Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4290/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: əlilliyin təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: IŞIN HALLARI
1. Iddiaçıya ilkin olaraq ##.##.2010-cü ildə “qarının küt travması nazik və enən çənbər bağırsağının cırılmasına görə laporatomiya və bağırsaqların əməliyyatdan sonrakı vəziyyəti” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, ##.##.2014-cü ildə eyni diaqnoz ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə, 04.02.20215-ci ildə yoğun bağırsağın divertikulyar x-yi, deşilmə və abses ilə, yoğun bağırsağın fleqmonası, kor bağırsağın perforasiyası diaqnoz ilə ümumi xəstəlik səbəbindən 1 il və ##.##.2016-cı il tarixdə eyni diaqnoz və səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Kürdəmir Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli M********DSC nömrəli göndərişdə iddiaçının xəstəliyi əsas diaqnoz: K51-Xoralı kolit, xoralı kolit ileotramsversioanastomoz, hipotrofiya (çəki defısiti), Ağırlaşma: K59.1 Funksional ishal, davamlı ishal, Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, yoğun bağırsağın fleqmonasına görə stoma qoyulması və stomanın ləğvi əməliyyatından sonrakı vəziyyət” müəyyən edilmişdir.
3. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
4. Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2025-cü il tarixli P********SDD nömrəli göndərişdə iddiaçının xəstəliyi əsas diaqnoz: K50.0 Nazik bağırsağın kron xəstəliyi, kron xəstəliyi (xorali ileit) tez-tez qanaxma ilə fəsadlaşan, Ağırlaşmalar: Z98.0 Bağırsaq anastomozunun olması, illeo-transverroanastomozun çapıq daralması (7 mm-dək). Babasil 2 dərəcə, K59.1 Funksional ishal, Ishal (mütəmadi), Z 98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, appendektomiya və ağırlaşmasına görə aparılmış appendektomiya, stomanın qoyulması və ləğvi, sağ tərəfli hemokolostomadan sonrakı vəziyyət, K92.1 Melena, Melena müəyyən edilmiş; göndərişin “Status localis” adlanan bölməsində göstərilmişdir ki, 2008-ci il tarixində xestə “Appendektomiya” əməliyyatı keçirib. Sonradan ağırlaşmaya görə stomanın çıxarılması və ləğvi, sağ tərəfli hemikolostomiya, ileo-transverso anastomozun qoyulması əməliyyatı icra olunub. Bu zaman aparılan müayinələr nəticəsində “Kron” xəstəliyi aşkar olunub. 2009-cu il tarixdən yaşadığı yer üzrə poliklinikada qeydiyyata götürülmüş və ambulator müalicələr təyin olunmuşdur. Özünü davamlı olaraq 2008-ci il tarixdən xəstə hesab edir. Xəstə davamlı olaraq halsızlıq gündə 5-10 dəfə arası qanlı irinli ishaldan köpmədən, iştahsızlıqdan, arıqlama, qanlı-irin ishal zamanı qarın nahiyyəsində ağrılardan şikayət edir. Aparılmış müalicə: Xəstəyə xəstəliyin kəskinləşməsi mərhələsində “Kron” xəstəliyi əleyhinə daima müalicələr aparılmışdır. Xəstə Mesalazol 500-21 x 3 dəfə 1 ay sonra gündə 2 dəfə, Prednizalon 5 mg 1k x 5 dəfə sxem ile və s müalicələr qəbul edir. Son bir ildə 4 dəfə ambulator olaraq qastroenretoloqa müraciət etmiş və kron xəstəliyi tez-tez qanaxma ilə fəsadlaşmış müalicə almışdır. Son bir ildə xəstə ##.##.2024-##.##.2025-ci il tarixədək ixtisaslaşmış müəssisədə kron xəstəliyi (xoralı ileit) tez-tez qanaxma ilə fəsadlaşan diaqnozu ilə stasionar müalicə almışdır. Dəri və selikli qişaları avazıyıb, dərialtı piy toxuması zəif inkişaf edib. Kaxektik vəziyyətdədir.
5. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə “Göndərişin natamam doldurulması”; ##.##.2025-ci il tarixdə isə “Diaqnoz öz təsdiqini tapmaması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
6. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. Şirvan Inzibati Məhkəməsinin ## #### 2025 -ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, P********SDD nömrəli göndərişə əsasən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərar ləğv edilmiş və həmin vaxtdan iddiaçı İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli № *** qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 3.3.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) öhdəliyi cavabdehə həvalə edilmişdir. (hakim Amilya Hüseynova)
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Ceyhun Quliyev (sədrlik edən və məruzəçi), Samir Həsənov və Fikrət Hüseynov).
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
11. Məhkəmə kollegiyası hesab edir ki, Inzibati Prosessual Məcəllənin 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
12. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
13. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir.
15. Iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli və ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarları).
16. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə Inzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.