedov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və A.V.İsgəndərova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1234/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində imtina məktubunun, iddia ərizəsinə etiraz və apellyasiya şikayətininin dəlilləri təkrarlanmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı iddia ə rizəsinin dəlillərinə uyğun kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənə dək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Mddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 7.0.2. Yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Maddə 10.1-1. Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 11.1.2. Yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. 19. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası ) Maddə 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. – hesab edilmişdir. 20. “İnzibati icraat haqqında” Azərba ycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə g örə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məh kəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya sosial müavinətin ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya in stansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” üçün nəzərdə tutulmuş yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin xx.xx.2018-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. Cavabdeh iddiaçının adına aktiv əmək müqaviləsi aşkar edildiyini bildirərək ona ödənilən sosial müavinəti xx.xx.2021-ci il tarixdən dayandırmışdır.
31. Cavabdeh sosial müavinətin bərpa edilməsindən imtina əsası kimi əmək müqaviləsinin xitam tarixinin 1 aprel 2019-cu il g östərilməsinə baxmayaraq, xitamın sistemə işlənmə tarixinin 9 fevral 2021-ci il qeyd olunmasına, eyni zamanda işəgötürən X5 tərəfindən 1 aprel 2019-cu il tarixindən 30 sentyabr 2019-cu il tarixinədək olan dövr üzrə iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqlarının (SSN: **********027) hesablanaraq ödənilməsinə istinad etmişdir.
32. Kollegiya qeyd edir ki, əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə müvafiq sistemə yerləşdirilsə də bildirişdən görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir.
33. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı işin materialları ilə iddiaçı ilə bağlı 30 sentyabr 2019-cu il tarixdən sonrakı dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmur, cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
34. Kollegiya qeyd edir ki, 30 sentyabr 2019-cu il tarixdən sonrakı dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmadığından, həmin vaxtdan iddiaçının əmək fəaliyyətinə başlaması sübuta yetmədiyindən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə isə 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edildiyindən, bu dəyişikliyə qədər iddiaçının əmək fəaliyyətinə başlaması sübuta yetirilmədiyindən hazırkı halda iddiaçıya münasibətdə qeyd olunan qanunun həmin tarixdən qüvvədə olan 1.0.2-ci maddəsinin tətbiq edilməsi əsassız olmuşdur.
35. Odur ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı təyin edil miş sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi və dayandırıldığı tarixdən ödənişlərin ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoymaqda haqlı olmuşdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
37. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-481/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.