Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-429/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1958-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu 05 fevral 2015ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2457/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. NZ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli hərbi biletə əsasən, iddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasının məlumatlarına əsasən, o: -xx.xx.1974-cü il tari xdən xx.xx.1975-ci il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin AET-nin (avtomobil ekspedisiya trestinin) 2 saylı ƏNK–da avtoçilingər şagirdi; -xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 1-ci dərəcəli çilingər; -xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək mərkəzi qarajda 3-cü sinif ehtiyat sürücü; -xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Ərzaquraşdırma” Bakı Quraşdırma İdarəsi 3-cü (üçüncü) dərəcəli çilingər-montajçı; -xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Port-İliç RA KMTB-də (rayonlararası kimyəvi məhsul təchizatı bazası) 4-cü dərəcəli çilingər; -xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək mexanik; -xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər "xxxx" trestinin 11 saylı Avtonəqliyyat Müəssisəsində 3-cü sinif sürücü; -xx.xx.1982-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Lənkəran istehsalat-avtonəqliyyat birliyi İnzibati-təsərrüfat şöbəsində Avtobus parkında 2-ci sinif sürücü; -xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Dövlət Energetika nəzarəti və enerji satışı müəssisəsinin Lənkəran şöbəsində sürücü; -xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək “Kapital-A” firmasında motorçu; -xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək “Kapital-A” firmasında çilingər; -xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də gəmi çilingəri; -xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri; -xx.xx.2010-cu il tarixindən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli çilingərdizelçi peşəsində işləmiş; -xx.xx.2016-cı il tarixindən X6 X4 Xidmət və Təmir Bazasında 5-ci dərəcəli gəmi təmiri çilingəri peşəsində hal-hazıradək işləyir. 3. “X6 Donanması tərəfindən verilmiş SS01/02-49 saylı xx.xx.2020-ci il tarixli güzəştli arayışa əsasən, iddiaçı xx.xx.2016-cı il tarixindən hal-hazıradək həqiqətən X6 X4 Xidmət və Təmir Bazasında 5-ci dərəcəli gəmi təmiri çilingəri peşəsində çalışır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olanlar. “Gəmi təmiri çilingəri” güzəştli peşə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ii 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməs inin 11.6 bəndinin “a” yarımbəndində göstərilmişdir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 3 il 10 ay 10 gün təşkil edir. 4. "xxxx" MMC tərəfindən verilmiş SS01/02-49 saylı xx.xx.2020-ci il tarixli güzəştli arayışa əsasən, iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri peşəsində çalışmışdır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olmuşdur. “Gəmi təmiri çilingəri” gözəştli peşə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsin in 11.6 bəndinin “a” yarımbəndində göstərilmişdir. Əmək şəratinə görə güzəştli şərtlərlə iş stajı: 5 il 11 ay 10 gün. 5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1-A saylı güzəştli arayışa əsasən, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri peşəsində çalışmışdır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olanlar. “Gəmi təmiri çilingəri” gözəştli peşə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.6 bəndinin “a” yarı mbəndində göstərilmişdir. Əmək şəratinə görə güzəştli şərtlərlə iş stajı: 2 il 10 ay. 6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli A17 saylı güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi həqiqətən "xxxx" MMCdə gəmi çilingəri vəzifəsində çalışmışdır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşqul olmuşdur. 7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A02 saylı güzəştli arayışa əsasən, iddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi həqiqətən "xxxx" MMC-də gəmi çilingəri vəzifəsində tam iş günü ərzində çalışmışdır. Çilingər işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşqul olmuşdur. Buna gö rə də X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci li tarixli 12 saylı qərarı ilə (11,11,6-cı yarımbölmə kənarın və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi tekalajniklər və bütün adlarda çilingərlər) güzəştli şərtlərlə pensiya hüququ verilir, əmək şəraitinə görə güzəştlərlə iş stajı 4 il, 9 ay, 29 gün təşkil edir. 8. "xxxx" MMC tərəfindən verilmiş 159A saylı xx.xx.2021-ci il tarixli güzəştli arayışa əsasən, iddiaçı xx.xx.2010-cu il tarixli 24-K saylı əmrlə "xxxx" MMC- yə gəmi mühərriklərinin və daxili qurğularının təmiri üzrə çilingər – dizelçi vəzifəsinə işə qəbul edilmişdir. 9. “X6 Donanması” tərəfindən verilmiş TQ03/02-988 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X6 X4 Xidmət və Təmir Bazasının verdiyi arayışa əsasən, iddiaçı gəmi təmiri çilingəri kimi xx.xx.2016-cı il tarixindən hal-hazıradək işlədiyi peşəyə uyğun olaraq, əmək funksiyalarının icrasını gəmi bölmələrinin daxilində yerinə yetirir. 10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 007 saylı güzəştli arayışa əsasən, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək “Kapital-A” firmasında motorçu, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək “Kapital-A” firmasında çilingər peşələrində işləmişdir. Motorçu vəzifəsində işlədiyi müddət ərzində gəmilərdə bilavasitə açıq dənizdə və limanda mühərriklərin təmiri ilə məşğul olmuşdur və bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələr in, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 c bəndinə uyğundur. 11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 008 saylı güzəştli arayışa əsasən, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" MMC-də motorçu vəzifəsində işləmiş və çalışdığı müddət ərzində gəmi tryumlarında mühərriklərin təmiri ilə bağlı zəruri işləri həyata keçirmişdir. İşlədiyi vəzifə güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.2. yarımbəndinin “c” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
12. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
13. Cavabdehin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Metal emalı” bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri yarımbəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.2002 - xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də gəmi çilingəri, xx.xx.2007 - xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzind ə “Parabola’’ MMC-də gəmi təmiri çilingəri, xx.xx.2010 - xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMCdə gəmi təmiri çilingəri peşəsi, xx.xx.2016-cı il tarixindən bugünədək isə “X6 Donanması”nın Qaradağ Texniki Xidmət və Təmir Bazasında gəmi təmiri çilingəri peşəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi peşələr yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan çilingərlər peşəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (4 il 7 ay 17 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı 2 fe vral 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 05 fevral 2015-ci il tarixdən, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırkı dövrə qədər ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
15. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “iddiaçıya 57 yaşının tamam olduğu 05 fevral 2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə qərar qəbul olunma sını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
16. İddiaçı iddia ərizəsində yuxarıda qeyd edilən ona məxsus əmək kitabçasının məlumatlarına istinad etmiş və bildirmişdir ki, onun 5 fevral 2015-ci tarixdə 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Belə ki, o, xx.xx.1974-cü il tarixdən SSRİ-nin ərazisində hərbi xidmət daxil olmaqla, xx.xx.2006-ci il tarixə kimi 30 (otuz) ildən artıq ümumi iş stajına malikdir və 05 fevral 2015-ci il tarixində 57 yaşı tamam olan vaxt 12 il 06 aydan artıq güzəştli iş stajına malik olmuşdur.
17. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
18. Bakı İnzibati Məhkəməsinin (hakim M.C.Qarayeva) 2-1(112)-628/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 05 fevral 2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2. Dəniz və çay donanması c) sahil heyəti: yarımbölməsində tryum motorçuları, 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bölməsində çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşələri təsbit olunmuşdur.
20. İddi açı da xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər “Kapital-A” firmasında motorçu (8 ay 28 gün), xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi "xxxx" MMC-də gəmi çilingəri (4 il 10 ay ), xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri (2 il 10 ay), xx.xx.2010-cu il tarixindən xx.xx.2015-cı il tarixinədək "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri (4 il ay 10 ay 04 gün) peşələrində 13 il 03 ay 01 gün işləməklə, 57 yaşı tamam olan vaxt tələb olunan azı 12 il 6 ay güzəştli iş stajı şərtini ödəmişdir.
21. İddiaçının ümumi iş stajının isə iş materiallarına əlavə edilmiş sənədlərə (hərbi bilet və əmək kitabçasına) əsasən, xx.xx.2015-ci il tarixə qədər tələb olunan 25 ilin qarşılığında 31 il 07 ay 23 gün ol duğu müəyyən edilmişdir.
22. Bundan başqa, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən iddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir.
23. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) 2-1(103)-2457/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bak ı İnzibati Məhkəməsinin 2-1(112)-628/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim olunmuş etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
28. Kassasiya şika yətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 30. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
32. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri ma hiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Hazırkı inzibati mübahisə üzrə xx.xx.1958-ci il təvəllüdlü iddiaçı cavabdehə müraciət edərək ona 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pens iyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmaması və bu səbəbdən də xüsusi iş stajının 12 il 6 aydan az, yəni 4 il 7 ay 17 gün təşkil etməsi əsası ilə imtina etmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı inzibati mübahisəyə olan hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ona xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyi üçün hüquq münasibətinə iddiaçının 57 yaşının tamam olduğu, yəni xx.xx.2015-ci il tarixdə qüvvədə olan qanunun norması tətbiq olunmalıdır. 40. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənəti n xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
41. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı iş materiallarında olan sənədlərə (hərbi bilet və əmək kitabçasına) əsasən xx.xx.2015-ci il tarixə qədər tələb olunan 25 ilin qarşılığında 31 il 07 ay 23 gündür. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi - 25 ildən az olmayan ümumi iş stajı tam olaraq tamamlanmışdır.
42. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda qeyd olunan ikinci şərt onun toplamış olduğu 25 il ümumi iş stajının azı 12 il 6 ayını həmin işlərdə çalışaraq toplamasıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı apellyasiya instansiyası məhkəməsi ətraflı araşdırma aparmaqla və iddiaçı tərəfindən təqdim edilmiş arayışlara istinad etməklə düzgün olaraq qeyd etmişdir ki, “iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər (8 ay 28 gün) “Kapital-A” firmasında “motorçu” peşəsində işləyərkən iş yerinin verdiyi arayışlara əsasən, onun gəmilərdə bilavasitə açıq dənizdə və limanda, gəmi tryumlarında mühərriklərin təmiri ilə məşğul olduğunu və bu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 21.2. Dəniz və çay donanması yarımbəndinin c) sahil heyəti: tryum motorçuları vəzifə koduna uyğunlaşdırıldığını, xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixə kimi (4 il 10 ay) "xxxx" MMC-də “gəmi çilingəri”, xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixə kimi (2 il 10 ay) "xxxx" MMC-də və xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixə kimi (4 il 10 ay 4 gün) "xxxx" MMC-də 6-cı dərəcəli gəmi təmiri çilingəri peşəsində işləyərkən iş yerlərinin verdiyi arayışlara əsasən, tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlıqlar ın təmiri ilə məşğul olduğunu və bu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci li tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər peşəsinə uyğunlaşdırıldığını, buna görə də işlədiyi peşələrin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verdiyini, həmin dövrlər üzrə onun güzəştli iş stajının 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə 12 il 6 aydan artıq təşkil etdiyini nəzərə alaraq, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmas ı ilə bağlı tələbi əsaslıdır və təmin olunmalıdır.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən olunmuş iki şərt – yəni 25 ildən az olmayan ümumi və 12 il 6 aydan az olmayan xüsusi iş stajı tam olaraq tamamlanmışdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2457/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.