Məhkəmə qərarları › İş №2-1(102)-427/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-427/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-427/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvvəlki xidmət nəzərə alınmaqla xüsusi rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin edilmədən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “onun gömrük orqanlarında xidməti nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq müvafiq vəz ifəyə təyin olunması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(108)-78/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2004-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2017-ci il tarixdən isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyinin Mühasibat və uçot hissəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 1000/010 nömrəli sərəncamına əsasən, “Azərterminalkompleks” Birliyinin strukt urunun optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi ləğv edilmiş və onun bazasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi yaradılmışdır. 3. “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/283Ş nömrəli əmri ilə, təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 50-ci maddəsinə əsasən, iddiaçı “Naxçıvanterminalkompleks” Birliyinin Mühasibat və uçot hissəsində tutduğu hissə rəisi vəzifəsindən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. 4. “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli əmri ilə, Komitəni n sərəncamında olan iddiaçı “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi Kommersiya şöbəsinin şöbə rəisi vəzifəsinə təyin edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının xidmət yerinin seçilməsi və ya dəyişdirilməsi Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2018ci il tarixli, 100/196 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun həyata keçirilir. Həmin Qaydalara uyğun olaraq Dövlət Gömrük Komitəsində əməkdaşın xidmət yerinin dəyişdirilməsi, xidmət üzrə irəli çəkilməsi həmin əməkdaşın ixtisası, iş təcrübəsi, qulluq və peşəkarlıq səviyyəsi, həmçinin vakant yerlərin mövcudluğu nəzərə alınaraq həyata keçirilir. Məlumat üçün bildirilir ki, Komitə sistemində perspektivli kadrların seçilməsi, onların bilik və bacarıqlarının, potensial imkanlarından təyinatı üzrə səmərəli istifadə edilməsi və vəzifədə irəli çəkilməsi prosesinin rəqabətlilik və şəffaflıq prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə Komitə sistemində mövcud olan vakant inspektor, böyük inspektor və baş inspektor vəzifələrinin tutulması ilə bağlı növbəti daxili müsabiqə elan edilmişdir. Müsabiqədə qeydiyyatdan keçmək üçün “Səriştə üzrə anket” formasını dolduraraq 1-15 iyun 2023-cü il tarixlərdə Elektron ünvan ünvanına göndərilməsi tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, onun gömrük orqanlarında xidməti nəzərə alınaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-cü il tarixdən X2 Komitəsinin maliyyə-tarif şöbəsinə inspektor olaraq işə qəbul olunmuş və müvafiq vəzifələrdə xidmət etmiş, xx.xx.2017-ci il tarixdən X1, Mühasibat və uçot hissəsinə hissə rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli, 1891 nömrəli Fərmanı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsi ləğv olunduqdan sonra birmənalı olaraq struktura daxil olan “Naxçıvanterminalk ompleks” Birliyi də ləğv edilmişdir. Ləğv olunmuş Naxçıvan MR Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli vəzifəli şəxsləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq əmrilə sərəncama götürülərkən xüsusi rütbəli vəzifəli şəxs olaraq iddiaçının adı həmin sıralara salınmamışdır və bu öz əksini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/974Ş nömrəli əmrində tapmışdır. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 3-cü maddəsinə əsasən, xüsusi rütbəli vəzifəli şəxs olaraq iddiaçının “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.7-ci bəndinə əsasən vəzifədən azad edilməsi və vəzifəyə təyin olunması Komitə sədrinin səlahiyyətləri daxilindədir. Lakin buna baxmayaraq, iddiaçı Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azə rterminalkompleks” Birliyinin direktorunun müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlu tərəfindən xx.xx.2023-cü il tarixli, 2300/288Ş nömrəli və xx.xx.2023-cü il tarixli, 2300/283Ş nömrəli əmrlərlə əsassız olaraq Komitənin sərəncamına götürülərək Birliyin işçisi təyin edilmişdir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə teleqram göndərərək müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda ona Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının xidmət yerinin seçilməsi və ya dəyişdirilməsi Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2018ci il tarixli, 100/196 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun həyata keçirildiyi, hə min Qaydalara uyğun olaraq Dövlət Gömrük Komitəsində əməkdaşın xidmət yerinin dəyişdirilməsi, xidmət üzrə irəli çəkilməsi həmin əməkdaşın ixtisası, iş təcrübəsi, qulluq və peşəkarlıq səviyyəsi, həmçinin vakant yerlərin mövcudluğunun nəzərə alınaraq həyata keçirildiyi bildirilmişdir. Həmçinin Komitə sistemində perspektivli kadrların seçilməsi, onların bilik və bacarıqlarının, potensial imkanlarından təyinatı üzrə səmərəli istifadə edilməsi və vəzifədə irəli çəkilməsi prosesinin rəqabətlilik və şəffaflıq prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə Komitə sistemində mövcud olan vakant inspektor, böyük inspektor və baş inspektor vəzifələrinin tutulması ilə bağlı növbəti daxili müsabiqə elan edildiyi bildirilmişdir. İddiaçının 20 ildir Naxçıvan MR Dövlət Gömrük Komitəsində x idmət etməsinə və 4 dəfə attestasiya imtahanından müvəffəqiyyətlə keçməsinə baxmayaraq onu yenidən imtahana dəvət etmələrinin qanuni əsası yoxdur.

8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı “Azərterminalkompleks” Birliyi direktorunun Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli vəzifəli şəxslərini sərəncama götürüb vəzifəyə təyin etmək səlahiyyətinin olmadığını qeyd etsə də, Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 100/01/004 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə”nin 5.9.15-ci yarımbəndinə əsasən “Azərterminalkompleks” Birliyinin direktoru Birlikdə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətinə malikdir. Həmçinin qeyd edilməlidir ki, Dövlət Göm rük Komitəsinin xx.xx.2023-cü il tarixli, 1000/010 nömrəli sərəncamına əsasən Naxçıvan MR Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi ləğv edilərək onun bazasında “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi yaradılmışdır. İdarənin əsasnaməsi, strukturu və ştat cədvəli “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/007 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən İdarənin işçiləri Birlik direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Əlavə olaraq qeyd etmək lazımdır ki, iddiaçıya ərizəsində etiraf etdiyi kimi Dövlət Gömrük Komitəsi sədrinin xx.xx.2018-ci il tarixli, 196 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydası” barədə ətraflı izah verilmişdi r. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

9. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim: Hicran Muradov) 03 may 2024-cü il tarixli, 2-1(122)-84/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı onun xüsusi rütbəli gömrük əməkdaşı olmasına istinad edərək, barəsində verilmiş müvafiq əmrlərdən sonra hazırda əmək müqaviləsi ilə işləməsindən narazı olaraq yenidən xüsusi rütbəli gömrük əməkdaşı kimi xidmətə bərpa olunmaq arzusundadır. Cavabdeh inzibati orqan isə iddiaçının işlədiyi idarədə struktur dəyişikliyinin baş verdiyini, yeni struktur, ştat vahidi və nizamnamənin təsdiqləndiyini, bütün bu dəyişikliklərdən sonra da iddiaçının həmin idarədə eyni vəzifəyə təyin edildiyini və iddiaçının tələbinə əsasən onun yenidən gömrük orqanlarında müvafiq vəzifəyə təyin edilməsinin mümkün olmadığına əsaslanaraq iddiaçının tələbinin icrasından imtina edir.

11. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1891 nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ləğv edilmişdir. Bundan sonra əvvəllər Komitənin bir qurumu hesab edilən “Naxçıvanterminalkompleks” Birliyində də müvafiq struktur dəyişiklikləri olmuşdur. Belə ki, Birlik ləğv edilərək yerində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi yaradılmışdır. Müvafiq dəyişikliklərdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin strukturu, şta t cədvəli və əsasnaməsi təsdiq edilmişdir. Həmin sübutlar iş materiallarında öz əksini tapır. İdarənin əsasnaməsində də qeyd edildiyi kimi, İdarənin digər işçiləri Birliyin direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İddiaçı da İdarənin digər işçiləri kimi Birliyin direktoru tərəfindən xx.xx.2023-cü il tarixli, 2300/283Ş nömrəli əmrlə işdən azad edilərək, həmin tarixdə 2300/288Ş nömrəli əmrlə yenidən vəzifəyə təyin edilmişdir.

12. İddiaçı məhkəmədə, ilk öncə, yuxarıda qeyd edilən əmrləri mübahisələndirsə də, sonradan iddia tələbində müvafiq dəyişiklik edərək tələbinə hazırkı tələb çərçivəsində baxılmasını xahiş etmişdir. Göründüyü kimi, bununla da iddiaçı qeyd olunan əmrlərlə razılaşmış və həmin əmrləri mübahisələndirməmişdir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə ”nin 120-ci maddəsinin 4-cü bəndində təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bildiyi qeyd edilmişdir. Göründüyü kimi, müvafiq struktur dəyişikliyindən sonra iddiaçı həmin vəzifəyə təyin edilmiş və iddiaçı bundan imtina etməyərək razılaşmışdır. Bununla da, hazırkı vəziyyətdə yenidən gömrük orqanlarında xidmətə bərpa edilməsini tələb edə bilməz.

13. İddiaçının hazırkı tələbinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının gömrük orqanlarında xidməti nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs olaraq müvafiq vəzifəyə təyi n olunması tələbinin icrası cavabdeh inzibati orqan tərəfindən mümkün deyil. Belə ki, iddiaçının işlədiyi idarədə baş vermiş müvafiq struktur dəyişikliyindən sonra onun xüsusi rütbəli gömrük əməkdaşı kimi yox, əmək müqaviləsi əsasında işləyən işçi kimi vəzifəyə təyin edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən onun hüquqlarını pozan hal qismində qiymətləndirilə bilməz. Həmçinin cavabdeh inzibati orqan tərəfindən onun tələbinin icrasından imtina edilməmiş, gömrük orqanlarında xidmətə qəbulun müvafiq müsabiqə əsasında həyata keçirildiyi qeyd edilərək iddiaçıya müvafiq istiqamət verilmişdir. Bununla da məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarını pozan hər hansı hal aşkarlanmamışdır. Cavabdeh inzibati orqan iddiaç ının tələbinin icrası mümkün olmadığından imtina etməkdə haqlı olmuşdur.

14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Yusifəli Qurbanov /sədrlik edən və məruzəçi/, Müşfiq Həsənov və Səxavət Novruzov) 12 sentyabr 2024-cü il tarixli, 2-1(108)-78/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı izahatında gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunması məqs ədilə keçirilən imtahanda iki dəfə iştirak etsə də, imtahandan keçə bilmədiyini göstərmişdir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı rütbəli şəxs olaraq gömrük orqanlarında müvafiq vəzifəyə təyin olunması ilə bağlı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə” Maddə

3. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Maddə

120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; Maddə

127. Gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.

21. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 100/01/004 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə” 1.1. “Azərterminalkompleks” Birliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. 5.1. Birliyin strukturu və ştat cədvəli Komitə sədrinin razılığı ilə onun direktoru t ərəfindən təsdiq olunur. 22. “Azərterminalkompleks” Birliyinin xx.xx.2023-cü il tarixli, 2300/007 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsi haqqında Əsasnamə” 1.1. Naxçıvan Ərazi İdarəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin strukturuna daxil olan İdarədir. 5.1. İdarənin strukturu və ştat cədvəli Birlik direktoru tərəfindən təsdiq olunur. 5.4. İdarənin digər işçiləri Birlik direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyiş dirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini ara şdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qə rarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun gömrük orqanlarında xidməti nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs kimi müvafiq vəzifəyə təyin edilməsinə nail olmaqdan ibarətdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxım ından iddiaçının gömrük orqanlarında xidməti nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rütbəli şəxs kimi müvafiq vəzifəyə təyin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiq i ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2-1(108)-78/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar