Məhkəmə qərarları › İş №2-1(102)-4286/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4286/2025

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4286/2025 11.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. ##.##.2015-ci il tarixli, № *JNNYDR**** saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X5: VI Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Epilepsiya qıcolma tutmaları ilə. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması

2. ##.##.2016-cı il tarixli, № *JNNYDR**** saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X5: VI Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Epilepsiya, mürəkkəb porsial tutmaları; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); Müddət: 5 il; Növbəti qiymətləndirmənin tarixi: ##.##.2021.

3. ##.##.2019-cu il tarixli, № *JNNYDR**** saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, X5:VI Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: G40.0 Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); Müddət: 5 il; Növbəti qiymətləndirmənin tarixi: ##.##.2024 - ##.##.2024-cu il tarixli, № *JNNYDR**** saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmamalrı tonik klonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox)orta dərəcəli psixopatoloji simptomatika ilə Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların enməsi ilə MMSE 24; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür. Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələrin reyestrində yoxdur.

4. ##.##.2024-cu il tarixli, № *JNNYDR**** saylı Forma 88 qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmamalrı tonik klonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə; Meyar: 6.Sinir sistemi xəstəlikləri=> Epizodik və paroksizmal pozğunluqlar= > Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar=>epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) 35 təzahür edən, həyat fəaliyyətinin əsas 60 sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən); Müddət: 1 il; OFP yekun faizi: 50% (III dərəcə) Növbəti qiymətləndirmənin tarixi: ##.##.2025 IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin 1 il müddətinə III dərəcə əlilliyin təyin olunması barədə ##.##.2024-cü il tarixli Qərarının ləğv edilməsi və ona 65-80 faizlə II dərəcəli əlilliyin təyin edilməsi barədə yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1994-cü il tarixində doğulmuşdur. Doğulduğu vaxtdan müəyyən xəstəlikləri olduğundan o zaman, elə başa düşmüşlər ki, böyüdükcə onda olan xəstəliklər tədricən keçib gedəcəkdir. O zaman qoyulmuş diaqnozla uzun müddət həkimlərin nəzarəti altında ona təyin olunmuş dərmalarla müalicə olunmuşdur. Belə ki, ##.##.2014-cü ildə “Medera Hospital”da professor Ağakişi Yahyayev tərəfində keçirilmiş müayinə zamanı nəticə olaraq “Sağ hipokampal girusun həcmi sağa nisbətən azalmışdır, u səviyyədə qeyd edilən girus səviyyəsində minimal siqnal artımı da mövcuddur. Bu dəyişikliklər mezotemporal skleroza lehinədir” göstərilmişdir. Respublika diaqnoz mərkəzində ##.##.2014-cü ildə keçirilmiş müayinə zamanı “Klinikanın baş beyini MRT müayinəsi və EEQ-in nəzərə alaraq xəstəyə Dz : Gicgah epilepsiyası” diaqnozu qoyulub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti * saylı Tibbi – Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2016-cı il tarixindən ümumi xəstəlik əsasında, 0 % li əmək qabiliyyətinin itirməsi ilə ‘"Epilepsiya, mürəkkəb porsial tutmalarla” 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. Eyni zaman da yüngül oturaq işlərdə işləyə bilməsi göstərilməklə “ixtisaslaşmış müalicə” müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron X4 haqqında arayışa əsasən iddiaçı ##.##.2019-cü ilində müayinə edilmiş ** nömrəli Şəhər Poliklinikasının göndərişi ilə “G40.0 Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokoliza olunmuş (fokal) (pasial) idiopetik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ” diaqnozu ilə 2.2. ikinci dərəcəli əlillik => 2.2.11 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə (G40-G41.9) Əlillik qrupu ümumi xəstəlik əsasında 5 il müddətinə 2ci qrup əlillik müəyyən edilmişdir. ##.##.2022-ci ildə “xxxx” MMC-də ümumi müayinə olunmuşdur və onda “Sağ hipokampus artofik olub, həcmi kiçilib və minimal qliozisə bağı FLAIR hiperritens siqnal dəyişiklik qeyd edilir”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş ** saylı Forma arayışa əsasən İddiaçı ##.##.2024-cü il tarixində müayinə keçirilmiş orqanizm funksiyasının 50 %-nin pozulması halı müəyyən edilməklə “Fokal başlanğıclı tutmalar ilə müşahidə olunan lokolizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası II-li generalizasiya ilə münasib parsiol tez-tez tutmaları tonik klonik qıcolmalarla (ayda 4 dəfə çox ) orta dərəcəli psixopatoloji simptomatika ilə” 50 % orqanizmin funksiyasının pozulması ilə 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. * nömrəli Klinik psixiatriya xəstəxanasının Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli 2395 №li rəyində “Üzvi emosional-labil pozuntusu, noqutu funksiyaları enməsi F06 .6 , F 06.7 MMSE -24 , Yan: Gicgah epilepsiyası -G40. - G40.9” diaqnozu qoyulmuşdur. Tibbi Ərazi Bölməsinin Idarəetmə Birliyində ##.##.2024-cü ildən ##.##.2024-cü ilə kimi müalicə almışdır. ##.##.2024-cü ildə sonuncu müayinə zamanı “Fakol başlanğıclı tutmaları ilə müşahidə olunan lokalozasiya olunmuş (fokal) idiopatik epilepsiya və epileptik sindromları. Gicgah epilepsiyası II-li generalizasiya ilə münasib parsiol tez-tez tutmaları tonik klonik qıcolmarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatik ilə Üzvi emosional labil pozuntu koqniv funksiyaların enməsi ilə MMSE-24 “ diaqnozu qoyulmuşdur. Ona 2-ci dərəcəli əlillik verilməsindən imtina edilib və səbəb olaraq “Əlavə müalicəyə ehtiyacının olması. Ətraflı ixtisaslaşdırılmış müalicənin davam etdirilməsi məsləhət görülür. Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələr reyestrində yoxdur” göstərilmişdir. Bu tamamilə əsassızdır. Belə ki, onun Ixtisaslaşdırılmış Poliklinikada uçotda durması və dövlət tərəfindən ona təyin edilmiş dərmanların alınaraq müalicə olunması barədə Bakı şəhəri Binəqədi rayonu, ** №-li şəhər poliklinikasından ##.##.2024-cü il tarixli *** №-li arayış alınmış və həmin arayışda 2022-ci ildən 2024-cü ilə kimi alınan dərmanların siyahısı göstərilmişdir. Göstərilən dərmanları qəbul edən şəxs 3-cü dərəcəli əlillik deyil 2-ci dərəcəlik əlillik siyahısına daxildir. Hazırda bütün müalicə müəssisələri, xəstəxanalarında onun psixi xəstəliyi təsdiq olunduğu və ona qoyulmuş diaqnoz təsdiq edildiyi halda, cavabdehin ona 3-cü dərəcəli əlillik təyin etməklə, əlavə müalicə olunmasını bildirməsi tam qanunsuzdur.

7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Agentliyin Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: Binəqədi rayon sakini X1 DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin M********HXD nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyac olması” qərarı verilmişdir. Ətraflı səbəb: “Ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür. Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələrin reyestrində yoxdur.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmudur ki, səhiyyə müəssisəsinin M********HXD nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyacın olması” barədə doğru qərar verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı iddiaçının hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmamaları tonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların enməsi ilə MMSE 24.” diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.7.1 bəndinə əsasən orqanizmin funksiyalarının 50% pozulmasına görə 1 (bir) il müddətinə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi- Sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

8. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim - N.Abıyev).

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin II dərəcəli əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya 2016-cı il tarixdən 5 il müddətinə “epilepsiya, mürəkkəb porsial tutmaları” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə ##.##.2019-cu il tarixdə 5 il müddətinə “G40.0 Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə eyni diaqnoz - Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiyası ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmamalrı tonik klonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə diaqnoz ilə II dərəcəli əlillik təyinatının aparılmasına nail olmağa çalışmışdır. Lakin cavabdeh əsassız olaraq ona 35-60 faiz meyarı ilə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Başqa sözlə desək, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndəriş əsasında iddaçıya II dərəcəli əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2024-cü il tarixdə təkrar əlilliyin müəyyən olunması zamanı ona 65-80 faizlə II dərəcəli əlilliyin təyin edilməsindən imtina etmişdir.

10. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Iş materiallarında göründüyü kimi, iddiaçı müntəzəm olaraq müayinəyə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona əlillik təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.

11. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, ##.##.2024-cü il tarixdə “Əyani müayinə aktı”nda da müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin M********HXD nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyac olması” qərarı verilmişdir. Ətraflı səbəb: “Ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür. Səhiyyə Nazirliyinin pulsuz dərman alan əsəb-ruhi xəstələrin reyestrində yoxdur.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin M********HXD nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Əlavə müalicəyə ehtiyacın olması” nəticəyə gəlmişdir.

12. Bu konteksdə məhkəmə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır.

13. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Istinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur.

14. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hər nə qədər iddiaçıda əlilliyin təyininə əvvəllər əsas vermiş və hal hazırda əlilliyin təyinatına əsas vermiş göndərişdə qeyd olunan xəstəliklər arasında uyğunluğun olub-olmaması müvafiq ixtisaslı bilik tələb etsə də, hazırda əlilliyin təyin edilib-edilməməsi məsələsinə münasibətdə səlahiyyətli məhkəmə həmin uyğunluğun mövcudluğunu istisna etmir. Ən azından, ilkin tibbi biliklər əvvəllər əlilliyin təyinatına əsas vermiş xəstəliklərlə, hazırda iddiaçıda mövcud olan xəstəliklər arasında uyğunluğun mövcudluğunu təsdiq etmək üçün kifayət edir.

15. Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı 16.04-##.##.2024-cü il tarixlərdə “Ə.D.Məlikov adına X2”ndə “G40.0-gicgah epilepsiyası, ikincili generalizasiya ilə mürəkkəb parsial, tez-tez təkrarlanan tonik-klonik tutmalarla (ayda 3 dəfə), G93.2-beyindaxili hipertenziya, G44, R41.8, F64, F06.6-kranialgiya, yaddaş zəifliyi və davranış pozulmaları, üzvi mənşəli emosional labil həyəcan pozuntusu, R29.9, H52.1, H43.3. L70.9, H81.1, dəqiqləşdirilməmiş qastroduodenit, OU-miopiya, şüşəyəbənzər cismin digər bulanmaları, xroniki xolesistit...” diqnozu ilə müayinə və müalicədə olmuşdur, yəni onun hazırda həmin xəstəliklərdən əziyyət çəkməsi qənatinə gəlmişdir.

16. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, IPM-in 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2).

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Oruczadə, hakimlər – G.Abbasova, E.Əliyev).

19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində iş üzrə araşdırma zamanı təyin edilmiş məhkəmə tibbi ekspertiza rəyinə əsasən, vətəndaş İddiaçı 16.04- ##.##.2024-cü il tarixlərdə “Ə.D.Məlikov adına X2”ndə “G40.0-gicgah epilepsiyası, ikincili generalizasiya ilə mürəkkəb parsial, tez-tez təkrarlanan tonik-klonik tutmalarla (ayda 3 dəfə), G93.2- beyindaxili hipertenziya, G44, R41.8, F64, F06.6-kranialgiya, yaddaş zəifliyi və davranış pozulmaları, üzvi mənşəli emosional labil həyəcan pozuntusu, R29.9, H52.1, H43.3. L70.9, H81.1, dəqiqləşdirilməmiş qastroduodenit, OU-miopiya, şüşəyəbənzər cismin digər bulanmaları, xroniki xolesistit...” diaqnozu ilə müayinə və müalicədə olmuşdur, yəni onun hazırda həmin xəstəliklərdən əziyyət çəkməsi qənaətinə gəlmişdir.

20. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndəriş əsasında II dərəcəli əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2024-cü il tarixdə təkrar əlilliyin müəyyən olunması zamanı ona 65-80 faizlə II dərəcəli əlilliyin təyin edilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə kollegiyası “Əlilliyin müəyyən olunması meyarları”nı diqqətə çəkmişdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 6.7. Epilepsiya (G40) Qiymətləndirmə 6.7.3. epilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir.

22. Apellyasiya icraatı zamanı “xxxx” publik hüquqi şəxsi ** nömrəli şəhər poliklinikasına göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Ona görə ki, o, ** saylı Şəhər poliklinikasında dispanser qeydiyyatındadır. Xəstə uşaqlıqdan epilepsiya xəstəsidir. ##.##.2016-cı ildən əlildir. Daimi olaraq ambulator və stasionar müalicələr alır. Aparılan müalicələrə baxmayaraq xəstənin vəziyyətində yaxşılaşma qeyd olunmur. Xəstədə ayda 4- 5 dəfədən artıq tutmalar olur. Xəstə daimi olaraq Finlepsal, Epineks, Depakin xrono dərmanlarını qəbul edir. Xəstədə panik atak olduğuna görə tək qala bilmir. Xəstənin kənar şəxsin köməyinə ehtiyacı var.

23. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya ##.##.2024-cu il tarixli, № *JNNYDR**** saylı Forma 88 arayışına əsasən əsas diaqnoz kimi “ G40.0; Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiya ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmaları tonik klonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə “ göstərilmişdir. Həmin əsasla da ##.##.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya 2-ci dərəcəli əllilik təyin edilmişdir.

24. Həm iddiaçı barəsində tərtib edilmiş ##.##.2024-cu il tarixli, № *JNNYDR**** saylı Forma 88 arayışından, həmçinin hazırda “xxxx” publik hüquqi şəxsi ** nömrəli şəhər poliklinikasının məktubundan aydın olur ki, iddiaçıda olan tutmaların sayı ayda hətta 4-5 dəfədən artıq olur. Cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Iş materiallarında göründüyü kimi, iddiaçı müntəzəm olaraq müayinəyə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona II dərəcəli əlillik (orqanizmin funksiyalarının pozulmasının 65-80 faizinin) təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmaması və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

TƏTBIQ EDILƏN HÜQUQ

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

29. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı III dərəcə əlilliyin təyin olunması barədə qərarının ləğv edilərək ona 65-80 faizlə II dərəcəli əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir.

37. Apellyasiya icraatı zamanı “xxxx” publik hüquqi şəxsi ** nömrəli şəhər poliklinikasına göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, “ ona görə ki, o, ** saylı Şəhər poliklinikasında Dispanser qeydiyyatındadır. Xəstə uşaqlıqdan epilepsiya xəstəsidir. ##.##.2016-cı ildən əlildir. Daimi olaraq ambulator və stasionar müalicələr alır. Aparılan müalicələrə baxmayaraq xəstənin vəziyyətində yaxşılaşma qeyd olunmur. Xəstədə ayda 4- 5 dəfədən artıq tutmalar olur. Xəstə daimi olaraq Finlepsal, Epineks, Depakin xrono dərmanlarını qəbul edir. Xəstədə panik atak olduğuna görə tək qala bilmir. Xəstənin kənar şəxsin köməyinə ehtiyacı var”.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 6.7. Epilepsiya (G40) Qiymətləndirmə 6.7.3. epilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir.

39. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçıya ##.##.2024-cu il tarixli, № *JNNYDR**** saylı Forma 88 arayışına əsasən əsas diaqnoz kimi “ G40.0; Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Gicgah epilepsiya ll-li generalizasiya ilə münasib parsioal tez-tez tutmaları tonik klonik qıcolmalarla (ayda 4 dəfədən çox) orta dərəcəli psixopatoloji simptomatika ilə “ göstərilmişdir. Həmin əsasla da ##.##.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya 2-ci dərəcəli əllilik təyin edilmişdir.

40. Göründüyü kimi, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Iş materiallarında göründüyü kimi, iddiaçı müntəzəm olaraq müayinəyə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona II dərəcəli əlillik (orqanizmin funksiyalarının pozulmasının 65-80 faizinin) təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.

41. Bundan başqa, Ali Məhkəmənin bir çox qərarlarında “diskresion səlahiyyət” ilə bağlı arqumentə münasibətdə qeyd edilmişdir ki, IPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “Inzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

42. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar