Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-429/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi X4, vəkili Vəkil qızının iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra cavabdeh) qarşı “sənədlərin təqdim edil məsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2213/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsinin 12 fevral 2016-cı il tarixli məktubuna əlavə edilmiş 19.06.2015-ci il tarixli “Qiymətli kağız sahiblərinin reyestrinə əsasən Emitent ASC-nin ******* ədəd nominal dəyəri 0,50 manat olan səhmi X7 Komitəsində qeydə alınmışdır. Emitentin ünvanı kimi ünvan 1 sırasında göstərilən İddiaçı Emitent ASC-nin 2900 əd əd səhminin sahibidir. 21.07.2015-ci il tarixli qiymətli kağız sahiblərinin reyestrində də oxşar məlumatlar göstərilmişdir. ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının hesablama komissiyasının və səhmdarlarının növbədənkənar ümumi yığıncağının 6 may 2015-ci il tarixli protokollarına əsasən cəmiyyətin ayrılma yolu ilə yenidən təşkili olunması, cəmiyyətin əmlakının 82,4686%-nin bazasında yeni hüquqi şəxs yaradılması və yeni yaradılan hüquqi şəxsin cəmiyyətdən ayrılmasına razılıq verilməsi, səhmdar cəmiyyətin yenidən təşkili ilə əlaqədar komissiya yaradılması qərara alınmışdır. İştirak edən səhmdarların sayı 59 nəfər göstərilmişdir. ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının hesablama komissiyasının 30 iyun 2015-ci il tarixli protokoluna əsasən hesablama komissiyası yaradılmış, cəmiyyətin ayrılma yolu ilə yenidən təşkili olunması, cəmiyyətin əmlakının 82,46%-inin bazasında yeni hüquqi şəxs yaradılması və yeni yaradılan hüquqi şəxsin cəmiyyətdən ayrılmasına razılıq verilməsi, cəmiyyətin nizamnamə kapitalına daxil olan ******* ədəd adi səhmin dövriyyədən çıxarılaraq silinməsi, cəmiyyətin balansında olan ünvan 2 ünvanında yerləşən inzibati binanın cəmiyyətin balansından yeni yaradılmış hüquqi şəxsin balansına verilməsi, cəmiyyətin istifadəsində olan 15547,1 kv metr torpaq sahəsinin 15037,1 kv metr hissəsinin cəmiyyətin istifadəsindən çıxarılaraq yeni yaradılan hüquqi şəxsin istifadəsinə verilməsi, cəmiyyətin nizamnamə kapitalının azaldılması, nizamnamə kapitalının 487127 ədəd adi səhm kimi təsdiq edilməsi, nizamnaməyə dəyişiklik edilməsi, bölünmə balans ının, təhvil-təslim aktlarının təsdiq edilməsi, Müşahidə Şurasının, idarə heyətinin, maliyyə təftiş komissiyasının təsdiq edilməsi, idarə heyətinə səlahiyyətlər verilməsi barədə qərarlar qəbul edilmişdir. İştirak edən səhmdarların sayı 37 nəfər göstərilmişdir. ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 30 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş bölünmə balansına əsasən səhmdar cəmiyyətinin 82,4686% nizamnamə kapitalı “xxxx” MMC-yə, 17,5314%-i “xxxx” ASC-yə keçmişdir. “xxxx” ASC-nin idarə heyətinin 30.06.2015-ci il tarixli bölünmə balansına əsasən 342327,50 manat qalıq dəyərində əsas vəsaitləri, həmçinin 803411,0 manat zərəri yeni yaradılan “xxxx” MMC təhvil almış, 100294,50 manat qalıq dəyərində əsas vəsaitləri, 69873,0 manat dəyərində ehtiyatları, 9138,0 manat debit or borcları, 9316,0 manat nağd pulu, 15826,0 manat əmək haqqı borcları, 87675,0 manat vergi öhdəliklərini, 55056,0 manat dəyərində sosial sığorta haqqı üzrə öhdəlikləri, həmçinin 231499,0 manat zərərləri “xxxx” ASC təhvil almışdır. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 16 iyul 2015ci il tarixli arayışına əsasən “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının 30 iyun 2015-ci il tarixli qərarına uyğun olaraq X7 reyestrində həmin səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 0,50 manat olan ******* ədəd adi adlı sənədsiz səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. “xxxx” ASC-nin sənədsiz qiymətli kağızlarının ləğv edilməsinə dair 21 iyul 2015-ci il tarixli akta əsasən ******* ədəd qiymətli kağızın (nominal dəyəri 0,50 manat) ləğv edilməsinə dair əməliyyat aparılmışdır. Akt ASC, “xxxx” QSC, “Müştəri xidmətləri departamenti” tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsinin 4 dekabr 2015-ci il tarixli qərarlarına əsasən “xxxx” ASCnin sənədlərində edilmiş dəyişikliklərin və “xxxx” MMC-nin qeydə alınmasından imtina edilmişdir. Cavabdehin 8 avqust 2016-cı il tarixli məktubunda bildirilmişdir ki, ASC-nin dövlət qeydiyyatı üzrə hüquqi ünvanına sorğu məktubu göndərilmiş, lakin həmin məktubun cəmiyyətə çatdırılması mümkün olmamış və poçt tərəfindən geri qaytarılmışdır. Bundan sonra Cəmiyyətin ünvanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi və xxxxndə olan məlumatlar əsasında yoxlanılmış və ünvanın dəyişilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı müvafiq sənəd və məlumatların olmaması əsası ilə iddiaçıya ərizəsində göstərilən halların araşdırılmasının mümkün olmaması bildirilmişdir. Cavabdehin 21.02.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının səhmdarı olduğu “xxxx” ASC və “xxxx” ASC-nin “İnvestisiya qiymətli kağızlar üzrə xidmətlərin göstərilməsi” barədə müqavilədə nəzərdə tutulmuş xidmətlər üzrə Azərbaycan Respublikasının xxxxnə borcu olduğuna görə bu səhmdar cəmiyyətlərə müvafiq xidmətlərin göstərilməsi dayandırılmışdır. Bu səbəbdən depo hesabından çıxarış almaq üçün iddiaçı MDM-nə şəxsən müraciət etməli, müvafiq ödəniş edərək MDM ilə "Deponentin qiymətli kağızları üzrə depozitar xidmətlərin göstərilməsi" üzrə müqavilə bağlamalıdır. İddiaçı bununla bağlı şikayət ərizəsi ilə cavabdehə müraciət etmişdir. Cava bdehin 09.03.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, “xxxx” ASC-nin dövlət qeydiyyatı üzrə hüquqi ünvanına sorğu göndərilmiş, lakin həmin məktubun cəmiyyətə çatdırılması mümkün olmamış və poçt tərəfindən geri qaytarılmışdır. Bundan sonra həmin cəmiyyətin ünvanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi və xxxxndə olan məlumatlar əsasında yoxlanmış və hər hansı başqa qeydiyyat ünvanı aşkar edilməmişdir. Həmçinin cavabdehin səhmdar cəmiyyətinə məxsus sənədlərin səhmdarlara verilməsində vasitəçilik etməsi və ya səhmdar cəmiyyətləri tərəfindən təqdim edilən sənədlərin cavabdeh tərəfindən üçüncü şəxslərə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının xxxxnin 16.04.2018-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının xxxxnin uçot sistemində 16 yanvar 2018-ci il tarixinə ASC üzrə iddiaçının adına 2900 ədəd səhm mövcuddur. İddiaçının ASC-yə ünvanlanmış 27.02.2017-ci il tarixli ərizəsi “ərazi sökülüb” qeydi ilə iddiaçıya qaytarılmışdır. İddiaçı 7 mart 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, 2015-ci ildə Palata tərəfindən “xxxx” ASC-nin ayrılma yolu ilə yenidən təşkil edilməsi və səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı tərtib edilmiş inzibati aktın, 2015-ci ildə “xxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və qeydə alınmış faktlarla bağlı tərtib edilmiş sənədlərin, “xxxx” ASC-nin 2014-2017-ci illər üzrə illik hesabatlarının, habelə “xxxx” ASCnin nizamnamə kapitalı, hazırkı hüquqi ünvanı və ya olduğu yer, direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvlərinin adı, soyadı, atasının adı barədə məlumatlar haqqında sənədlərin təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdehin ASC-yə məxsus sənədlərin səhmdarlara verilməsində vasitəçilik etməsi və ya səhmdar cəmiyyətləri tərəfindən təqdim edilən sənədlərin cavabdeh tərəfindən üçüncü şəxslərə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı cavabdehin sərəncamında olan müvafiq sənədlərin təsdiq olunmuş surətlərinin və məlumatların iddiaçıya təqdim edilməsi ilə bağlı müraciət etmi şdir. Sözügedən müraciət araşdırılmış, ASC-nin dövlət qeydiyyatı üzrə hüquqi ünvanına 21.02.2018-ci il tarixli sorğu ünvanlanaraq müvafiq sənədlərin 7 gün ərzində cavabdehə təqdim edilməsi xahiş edilmişdir. Lakin cavabdehin sözügedən məktubunun ASC-yə çatdırılması mümkün olmamış, poçt tərəfindən “bina sökülüb” qeydi ilə geri qaytarılmışdır. Bu barədə iddiaçıya rəsmi qaydada məlumat verilmişdir. Eyni zamanda həmin Cəmiyyətin ünvanı Azərbaycan Respublikasının Vergilər Nazirliyində və xxxxndə olan məlumatlar əsasında yoxlanmış və hər hansı başqa qeydiyyat ünvanı müəyyən edilməmişdir. İddiaçının Sabunçu rayon İcra Şöbəsinin 10.03.2017-ci il tarixli, 2557-13150/4-5-12 saylı məktubunun surətinin aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilməsinin qanunsuz hesab edilməsi barədə tələbinə gəldikdə isə cavabdeh müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq sorğunu aidiyyəti səlahiyyətli orqana göndərmişdir. Cəmiyyətin rəhbərliyinin inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati aktın qəbul edilməsinə dair tələbinə gəldikdə isə “İnzibati icraat haqqında” Qanunun 3-cü maddəsinə əsasən bu qanun cinayət təqibi üzrə cinayətprosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətə şamil olunmur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-1975/2018 saylı iş) 4 iyun 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçıya sənədlərin verilməsindən imtina edilməsi qanunsuz hesab edilmiş, iddiaçıya 2015-ci ildə “xxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişiklikləri və bununla bağlı tərtib edilmiş sənədləri, ASC-nin 2014-2017- ci illər üzrə emitentin illik idarə hesabatları, cəmiyyətin nizamnamə kapitalı, hüquqi ünvanı və ya olduğu yer, direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvləri barədə məlumatları özündə əks etdirən sənədləri təqdim etmək vəzifəsinin cavabdehə tapşırılması qərara alınmış, iddia tələbi qalan - 2015-ci ildə cavabdehin üzərinə ASC-nin ayrılma yolu ilə yenidən təşkil edilməsi və səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı tərtib edilmiş inzibati aktın verilməsi vəzifəsinin qoyulması hissəsində rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və bununla bağlı tərtib edilmiş sənədlər, ASC-nin 2014- 2017-ci illər üzrə illik hesabatlarının, habelə ASC-nin nizamnamə kapitalı, hazırkı hüquqi ün vanı və ya olduğu yer, direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvlərinin adı, soyadı, atasının adı barədə məlumatlar ictimaiyyət üçün açıq olan və cavabdehdə olan məlumatlardır və cavabdeh həmin məlumatların onda olmamasını nə iddiaçıya ünvanladığı məktublarında, nə də məhkəməyə təqdim etdiyi etirazında göstərməmişdir. Göstərilənlərə əsasən qeyd edilən məlumatlara münasibətdə informasiya sahibi olan cavabdehin həmin məlumatların və sənədlərin iddiaçıya təqdim etməsindən imtina etməsi qanunsuzdur. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçının tələb etdiyi sənədlərin onda olmasını inkar etmir. Lakin göründüyü kimi cavabdehin imtinası “İnformasiya əldə etmək haqqında” Qanunda informasiya verilməsi barədə sorğunun icrasından imtina edilməsi üçün əsas kimi göstəri lmiş halların heç birinə uyğun deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X9, 2-1(103)-2213/2018 saylı iş) 16 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 31 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 28 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “İnformasiya əldə etmək haqqında” Qanunun 7-ci maddəsinə əsasən sənədin mövcud olduğu şəxs yalnız o halda həmin sənədə malik hesab olunur ki, sənəd şəxsin özünə məxsus o lsun və ya digər informasiya sahibinə məxsus olmasın. Bu hallar qanunvericiliklə müəyyən edildiyindən, digər informasiya sahibinə məxsus sənədin üçüncü şəxsə verilməsi ilə bağlı vəzifə və hüquq istisna olunur. Həmçinin Palatanın hüquq və vəzifələri hüquqi aktlarla müəyyən edildiyindən səhmdar cəmiyyətinə məxsus sənədlərin səhmdarlara verilməsində vasitəçilik etməsi və ya səhmdar cəmiyyətləri tərəfindən təqdim edilən sənədlərin Palata tərəfindən üçüncü şəxslərə verilməsi qanunvericilikdə müəyyən edilməmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun tətbiq edilməsi barədə ölkə başçısının 12 aprel 2004-cü il ta rixli 48 nömrəli Fərmanının 2.4.2-ci yarımbəndində müvafiq icra hakimiyyəti orqanı qismində Vergilər Nazirliyi müəyyən edilmişdir. Odur ki, məhkəmə tərəfindən hüquqi şəxslərin dövlət reyestrində (hüquqi ünvan hissəsində) müəyyən olunmuş məlumatın olması kimi öhdəliyin Palatanın üzərinə qoyulması hüquqi aktların tələblərinə cavab vermir. Eyni zamanda cəmiyyət tərəfindən Palataya indiyə kimi fəaliyyətinə dair illik hesabat təqdim etməmişdir və buna görə də cəmiyyət barəsində müvafiq dövrlərdə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanlara baxmayaraq apellyasiya məhkəməsi həmin tələbə münasibətdə birinci instansiya məhkəməsi ilə eyni hüquqi nəticəyə gəlmişdir. Sözügedən mübahisənin bu hallarına yuxarı instansiya məhkəməsi tərəfindən münasibət bildirilməməsi səh v qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Bundan əlavə, sözügedən halların məhkəmə qərarında təhlil edilməməsi prosessual tələblərin pozuntusu kimi qiymətləndirilməlidir. Palatanın Nizamnaməsinin 3.1.19-cu yarımbəndinə əsasən öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılması, internet saytının yaradılması, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsi və bu informasiyanın daim yenilənməsi təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Palatanın vəzifələrindən biri kimi qeyd edilmişdir. Lakin, apellyasiya məhkəməsi nəinki bu hallara münasibət bildirməyib hətta artıq Palatanın qüvvədən düşmüş ölkə başçısının 10 mart 2016-cı il tarixli 828 nö mrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə istinad etməklə yanlışlığa yol vermişdir. Apellyasiya məhkəməsinin bu cür səhvlərə yol verməsi işin dəlillərini kifayət qədər araşdırılmamasından irəli gəlir və yekun olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə kifayətlənmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qa ydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, iddia tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İddia mümkünlük şərtlərinə cavab verir, iddiaçı bu barədə cavabdehə müraciət et miş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsinin 1.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri (bundan sonra – maliyyə bazarları) sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edir. Palata öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Re spublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur (1.2-ci bənd). Palatanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək (3.1.17-ci bənd); öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerlə şdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək (3.1.19-cu bənd) Palatanın vəzifələrinə aid edilmişdir. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından görünür ki, 19 iyun 2015-ci il tarixli Qiymətli kağız sahiblərinin reyestrinə əsasən Emitent “xxxx” ASC-nin ******* ədəd nominal dəyəri 0,50 manat olan səhmi X7 Komitəsində qeydə alınmışdır. Emitentin ünvanı kimi ünvan 6ırasında göstərilən iddiaçı ASC-nin 2900 ədəd sahibinin sahibidir. 21.07.2015-ci il tarixli qiymətli kağız sahiblərinin reyestrində də oxşar məlumatlar göstərilmişdir. ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının hesablama komissiyasının və səhmdarlarının növbədənkənar ümumi yığıncağının 6 may 2015-ci il tarixli protokollarına əsasən cəmiyyətin ayrılma yolu ilə yenidən təşkili olunması, cəmiyyə tin əmlakının 82,4686%-nin bazasında yeni hüquqi şəxs yaradılması və yeni yaradılan hüquqi şəxsin cəmiyyətdən ayrılmasına razılıq verilməsi, səhmdar cəmiyyətin yenidən təşkili ilə əlaqədar komissiya yaradılması qərara alınmışdır. İştirak edən səhmdarların sayı 59 nəfər göstərilmişdir. ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının hesablama komissiyasının 30 iyun 2015-ci il tarixli protokoluna əsasən hesablama komissiyası yaradılmış, cəmiyyətin ayrılma yolu ilə yenidən təşkili olunması, cəmiyyətin əmlakının 82,46%-nin bazasında yeni hüquqi şəxs yaradılması və yeni yaradılan hüquqi şəxsin cəmiyyətdən ayrılmasına razılıq verilməsi, cəmiyyətin nizamnamə kapitalına daxil olan ******* ədəd adi səhmin dövriyyədən çıxarılaraq silinməsi, cəmiyyətin balansında olan ünvan 2 ünvanında yerl əşən inzibati binanın cəmiyyətin balansından yeni yaradılmış hüquqi şəxsin balansına verilməsi, cəmiyyətin istifadəsində olan 15547,1 kv metr torpaq sahəsinin 15037,1 kv metr hissəsinin cəmiyyətin istifadəsindən çıxarılaraq yeni yaradılan hüquqi şəxsin istifadəsinə verilməsi, cəmiyyətin nizamnamə kapitalının azaldılması, nizamnamə kapitalının 487127 ədəd adi səhm kimi təsdiq edilməsi, nizamnaməyə dəyişiklik edilməsi, bölünmə balansının, təhvil-təslim aktlarının təsdiq edilməsi, Müşahidə Şurasının, idarə heyətinin, maliyyə təftiş komissiyasının təsdiq edilməsi, idarə heyətinə səlahiyyətlər verilməsi barədə qərarlar qəbul edilmişdir. İştirak edən səhmdarların sayı 37 nəfər göstərilmişdir. ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 30 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edi lmiş bölünmə balansına əsasən səhmdar cəmiyyətinin 82,4686% nizamnamə kapitalı “xxxx” MMC-yə, 17,5314% “xxxx” ASC-yə keçmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə “xxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və bununla bağlı tərtib edilmiş sənədlər, ASC-nin 20142017-ci illər üzrə illik hesabatlarının, habelə ASC-nin nizamnamə kapitalı, hazırkı hüquqi ünvanı və ya olduğu yer, direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvlərinin adı, soyadı, atasının adı barədə məlumatlar ictimaiyyət üçün açıq olan və cavabdehdə saxlanılan məlumatlardır və cavabdeh həmin məlumatların onda olmamasını nə iddiaçıya ünvanladığı məktublarında, nə də məhkəməyə təqdim etdiyi etirazında göstərməmişdir. O da nəzərə alınmalıdır ki, iddiaçı sadəcə olaraq sıradan bir şəxs kimi deyil, Cəmiyyətdə olan müəyyən qism səhmlərin sahibi kimi həmin informasiyanı əldə etmək hüququna malik olmuşdur. Göstərilənlərə əsasən qeyd edilən məlumatlara münasibətdə informasiya sahibi olan cavabdehin həmin məlumatların və sənədlərin iddiaçıya təqdim etməsindən imtina etməsi qanuna uyğun olmamışdır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Qanunun 2.3-cü maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq (2.3.1-ci maddə); informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir (2.3.2-ci maddə). İnformasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir (3.0.5-ci maddə). Qanunun 6.1.3-cü maddəsində informasiya əldə olunmasının əsas prinsiplərindən biri kimi dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi göstərilmişdir. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir (21.1-ci maddə): sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanun la tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə (21.1.1-ci maddə); informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə (21.1.2-ci maddə); sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda (21.1.3-cü maddə). İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər (21.2-ci maddə): sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa (21.2.1-ci maddə); bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyil sə (21.2.2-ci maddə); sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa (21.2.3-cü maddə); sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə (21.2.4-cü maddə); sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə (21.2.5-ci maddə). Cavabdeh iddiaçının tələb etdiyi sənədlərin onda olmasını inkar etməmişdir. İddiaçının sorğusundan cavabdehin imtinası bəhs edilən hüquq normalarına uyğun olmamışdır. Cavabdeh imtinasını “xxxx” ASC-yə göndərilən sorğunun ünvanına çatdırılmasının mümkün olmaması və digər informasiya sahibinə məxsus sənədin üçüncü şəxsə (iddiaçıya) verilməsinin istisna edilməsi ilə əsaslandırmışdır. Lakin göründüyü kimi cavabdehin imtinası “İnformasiya əldə etmək haqqında” Qanunda informasiya verilməsi barədə sorğunun icrasından imtina edilməsi üçün əsas kimi göstərilmiş halların heç birinə uyğun deyildir. O da vurğulanmalıdır ki, emitent “xxxx” ASC-yə aid qiymətli kağız sahiblərinin reyestrində iddiaçının 2900 səhmə malik olduğu qeyd edilmişdir və Azərbaycan Respublikasının xxxxnin iddiaçıya ünvanlanan məktublarında da iddiaçının sorğusu əsasında emitent barədə ona bir sıra məlumatlar verilmişdir. Bu hal iddiaçının emitent barədə informasiya əldə etmək hüququna malik olmasını bir daha təsdiq edir. Emitentin hüquqi ünvanının qanunvericiliyə görə Vergilər Nazirliyinin aidiyyəti qurumu tərəfindən qeydə alındığından belə məlumatın onun tərəfindən v erilməli olmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlərdə emitentin hüquqi ünvanı ilə bağlı iddiaçıya məlumat verilməsi təsdiq edilir. Lakin cavabdeh özü də etiraf edir ki, emitentin həmin ünvanda olması müəyyən edilməmişdir. İddia tələbi emitentin hüquqi ünvanının rəsmi qeydə alınması ilə bağlı deyil, hüquqi ünvanı barədə məlumatın verilməsi ilə bağlıdır. Bundan başqa, cavabdeh emitentin lazımi məlumatları ona təqdim etmədiyinə görə inzibati xəta ilə bağlı məsuliyyətə cəlb edildiyini bildirsə də, bu hal işdə olan sənədlərlə təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 3 fevral 2016cı il tarixli qərarı 10-1 nömrəli ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqın da Qaydalar” 1.2-ci bəndinə əsasən, bu Qaydalar qiymətli kağızların emitentləri (bundan sonra- emitent) tərəfindən idarəetmə hesabatlarının hazırlanması, təqdim olunması və açıqlanması qaydalarını müəyyən edir. Qaydaların illik hesabatlara dair tələblər adlanan 2-ci bəndində qeyd edilir ki, İdarəetmə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir (21.1-ci bənd): 2.1.1. emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi; 2.1.2. emitentin hüquqi ünvanı və olduğu yer; 2.1.3. emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin form ası, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları; 2.1.4. emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar və sair. Göründüyü kimi, hesabatlara dair tələb olunan məlumatın (hesabatların) cavabdehə təqdim edilməsi Qaydalarda da təsbit edilmişdir və iddiaçı hesabatlarda olan məlumatlar barədə informasiya əldə etmək arzusunda olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2213/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-429/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-429/2019
05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver