Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-429/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina, apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmlakın qaytarılması və kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)616/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərardadından iddi açının hüquqi varisi X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq əlindən alınmış Şəmkir şəhərində yerləşən və 0.12 ha ərazini əhatə edən maşın üçün çardağın təmirinə sərf etdiyi 15.000 manatın və maddi zərər olaraq 55.750 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim H.Qəniyev) 2-1-5(84)-156/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “avtonavesin qaytarılması və sökülmüş tikilinin əvəzində kompensasiya ödə nilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.
3. İddiaçı hüquq varisi X3 apellyasiya şikayəti verərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1-5(84)-156/2013 saylı qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Həmçinin buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(104)-616/2023 nömrəli qərardadı ilə (hakimlər: A.V.Bayramov (sədrlik edən), R.Z.Mamedov və A.V.İsgəndərova) İddiaçı Cavabdehnə qarşı “əmlakın qaytarılması və kompens asiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1-5(84)-156/2013 saylı xx.xx.2013-cü il tarixli qərarından İddiaçı İslmayıl oğlunun hüquq varisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
6. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə təsdiq edilir ki, iddiaçı birinci instansiya məhkəməsinin yekun məhkəmə aktının qəbul edildiyi xx.xx.2013cü il tarixli iclasında iştirak etmiş, iddiasının rədd edilməsindən məlumatı olmuş, ötürülmüş on illik müddət ərzində həmin qərarla maraqlanmamış, həmin qərarı mübahisələndirməyə onun hüquqi marağı olmamışdır. Məhkə mə kollegiyası iddiaçının sözügedən qərardan məlumatsız olmasına dair onun hüquq varisinin ərizəsində göstərdiyi dəlilləri inandirici və əsaslı hesab etmir. Qərarın qəbul edilməsindən uzun müddət (təxminən 10 il) keçdikdən sonra həmin qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsinin qanunda nəzərdə tutulmuş əsasları yoxdur.
7. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-616/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının tamamilə ləğv edilməsi, hüquqlarını müdafiə etdiyi iddiaçı mərhum İddiaçı hüquq varisi X1 xx.xx.2023-cü il tarixli ərizəsinin təmin edilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-15(84)-156/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarından apellyasi ya şikayəti verilməsi müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi, apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin baxılması üçün inzibati işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilir ki, məlum olduğu kimi, hüquqlarını müdafiə etdiyi iddiaçı mərhum İddiaçı hüquqi varisi X3 xx.xx.2023-cü il tarixdə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1-5(84)156/2013 nömrəli qərarından apellyasiya şikayəti verilmə müddətinin buraxılması səbəbini n üzrlü hesab edilərək, onun bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əlbəttə, bu halda, ərizəyə prosessual müddətlərin bərpası ilə bağlı məsələləri tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi olan Gəncə İnzibati Məhkəməsində baxılaraq, müvafiq qərardad qəbul edilməli idi. Nəzərə alınmalıdır ki, birinci instaniya məhkəməsinin qərarından buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə Gəncə Apellyasiya Məhkəməsində deyil, Gəncə İnzibati Məhkəməsində baxılmalı olduğu halda, ciddi səhvə yol verilərək, həmin ərizəyə baxılmadan apellyasiya şikayəti aidiyyəti üzrə yuxarı məhkəməyə göndərilmişdir. Bundan başqa, MPM-də apellyasiya şikayətinin qaytarılmasını tənzimləyən ayrıca norma-363-c ü maddə mövcuddur. Belə ki, MPM-nin 363.1-ci və 363.1.3-cü maddələrinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qanunun bu norması da buraxılmış prosessual müddətin bərpa edilməsinə dair hüquqlarını müdafiə etdiyi iddiaçı mərhum İddiaçı hüquqi varisi X1 ərizəsinə birinci instansiya məhkəməsi olan Gəncə İnzibati Məhkəməsində baxılmalı olmasını müəyyən etmişdir. Bunlardan əlavə, apellyasiya instansiyası məhkəməsi nədənsə, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsindən imtina edəndə İMP-nin “Təqdimetmə” adlanan 20-ci maddəsinin normasını tətbiq etməyi “unutmuşdur”. Çünki, İPM-nin 20.1-ci maddəsinə görə müddətin axımının başlanm asına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Yenə İPM-nin 20.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. İstinad edilən MPM-nin 135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Yenə MPM-in 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Yenə də MPM-in 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiy yəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Həmin Məcəllənin 135.5-ci maddəsində müəyyən edilmişdir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Hər iki qanunun yuxarıda istinad etdiyi normalarının tələbinə görə məhkəmə sənədinin çatdırılmasını və ya təqdim edilməsini təsdiq edən müvafiq sənəd iş üzrə materiallara əlavə olunmalıdır. Lakin, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1-5(84)-156/2013 nömrəli qərarının surətinin İddiaçı çatdırılmasını və rəsmi qaydada verilməsini təsdiq edən hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu nunla bağlı heç bir sübuta istinad edə bilməmiş, gəldiyi nəticəni isə yalnız formal mülahizələrlə və ehtimallarla əsaslandırmışdır. Ona görə də apellyasiya instansiyası məhkəməinin qərardadı qanuni və əsaslı sayıla bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qər ar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 12.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 13.Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin bərpası barədə ərizəni və iş üzrə materialları araşdıraraq hesab edir ki, kassasiya şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 14.İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. 15.Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1-5(84)-156/2013 saylı qərarının surəti xx.xx.2013-cü il tarixdə İddiaçı göndərilmişdir. Qərar iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 ünvanına göndərilmiş, həmin ünvanda yaşamaması səbəbindən məktub geri qaytarılmışdır. Daha sonra sözügedən qərarın surəti Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 26-da yaşayan iddiaçı X4 təkrarən göndərilmişdir. İddiaçı hüquqi varisi X3 xx.xx.2023-cü il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2-1-5(84)-156/2013 nömrəli qərarının təsdiq edilmiş surətinin ona təqdim edilməsini xahiş etmişdir. Qərar kağız daşıyıcıda poçt vasitəsilə 19 iyun 2023-cü il tarixdə iddiaçının hüquqi varisi X2 rəsmi qaydada çatdırılmışdır.
16. Həmçinin iş materiallarından görünür ki, İddiaçı hüquq varisi X3 da məhz iddiaçının yaşadığı ünvanda yaşayır.
17. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qərarı elan edilən zaman məhkəmə iclas zalında olmuşdur. Yəni başqa sö zlə iddiaçı xx.xx.2013-cü il tarixdə artıq birinci instansiya məhkəməsinin qərarından məlumatlı idi.
18. Yuxarıda istinad olunan normaya görə, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
19. Həmçinin təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 20.Hazırkı mübahisəyə münasibətdə qərarın qəbul edilməsindən təxminən 10 ilə yaxın müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti məhkəməyə təqdim olunmuşdur. İPM-in 24.4- cü maddəsi ilə nəzərdə tutulmuş bir illik müddət məhdudiyyətini istisna edən şərtlərin, yəni təbii fəlakət və ya digər qarşısıalınmaz halların, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı halların mövcudluğu iş üzrə materiallardan müəyyən edilməmişdir. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. 21.Bundan başqa, qərardan qanunla müəyyən olunmuş müddətdə şikayətin verilməsi müddətinin buraxılmasının iddiaçının təqsirli davranışına bağlı olduğu da iş üzrə materiallarla təsdiq olunur.
22. Birinci instaniya məhkəməsinin qərarından buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə Gəncə Apellyasiya Məhkəməsində deyil, Gəncə İnzibati Məhkəməsində baxılmalı olması ilə bağlı dəlilinə münasib ətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəyə apellyasiya instansiya məhkəməsi baxmaqda haqlı olmuşdur.
23. İPM-in 86.1-86.3-cü maddələrinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; dövlət rüsumunun ödənilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Bu Məcə llənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. İnzibati məhkəmə şikayətin daxil olduğu vaxtdan beş gün müddətində həmin şikayəti mübahisə ilə bağlı işin materialları ilə birlikdə müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərir. 24.İMP-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
25. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.
26. Göründüyü kimi birinci instansiya məhkəməsi şikayət daxil olduqdan sonra şikayətin verilməsi zamanı formal tələblərə əməl olunmasını yoxlayır və formal xətaların aradan q aldırılması ilə bağlı yardım edir, şikayətin mümkün hesab edilib-edilməməsi, habelə prosessual müddətin bərpası ilə bağlı vəsatətin təmin edilib-edilməməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıda istinad olunan normaların tələblərinə uyğun olduğundan, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının hüquqi varisi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(104)-616/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qət