Məhkəmə qərarları › İş №2-1(102)-428/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-428/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-428/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi) qarşı “əlillik dərəcəsinin ləğv ed ilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2731/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli, 4110003AABF4 nömrəli göndərişi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı sağlamlıq vəziyyəti qiymətləndirilmiş və “Ümumi xəstəlik; Xəstəliklərin beynəlxalq təsnifatı: İX sinif - Qan dövranı sistemi xəstəli kləri = > İ20 -İ25 - Ürəyin işemik xəstəlikləri = > İ20 - Stenokardiya (döş inağı) = > İ20.1 - Sənədlər əsasında təsdiqlənmiş spazm ilə gedən stenokardiya; Diaqnozun mətni: Ağırlaşma İ25.1 Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskeleroz. Sol mədəciyin xroniki anevrizması. Hidrotoraks. Hidroperikard. Əsas diaqnoz İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, stabil gərginlik stenokardiyası, F.S.İİİ, tez-tez tutmalarla. Ağırlaşma İ50 Ürək çatmamazlığı, ÜÇ İİİ, mədəcik ekstrasistoliyası. Yanaşı xəstəliklər İ11.0 (durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertonoya) xəstəlik, Hipertoniya xəstəliyi, ən yüksək risk; Meyar: 2.2 İkinci dərəcə əlillik = > 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0,İ13-İ13.2,İ20-İ25) diaqnozu ilə ona 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2022-ci il müəyyən olunmuşdur.

2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı fərdi reabilitasiya proqramının tərtibi məqsədi ilə təkrar müayinəyə dəvət olunmuş, bundan sonra əlillik təyinatı etibarsız hesab edilmişdir

3. İddiaçı cavabdeh orqana müraciət edərək, ləğv edilmiş İİ qrup əlilliyin yenidən bərpa olunmasını xahiş etmişdir.

4. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi olaraq iddiaçıya dair rəsmiləşdirilmiş 4110003AABF4 nömrəli göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də həmin göndəriş əsasında təyin olunmuş əlillik təyinatı “əlillik” altsistemində etibarsız hesab edilmişdir. Qeyd olunmuşdur ki, iddiaçının qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlillik dərəcəsinin ləğv edilməsi ilə bağl ı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılmasını xahiş etmişdir.

6. Bundan sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə ona ikinci dərəcəli əlillik verilmişdir. Əlillik verilərkən diaqnoz belə olmuşdur: Ağırlaşma 125.1 ürəyin aterosklerotik xəstəliyi, aterosklerotik kardi oskeleros. Sol mədəciyin xroniki anevriması. Hidrotoraks. Hidroperikard. əsas diaqnoz 120.1 sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, stabil gərginlik stenokardiyası, F.S.İİİ, tez-tez tutmalarla. Ağırlaşma İ50 ürək çatışmazlığı, ÜÇ İİİ, mədəcik ekstrasistoliyası. Yanaşı xəstəliklər 111.0 (durğunluq) ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertonoya) xəstəlik (-yi), hipertoniya xəstəliyi, ən yüksək risk. Əlillik 5 illik müddətə təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2022-ci il müəyyən olunmuşdur. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarının 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin müddətdən öncə şəxsin əlilliyinin dərəcəsinin qiymətləndirilməsi üçün təkrar müayinəyə dəvət edilməsi qanunsuz və əsassızdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 30 dekabr 2019-cu il tarixli, **********1 saylı məktubu ilə İddiaçı təkrar müayinəyə dəvət edilmişdir. Məktubda qeyd edilmişdir ki, İddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq fərdi reabilitasiya proqramının tərtibi məq sədi ilə təkrar müayinəyə dəvət edilir. Müraciətdə göstərilən vaxt İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə getmiş, lakin onu nə müayinə etməmiş, nə də gəldiyini qeydə almamışlar. Bundan sonra, əlilliyi qanunsuz olaraq ləğv edilmiş və ona təyin edilmiş pensiya dayandırılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən, əlilliyi olan şəxslərin reabilitasiyası dedikdə əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası nəzərdə tutulur. Yəni reabilitasiya tədbiri şəxsin hüququd ur və bu məqsədlə dəvət edilmiş şəxsin müayinəsi yalnız ona xidmət məqsədi daşıya bilər, lakin həmin müayinə onun əlilliyinin vaxtından əvvəl ləğvi üçün əsas ola bilməz. Qanunda şəxsin hüququ kimi nəzərdə tutulmuş müddəaların onun ziyanına tətbiq edilməsi və nəticədə əlilliyin ləğv edilməsi qanunsuz və əsassızdır. Qeyd edilən səbəblərdən də İddiaçı bu məqsədlə dəvət edilməsi, dəvətə gəldiyi halda müayinə edilmədən əlilliyinin ləğv edilməsi, əlliliyi ləğv edildikdən sonra isə bu barədə ona rəsmi qaydada heç bir məlumatın verilməməsi qanunsuzdur. Bu səbəbdən də İddiaçı əlilliyinin nə vaxt və hansı əsasla ləğv edilməsi barədə ona rəsmi məlumat verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin müraciətə uzun müddət cavab verilməmişdir. Yalnız n ümayəndəsinin vasitəsi ilə uzun müddətdən sonra müraciətinə cavab məktubunu ala bilmişdir. Qeyd edilən məktubda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABF4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Aparılmış əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş 4110003AABF4 nömrəli göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də həmin göndəriş əsasında təyin edilmiş əlillik təyinatı “Əlillik" altsistemində etibars ız hesab olunmuşdur. Odur ki, onun əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, 5 ildən öncə əlilliyin təkrar qiymətləndirilməsi yolverilməzdir. Digər tərəfdən, İddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, yəni yalnız onun hüquqlarının nəzərdə tutulduğu qanuna istinad edilməklə əvvəlcə müayinəyə dəvət edilir, müayinəyə getdiyi halda müayinə edilmir və əlilliyi ləğv edilir. Yəni əlil kimi hüquqları nəzərdə tutulduğu qanun onun əleyhinə istifadə edilir. Əlilliyin ləğvinin səbəbi barədə iddiaçının sorğusuna isə cavabdeh inzibati orqan göstərmişdir ki, guya tibbi göndəriş etibarsız hesab edilmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsində qeyd et mişdir ki, 16 yanvar 2020ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, Daxili işlər Nazirliyinin Tibb İdarəsinin İddiaçı aid 4110003AABF4 saylı, xx.xx.2017-ci il tarixli göndərişi şəxsin iştirakı olmadan xx.xx.2017-ci il tarixdə ilkin qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Tibb İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilərək, 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmadığı və nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilmiş, həmin göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Soyadı, adı, atasının adı göndərişləri etibarsız edilmiş şəxslərin siyahısında 188-ci sırada qeyd edildiyindən “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Bildirilmişdir ki, iddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasını tələb etsə də, faktiki olaraq inzibati orqanın aktını mübahisələndirmişdir. İddiaçının mübahisələndirdiyi qərar 2019-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə 2021-ci ildə müraciət etmiş, beləliklə də iddia müddətini ötürmüş və bununla da iddiaçı tərəfindən müddətlə bağlı mümkünlük şərtlərinə əməl edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.

9. Bakı inzibati Məhkəməsinin 4 mart 2021-ci il tarixli, 2-1(112)-4685/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4685/2021 saylı, 9 iyul 2021-ci il tarixli (hakim A.Əhmədova) qərarı ilə iddia rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, dövlət səhiyyə müəssisələrinin göndərişləri olmadan TSEK-də əlilliyin qiymətləndirilməsi aparıla bilməz, başqa if adə ilə, dövlət səhiyyə müəssisələrinin göndərişləri yoxdursa, TSEK-də əlilliyin qiymətləndirilməsinin nə mümkünlüyündən, nə də mövcudluğundan bəhs oluna bilər. Hazırkı işdə də dövlət səhiyyə müəssisəsi olan Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli, 4110003AABF4 nömrəli göndərişi həmin təşkilatın özü tərəfindən etibarsız sayıldığından, mötəbərliyini itirmiş sənəd kimi artıq hüquqi nəticə doğurmur.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikasında tibbi qeydiyyata durması ilə bağlı hazırkı cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi tələbi ilə deyil, göndərişinin etibarsız hesab edilməsi ilə bağlı mübahisə üzrə irəli sürülə bilərdi. Qeyd edildiyi kimi hazırkı iş üzrə məhkəmə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əlillik təyinatının etibarsız hesab edilməsi ilə bağlı apardığı inzibati icraatın qanuniliyinə qiymət verir. Cavabdeh inzibati orqan Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən verilmiş tibbi göndəriş əsasında iddiaçıya əlillik dərəcəsi təyin etmiş, sonradan tibbi göndərişi göndərən orqan həmin göndərişi etibarsız hesab etmiş, bunun nəticəsində də cavabdeh Agentlik iddiaçının əlillik təyinatını etibarsız hesab etmişdir. Cavabdeh orqanın inzibati icraat gedişində “Əlilliyin qiymətləndirilməsi” Qaydaları ilə iddiaçının adına rəsmiləşdirilmiş göndəriş əsasında əlillik təyinatını aparmaq və ya təyinatın aparılmasından imtina etmək səlahiyyəti mövcud olmuşdur. Sonuncunun iddiaçının adına verilmiş gö ndərişin hansı əsaslarla etibarsız hesab edildiyini yoxlamaq, bunun üçün müvafiq sorğular vermək və ya hazırkı halda iddiaçının təqdim etdiyi Daxili İşlər Nazirliyinin Tibb İdarəsində tibbi qeydiyyatda durmasının qanuni olub-olmaması ilə bağlı hər hansı araşdırma aparmaq vəzifəsi nəzərdə tutulmamışdır. Cavabdeh orqan yalnız tibb müəssisəsinin təqdim etdiyi göndəriş həmin orqanın özü tərəfindən etibarsız hesab edildiyi üçün əlillik təyinatını etibarsız hesab etmişdir. Göndərişin etibarlılıq əsaslarını yoxlamaq onu təqdim etmiş orqanın- Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin məsuliyyət dairəsinə aid olan məsələdir. Başqa sözlə, iddiaçının qeyd etdiyi qanuni əsaslarla tibbi qeydiyyatda durması ilə bağlı dəlil cavabdehə qarşı əlillik təyinatının etibarlı sayılması əsası kimi irəli sürülə və qiymətləndirilə bilməz. İddiaçı tibb müəssisəsinin sözügedən göndərişinin etibarsız hesab edilməsini (qüvvədən düşürülməsini) mübahisə etmədən, bu etibarsızlığa istinad edən cavabdehin hərəkətlərinin qanuniliyini hazırkı inzibati məhkəmə icraatında mübahisələndirmişdir. Halbuki, iddiaçının İİ dərəcəli əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi üçün onun barəsində dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan mötəbər (etibarlı, qüvvədə olan) göndəriş olmalıdır ki, iş üzrə də belə bir göndərişin olmadığı mübahisəsizdir. Cavabdehin imtinası ümumilikdə normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, əlillik təyinatının etibarsız hesab edilməsi ilə bağlı cavabdehin hərəkətlə ri mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verdiyindən, hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin bərpası barədə iddia təmin oluna bilməz.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər H.Həmidov - sədrlik edən, E.Nağıyeva və C.Yusifov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 9 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. birinci instansiya məhkəməsində ikinci icraat

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7720/2022 saylı, 1 iyun 2022-ci il tarixli (hakim N.Abıyev) qərarı ilə iddia təmin edilmişdir.

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 4110003AABF4 nömrəli Forma 88 göndərişi düzgün doldurulmuş və həmin göndərişdə qeyd olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olmuşdur. Buna görə də cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əlillik dərəcəsi təyin olunmuşdur.

17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi ni və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2731/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.Baxışova - sədrlik edən, R.Qurbanov və V.Məmmədov) apelyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 1 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyət baxımından iddiaya qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə "Əlillik altsistemi" üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Bu qaydaya müvafiq olaraq, əlillik təyinatının ləğv olunması da adı çəkilən əsasnaməyə uyğun olaraq, analogiya üzrə şəxsin iştirakı olmadan keçirilə bilər. Məhkəmə h eç bir qanuni əsas olmadan Agentliyin bu diskresion səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. Belə ki, Agentlik tərəfindən əlilliyin ləğvinə səbəb daha əvvəl əlilliyin verilməsi üçün əsas olmuş tibbi göndərişin həmin göndərişi vermiş Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubu ilə etibarsız hesab edilməsi olmuşdur. Əlilliyin təyini Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Kassasiya şikayətinə qarşı etira zın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələr 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-hə kim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülü r; 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi Sosial Ek spertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafiq dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdə n hesablanır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilər ə (bundan sonra - şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra - göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsur ları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndiril məsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

28. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 13 1.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1 Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 30.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası mə hkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

32. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zə ruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya münasibətdə əlilliyin ləğvi və onun əlilliyinin bərpa olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hall arına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır:

37. Xüsusi olaraq analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi və məhkəmə təcrübəsi cavabdeh tərəfindən nəzərə alınmalı və həmin təcrübəyə əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin, eləcə də digər tibb müəssisələrinin göndərişlərinin etibarsız hesab olunması nəticəsində həmin göndərişlər əsasında cavabdeh tərəfindən təyin olunmuş əlillik təyinatının "Əlillik" altsistemində etibarsız sayılmasına dair mübahisə lər üzrə Ali Məhkəmə tərəfindən xeyli sayda qərarlar qəbul edilmiş və cavabdehin davranışı qanunsuz və əsassız hesab edilmişdir (bununla bağlı bax: Ali Məhkəmənin 2-1(102)-177/2023) nömrəli,17 mart 2023-cü il tarixli və digər qərarlarına).

38. Bundan başqa, mübahisəyə dair iş üzrə materiallardan iddiaçının əlilliyinin qiymətləndirilməsi və ona beş il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli qərarının “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edildiyi görünmür. Cavabdeh tərəfindən də məhkəməyə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati aktın ləğvinə (hüquqi qüvvəsini itirməsinə) dair icraat materialları təqdim edilməmişdir. Başqa sözlə, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Belə ki, həmin maddəyə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

39. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın ləğv olunması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir.

40. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunmasına dair qərarın ləğvi barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və bu qərarın 23-27-ci bəndlərində istinad olunan digər normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqa n həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

41. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq iddiaçıya aid göndərişin, onu tərtib etmiş tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyinə istinadla, əlillik altsistemində ona aid qiymətləndirməni və bunun üzərindən şəxsə təyin olunmuş əlilliyi etibarsiz hesab etməkdə cavabdeh haqlı sayıla bilməz.

42. Qeyd olunmalıdı r ki, təyin olunmuş əlilliyin ləğvini şərtləndirən bu qərarın 27-ci bəndində istinad edilən normada nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan bu qərarın 40-cı bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin olunmasına dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin qiymətləndirilməsinin etibarsız sayılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit e dilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

43. Bununla yanaşı, həm də nəzərə almaq lazımdır ki, hazırkı qərarın 27-ci bəndində istinad olunan normalarda da əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının ləğvi nəzərdə tutulmuşdur. Həmin normaların (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin) məzmununa əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdiril məsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Yəni əlilliyin ləğvi barədə qərar şəxsin müayinəsinin nəticələrinə istinadən qəbul edilə bilər. Cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi hallarda, yalnız yuxarıda qeyd olunmuş qaydada həmin qərarın ləğvi barədə qərar qəbul etməyə haqlı olardı.

44. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, əyani müayinəyə cəlb edilmədən iddiaçıya aid qiymətləndirmənin nəticələri cavabdeh tərəfindən “X1” etibarsız hesab olunmuşdur. Halbuki, yuxaıda istinad olunan normalar baxımından tibb müəssisəsinin məktubu iddiaçının əlilliyinin “Əlillik Altsistemi”ndə etibarsız sayılması üçün yetərli əsas kimi qiymətləndirilə bilməzdi. Bu mənada ca vabdehin əlilliyin etibarsız hesab edilməsi ilə bağlı davranışı hazırkı qərarın 23-27-ci bəndlərində istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı əlilliyin bərpa olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

46. Nəticə etibarı ilə, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2731/2022 nömrəli, 19 oktyabr 2 022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar