Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-429/2020 28.01.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD (Kassasiya şikayətinin mümkünlüyü barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Azər Soltanhəmid oğlu Hüseynov, Elvin Şahin oğlu Məmmədzadənin katibliyi, cavabdeh Nazirliyin vəkili X1 iştirakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Nazirlik tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdim: İddiaçıcavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, cavabdeh Nazirliyin xx.xx.2018-ci il tarixli 23-04-636/ANİ saylı imtina məktubunun qanunsuz hesab edilməsi və Ukrayna O.O.Boqomolets adına Milli Tibb Universiteti tərəfindən onun adına verilmiş xx.xx.2017-ci il tarixli C17 038727 nömrəli Diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Nazrliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş No 2-1(82)-979/2019) iddianın təmin edilməsi; cavabdeh Nazrliyin xx.xx.2018-ci il tarixli 23-04-636/ANİ saylı imtina məktubunun qanunsuz hesab edilməsi və Ukrayna O.O.Boqomolets adına Milli Tibb Universiteti tərəfindən onun adına verilmiş xx.xx.2017-ci il tarixli C17 03 8727 nömrəli Diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Nazrliyin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidova və İ.Əhmədov; iş № 2-1(103)-986/2019) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması; cavabdeh Nazirliyin apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Nazirlik kassasiya şikayəti vermişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə müvafiq olaraq müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısın ın təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə müvafiq olaraq təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 24.5-ci maddəsinə görə, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Həmin Məcəllənin 24.6-cı maddəsinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Həmin Məcəllənin 24.7-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. İşin materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”dən (bax i.v. 123) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı cavabdeh Nazirliyə xx.xx.2019-ci il tarixdə təqdim edilsə də, Nazirlik tərəfindən tərtib edilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə, xx.xx.2019-cu il tarixdə apellyasiya instansiya məhkəməsinin dəftərxanasına təqdim edilmişdir. Bütün bünlar cavabdeh Nazirlik tərəfindən müvafiq prosessual müddətin üzrsüz səbəbdən ötürldüməsini sübut edir. Eyni zamanda Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsinə əsasən cavabdeh Nazirliyin dinlənilmə hüququ təmin edilsə də, Nazirlik tərəfindən kassasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəbdən buraxılması səbəbindən bərpa edilməsinə dair müvafiq ərizən təqdim edilməmişdir, halbuki ona göndərilən məhkəmə bildirişində belə ərizənin təqdim edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə müvafiq olaraq Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehinBakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmamalı və icraata qəbulundan imtina edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96, 98 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldım: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-429/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-429/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver