Məhkəmə qərarları › İş №2-1(102)-428/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-428/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-428/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməs i” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 21(103)-1712/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 23.07.2019-cu il tarixində cavabdeh orqana müraciət edərək ona “Müharibə veteranı” vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh 09.10.2019-cu il tarixli 640 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi iddiaçının təqdim etdiyi sənədlərdə döyüş əməliyyatlarında iştirak etməsinə dair təsdiqedicı hüquqi sənədlərin olmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Resp ublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 3 saylı Şəhər Xəstəxanasının həkimtravmatoloqu işlədiyi zaman 1992-ci ilin 24 fevral - 04 mart tarixlərində Şuşa şəhər xəstəxanasında döyüş təyinatlı məsələlər ilə əlaqədar müharibədə yaralanmış hərbiçilərə yardım göstərilməsi üçün Səhiyyə Nazirliyinin 17.01.1992-ci il tarixli 15 nömrəli əmri ilə və 1992-ci il 02 - 09 noyabr tarixlərində Ağdərə rayonunun hərbi hospitalında, həmçinin döyüşlər zamanı yaralanan hərbiçilərə qaynar nöqtələrdə yardım göstərmək üçün ezam edilmişdir. Bu faktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi A.Abdullayevin 16 saylı, 09.01.2009-cu il tarixli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mehmandarov adına Şuşa rayon xəstəxanasından verilən 119 saylı, 29.10.2020-ci il tarixli arayışları və digər sənədlər təsdiqləyir. Müharibə dövründə xidmətlərinə görə veteran adının verilməsi üçün o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Həmin Xidmətdən və Səbail rayon şöbəsi tərəfindən imtina məktubu verilmişdir. Hesab edir ki, imtina məktubu əsassız və ədalətsizdir.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə onun döyüş zonasında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması müəyyən edilmir. İddiaçı ərizəsinə 1992-ci ilin 24 fevral – 04 mart tarixlərində Şuşa rayon mərkəzi xəstəxanasında və 1992-ci ilin 02-09 noyabr tarixlərində Ağdərə rayonunda yerləşən hərbi hospitalında yaralılara yardım göstərmək üçün ezam olunması barədə əmrlərdən çıxarışlar və arayışlar əlavə etmişdir. Halbuki, həmin əmrlərdən çıxarışlardan və arayışlardan görünür ki, iddiaçının müharibə şəraitində olan rayonlarda ezam olunması xidməti vəzifələrinə uyğun olaraq tibbi yardım göstərilməsi məqsədi daşımış, döyüş təminatı ilə bağlı olmamışdır. Həmçinin, həmin əmrlərdən çıxarışlarda və arayışlarda iddiaçının həqiqətən həmin rayonlara g etməsi və yaralılara tibbi yardım göstərməsi, habelə onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat qeyd olunmamışdır. Qanunvericiliyə uyğun olaraq ezamiyyətdən qayıtdıqdan sonra da əmr (ezamiyyətdən qayıtmaq və ezamiyyətin ödənilməsi barədə) verilir, lakin iddia ərizəsinə əlavə olunmuş sənədlərdə iddiaçı tərəfindən həmin əmrlərdən çıxarışlar təqdim olunmamışdır.

5. Bakı İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-1518/2021 nömrəli qərarı ilə (hakim Pərviz Hüseynov) iddia təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 3 nömrəli Bakı şəhər X1 və ortopediya şöbəsində həkim travmatoloq işləyə rkən 24.02.1992-ci ildən 04.03.1992-ci ilədək və 02.11.1992-ci ildən 09.11.1992-ci ilədək döyüş bölgəsində yaralı hərbi qulluqçulara tibbi yardım göstərilməsi məqsədi ilə döyüş bölgəsinə ezam olunmuşdur və döyüşlərdə həkim kimi iştirak etmişdir.

7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 21(103)-1712/2021 nömrəli qərarı ilə (sədrlik edən – Elmira Nağıyeva, hakimlər – Həmid Həmidov və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(112)-1518/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir k i, iş materiallarında olan arayışlara əsasən hərbi döyüşlərdə yaralılara yardım məqsədi ilə həkim travmatoloq kimi X6 Vilayətinə ezam edilməsi, həmçinin Şuşa Mərkəzi Rayon Xəstəxanasında xidməti ezamiyyətdə olması, həmin müddətdə cəbhə xətti Şuşa Mərkəzi Rayon Xəstəxanasının ərazisindən keçdiyi səbəbdən iddiaçı yaralılara döyüş sahəsində birbaşa tibb yardım göstərməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həkim kimi iştirak etdiyi qeyd edilsə də, o, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər, həmçinin özünümüdafiə dəstələrinin tərkibində döyüşməsi barədə heç bir sənəd təqdim etməmişdir. 3 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının 134 nömrəli 04 noyabr 1992-ci il tarixli əmrindən iddiaçının yar alılara yardım məqsədi ilə 04.11.1992-ci il tarixdən X6 Vilayətinə ezam edildiyi göstərilsə də, konkret olaraq hansı rayona ezam olunması qeyd edilməmiş, bu barədə ezam olunduğu rayonun müvafiq icra hakimiyyəti orqanının və ya hərbi komissarlığının, Müdafiə Nazirliyinin, tibb müəssisəsinin hər hansı arayışı və ya qeydi iş materiallarında mövcud deyildir.

10. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 2-1(103)-1712/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq q eyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsində keçmiş X6 Vilayəti ərazisi ümumi olaraq qeyd edilmiş, konkret rayonlar göstərilməmişdir. Lakin məhkəmə göstərilmiş tələbə zidd olaraq konkret rayonların göstərilməsi zərurətini qeyd etmiş, bununla da yanlışlığa yol vermişdir. 3 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının 134 nömrəli 04.11.1992-ci il tarixli əmri iddiaçının müharibədə yaralılara həkim kimi yardım etməsi faktını t əsdiq etməyinə baxmayaraq bu halı məhkəmə nəzərə almamışdır.

12. Məhkəmə iş materiallarında olan sübutlara hərtərəfli qiymət verməmiş, məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunması” kimi qeyd edilsə də, təəssüflər olsun ki, məhkəmə tərəfindən iddiaçının həkim kimi bir başa müharibə zonasında təmas xəttində müharibədə yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi hallarını nəzərə almamış, təqdim edilmiş sübutlar isə düzgün qiymətləndirilməmişdir.

13. İddiaçı döyüşlərdə həkim kimi obyektiv və subyektiv səbəbdən iştirak etmişsə, səbəbindən asılı olmayaraq buna hüquqi qiymət verilməli idi. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan yeganə maddi hüquq norması kimi “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi tam qanunidir. Halbuki, məhkəmə hər bir halda iddiaçının bir başa təmas xəttində döyüşlər zamanı yaralanan hərbiçilərə qaynar nöqtələrdə yardım göstərmək üçün iştirak etməsinə hüquqi qiymət verməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin qanunauyğun olub-olmamasını müzakirə etməli olduğu halda bunu etməmişdir ki, bu da qərarın əsaslandırılmadığını və qərarın dövlət orqanının xeyrinə formal mülahizələrlə çıxarıldığını təsdiq edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Veteranlar haqqında” Qanun Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habel ə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətveri ci əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) 16. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Erm ənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetiril məsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd.

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərarili yə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüs usi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. (-)

17. İnzibati Prosessual Məcəllə Maddə

14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Hazırkı qərarın 15-16-cı bəndlərində qeyd edilən normaların məzmunundan aydın olur ki, iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş olsun və ya döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun.

22. Apellyasiya instansiyası məhkəməsi də göstərilən normaya uyğun olaraq iddiaçının döyüş əməliyyatları aparan hə rbi hissəyə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunub-olunmadığı istiqamətində araşdırma aparmışdır.

23. İddiaçı iddia ərizəsində olduğu kimi, kassasiya şikayətində də ona istinad edir ki, iş materiallarına əlavə edilmiş arayışlar əsasında onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həkim kimi iştirak etməsi təsdiq olunur. Lakin sözügedən arayışların mötəbərliyi ilə bağlı apellyasiya instansiyası məhkəməsi hərtərəfli araşdırma aparmış, nəticədə arayışların mötəbərliyini şübhə altına alan ziddiyyətlər müəyyən etmişdir.

24. Belə ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi Şuşa rayon Mərkəzi Xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış 26.11.2020-ci il tari xli, 660 saylı məktubda Şuşa şəhərinin işğalı zamanı arxiv materialları Şuşada qaldığı qeyd edilsə də, iddiaçıya verilmiş 22.10.2010-cu il tarixli 119 №-li arayışın həqiqətən Şuşa Rayon Mərkəzi Xəstəxanasının poliklinikası tərəfindən verildiyi göstərilmişdir. 22.10.2010-cu il tarixli 119 №-li arayışın hansı əsaslarla verilməsi iş materiallarında öz əksini tapmamış, həmin arayışında ümumiyyətlə poliklinika ilə bağlı hər hansı qeyd əks olunmamışdır.

25. Kassatorun digər dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-cı bəndində göstərilən normaların məzmunundan görünür ki, müharibə veteranı adı hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayı şları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

26. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, 3 nömrəli Bakı şəhər Klinik Xəstəxanasının 134 nömrəli 04.11.1992-ci il tarixli əmrindən iddiaçının yaralılara yardım məqsədi ilə 04.11.1992-ci il tarixdən X6 Vilayətinə ezam edildiyi göstərilsə də, konkret olaraq hansı rayona ezam olunması qeyd edilməmiş, bu barədə ezam olunduğu rayonun müvafiq icra hakimiyyəti orqanının və ya hərbi komissarlığının, Müdafiə Nazirliyinin, tibb müəssisəsinin hər hansı arayışı və ya qeydi iş materiallarında mövcud deyildir

27. Beləliklə, İPM-in 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı döyüşlərdə iştirak etməsini mötəbər sübutlarla sübut edə bilməmiş, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 2-1(103)-1712/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.09.2021-ci il tarixli, 21(103)-1712/20 21 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar