Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-429/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi; ikinci dərəcə əlilliyin təyin edilməsi; əlilliyin təyinat tarixinin dəqiq müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarl arın ləğv edilməsi və əlilliyin təyin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 18 sentyabr tarixli 2-1(106)-465/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və diaqnozun mətni: OU zəif dərəcəli hipermetropiya VİSOD=0,1k/etmir, VİSOS=0,1k/etmir; Meyar: 2.3. Üçüncü dərəcə əlillik səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və diaqnozun mətni: OU zəif dərəcəli hipermetropiya VİSOD=0,1k/etmir, VİSOS=0,1k/etmir; Meyar: 2.3. Üç üncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə ona daha bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. İddiaçının əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və diaqnozun mətni: insulindən asılı şəkərli diabet, orta ağır forma. Diabetik angiopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə ona bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. İddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə təkrar baxılmış və diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, orta ağır forma. Diabetik angiopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə ona beş il müddətinə əlillik dər əcəsi verilmişdir.
5. Daha sonra iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə ona əlillik təyinatından imtina verilmişdir.
6. İddiaçı həmin qərarın qanunsuz hesab edilməsi və əlilliyin təyin edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin iş ərazi aidiyyəti ilə bağlı Şirvan İnzibati Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Agentliyin üzərinə iddiaçının əlilliyinin və əlillik səbəbinin yenidən qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri arasdırılmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur.
7. Bundan sonra iddiaçı yenidən əyani müayinəyə cəlb edilmiş və cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 nömrəli qərarı ilə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş imtina cavabının qanunsuz hesab edilməsi və ona xx.xx.2021-ci il tarixdən etibarən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 saylı qərarlarının ləğv edilməsi və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə dəyişdirilmiş iddiası birinci instansiya məhkəməsinin icraatına qəbul edilmişdir.
10. Şirvan İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının əsaslandırması:
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1987-ci il tarixdə Lən kəran rayonunda anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Məlum edir ki, o, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət apardığı dövrdə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Silahlı Qüvvələrin Baş X1 bölməsində “insulin tələbli şəkərli diabet tip 2, orta ağır dərəcəli, subkompensasiya mərhələsində. Öd daşı xəstəliyi, Xroniki kolkulyoz xolesistit, tam remissiya mərhələsində. Konyuktivit. Vegetativ damar distoniyası” diaqnozu ilə müalicə olunmuşdur. Sonra yenə də həmin hospitalın həmin bölməsində xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “insulin tələbli şəkərli diabet tip 2, orta ağır dərəcəli, dekompensasiya mərhələsində. Vegetativ d amar distoniyası. Öd kisənin polilozu, funksiyanın pozulmaması ilə, Burun tənəffusünü pozmayan burun arakəsməsinin əyriliyi, Quru göz. Diabetik nevropatiya İ mərhələ” diaqnozu ilə müalicə olunmuşdur. Bütün bu xəstəliklərə görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profılli hospital hərbi-həkim komissiyası tərəfındən 13 oktyabr 2015-ci il tarixdə şəhadətləndirilmişdir. Ştatlı hərbi-həkim komissiyası tərəfındən müayinə olunmuş, müayinə zamanı ona “insulin tələbli şəkərli diabet tip-İİ, ağır dərəcə, subkompensə mərhələsində. Diabetik nefropatiya, İ (birinci) mərhələ, Vegetativ damar distoniyası. Öd kisənin polipozu, funksiyanın pozulmaması ilə” diaqnozu qoyularaq həmin xəstəliklərin hərbi xidmət dövründə aldığı qərara alınmışdır və bu barədə xəstəlik haqqında 1706 nömrəli xx.xx. 2015-ci il tarixli şəhadətnamə verilmişdir. Bundan sonra o, xx.xx.2015-ci il tarixli 086 əç nömrəli əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin b bəndinə (xəstəliyə görə) əsasən silahlı qüvvələrdən ehtiyyata buraxılmışdır. Ehtiyyata buraxıldıqdan sonra o, xəstəliklə bağlı sənədlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim etmiş və ona ikinci qrup əlillik qrupu təyin edilmiş, səbəb də hərbi xidmət dövrü ilə əlaqədar əlillik kimi qeyd edilmişdir.
12. Beləliklə, xx.xx.2016-cı il tarixdən İİ qrup əlil kimi ona təqaüd təyin edilmişdir. Həmin tarixdə, yəni xx.xx.2016-cı il tarixdə o, müayinə olunduqdan sonra ona təqaüd təyin edilmiş və növbəti müayinə tarixi xx.x x.2021-ci il tarixə təyin edilmişdir. Bundan sonra o, mütəmadi olaraq müalicə almışdır. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Lənkəran Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətində olmuş və ona “şəkərli diabet tip-İİ, ağır fırma insulin tələbi, Heportaniya xəstəliyi İİ B mərhələ, Diabetik neftopatiya XBC İİ dərəcə” diaqnozu qoyulmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Lənkəran Rayon Mərkəzi Xəstəxanasında və digər müəssisələrdə müalicə almışdır. Bütün bunlardan sonra ona TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsi verilmiş və ona əsas diaqnoz kimi “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla” qeyd edilmişdir. Onda bütün bu xəstəliklərin olmasına baxmayaraq ona təyin olunmuş əlillik əsassız olaraq ləğv edilmiş və ona təqaüdün verilməsi dayandırılmışdır Cavabdehin etirazları:
13. Cavabdehin iddiaya yazılı etirazında bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli.;. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etınəməsi Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Lənkəran şəhər sakini xx.xx.198 7-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0284003AANV9 nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1706 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “İnsulin tələbli şəkərli diabet tip-İİ, ağır dərəcə, subkompensə mərhələsində. Diabetik nefropatiya, İ (birinci) mərhələ. Vegetativ damar distoniyası. Öd kisəsinin polipozu, funksiyanın pozulmaması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınm ışdır” kimi və “Burun tənəffüsünü pozmayan burun arakəsməsinin əvriliyi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, böyrəklərdə ağrıdan şikayətlənmişdir. Anamnestik məlumatlarında şəkərli diabet xəstəliyində əziyyət çəkdiyini bildirmiş, medikamentoz preparatlardan “İnsulin”, “İnsultant”-dan istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı aşağı ətraflarda ödem, trofiki pozuntular, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hər iki topuq və ayaqarxası nahiyələrində nəbz qeydə alınmış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Vətəndaş qanda kreatinin miqdarının yoxlanılmasından imtina etmişdir.
14. Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin xx. xx.2023-cü il tarixli, 2-120)-517/2023 nömrəli qərarında “iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azorbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə iddiaçı X2 əlilliyinin və əlillik səbəbinin yenidən qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri arasdırılmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun” kimi qeyd olunmuşdur. Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki uroloji mərkəzin xx.xx.2022-ci il tarixli Səhhətin müayinə aktında diaqnoz “Sag böyrəyin hidronefrozu və kasacıq dasları. Səkərli diabet İİ tip. Diabetik nefropativa. Kreatinin 92” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmiş dir.
15. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixdə Transtorakal Exokardioqrafiya müayinə olunmuş və nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun cüzi hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistola-diastola ölçüləri böyüməvib, diastolik funksiya relaksativ tipdə pozulmayıb, seqmentar divar hərəkəti qüsuru qeyd olunmur, sistolik funksiya azalmayıb LVEF- 60 %. Aortal və mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Porikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=105)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas v erməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsində “xəstənin ixtisaslasmış tibb müəsissəsində müayinə və müalicə olunmağı məsləhətdir” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmisdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edi lmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
16. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-hə kim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmə rəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabllitasiya v asitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1765/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-174/3-3-1554/2024 saylı qərarlarının ləğv edilməsi və İddiaçı hərbi xidmət dövrü ilə əla qədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
18. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur.
19. Belə ki, İddiaçı xəstəliyi ilə bağlı xx.xx.2015-xx.xx.2021-ci illərdə ambulator və stasionar müalicə aldığı müəssisələrin (Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) məlumatındakı klinik diaqnoz mətni qrafasında iddiaçının diaqnozu dəyişməz olaraq “İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla” kimi qeyd edilir.
20. Həmçinin, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma. İnsulinə tələbli” diaqnozu qoyulmuş xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşması və əlavə olaraq yanaşı xəstəliklərlə müşayiət olunması tam təsdiq olunur.
21. İddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11-ci “Endokrin sistemin xəstəlikləri və maddələr mübadiləsinin pozuntuları” bölməsinin 11.2-ci “Şəkərli diabbet” bəndinə tam uyğunluğu təsdiq olunur.
22. Eyni zamanda cavabdeh tərəfindən iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut təqdim olunmamışdır.
23. Cavabd eh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
24. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-465/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(120)-1765/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən patofunksional pozuntuların yalnız Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmas ı meyarları”nın müvafiq kodlarına uyğunluğu baxımından iddianı əsaslı hesab etməkdə səhvə yol vermişdir.
27. Belə ki, iddiaçıya əlillik təyinatından ilkin imtina 27 dekabr 2021-ci il tarixli qərarla verildiyindən və iddiaçı həmin qərarı mübahisələndirdiyindən, bununla da ona həmin tarixdən əlillik təyinatı məsələsinə baxıldığından əlillik vəziyyəti həmin dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri baxımından qiymətləndirilməli idi. Digər tərəfdən, iddiaçının orqanizmində baş verən patofunksional pozuntuların hər iki meyar baxımından əlillik təyinatına əsas verməsi birinci instansiya məhkəməsinin məhz 1 meyar əsasında nə ticəyə gəlməsinə görə qərarın ləğvinə əsas vermir.
28. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində əlillik təyinatının aparılması tarixi dəqiq qeyd edilməsə də, qərarın əsaslandırıcı hissəsindən və iddiaçının hüquqi marağından göründüyü kimi təyinatın məzh ilkin imtina tarixindən (27 dekabr 2021-ci il) aparılmasından söhbət gedir. Odur ki, bu əsasla da birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsinə zərurət yaranmır.
29. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
30. Kassasiya şikayətində qeyd edilir ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin.
31. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın qərarı qanun i və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş v ə hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2- ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin qanunvericiliyə uyğun olaraq Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlillik təyin etmişdir.
32. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsi nin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək ciddi qanun pozuntusuna yol vermişdir.
33. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 35.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.-3.4cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelə rini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
36. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sü butları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli v ə şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
37. Kassasiya şikayəti vax tında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
40. İşin faktiki hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə ona əlillik təyinatından imtina verilmişdir.
41. İş materiallarında olan cavabdehin 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-317494/2023 nömrəli qə rarın məzmunundan görünür ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış və diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə ona əlillik təyinatından imtina edilmişdir.
42. Agentliyin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1554/2024 nömrəli qərarından görünür ki, iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 0284003AANV9 nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nöm rəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi qənaətinə gəlinmişdir.
43. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş 21(120)-517/2023 nömrəli iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, T 350/2022 saylı rəydə göstərilir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq ti bb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip ağır forma, insulinə tələbli dekompensasiya mərhələsi. Ağırlaşma: H36.0*- diabetik retinopatiya (El0-E14 ümumi dördüncü.3 işarəsi ilə), VİS OU =0,5, OU-diabetik angiopatiya; Ağırlaşma: 108.3 mitral, aortal və iiçtaylı qapaqların eyni zamanda zədələnmələri. diabetik neyropativa; Ağırlaşma: G63.2* diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü. 4 işarəsi ilə), diabetik polineyropatiya; Yanaşı xəstəliklər: 115.0renovaskulyar hipertenziya, İİ arterial hipertenziya; Yanaşı xəstəliklər: 120.8 stenokardiyanın digər formaları, ÜİX-yi gərginlik İİİ f/s (üç); Yanaşı xəstəliklər: H52.2astiqmatizm, mürəkkəb rniopik astiqmatizm; Yanaşı xəstəliklər: 110 essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, yüksək əlavə risk; Yanaşı xəstəliklər: N18.2- xroniki böyrək xəstəliyi İİ mərhələ, xroniki B.Ç, 11 d” onda hazırda da müəvvən olunur.
44. Göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən xəstəliklər əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7-ci bəndində qeyd olunan “endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan pa toloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34 E35.8)” diaqnozu ikinci dərəcə əlillik təyinatına əsas verir.
45. Həmçinin xüsusilə qeyd edilməlidir ki, İddiaçı xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11-ci “Endokrin sistemin xəstəlikləri və maddələr mübadiləsinin pozuntuları” bölməsinin 11.2-ci “Şəkərli diabbet” bəndinə tam uyğunluğu təsdiq olunur.
46. Eyni zamanda Kollegiya qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən və ya iddiaçının xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğu nu təsdiq edən hər hansı dəlil, sübut cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir.
47. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməli olması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
48. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlillik təyin etmişdir.
49. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
50. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunma sı üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
51. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
52. Bu mənada kassa siya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
53. Qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
54. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
55. Əlavə olaraq Kollegiya bildirir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən əlilliyin təyin edilməli olması ilə bağlı düzgün nəticəyə gəlinsə də, müvafiq əlillik dərəcəsinin təyinat tarixi qərarın nəticə hissəsində göstərilməmişdir. 56. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
57. İş materiallarından müəyyən edilir ki, iddiaçıya əlillik təyinatından ilk dəfə 27 dekabr 2021-ci il tarixli qərarla imtina edilmiş, iddiaçı həmin qərarın qanunsuz hesab edilməsi və əlilliyin təyin edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, həmin iş ərazi aidiyyəti ilə bağlı Şirvan İnzibati Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Agentliyin üzərinə iddiaçının əlilliyinin və əlillik səbəbinin yenidən qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur.
58. Bundan sonra cavabdeh orqan yenidən əlillik təyinatından mübahisələndirilən digər qərarla imtina etmişdir. Daha sonra iddiaçı yenidən xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Şirvan İnziabti Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə əlilliyin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Buna baxmayaraq cavabdeh orqan yenidən əlillik təyinatından xx.xx.2024cü il tarixli, 3-17-4/3-3-1554/2024 saylı qərarla imtina etmişdir. Məhkəmə icraatı gedişində iddiaçı iddia tələbini dəyişdirərək (dəqiqləşdirərək) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 27 dekabr 2021-ci il tarixli, xxxxxxx0005 saylı, 19 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17494/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-4/ 3-3-1554/2024 saylı qərarlarının ləğv edilməsini və hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
59. Göründüyü kimi, cavabdeh tərəfindən əlillik təyinatından sonuncu dəfə 2024cü il 28 fevral tarixli qərarla imtina edilmişdir. Belə olan halda isə apellyasiya instansiya məhkəməsi əlilliyin hansı tarixdən təyin edilməli olmasını qərarın nəticə hissəsində göstərməməklə yalnış nəticəyə gəlmişdir.
60. Nəzərə almaq lazımdır ki, “əlilliyin təyin və ya bərpa edilməsi” ilə bağlı işlərdə əlilliyin konkret olaraq hansı tarixdən təyin və ya bərpa edilməli olması dəqiq müəyyən edilməlidir. Bu həm tərəflər arasında yaranan mübahisənin tam və dəqiq həll edilməsi baxımından, həm də tə rəflər arasında oxşar məzmunlu yeni mübahisələrin qarşının alınmasında əhəmiyyət kəsb edir.
61. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilərək İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin 2024-cü il 28 fevral tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 18 sentyabr tarixli 2-1(106)-465/2024 nömrəli qərarı ləğv edilir. İddia qismən təmin edilir. İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə əlilliyin 2024-cü il 28 fevral tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərar qətidir.